Mustafayeva



Yüklə 4,03 Kb.
Pdf görüntüsü
səhifə61/87
tarix25.06.2018
ölçüsü4,03 Kb.
#51281
növüDərs
1   ...   57   58   59   60   61   62   63   64   ...   87

 
 
 
151 
 
•  II  mərhələ  •  
XX əsrin ortalarından günümüzə qədərki ədəbiyyat
  •

Bir  sözlə,  həmin  şənbə  günü  məhəllənin  uşağından  tutmuş  böyüyünəcən  hamı 
Əliabbas kişinin həyətindəki xartutun parçalanmasından xəbər tutdu və Molla Fərzəli də 
əsasını döyəcləyə-döyəcləyə gəldi durdu Əliabbas kişigilin küçə qapısı ağzında.   
 
 
 
Əlbəttə, Molla Fərzəli də həmişəki kimi, bir qazan tutunu alıb getdi. Həmin axşam 
Anaxanım  yaxşıca  bir  plov  bişirdi  və  arvad  neçə  stəkan  düyü  dəmləmişdisə,  bütün 
həyətə çatdı, Əliabbas kişinin bir böyük həyət oğul-uşağına, nəvə-nəticəsinə. 
Məhəllədə ən çox toy bu həyətdə olmuşdu. Aydın məsələ idi ki, bu həyət həmişə 
beləcə çox adamlı, beləcə gur olmamışdı. Əliabbas kişinin atası usta Həzrətqulu buranı 
alanda bu həyətdə ikiotaqlı, birmərtəbəli kiçik bina vardı. Bu, həmin uzaq vaxtlardı ki, 
onda həyətdəki xartut hələ cavan bir ağac idi. Əliabbas kişi də balaca uşaq. Bu tutun 
gövdəsi indiki budaqlarından nazik idi. Əliabbas kişi evlənəndən sonra özünə iki otaq da 
tikdi və indi həmin iki otaqda Əliabbas kişinin nəvəsi Ağasəlim ailəsilə yaşayırdı, sonra 
uşaqlar böyüdü. Uşaqlar böyüdü, həyət kiçildi, dörd otaq oldu altı otaq, sonra səkkiz 
otaq, sonra birmərtəbə bina ikimərtəbə oldu. 
Oğullar evləndi, nəvələr evləndi və həmin tut ağacı parçalanan həyətdə hamıya bir 
parça yer tapıldı.  
Əliabbas kişi ilə Tubuxanımın iki oğlu, dörd qızı vardı. Doğrudan da, qəribədi dün-
yanın işləri; Ağamuxtar da, Fətulla da müharibədən sağ-salamat qayıtdılar. Başları çox 
qəzavü-qədər, çox məşəqqət çəksə də, indi, şükür, salamatdı ikisi də və ikisi də çoxdan 
babaydı. 
Kişi  başa  düşdü  ki,  bu  gecə  səhərə  kimi  gözünə  yuxu  getməyəcək,  çoxdan,  lap 
qədimlərdə olub-keçənlər yadına düşəcək və özü də təəccüb edəcək ki, beş yaşında, altı 
yaşında olduğu vaxtların əhvalatları necə yadında qalıb, amma iki gün bundan əvvəlin 


 
 
152 
 
söhbəti yadından çıxıb gedir. O, beş-altı yaşı olanda dağlar balası idi; meşələr yadına 
gəlirdi, sıldırım qayalar yadına gəlirdi, başı qarlı uca dağlar yadına gəlirdi, köpüklənə-
köpüklənə  axan  dağ  çayında  kəndin  uşaqları  ilə  bərabər  çimməyi,  palansız  eşşəyə 
dırmaşıb çapmağı yadına gəlirdi və bir də çəpiş yadına gəlirdi; bu çəpiş onun çəpişi idi, 
hara getsəydi, dalına düşürdü, əlindən yarpaq yeyirdi. 
Əliabbas  kişinin  atası  kənddən  köçüb  Bakıda,  Sabunçu  neft  mədənlərində  fəhlə 
işləyirdi,  sonralar  buruq  ustası  oldu.  Əliabbas  kişinin  uşaqlığının  çox  hissəsi,  yeni-
yetməliyi o yerlərdə keçmişdi, amma o, neftçi olmamışdı, dülgər olmuşdu.  
İki gün bundan əvvəl Əliabbas kişi baltasını, mişarını, rəndəsini, çəkicini götürüb 
həyətlərinin küçə qapısı ağzında balaca bir skamya düzəltməyə başladı. Mismarlar əyri 
getdi, çəkiclə barmağını vurdu, axırda da balta ilə əlini zədələdi. 
Ağamuxtar dedi:  
– Əşşi, əl çək bu işdən də, nəyinə lazımdı?! Gərək elə skamya düzəldəsən?!  
Küçə qapıları üzbəüz bir-birinə baxan Alxas bəy dedi: 
– Kişi, get otur, uzan, yat, istirahətini elə də!..  
Benzin  kalonkasında  satıcı  işləyən  Meyranqulunun  oğlu  Əliqulu  –  şeir  yazan  və 
məhəllənin tarixində qəzetdə, jurnalda imzası olan ilk adam – heyran-heyran dedi: 
 – Necə də əməksevər qocadır! Əsl şeir qəhrəmanı, sənət qəhrəmanıdır! Bu rəşadət 
poetik təfəkkürün yox, həyatın bəhrəsidir!  
Əliqulunun danışıqlarını məhəllədə çox adam əməlli-başlı başa düşmürdü və bu dəfə 
də bu sözlərə fikir verən olmadı.  
Əliabbas kişi sağ əlində tutduğu tiyəsi qanlı baltaya baxdı və Balacaxanımın bir göz 
qırpımında küçəyə yığdığı adamların arasından həyətə girdi; ağzını açıb bircə kəlmə də 
söz demədi. Məsələ onda deyildi ki, kişini qeyrət boğurdu – bu, öz yerində, məsələ bunda 
idi ki, belə bir naxələflik adamı yandırıb-yaxırdı. Usta onsuz da bilirdi ki, bu skamya 
onun dülgərlik aləmində axırıncı sözüdü (Əliabbas kişi hələlik belə fikirləşirdi və biz 
görəcəyik ki, belə fikirləşmək tez imiş...) və indi usta burasını da özü üçün lap yəqin etdi 
ki, bu balta ki altmış-yetmiş ildən sonra onun əlini kəsir, çəkic də barmağını əzir, daha 
lap doğrudan-doğruya qurtardı mismar vurmaq, taxta rəndələmək.  
 
 
 
Xartutun yüz yaşı tamam olan həmin günün səhəri Əliabbas kişi yerindən qalxıb 
adəti  üzrə  həyət  kranında  səliqə-sahmanla  yuyundu,  böyük  gəlini  Anaxanımın  sübh 
tezdən dəmlədiyi çaydan içib çörəyini yedi və qıfılın açarını götürüb vaxtilə həyətdə 
taxtadan  düzəltdiyi,  divarlarını  suvaqlayıb,  ağardıb,  üstünə  qırmızı  kirəmit  düzdüyü 
alətxanasının qapısını açdı.  
Xartutun yüz yaşı tamam olduğu həmin yay gecəsi Əliabbas kişi bu qərara gəldi ki, 
alətlərin  ən  yaxşısını  seçib,  aparıb  satsın.  Burada,  əlbəttə,  əsas  məsələ  pul  məsələsi 
deyildi; əvvəla, Əliabbas kişigilin dolanacağı yaxşı idi, ikincisi, bütün alətlərin qiyməti 
bir o qədər də pul  eləmirdi. Əsas  məsələ burasındaydı ki, bu  alətlər yaxşı  bir ustaya 
qismət olmalı idi, bu alətlər iş görməliydi, qalıb paslanmamalıydı. Əliabbas kişi alətləri 
bir-bir məhəllənin adamlarına bağışlaya da bilərdi, amma belə bir səxavətin mənası yox 
••• 
II 
•••  


 
 
 
153 
 
•  II  mərhələ  •  
XX əsrin ortalarından günümüzə qədərki ədəbiyyat
  •

idi,  çünki  belə  bir  səxavət  bu  alətlərə  rəva  deyildi;  çünki  bu  alətlər  həmişə  bəhrə 
vermişdi, gözəl-gözəl qapılar, pəncərələr, taxtlar, sandıqlar düzəltmişdi...   
Kişinin yenə alətxananı açıb çəkic, mişar götürməyini pəncərədən birinci Məsmə 
gördü və elə başa düşdü ki, qayınatası küçə qapısı ağzındakı yarımçıq qalmış skamyanı 
təzədən düzəltmək istəyir, tez Fətullanı səslədi. Fətulla şüşəbənddə oturub çay içə-içə 
televizorun  gündüz  verilişlərinə  baxırdı:  axşamlar  bütün  həyətin  qız-gəlini,  arvadları 
yığışırdı  Fətullagilin  şüşəbəndində  televizora  baxmağa  və  kişilərin  də  küçəyə  çıxıb 
səkidə nərd oynamaqdan və nərd oynayanlara tamaşa etməkdən başqa çarələri qalmırdı. 
Fətulla  həyətə  çıxdı,  sonra  Ağamuxtar  həyətə  çıxdı,  Əliabbas  kişinin  gəlinləri  pən-
cərələrdən boylandılar və hamı bu təzə xəbərdən tamam dilxor oldu. Ağamuxtar dedi: 
 – A kişi, axı dost var, düşmən var, başlayacaqsan çəkic satmağa?  
Ağamuxtar bu sözləri dedi, amma atasını da yaxşı tanıyırdı və bilirdi ki, kişinin 
beyninə bir şey girdisə, onu ordan dartıb çıxarmaq çətin işdi.  
– Yəni başlayacaqsan əməlli-başlı çəkic-mişar satmağa? – bunu da Fətulla dedi.  
Bu söz-söhbət Əliabbas kişinin xoşuna gəlmədi və o, oğul-uşağın üstünə çımxırdı:  
– Gedin, gedin öz işinizlə-gücünüzlə məşğul olun, mənim başıma ağıl qoymayın!  
Amma Əliabbas kişi burasını demədi ki, nə satmaqbazlıqdır?! Bir yaxşı usta çıxsa 
qarşısına ki, bu alətlərə sərraf gözü ilə baxa bilir, qolunda gücü var, ayağında da taqət, 
pulsuz-zadsız halal edər ona bu çəkici də, mişarı da, rəndəni də və başqa nəyi varsa, 
hamısını.  
Əliabbas kişigilin məhəlləsindən yeddi-səkkiz  tin aşağıda təzə bağça salınmışdı və 
birinci gün usta hələlik dörd alət seçib bu bağçaya gələndə, skamyalardan birində əyləşib 
alətləri də yanına düzəndə, təsbehini çevirə-çevirə fikirləşdi ki, istirahət, doğrudan da, 
qiyamət şeydi. Adamlara baxdı, uşaqlara baxdı və əvvəlcə narahat oldu ki, uşaqlar indi 
yığılacaq başına, başlayacaqlar mişara, rəndəyə baxmağa, amma bir az keçdi, yanından 
ora-bura yüyürən, bir-biri ilə oynayan uşaqların heç biri ona tərəf məhəl qoymadı, heç 
ayaq saxlayıb bu alətlərə baxmadı da və Əliabbas kişi fikirləşdi ki, doğrudan da, dünya 
yaman dəyişib. Uşaqların hərəsinin əlində avtomat, tapança, rəngbərəng balaca vedrə, 
bel, yüz cürə oyuncaq var, kimdi bu mişara, çəkicə fikir verən. Kişi bunu fikirləşdi və 
ürəyi ağrıdı, bu çəkic-mişara yazığı gəldi, onların bu kimsəsizliyi, sahibinin gücsüzlüyü, 
acizliyi onu yandırıb-yaxdı.  
Birinci gün Əliabbas kişinin rəndə-mişarına müştəri gəlmədi. İkinci gün usta yenə 
gəlib bağçadakı skamyalardan birində əyləşdi və yenə də alətləri yanına düzdü. Yenə 
adamlara, uşaqlara baxdı və yenə də birdən-birə öz uşaqlığını gördü, o dağların ətrini 
duydu, o dağların döşündəki gül-çiçəyin rəngi gözlərinin qabağına gəldi, o dağların çəni-
çiskini üçün darıxdı, fikirləşdi ki, bir də heç vaxt o dağlarda olmayacaq, bir də heç vaxt 
o dağ çayı boyunca addımlamayacaq, o saf havadan sinədolusu nəfəs almayacaq.   
Usta  fikirləşdi  ki,  nə  tez  gəlib  keçdi  bu  illər  və  belə  bir  fikri  gözləyirmiş  kimi, 
gözlərinin  qabağından  saysız-hesabsız  adamlar gəlib ötdü; çoxunun heç  adını da bil-
mirdi, harda gördüyünü yadına salmırdı, amma sifətlər bir-bir gəlib keçirdi – uzun-uzadı 
illər  boyu  gördüyü,  rastlaşdığı  və  bəlkə  də,  heç  birinin  indi  yer  üzündə  olmadığı 
adamların sifəti. İkinci gün də Əliabbas kişinin çəkic-mişarına müştəri tapılmadı.  
Üçüncü gün hava bir balaca tutuldu, xəzri əsməyə başladı. Əliabbas kişi bir müddət 
həyətdə vurnuxub tez-tez göyə baxdı və oğul-uşaqda da bir ümid yarandı ki, bəlkə, kişi 
daşı  tökdü  ətəyindən  (elə  bil  usta  özü  də  ürəyində  yağış  yağmasını  istəyirdi),  amma 


Yüklə 4,03 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə