Mustafayeva



Yüklə 4,03 Kb.
Pdf görüntüsü
səhifə62/87
tarix25.06.2018
ölçüsü4,03 Kb.
#51281
növüDərs
1   ...   58   59   60   61   62   63   64   65   ...   87

 
 
154 
 
yavaş-yavaş göy açıldı və Əliabbas kişi də  torbasını qoltuğuna vurub  bağçaya  getdi, 
skamyalardan birində oturub alətləri yanına düzdü.   
Bir az keçdi və göyün üzü yenə tutuldu. Bağçadakıların çoxu – uşaqlı analar, qoca 
arvadlar yavaş-yavaş durub getdilər və bu zaman iyirmi beş-iyirmi altı yaşlarında bir 
oğlan Əliabbas kişiyə yaxınlaşıb alətlərə baxdı, salamsız-kalamsız soruşdu:  
– Neçiyədi, kişi, bu zubul?  
Əliabbas kişi istər-istəməz, ilk növbədə, bu oğlanın əllərinə baxdı və oğlan da 
həmin baxışların mənasını başa düşdü; onun belə bir inamsızlıqdan xoşu gəlmədi: 
– Nədi, kişi, əlimə baxırsan, görəsən, ustayam, ya yox? Ustayam, özü də lap yax-
şısından, lap kefin istəyəndən,  əlimdə  də, bax görürsən, bir dənə döyənək də yoxdu. 
Əlcəklə işləyirəm mən, elektriklə işləyirəm. Sənin bu zubulun da heç kimə lazım deyil 
indi, dükanlar doludu elektrik dreli ilə, on üç manat əlli qəpiyə biri...  
Əliabbas kişi bu şəstli oğlana: 
– Get, bala, get, – dedi. Get, al elektrik dreli. Səni qısnayan var ki, gəl bu zubulu al?   
Oğlan bir söz demədi, əlini o tərəf-bu tərəfə yellədi və çıxıb getdi. Bu oğlan, bəlkə də, 
usta idi və bəlkə, doğrudan da, kefin istəyən usta idi, amma onun ürəyi usta ürəyi deyildi. 
Üçüncü gün həmin oğlan Əliabbas kişinin çəkic-mişarı ilə maraqlanan yeganə adam oldu.  
Dördüncü gün Əliabbas kişi həyətə çıxıb alətxananı açdı, torbasını götürdü və hərəsi 
öz pəncərəsindən həyətə baxan Anaxanımla Məsmə bu dəfə mənalı-mənalı bir-birinə 
baxdılar, yəni ki ağbirçək vaxtımızda görəcək günlərimiz varmış. Əliabbas kişi həyət 
qapısından  çıxıb  təzə  bağçaya  getmək  əvəzinə,  torbanı  qapının  ağzındakı  yarımçıq 
skamyanın  üstünə  qoydu.  Qollarını  çırmalayıb  skamyanı  düzəltməyə  başladı  və  ən 
qəribəsi  də bu oldu  ki, mismarlar düz getdi, balta da öz  işini neçə-neçə illər bundan 
əvvəlki kimi, səliqəli gördü, çəkic də, rəndə də, kəlbətin də Əliabbas kişinin qupquru 
quruyub qaxaca dönmüş əli nə istədisə, onu elədi.   
Bir saat-saat yarımdan sonra skamya hazır oldu və Anaxanıma da, Məsməyə də elə 
gəldi ki, qayınataları yenə iyirmi-otuz il bundan qabaqkı usta Əliabbasdı. Səhəri gün 
Əliabbas kişi evin qapı-pəncərəsinə əl gəzdirməyə başladı, sonra həyətin şüşəbəndini 
səliqəyə  saldı,  sonra  qonşulara  baş  çəkdi,  sürahilər  təzələndi,  pəncərə  çərçivələri 
sahmanlandı,  həyətlərin  ikinci  mərtəbəyə  qalxan  taxta  pilləkənləri qaydaya düşdü  və 
yavaş-yavaş yay keçib getdi, payız başladı. 
Əliabbas kişinin isə yenə qolları güclü, hərəkətləri cəld, sərrast idi. Bütün məhəllə və 
o cümlədən də Əliabbas kişinin oğul-uşağı ustanın birdən-birə beləcə cavanlaşmasına 
məəttəl qalmışdı.  
Hamı  bu  fikirdə  idi  ki,  Əliabbas  kişi  də  həyətlərindəki  xartut  kimi,  yüzü  ötəcək. 
Balacaxanım hərdən gəlib Əliabbas kişigilin küçələrinin ağzındakı skamyada otururdu. 
Balacaxanım ləzzətli söhbətlər edə-edə, bərkdən şaqqanaq çəkib gülə-gülə o qədər tum 
çırtlayırdı ki, bütün səki tum qabığı ilə dolurdu.  
Bir dəfə də tərs-tərs bir ona, bir də səkinin üstündəki tum qabıqlarına baxan Əliabbas 
kişiyə dedi:  
– Süpürəcəyəm, ay Əliabbas dayı, süpürəcəyəm hamısını. Neyniyim, bizim qapının 
ağzında bir skamya düzəltmirsən də mənimçün...  
Əlbəttə,  Balacaxanım  söz  idi,  deyirdi  və  heç  vəchlə  gözləmirdi  ki,  Əliabbas  kişi 
deyəcək: 
– Neynək, sizin də qapının ağzında səninçün bir skamya düzəldərəm... 


 
 
 
155 
 
•  II  mərhələ  •  
XX əsrin ortalarından günümüzə qədərki ədəbiyyat
  •

Balacaxanım elə bil ömründə bu cür sidq-ürəkdən sevinməmişdi: 
– Doğrudan? Çox sağ ol, ay Əliabbas dayı! Amma eləsini düzəlt ki, heç bir məhəllədə 
belə skamya olmasın! Balaca bir talvarı da olsun, Əliabbas dayı, yayda gün düşməsin 
üstümüzə...  
Əliabbas kişi: 
– Neynək, – dedi, – talvar da düzəldərəm.  Taxta lazımdı bir az...   
Əliabbas kişi səhəri gündən işə başladı, qəssab Ağanəcəfgilin küçə qapısı ağzında 
skamya düzəltdi, balaca bir talvar üçün taxta dirəklər hazırladı və onun cəmi bircə günlük 
işi – talvarı düzəltmək qalmışdı. 
Bütün məhəllə bu fikirdə idi ki, bu skamya Əliabbas kişinin sonradan-sonrakı ustalı-
ğının şah əsəridi.  Həmin oktyabr səhəri Bakıya elə bil təzədən yay qayıtmışdı və yüz 
yaşlı xartutun həyətə səpələnmiş xəzəli ilə belə bir isti heç uyuşmurdu. Çayniki qazın 
üstünə  qoyub  səhər-səhər  tabaqçada  qənd  doğrayan  Anaxanım  şüşəbənddən  həyətə 
baxırdı.  Arvadın  gözü  qayınatasının  alətxanasına  sataşdı,  sonra  kişinin  yatdığı  evin 
qapısına tərəf boylandı və necə oldusa, birdən-birə Anaxanımın ürəyini bir nigarançılıq 
bürüdü.  Əliabbas  kişi  həmişə  bu  vaxtlar  həyət-bacada  dolaşardı.  Bir  müddət  keçdi, 
kişilər  oyandı,  uşaqlar  tələm-tələsik  çay-çörəklərini  yeməyə  başladılar  ki,  məktəbə 
gecikməsinlər. Əliabbas kişi həyətə çıxmadı.  
Anaxanım çəkinə-çəkinə qayınatasını işə getməyə hazırlaşan Ağamuxtardan xəbər 
aldı.  Ağamuxtar  arvadının  gözlərinin  içinə  baxdı,  bir  söz  demədi  və  həyətə  düşüb 
atasının yatdığı otağa girdi. Əliabbas kişi gecə yuxuda ikən keçinmişdi.  
Həmin gün bütün məhəllə gecə yarısına kimi Əliabbas kişigilin həyətinə gəlib-getdi, 
yüz  yaşlı  xartutun  altında  düzülmüş  stullarda,  kətillərdə  oturub  bir  stəkan  çay  içdi, 
Ağamuxtarla  Fətullaya başsağlığı  verdi.  Çoxadamlı  o həyət  elə  bil  kişinin  getməyilə 
yetimləşmişdi.      
O isti payız günü yüz yaşlı tut ağacı da tək-tənha idi. Səhər isə məhəllə görünməmiş 
bir hadisənin şahidi oldu: Balacaxanımın küçə qapısı ağzındakı skamyanın üstündə çox 
yaraşıqlı  bir  talvar  var  idi.  Bütün  məhəllə:  qəssab  Ağanəcəf  də,  ağlamaqdan  gözləri 
qızarmış Balacaxanım da, Əliabbas kişinin oğul-uşağı da bu işə heyrət etdilər. Məhəl-
lənin lap balaca uşaqları arasında belə bir inam vardı və ümumiyyətlə, məhəllədə belə 
bir şayiə gəzirdi ki, Əliabbas kişinin çəkic-mişarı, rəndə-kəlbətini gecə öz-özünə gəlib 
ustanın yarımçıq qalmış işini qurtarıbdır. 
 
 
 
1. Əsərdən birinci parçanı oxuyun (bunu fərdi səssiz oxu, səsli oxunun dinlənilməsi, fasilələrlə oxu və 
s. şəkildə yerinə yetirə bilərsiniz).  
2. İlkin təəssüratınızı bütün siniflə bölüşün. 
3. Parta yoldaşınızla birlikdə məzmuna aid üçdən az olmayaraq sual və onlara cavab hazırlayın. 
4. Üzərində işlədiyiniz parçadan seçdiyiniz hissənin məzmununu tərtib etdiyiniz plan əsasında geniş 
nağıl edin. 
5. Müəyyənləşdirdiyiniz  bədii  təsvir  və  ifadə  vasitələrinin  növünü dəqiqləşdirin.  Cədvəldən  istifadə 
edin. 
Bədii təsvir və ifadə vasitələrinin işləndiyi cümlələr 
Bədii təsvir və ifadə vasitələrinin növü 
 
 
I   d ə r s 
M ə z m u n   ü z r ə i ş


Yüklə 4,03 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə