Mustafayeva



Yüklə 4,03 Kb.
Pdf görüntüsü
səhifə60/87
tarix25.06.2018
ölçüsü4,03 Kb.
#51281
növüDərs
1   ...   56   57   58   59   60   61   62   63   ...   87

 
 
148 
 
 
1.  Mövzulardan birini seçib debata hazırlaşın. 
a)   Valideyn-övlad münasibətlərindəki soyuqluğa səbəb onların həyata fərqli baxışıdır.  
b)   İnsanların yadlaşması son dövrlərin başlıca xüsusiyyətidir.  
 

 Bir nəfərdən ibarət (sayı çox da ola bilər) hakim müəyyənləşdirin.  

 Kiçik qruplarda birləşib debat üçün seçdiyiniz sualı müzakirə edin.  

 Əvvəlcə müsbət, sonra isə mənfi cavabları əsaslandıran dörddən az olmayaraq dəlil müəy-
yənləşdirin. Bu dəlillərin əsaslı olduğuna, izah və sübut edə biləcəyinizə diqqət edin. 

 Müəyyənləşdirdiyiniz dəlilləri digər qrupun hazırladığı dəlillərlə tutuşdurub oxşarlığı nəzər-
dən keçirin. 

 Mövqeyinizi müəyyənləşdirin: ya müsbət, ya da mənfi cavabları müdafiə edəcəyiniz barədə 
qərar verin. 

 Seçdiyiniz mövqedən asılı olaraq, iki qrupa ayrılıb müzakirəyə başlayın. 

 Bir tərəfin (spikerin) verdiyi suala digər tərəfin spikeri cavab verir. Dəlillərinizi təsdiq edən 
əlavə faktlar, rəqəm və göstəricilər nümayiş etdirə bilərsiniz. 

 Başlıca vəzifəniz haqlı olduğunuza hakimi inandırmaqdır, çünki hansı tərəfin mövqeyinin 
inandırıcı olduğunu o təyin edir. 

 Hakim seçimini əsaslandırmalıdır.     
 
2.  Növ və janr baxımından dramla romanın oxşar və fərqli cəhətlərini müəyyənləşdirib qısaca yazın. 
 
 
• “Keçən ilin son gecəsi” dramında təsvir edilənlər mənim düşüncələrimdə hansı dəyişikliyi yaratdı?” 
mövzusunda təqdimat hazırlayın. 
 
 
 
I I I   d ə r s 
T ə t b i q   •  M üz a k i r ə   •   Y a r a d ı c ı  i ş  
 
E v d ə   i ş  


 
 
 
149 
 
•  II  mərhələ  •  
XX əsrin ortalarından günümüzə qədərki ədəbiyyat
  •

 
 
 
TALVAR 
(ixtisarla) 
Akademik Məmməd Arif Dadaşzadənin  
xatirəsinə  
 
 
 
Əvvəlcə  ağac  şaqqıltısı  eşidildi  və  bu  ağac  şaqqıltısı  günortanın  cırhacır  istisində 
tamam kimsəsizləşmiş həyətdə çox gözlənilməz səsləndi, sonra aşağı başdakı Gülağanın 
gözləri birdən-birə bərəldi və uşaq bilmədi ki, qışqırsın, ya nə etsin.   
 Həyətin  ortasındakı  xartut  ağacının  yoğun  gövdəsi  öz-özünə  şaqqıltı  ilə  iki  yerə 
bölündü və bir müddət tut yağışıymış kimi, qara tut həyətin asfaltına töküldü. Həyətə 
birinci boylanan Ağamuxtarın arvadı Anaxanım oldu. Anaxanım mətbəxdə oturub nahar 
üçün küftə yumrulayırdı, şaqqıltını eşidib ikinci mərtəbədən ağaca baxdı, sonra çaşbaş 
qalmış Gülağanı görüb ətli-yağlı əllərini əsgi ilə tələm-tələsik silə-silə:  
– Adə, Gülağa, – qışqırdı, – qaç kişiyə xəbər elə, tut parçalandı!..  
Və Gülağa da işin nə yerdə olduğunu başa düşüb babasının otağına tərəf qaçdı ki, 
kişini çağırsın, amma Əliabbas kişini çağırmaq lazım deyilmiş, çünki Gülağa hələ onun 
həyət  qapısına  çatmamış,  kişi  özü  elə  ağ  köynəkdəcə,  çoxdan  bəri  gəzmədiyi  iti  ad-
dımlarla qapıdan çıxıb xartuta tərəf gəldi. 
– Tez eləyin! – dedi. – Tez eləyin! Biri də gərək qalmasın yerdə! Hamısını yığın bir-
bir! Bircəsi də qalsa, günah olar! Hamısını yığın! Yeyilsin gərək hamısı! – dedi. – Tez 
eləyin!  
Sonra özü əyilib ağacın dibindən bir dənə tut götürdü, qoydu ağzına və doğrudan-
doğruya kişiyə elə gəldi ki, ömründə bu ləzzətində tut yeməyib. 
– Yüz ilin tutudu bu, yüz ilin! Axır ki yüzü haqladı bu xartut.   
Əliabbas kişi başını ikinci mərtəbəyə tərəf qaldırıb böyük gəlini Anaxanıma dedi:  
• Elçin istedadlı yazıçılarımızdandır. O, 
bədii yaradıcılığı – hekayə və povest-
ləri,  həm də tədqiqat əsərləri ilə oxucu-
ların diqqətini cəlb etmiş, rəğbətini qa-
zanmışdır.  
Həmid Araslı 
ELÇİN  
(1943) 
Yada salın 
– Sadə peşə adamı obrazının yaradıldığı hansı əsərləri 
xatırlayırsınız? 
– Bu əsərlərdə diqqətinizi daha çox çəkən nə olub? 
Düşünün 
– Sadə peşə adamını sevdirən, ona nüfuz qazandıran səbəblər
sizcə, nə ola bilər?  
Oxuda aydınlaşdırın 
− Əsərdə tanış olmayan sözlərin mənasını lüğətlərin, sorğu 
kitablarının köməyi ilə aydınlaşdırın. 
− Əsərdəki bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirin. 
••• 
I 
••• 


 
 
150 
 
– Aş bişir bu gün. 
Əliabbas kişi bu dəfə Gülağaya dedi:  
– Gördün! Gördün ki!? Elə soruşurdun, düz deyirsən, yoxsa yox? Gördün ki?!    
Doğrudan da, yaman oldu bu xartutun parçalanması, daha buna bir söz ola bilməzdi
düz  deyirmiş  kişi,  xartut  yüz  yaşına  çatanda  parçalanırmış  və  burasını  da  lap  doğru 
deyirmiş ki, bu tutun yüz yaşı var.  
– Əcəb oldu! – Bunu, bu tutdan birinci dəfə yeyirmiş kimi ,Fətullanın arvadı Məsmə 
dedi, – yığıb qonşulara da pay göndərmək lazımdır...  
Əliabbas kişinin nəvəsi Ağasəlim üzünü arvadı Zibeydəyə tutub: 
 – Boşqab gətir! Qazan gətir! – dedi, – Tut günüdü bu gün.  
Əliabbas kişi dedi:  
– Hə, Hə!.. Biri də qalmasın yerdə gərək. Günahdı...  
Bütün məhəllədə bu məşhur tut ağacının yüz yaşı tamam olan həmin isti iyul günü 
Əliabbas kişinin evdəki bütün oğul-uşağı, nəvə-nəticəsi, gəlinləri həyətə çıxmışdı və hamı 
bu  dəm  cidd-cəhdlə  həyətə  səpələnmiş  xartutu  yığmaqla  məşğul  idi.  Əlbəttə,  günah 
məsələsini  Əliabbas  kişi  elə-belə,  özündən  dedi.  Heç  kim  heç  vaxt  deməmişdi  ki,  tut 
ağacının yüz yaşı tamam olanda və gövdəsi ikiyə bölünəndə yerə tökülmüş tutların ha-
mısını yığmaq lazımdı, yoxsa ki, günaha batarsan. Belə bir qayda yox idi, necə ki tutun 
yüz yaşı tamam olanda plov bişirmək də adət deyildi, amma bir halda ki bu tut ağacı bu 
dünyada yüz il ömür sürmüşdü və onun yüz yaşının tamam olmasını Əliabbas kişi beləcə 
gözləmişdi,  deməli,  bayram  idi  bu  gün  və  bu  yüz  yaşlı  ağacın  bəhrəsini  ayaq  altında 
qoymaq günah işdi. Əliabbas kişi tut ağacının altında dayanmışdı və bu vaxt budaqdan 
onun sinəsinə, düz ürəyinin başına bir tut düşdü, kişinin ağ köynəyində o saat qıpqırmızı 
bir ləkə əmələ gəldi və bunu görən Ağamuxtarın bütün bədəni birdən-birə ürpəşdi.  
Əliabbas kişinin böyük oğlu Ağamuxtara birdən-birə elə gəldi ki, atasının ürəyinin 
başına güllə dəydi və bu qırmızı ləkə də qan yeridir. Sonra Ağamuxtar daha tamam-
kamal ağarmış gur saçlarını əli ilə geri sığallayıb axır vaxtlar neçənci dəfə fikirləşdi ki, 
kişi yaman qocalıb.  
Ağamuxtarın uşaq vaxtları onun yadına düşdü, lap o vaxtlar ki, hələ divardan tuta-
tuta  gəzirdi,  sonra  o  vaxtlar  ki,  bu  ağaca  dırmaşıb  tut  yeyirdi,  ağzı-burnu,  üst-başı 
qapqara qaralırdı. Əliabbas kişi özünü saxlaya bilməyib ürəyində dünyanın etibarsızlığı 
barədə bir-iki söz dedi. Buna yandı-yaxıldı ki, illər adamı nə günə qoyur – o balaca uşaq 
indi gör qocalıb nə günə qalıb. Sonra şairin sözü Əliabbas kişinin yadına düşdü: “Biz 
gəldi-gedərik,  sən  yaşa  dünya!”  və  o,  ağappaq  bığlarının  altından  gülümsəyib  başını 
buladı, dünyanın işlərinə acığı tutmağı da indi ona gülməli göründü. Yenə də ürəyində 
dedi ki, İsgəndərə qalmayan dünya kimə qalacaq?   
Burasını da fikirləşdi ki, Ağamuxtarın qocalığını görür, amma özündən heç bir söz 
demir...  
Əliabbas kişinin kiçik oğlu Fətulla nəvəsi Gülağaya dedi: 
– Qaç get evdən qab gətir.  
Boşqablar, qazanlar baş barmaq boyda xartutla doldu, məhəllənin uşaqları tutun yüz 
yaşa çatıb parçalanması xəbərini eşidib Əliabbas kişigilin həyətinə daraşdılar, hərə beş-
on tut qoydu ağzına. Böyük də, kiçik də, hamı belə bir yekdil fikrə gəldi ki, bu tutun 
ləzzəti başqa şeydi və heç kim ömründə bu ləzzətdə tut yeməyib. Qonşuların hərəsinə 
bir nimçə tut pay getdi, elə bil Əliabbas kişigilə nişan gəlmişdi, şirni paylayırdılar.   


Yüklə 4,03 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə