Mustafayeva



Yüklə 4,03 Kb.
Pdf görüntüsü
səhifə58/87
tarix25.06.2018
ölçüsü4,03 Kb.
#51281
növüDərs
1   ...   54   55   56   57   58   59   60   61   ...   87

 
 
144 
 
düyməni basır, lent fırlanır. Bülbülün ifasında “Sənsiz"dən bir parça, sonra qatma-qarışıq 
səslər, səs-küy eşidilir. Uşaqların və Həmidə xalanın, sonra Qəzənfərin səsi eşidilir) 
 
Qəzənfərin səsi: Aha, yazır. Di danışın. Gülarə, səndən başlayaq. Bir şey de. 
Gülarənin səsi: Nə deyim? 
Qəzənfərin səsi: Nə bilim, bir şey de də. 
Gülarə: Bilmirəm, nə deyim. 
Qəzənfər: Deynən: atam bu gün maqnitofon aldı. 
Gülarə: Atam bu gün maqnitofon alıb. 
Rüstəmin səsi (Gülarəni yamsılayaraq): Anam bu gün kələm alıb. 
 
Ümumi gülüş. 
Qəzənfər:  Yaxşı,  oyun  çıxarmayın.  Dilarə,  indi  də  sən  bir  şey  de.  Bax  bura,  qızım, 
mikrofona. 
Dilarə: Nə deyim? 
Qəzənfər: Deynən, bu gün hava istidir. 
Dilarə: Bu gün hava istidir. 
Rüstəm: Bu gün hava soyuqdur. 
Həmidə: Bütün bunlar yazılır? 
Qəzənfər: Bə nə? 
Həmidə: Möcüzədir, vallah... 
Qəzənfər: Yaxşı, kim qaldı? Rüstəm, Dilarə, siz də bir şey deyin. 
Dilarə: Mən dedim. 
Rüstəm: Qoy Dilarə oxusun. 
Dilarə: Lap oxuyuram (Oxuyur) Arşın mal alan... 
Qəzənfər: Yaxşı, indi sən de. Rüstəm... 
Rüstəm: Nə deyim? 
Qəzənfər: Nə olub? Elə hamınız soruşursunuz nə deyim, nə deyim. Bir şey deyin də... 
Rüstəm: Əkil-bəkil quş idi, ağaca qonmuş idi. 
  Çıxdım onu tutmağa, o məni tutmuş idi. 
 
Gülüş. 
 
Qəzənfər: Yaxşı, Həmidə, indi sənin növbəndir. 
Həmidə: Mən danışa bilmirəm. Nədi belə, hamını məcbur eləyirsən? Özün danış da. 
Qəzənfər: Mən? 
Həmidə: Hə, sən. 
Qəzənfər: Yaxşı, danış deyirsən, danışım da. Mən nə şairəm, nə də filosof. Adi fəhlə ba-
bayam. Ancaq indi bir-iki kəlmə söz demək istəyirəm (Öskürür, tutulur). Bax, yenə deyirəm, 
mən adi bir adamam, elə bilməyin ki, çox dərin danışmaq, filosofluq etmək istəyirəm. 
 
Qəzənfərin monoloqu başlayanda səhnədə işıqlar yavaş-yavaş azalır, sönür. İndi qaran-
lıq səhnədə yalnız Qəzənfərin divardakı  şəkli işıqlandırılır, bir də maqnitofunun yanında 
oturub qulaq asan Həmidə xala. 
 


 
 
 
145 
 
•  II  mərhələ  •  
XX əsrin ortalarından günümüzə qədərki ədəbiyyat
  •

Qəzənfərin səsi (davam edir): Özümə görə adım-sanım da var. Beş kişinin içində hörmətim 
də  olub.  Həyatda  təcrübəm  çox  olub.  Dünyanın,  necə  deyərlər,  hər  üzünü  görmüşəm... 
Görürsünüz, nə ədəbi cümlələr qururam!?.. Bir gün gələcək... mən olmayacam. 
Həmidənin səsi (maqnitofonda eşidilir): Bəsdi yenə, sən allah. Sənsiz bizim bir günümüz 
olmasın. 
 
Uşaqların səsi-küyü: Bəsdi, bəsdi. 
 
Həmidə (səhnədə): O vaxt bu sözlər nə qədər təbii idi, Qəzənfər, bizə nə qədər doğru, düz 
gəlirdi. 
Qəzənfərin səsi: Yaxşı, yaxşı, uşaqlar, susun. Qoyun sözümu qurtarım. Yaxşı, ay arvad, 40 
il, 50 il sonra. Axır, bir gün mən olmayacam. Qulaq as. Bax sənə bircə əmanətim bu uşaq-
lardır. Ömür vəfa eləsə, hamısını özüm böyüdüb başa çatdıracam. Yox, işdi... Onda, bax 
bunları sənə tapşırıram. Demirəm ki, hamısına ali təhsil ver. Demirəm, hamısını həkim elə, 
mühəndis elə, alim elə. Yox, kim olurlar-olsunlar: alim, fəhlə, həkim. Amma adam olsunlar, 
yaxşı adam olsunlar. Sonra, Həmidə, bir gün gələcək, hamısı böyüyəcək, boya-başa çatacaq 
və yuvasını tərk eləyən quşlar kimi bir-bir uçub gedəcəklər.  
Bax onda onlara vəfasız demə ha! Onu bil ki, hara getsələr, hansı ailəyə düşsələr, səndən 
də, məndən də nə isə aparacaqlar. Necə ki biz də bir-birimizlə görüşəndə hərəmiz öz ata-
babalarımızdan  nə  isə  bir  şey  gətirmişdik.  Deyəcəksən,  Qəzənfər  yenə  filosofluq  eləyir. 
Amma bax mən belə fikirləşirəm. Adamlar hamısı nəsildən-nəslə bir-birinə bir şey verirlər: 
o şeyi ki biri başlayır, amma qurtara bilmir, o şey itmir, batmır, sonrakı nəslə qalır, onu sonra 
gələnlər tamamlayırlar. Dünyada heç nə itmir, batmır, heç kəs ölmür. Yaxşı da, pis də keçir, 
nəsil-nəsil keçir... Biz, mən biləni, yaxşı yaşamışıq, əlimizin zəhmətilə çörək qazanmışıq. 
Qoy bizim həyatımızda yaxşı nə olubsa, uşaqlarımız özləri ilə təzə həyatlarına, təzə nəsillərə 
aparsınlar. Həyat da elə budur da. Bax belə... 
 
Lent qurtarır. Kaset bərk fırlanır. Həmidə xala düyməni basır, maqnitofonu söndurür. 
 
Həmidə: Vəssalam. Burda yazı qurtarır. Sən də qurtarırsan, Qəzənfər. Doğrudur, bir də baş-
dan  qulaq  asa  bilərəm.  Amma  neçə  kərə  qulaq  asıram-asım,  bir  kəlmə  artıq  söz  demə-
yəcəksən. Yox, mən qüssələnmirəm. Əksinə, elə bil bütün dərd-qəmim uçub getdi. Elə bil 
mənə təsəlli verdin. Qəzənfər, həyatımın mənasını açdın mənə. Bax bu qab-qacağı da yığış-
dırmayacam. Qoy uşaqlar gəlib görsün. Çilçırağı da yandıracam. Səhərə qədər qoy yansın. 
Qoy uşaqlar gələndə pəncərələrimizi işıqlı görsünlər. Qoy hamı bilsin ki, burda da Yeni ili 
qarşılayırlar... (İşığı yandırır, səhnə gur işığa qərq olur) 
 
Balaca Vaqifin bağırtısı eşidilir. 
 
Həmidə: Sən də oyanmısan, bala, sən də babana qulaq asırdın? Böyüyəndə bir də qulaq 
asarsan, bala, ağlın kəsəndə. O sözləri səninçün deyir. Hamımızçün. Bütün adamlarçün. 
Ağlama, bala, bu saat gəlirəm. (Yanaşıb nəvəsini qucağına götürür, ovundurur, yelləyir. 
Laylay deyir) 
Laylay dedim yatasan
Qızılgülə batasan. 
Qızılgülün içində 
Şirin  yuxu tapasan. 
 


Yüklə 4,03 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə