Mustafayeva



Yüklə 4,03 Kb.
Pdf görüntüsü
səhifə63/87
tarix25.06.2018
ölçüsü4,03 Kb.
#51281
növüDərs
1   ...   59   60   61   62   63   64   65   66   ...   87

 
 
156 
 
6.  Kiçik qruplarda birləşib yerinə yetirdiyiniz bütün işlərin nəticələrini müzakirə edin, dəqiqləşdirmə, 
ümumiləşdirmə aparmaqla təqdimata hazırlaşın. 
7.  Gəldiyiniz nəticələrlə bağlı təqdimat əsasında fikir mübadiləsi və müzakirə aparın.  
 
 
a)  Əsərin ardını (ikinci parça) oxuyun. 
b) Tanış olmayan sozlərin mənasını aydınlaşdırın. 
 
 
1.  Evdə oxuduğunuz parçanı bir daha nəzərdən keçirin. 
2.  Parta yoldaşınızla birlikdə məzmuna aid üçdən az olmayaraq sual və onlara cavab hazırlayın. 
3.  Əsərlə bağlı hiss və düşüncələrinizi ikihissəli gündəlikdə qeyd edin. 
Əsərdə diqqətimi daha çox cəlb edənlər 
Bunun səbəbi 
 
 
 
4.  Müəyyənləşdirdiyiniz bədii təsvir və ifadə vasitələrinin növünü dəqiqləşdirin. Cədvəldən istifadə edin. 
Bədii təsvir və ifadə vasitələrinin işləndiyi cümlələr 
Bədii təsvir və ifadə vasitələrinin növü 
 
 
5.  Əsərin hekayə janrında olduğunu nümunələrlə əsaslandırıb qısaca yazın. 
6.  Kiçik qruplarda birləşib yerinə yetirdiyiniz bütün işlərin nəticələrini müzakirə edin, dəqiqləşdirmə, 
ümumiləşdirmə aparmaqla təqdimata hazırlaşın. 
7.  Gəldiyiniz nəticələrlə bağlı təqdimat əsasında fikir mübadiləsi və müzakirə aparın.  
 
 
•  Hekayədən  seçdiyinz  hissənin  məzmununu  tərtib  etdiyinz  plan  əsasında  iki  formada  – yığcam  və 
yaradıcı nağıl etməyə hazırlaşın. 
 
 
• Əsərin təhlilinə hazırlaşın. 
1.  Mətni oxuyun. Tapşırıqları yerinə yetirərkən ordakı fikirlərdən faydalanın. 
İlk qələm təcrübələrindən oxucuların rəğbətini qazanan Elçinin əsərləri çox vaxt adi  mövzularda 
olur. Yaratdığı ədəbi qəhrəmanları da, əksər hallarda,  sadə insanların arasından seçir. Amma bu adi 
mövzular oxucuların diqqətini ən mühüm həyati, ictimai-siyasi problemlərə  çəkməkdə yazıçıya mane 
olmur. Eləcə də sadə adamların mənəvi-əxlaqi keyfiyyətlərinin ustalıqla təqdimi bütöv bir cəmiyyət 
barədə aydın təsəvvür yaradır. “Talvar” hekayəsinin qəhrəmanı Əliabbas kişi də sadə peşə adamı olub, 
ömrünü zəhmətlə keçirmişdir. Adi bir əhvalat – xartutun parçalanması çoxsaylı ailə üzvlərinin, eləcə 
də  məhəllədəki  insanların    Əliabbas  kişiyə  münasibətini  daha  qabarıq  üzə  çıxarır.  Məlum  olur  ki, 
Əliabbas kişi ömrünü hədər yaşamamışdır. Onun ömrünü mənalı edən nədir? Yazıçı xartutun ömrünün 
sonu ilə Əliabbas kişinin ömrünün sonu arasında hansı əlaqə görür? 
Əsərin üzərində müşahidələrinizi davam etdirin, yazıçının oxucuya çatdırmaq istədiyi bu mətləbləri 
aydınlaşdırmağa çalışın. Elçinin yaradıcılığı ilə bağlı aşağıdakı qəbildən məlumat toplamağa çalışın. 
Bu, tapşırıqları daha səmərəli yerinə yetirməyinizə imkan yaradacaqdır.  
“Elçində bədii idrak duyğusu güclü və cəlbedicidir. Müxtəlif əhvali-ruhiyyəli, müxtəlif fərdi həyat 
yolları keçən adamların mənəvi aləminə eyni zamanda dərindən nüfuz etmək qabiliyyəti onun yazıçılıq 
istedadının ən qüvvətli cəhətidir. Onun müxtəlif sənət sahibləri olan obrazları  nəinki mənəvi-əxlaqi 
keyfiyyətləri, arzuları, əməlləri, həm də peşələrinə və yaşlarına görə də qocası qoca, cavanı cavan, 
uşağı uşaq kimi inandırıcıdır, realdır”.  
 M.C.Cəfərov 
 
 
 
E v d ə   i ş  
I I   d ə r s 
M ə z m u n   ü z r ə   i ş  
 
E v d ə   i ş  
I I I   d ə r s 
T ə h l i l   ü z r ə   i ş  


 
 
 
157 
 
•  II  mərhələ  •  
XX əsrin ortalarından günümüzə qədərki ədəbiyyat
  •

 
2.  Əsər  hansı  mövzuda  yazılmışdır?  Sizcə,  yazıçının  diqqəti  cəlb  etmək  istədiyi  başlıca  problem 
nədir? Fikrinizi əsaslandırın. 
3.  Əliabbas kişi obrazını səciyyələndirin. Cədvəldən istifadə edin. 
Xarakterindəki başlıca 
xüsusiyyətlər 
Davranış və 
əməlləri 
Digər obrazların 
ona münasibəti 
Yazıçının ona 
münasibəti 
Bu obraza sizin 
münasibətiniz 
 
 
 
 
 
4.  Əliabbas kişi ilə cavan ustanın dialoqu sizdə hansı düşüncənin yaranmasına səbəb oldu? Fikrinizi 
nümunələrlə əsaslandırın.  
5.  Əsərə çəkilmiş şəkli uğurlu hesab edirsinizmi? Nə üçün? 
6.  Əsərdə işlənmiş bədii təsvir və ifadə vasitələrinin fikrin təsir gücünün artmasında rolunu aydın-
laşdırın. Cədvəldən istifadə edin. 
Bədii təsvir və ifadə vasitələrinin işləndiyi cümlələr  Fikrin təsir gücünün artmasında onların rolu 
 
 
7.  Bu  hekayə  janr  baxımından  povestdən  hansı  cəhətlərinə  görə  fərqlənir?  Fikrinizi  nümunələrlə 
əsaslandırın. 
8.  Əsərdəki başlıca fikir – ideya, sizcə, nədir? Fikrinizi əsaslandırın. 
 
 
• Kitabxanadan, internet mənbələrindən topladığınız məlumat əsasında “Ədəbiyyatımızda əməkçi insan 
obrazı” mövzusunda təqdimat hazırlayın.
 
 
 
1. Hüseyn Arifin “Fəhlə əli” şeirini oxuyun, tanış olmayan sözlərin mənasını aydınlaşdırın. 
 
 
FƏHLƏ ƏLİ 
 
Alovmu? Şimşəkmi? Bu necə sirdir? 
Alovda közərib, odda bərkiyib. 
Bilmirsən, poladdır, bilmirsən, dəmir, 
Poladlar sındırıb, dəmirlər əyib. 
 
Şaxtada köməşib, qarda bürüşməz, 
Nə tikan qanadar, nə iynə batar. 
Gecəni gündüzlə eyləyib əvəz
Nəhəng qayaları baş-başa çatar. 
 
Yetişib köməyə, çatıb haraya, 
Ona bərk də tanış, boş da tanışdır. 
Qalxıb uzansa da ulduza, aya, 
Özgə süfrəsinə uzanmamışdır. 
 
Ovcunda qaynayıb coşur bu əlin 
Zavod da, mədən də, torpaq da, su da. 
Qızılgül ətritək xoşdur bu əlin 
Benzin qoxusu da, neft qoxusu da. 
 
2.  Kiçik qruplarda birləşərək şeirin məzmununa aid suallar tərtib edin. 
 
A r a ş d ır ı n  •  F i k i r l ə ş i n   •  C a v a b  
 
E v d ə   i ş  
I V   d ər s  
T ə t b i q   •  M üz a k i r ə   •   Y a r a d ı c ı  i ş  


Yüklə 4,03 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə