NəSİMİNİN İraq divani



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə10/65
tarix14.06.2018
ölçüsü0,54 Mb.
#48875
1   ...   6   7   8   9   10   11   12   13   ...   65

 
 
 
Şəmsü qəmər əgər yüzün təbinə düşmədi, nədən,  
Eşqə əsir olan kişi atəşü tab içindədir. 
 
Zöhdə dəlalət eylərəm, eşqə həris olur könül,  
Mən nə şümarə düşmüşəm, ol nə hesab içindədir. 
 
Kim ki yüzünlə olmadı sübhi-əzəldə aşina,  
Ta əbəd ol qəragünün bəxti hicab içindədir. 
 
Qəndü nəbatü şəkkərin ləzzətini unutmuşam,  
Ta ki, bəninlə ləblərin nazu itab içindədir. 
 
Surətinin səfasına aşuqü valeh olmuşam,  
Gözdən əgərçi surətin zərfi-niqab içindədir. 
 
Düşdü cəhanə qulğulə uyqulu nərgizindən uş,  
Fitnələrini gör anın sanma ki, xab içindədir. 
 
Sirri-səqahum, ey könül, zahidə sorma sən anı,  
Arifi-rəbbihum bilir kim bu şərab içindədir. 
 
Zülfü qaşın Nəsimiyə xətti həsəndir, ey sənəm,  
2Cim” ilə “nun” bu hüsn ilə qansı kitab içindədir.  
(səh. 51) 
 
*** 
 
(müftə’ilün məfA’ilün müftə’ilün məfA’ilün) 
 
Kim ki, irər vüsalına eyşi-nəim içindədir,  
Vəslinə irməyən kişi bil ki, cəhim içindədir. 
 
Zülməti-hicrü firqətin misli-cəhənnəm atəşi,  
Mənzəri-ali vüslətin nuri-əzim içindədir. 
 
Abi-həyatə irişən buldu həyati-cavidan,  
Zülmət içində qalanı “əzmi-rəmim” içindədir. 
 
Çün gedə ortadan hicab eynə mübəddəl ola elm,  
Bilinə bunda kim, kimin qəlbi səlim içindədir. 
 
Buldu səlamat ol kişi kim, tələb etdi cəhd ilə,  
İstəməyən səlaməti rənci-əlim içindədir. 
 
Surəti-xuba müddəi baxma deyib, həram edər,  


 
 
Yüzüqaranı gör necə küfri-səqim içindədir. 
 
Qıldı tələb vüsalını eşq ilə uş Nəsimi kim,  
Vəslinə vasil olalı eyşi-müqim içindədir.  
(səh. 52) 
 
*** 
 
 (müftə’ilün məfA’ilün müftə’ilün məfA’ilün) 
 
Dərdi-fəraqə düşdü can, ahü fəğan içindədir,  
Sən bu əzabü atəşi gör ki, bu can içindədir. 
 
Oda buraxma könlümü, çün rövşən oldu kim,  
Bunca qəmü bəla ilə dərdi-nihan içindədir. 
 
Vəsli-rüxündən özgə mən kövnü məkanə baxmazam,  
Gərçi xocəstə vüslətin kövnü məkan içindədir. 
 
Eynim içində qamətin sidrəsi məskən eylədi.  
Sidrə həm anda yaraşır, abi-rəvan içindədir. 
 
Çərxə çıxardı ahımı, canımı yandırır ğəmin,  
Gör necə nar imiş ğəmin, nuri-duxan içindədir. 
 
Yarımı məndən ayıran hacəti hasil olmasın,  
Assi sanan bu işi gör, kim, nə ziyan içindədir. 
 
Səndən əgərçi düşmüşəm ayru, səninləyəm, vəli  
Ol nə bilir bu rəmzi kim, zənnü güman içindədir 
 
Halimi sənsiz ey sənəm, bilməzisən gəl üştə gör, 
Bənzimə bax, bağrımı gör ki, nə qan içindədir. 
 
Vəsli-rüxün bahasına versəm ucuz ola hənuz, 
Canü cahanü hər nə kim, iki cahan içindədir. 
 
Silsiləsində sünbülün can vətən eylədi, könül,  
İş bu səbəbdən ol dəli səhni-cinan içindədir. 
 
Oldu Nəsimi, ey qəmər, hüsnünə fitnə, neyləsin,  
Fitneyi-axirəzzaman uş bu zaman içindədir.  
(səh. 53) 
 
*** 
 
 (müftə’ilün məfA’ilün müftə’ilün məfA’ilün) 


 
 
  
Zülfi-dutasi şahimin həlqəsi mah içindədir,  
Şol qəmərin mənazili əbri-siyah içindədir. 
 
Düşdü kəməndi-zülfünə əqlü rəvan quşu, vəli,  
Zilli-ilahə yapışan, zilli-ilah içindədir. 
 
Kə’beyi-eşqə varanın sidqi-niyaz olur, vəli,  
Mənzilə aqibət irər kim ki, bu rah içindədir. 
 
Canımı bir nigah ilən aldı hərami gözlərin,  
Gör ki, nə dürlü fitnələr uşbu nigah içindədir. 
 
Aləm içində bigüman, sənsən əmiri-dilbəran,  
Gor ki, bu rəsmə padişah xansı sipah içindədir. 
 
Sərvi-qəbadə, ya məhi kimsə gülahdə görmədi,  
Şol boyu sərv gör neçə mahü gülah içindədir. 
 
Surəti-xuba müddəi baxma demiş Nəsimiyə,  
Yüzü qərayi gör necə küfrü günah içindədir. (səh. 54) 
 
*** 
 
(fA’ilAtün fA’ilAtün fA’ilAtün fA’ilün) 
 
Yarü dilbər səndən ayru kim, dedi aləmdə var?  
Qanı səndən ayru dilbər, qanı səndən özgə yar? 
 
Çün mənə eşqin təriqidir sirati-müstəqim,  
Doğrudur həqqim, təriqim, neylər əğyar anda var. 
 
Ey gülüm, gülgün yanağın cənnətin xəndan gülü,  
Gəl kim, anın həsrətindən canımı yandırdı xar. 
 
Çıxdı məşriqdən günəş, fəth etdi eşqin rəmzini,  
Pərdəsi açıldı hüsnün, dilbər oldu aşikar. 
 
Zağ ilə bir yerdə tuti gərçi yaraşmaz, vəli,  
Alamaz təqdir əlindən kimsə, ey yar, ixtiyar. 
 
Din ilə imandurur əhdi-əmanət aşiqin, 
Kimdə kim, olmaz əmanət bil kim, oldur əhli-nar. 
 
Aşiqin me’marı həqdir, yapar anın batinin,  


 
 
Ey evi həqdən yapılmış, sənsən əhli-e’tibar. 
 
Dövləti-didarə bidar uğradı, gərçək mühibb,  
Gözləri açuq gərəkdir aşiqin leylü nəhar. 
 
Gərçi ağudur fəraqin şərbəti aşiqlərə, 
Eyləməz vəslin şərabın içənə şol ağu kar. 
 
Mə’rifət kəsb eylə, ləhvü lə’bə məşğul olma kim
Gör nə surət göstərir hər dəm oyunçu ruzigar. 
 
Çün bəqasızdır cahanın mülkü malü dövləti,  
Dövləti-Mənsurə yapış, istə ömri-payidar. 
 
Eşq əlindən gəl şərabi-səlsəbilü gövsər iç,  
Keç bu meydən kim, çəkərsən ertə rəncindən xumar. 
 
Gül fərağindən gəl, ey bülbül, səbur ol, ağlama, 
Qış keçər, xəndan olar gülşən, gələr fəsli-bahar. 
 
Doğru söz doğrar həsudin bağrını şol mənidən,  
Münkirə oldu Nəsiminin kəlamı Zulfiqar.   
(səh. 55-56) 
 
*** 
 
(fA’ilAtün fA’ilAtün fA’ilAtün fA’ilün) 
 
Pərdə altından kim, oldu şəmsi-dövran aşikar,  
Şiri-yezdandır, könül, ahusunu qıldı şikar. 
 
Ol Əliyyi-Murtəza kim, könlümün məqsudidir,  
Sirrin izhar etmək üçün uş ədəmdən oldu var. 
 
Ol əmirülmö’münin bişək imami-cüzvü küllü,  
Əhli-təhqiqə iki aləmdə oldur ixtiyar. 
 
Əvvəlü axir Əlidir, zahirü batin Əli. 
Bir günəşdir kim, yüzünə qonmadı ğəmdən ğübar. 
 
Uş hədisi Mustafadır la fətə illa Əli,  
Həm Nəbinin sözüdür, la seyfi illa Zülfüqar. 
 
Şəhr elminə Əlivü babiha dedi rəsul,  
Bəs Əli payində xak olmaq gərəkdir, xaksar. 
 


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə