O günün Həsrətiylə



Yüklə 0,77 Mb.
Pdf görüntüsü
səhifə15/28
tarix20.08.2018
ölçüsü0,77 Mb.
#63762
1   ...   11   12   13   14   15   16   17   18   ...   28

açıqsöz 

44 


dönümdə "Ajir" in Xəyyam xiyabanındakı redaksiyasında və başqa klublardakı görüşlərimizdə 

zindanda dediyi "Azərbaycanın öz dərdi var, ona çarə tapmalıyıq" sözlərini indi demək olar ki, 

teztez təkrar edirdi. Nəhayət, zaman gəlib çatdı. ,”Ajir”dəki növbəti görüşdə (bu görüşdə ağaye 

Padiqan, Şəms, Şəbtüstəri, Məşədi Kaviyan, Nünəkərani, Tağızadə, mən və adlarını unutduğum 

bir neçə nəfər iştirak edirdi) Pişəvəri yenı, demokratik və milli bir fırqənin yaradılması fikrini 

ortaya qoydu və onun yaradılmasını zəruri edən cəhətlər haqda müfəssəl danışdı. Bir neçə nəfər 

tərəddüd etsə də hamımız ağaye Pişəvəriyə tərəfdarlıq etdik. Qərara alındı ki, bir neçə nəfər 

Azərbaycana  Təbrizə getsin. Səhv etmirəmsə bu 1324 cü ilin ordibeheşt  xordad ayı idi 

(1945ci il aprelimay). Firqənin yaradılmasına hazırlıq işləri Təbrizdə başa çaldıqdan sonra ağaye 

Peşəvəri Tehrana qayıtdı. Mənə və bir neçə nəfərə Tchranda qalmaq, Azərbaycandakı hadisələr 

və iqdamlarla Tehrandakı həmvətənləri tanış etmək, yaradılacaq firqə haqda onlarda düzgün 

təsəvvür yaratmaq tapşırıldı. Mən bu sahədə İttihadiyyədə (həmkarlar təşkilatı) iş aparmalıydım. 

Kaşandan Tehrana gələn gündən İttihadiyyədə çalışdım. Bu təşkilatda, onun fəalları arasında 

hörmət və nüfuzum pis deyildi. Bunun səbəbi İttihadiyyə təşkilatlarına lazım olduqda həmişə 

maddi yardım etməyim, fəhlə və zəhmətkeşlərə çox vaxt təmənnasız (məccani) tibbi xidmət 

göstərməyim və ictimai işdə fəal olmağım idi. İttihadiyyə rəhbərlərindən olan ağaye Riza Rusta 

ilə qədimdən dost idim. O, çox sədaqətli, əliaçıq və imanlı adamdır. Mən onu belə tanımışam. 

Ağaye Pisəvəri həmişəlik Azərbaycana siyasi işə getdiyindən "Ajir"i idarə etməyi dostlarına 

tapşırdı. Azərbaycandakı hadisələri müntəzəm işıqlandırmaqda "Ajir"in tayı bərabəri yox idi. 

"Ajir"dəki son görüşdə firqənin adı, məram və məqsədi, hədəfı, hansı qüvvələrə söykənəcəyi, 

siyasətı, bir sözlə, hər şey müzakirə edildi. 

Az sonra ağaye Peşəvəri bir neçə yoldaşla Azərbaycana yollandı. 

 

 

12 ŞƏHRİVƏR FİRQƏNİN YARANMASI 



12 Şəhrivər bəyannaməsi (3 sentyabr 1945ci il) elan edilməmişdən onun məzmunu ilə biz 

Tehranda, ağaye Pişəvəri Təbrizə yola düşməmiş tanış idik. 12 Şəhrivər bəyannaməsi "Ajir"lə 

yanaşı Tehrandakı bir çox ruznamələrdə (qəzetlərdə) çap olunmuş və bu haqda müxtəlif 



açıqsöz 

45 


məzmunlu xəbərlər verilmişdi.* 12 Şəhrivər  Azərbaycan Demokrat Firqəsinin yaradılması 

xəbəri bütün İranda ıldırım surəti ilə yayıldı. İran və xarici radioların verilişləri bu xəbəri 

təkrartəkrar verirdilər. Bu hadisədən sevinənlər də, kədərlənənlər də, qəzəblənənlər də çox idi. 

Əlbəttə, sevinənlər səfində Azərbaycan xalqına, onun mübarizəsinə rəğbəti olan mütərəqqi 

qüvvələrin nümayəndələri daha çox idi. Hamıdan çox şadlanan Tehranda və digər əyalət 

şəhərlərində yaşayan, ürəyi Azərbaycanla vuran həmvətənlərimiz idi. 

Mən 12 Şəhrivərlə bağlı cələsələrin, tədbirlərin çoxunda iştirak etmişəm və bu məqsədlə 

Azərbaycana teztez getməli olduğumdan mətəbdə Bikəxanım tək çalışmalı olurdu. Firqə 

yaradılmamışdan xeyli əvvəl ağaye Pişəvərinin, digər yoldaşlarımızın təklifı və təkidi ilə bir neçə 

nəfər iş aparan, Tehrandakı ictimaiyyətdə tanınan adamlar orada  Tchranda qalmalı və fəaliyyəti 

davam etdirməli oldular. O cümlədən, mən də Tehranda qaldım. Mənim fəaliyyət sahəm 

İttihadiyyə üzvləri sırasında təbliğattəşviqat aparmaq və milləti, xüsusən azərbaycanlıları 12 

Şəhrivər hadisəsi ilə, yeni yaranmış Azərbaycan Demokrat Firqəsinin məramı, məqsədi və onun 

yaradılmasını doğuran səbəblərlə tanış etmək idi. Həqiqəti anlayan həmvətənlərimiz az müddətdə 

Tehranda fırqənin böyük təəssübkeş dəstələrini yaratdılar. Həmin dövrdə Tehranda və Təbrizdə 

çap olunan ruznamələrdə firqəyə rəğbət göstərənlərin təəssüb keşlik və ehsasatla yazılmış 

müraciətlərinə çox rast gələrsiniz. Azərbaycanda HizbeTudə üzvlərinin və İttihadiyyənin 

Azərbaycan Demokrat Firqəsinə mülhəqq (birləşmə) olmasında şirkət etmişəm və bu işi yoluna 

qoyanlardan biri olmuşam. 

Nəhayət, zaman gəlib çatdı. Başqa yoldaşlarım kimi, mən də hiss edirdim ki, dövlət bizim 

istədiyimizi nəinki verməyəcək, əksinə o azadixahlara divan tutmağa hazırlaşır. Zora zorla cavab 

verməkdən başqa yol qalmamışdı. Təbrizdə Milli Hökumət yaradılanadək oradakı bütün siyasi və 

firqəvi ıqdamların çoxunda şirkət etsəm də, mənim ailəlikcə oraya köçməyimə ehtiyac yarandı və 

bu haqda ağaye Pişəvəridən, Şəbüstəridən, Padeqandan bir neçə ismarıç və məktub aldım. Vətən 

məni çağırırdı. Dar və məsuliyyətli zamanda ona köməyə getmək hər bir vətəndustun, o 

cümlədən mənim də borcum idı. 

Həmişə ictimaisiyasi fəaliyyətimi Bikəxanımdan gizlətməyə çalışsam da (onu narahat etməmək 

üçün) bu dəfə Təbrizə yola düşdüyümü və çox güman onları da yaxın vaxtda oraya aparacağımı 

açıb söylədim, eyni zamanda köç üçün hazırlıq görməyi tapşırdım. 



açıqsöz 

46 


Mən Təbrizə gələrkən Milli Konqres işə başlamalı, Məclise Milli təşkil tapmalı, düşmənin 

zorakılığına silahlı müqavimət göstərməyə başlanılmalıydı. Təbrizə gələn gündən işin çoxluğu və 

vəziyyətin getdikcə kəskinləşməsi göstərdi ki, mən özüm uşaqları Tehrandan gətirməyə heç cür 

imkan edə bilməyəcəyəm. Bu işi Tehrandakı dostum mühəndis Çəmənliyə həvalə etdim. O, 

Bikəxanımı uşaqlarla birlikdə qatara mindirib yola saldı və bir neçə gündən sonra ev əsasiyəmiz 

yük maşını ilə gətirildi. Ailəlikcə bir neçə gün Məşədi Kaviyangildə qaldıq, sonra ev kirayə etdik. 

Milli Hökumətin süqutunadək (mənim həbs edılib Tehrana aparılımağımadək) Təbrizdə yaşadıq. 

Nehzətdən sonra Ağabozorq adlı dəllal vasitəsilə Şahpur xiyabanında Hacı Mahmud 

Kərbasizadənin boş qalmış evində yaşadıq. Kərbasizadə Tehranda yaşadığından onun evini 

Təbrizdəki qohumu vasitəsi ilə kirayə etdim və hər ay 80 tümən ev kirayəsi ödəyirdim. Əlavə 

olaıaq 4 il boş qalmış və pis günə düşmüş evi təmir də etdirdim. Evin içərisində bir xeyli ev 

əsasiyəsi var idi. Mən qohumu vasitəsi ilə Kərbasizadəyə xəbər çatdırdım ki, bu əsasiyələri hara 

qoyaq, kimə verək. Ondan xəbər gəlmədiyi üçün Kərbasizadənin ev əsasiyələri müsadirə 

komissıyası vasıtəsi ilə dövlətin xeyrinə götürüldü. Xoşbəxtlikdən müsadirə olunub aparılan 

bütün əsasiyələrin tərtib olunmuş və imzalanıb möhürlənmiş siyahısının bir surətini Bikəxanım 

alıb özündə saxlamışdı. Sonra bu sənəd bizi Kərbasizadənin şərindən xilas etdi   

* S.Cavidin bu dövr siyasi fəaliyyəti haqda bax: "İran beyne do enqelab". Tehran, 1380, səh. 270, 374;

 

həmçinin 



bax: "Qızıl səhifələr". Təbriz, 1325, s. 371.S.Cavidin bu zaman S.C.Pişəvəri ilə Təbrizə getdiyi və firqənin 

yaradılmasında iştirak etdiyi haqda "Xatirələr "də söhbət açılmır. Lakin bu haqda "Əz Seyidziya ta Bəxtiyar". (s.270) 

C.Həsənlinin "Güney Azərbaycanda SovetAmerika və İngiltərə qarşıdurması" (s.384) və "İran beyne do enqelab" 

(s.364), kitablarında, "Qızıl səhifələr" də s.371 

 

 

AZƏRBAYCAN MİLLİ HÖKUMƏTİNDƏ FƏALİYYƏTİM 



1324cü ilin aban ayından (noyabr 1945) başlayaraq artıq Azərbaycanın yaşayış məntəqələrində 

fədai dəstələri ilə dövlət məmurları arasında üzüzə dayanma və fədailərin bir birinin ardınca 

məntəqələri azadetmə xəbərləri Təbrizə gəlib çatırdı. Əslində fədailərin azad etmə hərəkatı nizam 

və bərnamə üzrə gedirdi və MK bu işə bilavasitə rəhbərlik edirdi. Milli Konqresin tələbi ilə 

çağrılan 6 azər 1324cü ildə (28 noyabr 1945) Təbriz şəhərindən Azərbaycan Məclise Millisinin 



Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə