O günün Həsrətiylə



Yüklə 0,77 Mb.
Pdf görüntüsü
səhifə12/28
tarix20.08.2018
ölçüsü0,77 Mb.
#63762
1   ...   8   9   10   11   12   13   14   15   ...   28

açıqsöz 

35 


Kaşan əhalisi içərisındə mənim və Bikəxanımın qazandığı hörmət bu şəhərin dövlət idarə 

başçılarının və tanınmış adamların qulağına çatmışdı. Tehrandan mənə gələn teleqramda Qəmsərə 

həkim və səhiyyə işlərinə başçı olmaq təklif edilirdi. Kaşan çox isti və əqrəbli yer olduğundan mən 

bu təklifı qəbul etmək istəyirdim, Bikəxanım da mənimlə həmfıkir idi. Lakin Kaşandakı dostlar və 

idarə başçıları məni Kaşanda qalmaq üçün dilə tutdular və Kaşan səhiyyəsinə başçı təyin 

olunmağım haqda Tehrana müraciət etdilər. Bu xəbəri eşidən doktor Mötəmədi dərhal Tehrana 

teleqram vurub mənim dövlət əleyhinə olduğumu, kommunist fəaliyyətındə bulunduğumu və s 

böhtanla dolu məlumat göndərdi. Yerli orqanlar onunla həmfikir olmadıqları üçün vurulmuş 

teleqram bir fayda vermədi. Doktor Mötəmədi mərkəzə aparıldı, onun yerinə məni səhiyyə 

şöbəsinin başçısı qoydular. Biz burada sürgündə olduğumuz üçün aylıq maaşlarımız ən aşağı 

ölçüdə təyin edilmişdi. Mənim Kaşan səhiyyə işlərinə təyin olunmağımla 2ci oğlum Nikzadın 

1313cü ildə (1934) dünyaya gəlməsi eyni günlərə təsadüf etdi. 

Bikə xamımla öz sənətimiz üzrə bacardıqca yaxşı işləməyə və əhalinin daha çox hüsn rəğbətini 

qazanmağa çalışırdıq. Kasan şəhər rəhbərliyinin xahışi, əsasında Tehran mənim səhiyyə işləri üzrə 

məsulluğuma və Bikəxanımın mamaçılıq üzrə fəaliyyətinə icazə versə də, aldığımız məvacib xeyli 

aşağı, tariflə verilirdı. Mən buna görə ruhdan duşmədım. Səhiyyə cəhətdən İranın geri qalmış 

yerllərindən biri olan Kaşanda var qüvvə ilə çalışdım ki, az da olsa tibbi xidmətimin səviyyəsini 

qaldırım. Bütün imkanlardan istifadə etməyə əl atdım. Əvvəlcə şəhridari rəisi ağaye 

Etimaddövlənin vasitəsi ilə şəhridari büdcəsi hesabına beş çarpayılıq bir "mini xəstəxana" açmağa 

müvəffəq oldum. Yerli 9 nəfər tacirdən topladığım ianələr hesabına xəstəxananın digər xərclərinə 

vəsait ayırmaq mümkün oldu. O vaxt hər xəstənin yeməyinə 30 şahı kifayət edirdi. Mənim və 

şəhridari rəisi Etimaddövlənin birgə səyi ilə xəstəxana üçün daha münasib yer aldıq. Tibbi 

avadanlıq, alət və vasitələr əldə etmək üçün bütün imkanlardan istifadə olundu və nəticədə o dövr 

üçün münasib tibb ocağı yaradıldı. 

Mənim Kaşanda səhiyyə işlərinə məsul təyin edilməyimin bir xeyri də bu şəhərin tanınmış 

ziyalıları, iş adamları ilə şəxsi və ailəvi tanışlığım oldu. Bu tanışlıq sonrakı illərdə də mənim bəzən 

dadıma çatmış və mən də imkanım daxilində köməkliyimi heç vaxt onlardan əsirgəməmişəm. 

Kaşanda işlədiyimiz müddətdə imkanı az, kasıb adamlara cüzi haqla və çox zaman məccanı xidmət 

göstərməyimiz Bikəxanımla məni ictimaiyyət içərisində yaxşı mənada tanıtdırdı. 

Kaşan sürgünündə işlərimizin tədricən yoluna düşdüyü, maddi vəziyyətimizin qismən düzəldiyi bir 




açıqsöz 

36 


vaxtda şəhər polis idarəsinin rəisi və mənə pis munasibət bəsləməyən Yavər Vetkarın Kaşandan 

başqa şəhərə işə göndərilməsi ailəmizi qayğılandırıb, narahat etdi. Axı mən siyasi əqidəmə görə 

zindandan buraxılıb buraya təbid olunmuşdum. Hər addımımın ölçüldüyünü, hər sözümə fikir 

verildiyini və izləndiyimi yaxşı bilirdim. Bu işlər hamısı mövcud qayda üzrə yerli polisə, ona 

başçılıq edənə həvalə olunmuşdu. Polisə yeni rəis Yavər Teymuri adlı bir azərbaycanlı təyin 

olunmuşdu. O ilk gündən mənimlə hörmətlə davranır, ürəyinin dərinliyində mənə sanki yazığı gəlir 

və ailəmin ağır taleyinə təəssüflənirdi. Bu haqda mənə bir kəlmə deməsə də, onun baxışlarından, 

davranış və münasibətindən bunu yaxşı anlayırdım. Dünya yaxşılardan xali olsaydı, nə qədər kasıb 

və miskin görünərdi. 

Xidmətimlə əlaqədar Tehrana yolum düşmüşdü. Köhnə dostum Əjdər Əlizadədən batareya ilə 

işləyən bir radio aldım. 

Lakin Kaşana dönərkən məlum oldu ki, siyasi adam olduğumdan radiodan istifadə üçün gərək 

Tehrandakı siyasi idarədən icazə alam, bu isə mənə qarşı şübhəni yeniləşdirə bilərdi. Buna görə 

radiodan istifadə etməkdən vaz keçdim. 

Bikəxanımla Kaşanda sürgündə həkimlik ixtisası üzrə fəaliyyətimizi davam etdirib, maddi 

vəziyyətimizi bir balaca yoluna qoyduğumuz bir vaxtda xəbər gəldi ki, onu valideynləri (Məşədi 

Əliağa və Kübrə xanım) oğlanları Bəhmən, Cəmşid və qızı Məsumə ilə Şimali Azərbaycandan 

İrana köçürülməyə məcbur ediliblər (Güney mənşəli olduqlarına görə). Bu əhvalat istəristəməz 

bizim maddi vəziyyətimizə təsir göstərdi. Onlara hər cəhətdən köməklik etmək bizim borcumuz 

idi. Məsumə xanım tibb üzrə ali təhsil almağına və institut qurtarmasına baxmayaraq, onun 

həkimlik diplomu İranda bir müddət qəbul olunmadı. Bu hal 13171318ci (19371939) illərdə 

Quzeydən İrana gələn adamlara daha çox şamil edildi. 

13161318ci illərdə Quzey Azərbaycandan İrana köçürülən və burada "mühacir" adlandırılan 

adamların ölkənin cənubuna, abhavası ağır olan yerlərə köçürülməsi haqda Riza şahın əmri 

verilmişdi. "Mühacir" sözünün ortaya atılması rejimin düşünülmüş siyasəti idi. Bu ad altında 

Azərbaycanda millətin vəhdətini pozmaq, ikitirəlik salmaq və bundan faydalanmaq məqsədi 

güdülürdü. Həm Riza şah, həm də onun oğlu "mühacir" adından öz çirkin məqsədlərində kifayət 

qədər ıstifadə etmişlər. "Gəlmə", "yerli" sözünü ortaya atıb və bunu millətin qafasına yeritməklə 

Azərbaycan türklərinin arasında parçalanma salmağa nail olmuşlar. Qəsdən edilmiş bu fıtnəkarlıq 



açıqsöz 

37 


Pəhləvi hakimiyyətinə çox vaxt gərək olmuşdur1. Mən və ailəm İran təbəəsi olan Azərbaycan 

türklərinin sovet rəhbərliyi tərəfındən kütləvi sürgünündən çox əvvəl İrana gəldiyimizə görə 

"mühacirlik" bizə şamil olunmurdu. Lakin Bikəxanımın valideynləri 30cu illərin sonunda İrana 

gəldiyindən onlara şamil edilirdi ki, bu da ailəmiz üçün yeni problem yaradırdı. Mən bir qədər pul 

və bir qədər də dövlət idarələrində qohumları işləyən dosttanışın köməyi ilə Bikəxanımın 

valideynlərinin adının sürgünə göndərilməyə hazırlaşan mühacirlər siyahısından çıxarmağa 

müvəffəq oldum. 

 

 



PİŞƏVƏRİ KAŞANDA 

Artıq 2ci Cahan müharibəsi başlamışdı. İranın daxili siyasi vəziyyəti hiss olunacaq qədər 

kəskinləşib mürəkkəbləşirdi. Məhbəslərdəki siyasi məhbusların sayı artır, "şübhəlilər"in həbsə 

alınması çoxalırdı. Riza şah diktaturası daha da amansızlaşmışdı. Belə bir şəraitdə Qəsr Qacarda 

məhbusluq müddətini başa vurmuş siyasi şəxslərin tam azadlığından söz belə gedə bilməzdi. 

1320ci ilin əvvəllərində (1941ci il mart) S.C.Pişəvəri, Məmi Nünəkərani (Dehqan) və bir neçə 

nəfər mənim yaxşı tanıdığım Qəsr Qacardakı zindan yoldaşlarım həbs müddətlərini qurtardıqlarına 

görə onlar da Kaşana sürgün edilmişdilər. Zindan yoldaşlarımın Kaşana gəlməsi və onları 

sağsalamat görməyim məni çox sevindirdi, həm də qayğılarımı artırdı. Axı onlar zindandan təzə 

çıxmışdılar, mən isə artıq Kaşanda "sabiqəli" (stajlı) sürgündə idim, həm də keçən bir neçə ildə 

burada xeyli adamla tanış olmuşdum, hətta bəziləri ilə ailə dostluğumuz da var idi. Mən Pişəvərini 

və xanımını bir müddət evimizdə saxladım. Pişəvəri bir yerdə olmağımıza siyasi rəng verilə 

biləcəyi ehtimalını ortaya gətirdi və onlara başqa yerdə ev kirayə etdik. Mənim zindandan çıxmış 

yoldaşlarımla görüş və söhbətlərim, demək olar ki, məxfi olurdu, çünki bizi burada da izləyirdilər. 

Pişəvəriyə bir əttar, Mərəndi familiyalı başqa bir dostuma baqqal dükanı açmaqda köməklik etdim. 

Əslində bu dükanlar Kaşandakı azadixahların görüş və məşvərət yeri idi. Kaşanda olarkən Pişəvəri 

beynəlxalq vəziyyət, İranın daxili siyasi durumu, biz azadixahların vəzifəsi haqda, demək olar ki, 

hər gün söhbət edir, mülahizə və fikirlərini bizimlə bölüşdürürdü. 

Kaşandakı günlərimizdə beynəlxalq vəziyyət haqda ən yaxşı məlumatı qonşum ağaye Cucani ilə (o 



Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə