9
“İbrahim Əmini hicri 927 (1521)-ci ilədək Heratda yaşadı. Xorasanda özbək
basqınları təhlükəsi və şiə-sünni düşmənçiliyinin güclənməsi üzündən
sakitlik pozulduğu zaman bir çox elm və mədəniyyət xadimləri, o cümlədən
də İbrahim Əmini Heratı tərk etməyə və Səfəvilər dövlətinin paytaxtına
köçməyə məcbur oldu. Burada o, saray tarixşünası təyin olundu və I Şah
İsmayıl ona “Şahın qələbələri” tarixini yazmağı tapşırdı
10
. ”Fütuhat-i
şahi”nin Duşənbə əlyazması (A.M.Mirzoyevin yazdığına görə) iki cilddən
(dəftərdən) ibarətdir və ümumi həcmi 265 vərəqdir. Əmini birinci cildi
“Fəth” (qələbə) adını daşıyan beş fəslə bölmüşdür. Birinci fəsildə dünyanın
və insanın yaranmasından, islam dininin banisi Məhəmməd Peyğəmbərin
mənşəyindən bəhs edilir. İkinci fəsil Peyğəmbərin həyat və fəaliyyətinin
müfəssəl şərhini verir. Üçüncü fəsil xəlifə Əliyə və şiələrin imamlarına həsr
edilmişdir. Dördüncü fəsildə şəcərəsi iyirmi altıncı nəsildə imam Musa əl-
Kazıma gedib çıxan “ədalətin pənahgahı” - Şah İsmayılın əcdadından söhbət
açılır. Beşinci fəsildə İsmayılın uşaqlıq dövründən (onun həyatının birinci on
iki ilində baş vermiş hadisələrdən) danışılır. ”Fütuhati Şahi”nin birinci cildi
Şah İsmayılın yürüşləri ilə bilavasitə bağlı deyildir və o başqa məqsədə -
Səfəvilərin yeddinci şiə imamı, onun vasitəsilə isə Məhəmməd Peyğəmbərin
özü ilə qohumluq iddialarını əsaslandırmağa xidmət edir. Buna görə də
müəllif öz əsərinin bu cildini “Fütuhati Şahi”nin sonrakı cildlərinə
münasibətdə “müqəddimə”adlandırır.
Əsərin ikinci cildi (dəftəri) birincidə olduğu kimi böyük fəsillərə
bölünmür. Ayrı-ayrı, qarşılıqlı əlaqəsi olan başlıqlar altında Şah
İsmayılın Übeydulla xanın və Teymur Sultanın hicri 919 (1513-1514)-cu
ildə Herata basqını ilə əlaqədar Xorasana təkrar yürüşünə qədər bütün
hərbi əməliyyatlar haqqında danışılır. Beləliklə, ikinci cild də həmçinin,
təxminən on iki ili əhatə edir
11
.
Əmininin dili olduqca ibarəli, üslubu mübaliğəli və az
məzmunludur. Hekayəyə Qurandan xeyli miqdarda iqtibaslar, hədislər,
həmçinin şeir parçaları daxil edilmişdir. A.M.Mirzoyevin göstərdiyi kimi,
əgər xüsusi variantlar nəzərə alınmazsa, ””Fütuhat-i Şahi”nin və
10
“Şahənşahnamə”nin ikinci cildinin mətnləri oxşardır. Mətnlərin eyniliyi
buna şəhadət verir ki, ”Şahənşahnamə” müstəqil əsər deyildir və “Fütuhati-
Şahi”nin ikinci cildinin (ikinci dəftərinin) nüsxəsidir. A.M.Mirzoyev
“Şahənşahnamə” ni “Fütuhati- Şahi”nin ikinci cildinin yeni redaksiyası
hesab edir
12
.
Biz “Şahənşahnamə” adı ilə məlum olan ikinci cildin Sankt-Peterburq
nüsxəsindən istifadə etdik. Qeyd etmək lazımdır ki, bu nüsxədən
tarixşünaslıqda əməli surətdə istifadə edilməmişdi
13
.
Sankt-Peterburq əlyazması 235 vərəqdə, iri və aydın nəstəliq xətti ilə
yazılmışdır. Bu nüsxədə döyüş, şahın ova çıxması, oyunlar və s. səhnələri
təsvir edən səkkiz gözəl miniatür də vardır.
İbrahim Əmininin əsəri müasirlərinə yaxşı məlum idi və feodal
tarixşünasları tərəfindən I Şah İsmayılın hərbi yürüşlər tarixinə dair əsas
mənbə hesab edilirdi. Xronoloji nöqsanlara baxmayaraq, hadisələr, o
cümlədən İsmayılın Şirvanda Fərrux Yasara qarşı hərbi əməliyyatları, onun
Ağqoyunlu Əlvəndlə, həmçinin də İranın feodal hakimləri ilə döyüşləri
zəngin faktiki materiallar əsasında şərh edilmişdir. Müəllif bu hadisələrin
şahidi olmasa da, onların təsvir üsulu bu yürüşlərin şahidi və iştirakçılarının,
Şah İsmayılın yaxın silahdaşlarının - qızılbaş sərkərdələrinin söylədiklərinə
əsaslandığı üçün böyük maraq doğurur. Bütün bu dövr ərzində Əmininin
yaşadığı Xorasanla bağlı hadisələr isə ətraflı, canlı, təfsilatı ilə
işıqlandırılmışdır. Təbiidir ki, Əminidən obyektivlik, bitərəflilik gözləmək
olmazdı. Çünki müəllif İsmayılın yürüşlərinin, istilalarının rəsmi tarixini
sinfi mövqedən yazmışdır. Onun vəzifəsi bundan ibarət idi ki, öz
hökmdarının əməllərini şöhrətləndirsin. Buna görə də Əmini bu yürüşlərin
mədhiyyəçisi, şiəliyin və Səfəvilərin tərəfdarı kimi çıxış edir. Xalqın
vəziyyəti Əminini qətiyyən maraqlandırmırdı. O, siyasi əhəmiyyəti olan
hadisələr haqqında danışır, onların tarixinə, qarşılıqlı səbəb və əlaqəsinə isə
məhəl qoymurdu. Əsərdə Cənubi Qafqazın və İranın siyasi tarixinə dair
çoxlu maraqlı məlumat vardır (sosial-iqtisadi səciyyəli məlumatlar isə yox
dərəcəsindədir).
11
I Şah İsmayılın naməlum (adı bilinməyən) tarixçisi tərəfindən
ədəbiyyatda şərti olaraq ”Tarix-i şah İsmayıl-i Səfəvi” (“Şah İsmayıl
Səfəvinin tarixi”) adını almış, I Şah İsmayılın həyatının salnaməsi
yazılmışdır. Əsər I İsmayılın əcdadları haqqında qısa tarixi ekskursla
başlanır, onun gəncliyində baş verən hadisələri işıqlandırır, Səfəvilər
dövlətinin banisinin bütün şahlıq dövrünü əhatə edir və onun oğlu I Şah
Təhmasibin Təbriz taxtına çıxması ilə başa çatır. Əsər tam nəşr
olunmamışdır. Yalnız I İsmayılın həyatının ilk illərinə (1499-cu ilədək) aid
olan parçalar keçən yüzilliyin sonunda Denison Ross tərəfindən ingilis
dilinə tərcümədə dərc olunmuşdur
14
.
Salnamənin iki əlyazma nüsxəsi məlumdur: onlardan biri Londonda -
Britaniya muzeyində
15
, digəri isə Kembric universitetinin kitabxanasında
16
saxlanılır. Anonimin bizim istifadə etdiyimiz
17
London əlyazması 21
miniatürlə bəzədilmiş, 307 vərəqlə (614 səhifə), gözəl nəstəliq xətti ilə
yazılmışdır. Nüsxənin yazılma tarixi (Ç.Riyöyə görə) XVI əsrdir.
“Tarix-i Şah İsmayıl-i Səfəvi” (Ç.Riyö və D.Rossun haqlı olaraq
göstərdikləri kimi) özünün xeyli hissəsi ilə Xondəmirin ilk Səfəvi şahının
həyat və fəaliyyətinə həsr olunmuş “Həbib əs-siyər” əsərinin üçüncü
cildinin dördüncü hissəsinə tam şəkildə uyğun gəlir. Məlumdur ki,
Xondəmir öz əsərini hicri 930 (1524)-cu ildə, I İsmayılın ölümündən bir ay
əvvəl başa çatdırmışdır, halbuki bəhs etdiyimiz əsər I Şah Təhmasibin
hökmdarlığı dövründə yazılmışdır. Tədqiqatçılar onun yazılma tarixini bir
qədər dəqiqləşdirməyə cəhd göstərmişlər. Mətnin özündə göstərilən
Teymuri Məhəmməd Zaman Mirzənin
18
vəfat etdiyi hicri 947 (1540)-ci
il tarixinə əsasən belə bir fikir söylənilmişdir ki, əsər 1540-cı ildən sonra
tamamlanmışdır. Eyni zamanda, müəyyən edilmişdir ki, bu salnamə
Xondəmirin oğlu Mahmudun hicri 955 (1548)-ci ildə yazmağa başladığı
tarixi xronikasında istifadə olunmuşdur
19
. Bu mülahizələrdən çıxış edərək
belə bir nəticəyə gəlmək olar ki, göstərilən əsər 1540 və 1548-ci illər
arasındakı
20
dövrdə yazılmışdır. Ç.Riyo qeyd edir ki, anonim müəllifin
Xondəmirin mətnlərinin eyniliyi birincinin ikincinin əsərini köçürdüyünü
bildirsə də, naməlum müəllifin əsərində əlavə təfərrüatların olması onların
Dostları ilə paylaş: |