Qafqaz müSƏlmanlari idarəSİ baki islam universiteti



Yüklə 3,24 Mb.
Pdf görüntüsü
səhifə138/148
tarix15.07.2018
ölçüsü3,24 Mb.
#55801
1   ...   134   135   136   137   138   139   140   141   ...   148

möht
əşəm  kitabxanası)  “Beytül-hikmət”in rəisi Səlmaya  tapşırır.  Onlar Roma 
imperiyasına  gedib  orada  bəyəndikləri  kitabları  Məmunun hüzuruna göndərir və 
M
əmun da onları tərcümə etdirməyə başlayır”
1
 
M
əlum məsələdir ki, Məmun kimi köhnə  siyasətbazların  yuxusu adi yuxu 
olmayıb  adətən siyasi mövqe kəsb  edir.  Onlar  yuxularında  elə  şeylər görürlər ki, 
yuxuda gördükl
əri  onların  hökumət  dayaqlarını  möhkəmlədir. Ümumiyyətlə, 
M
əmunun bu hərəkəti siyasi təhlil baxımından aşağıdakı ehtimalları doğurur: 
1)–M
əmun özünü elm bilik tərəfdarı  olan  bir  müsəlman kimi qələmə  vermək 
üçün hansısa üstünlük qazansın deyə, bu hərəkətə əl atır. 
2)–M
əmun istəyirdi ki, bu işlə ictimai problemlər və siyasi vəziyyət qarşısında 
bir növ m
əşğuliyyət yaratsın. 
5)-O, bu h
ərəkəti ilə bildirmək istəyirdi ki, Abbasilərin xilafəti İran, Roma və 
Misir kimi imperiyalara da hakim olmağa layiqdir. 
Bu beş ehtimalın biri heç də digərini inkar etmir və ola bilsin ki, bunların hamısı 
M
əmunun fikrində olmuşdur. Bu ehtimalların hansı doğru olursa-olsun, bir məsələdə 
şəkk yoxdur ki, Məmun yunan alimlərinin  kitablarını  tərcümə  etdirmək üçün çox 
çalışmış  bu  yolda  həddən  artıq  pul  xərcləmişdir.  Hətta deyirlər ki,  bəzi vaxtlar bir 
kitab üçün h
əmin kitabın ağırlığı qədər qızıl verərmiş. Kitabların tərcüməsinə o qədər 
diqq
ət yetirərmiş  ki, onun  adına  tərcümə  olunmuş  kitabın üstünə  bir  əlamət qoyub 
camaatı həmin kitabı oxumağa, o elmi öyrənməyə həvəsləndirərdi. Hikmət sahibləri 
il
ə  oturub-durduğundan  razı  qalırdı.  Beləliklə,  başqa  xalqların  meydana  çıxardığı 
elml
ər də, İslami elmlərlə yanaşı günün əsas tələblərindən birinə çevrilir. Bu sahədə 
h
əddən  artıq  diqqətli olan ölkə  əyan-əşrafı da  Məmunun yolunu davam etdirir elm 
f
əlsəfə və məntiq əhlinə ehtiramla yanaşırdılar. Bunun nəticəsi olaraq İraq, Şam və 
İrandan  Bağdada  çoxlu  sayda  tərcüməçilər  axışır
2
. Görk
əmli məsihi tarixçisi Corci 
Zeydan bu bar
ədə  yazırdı:  “Harun  ər-Rəşidin  hakimiyyətə  gəldiyi dövrdə  artıq 
camaatın fikir səviyyəsi Hindistan İran Suriya alim və filosoflarının Bağdada get-gəl 
etm
əsi nəticəsində inkişaf etmiş qədim alimlərin elm və kitablarına maraq artmışdı. 
Ərəb dilini öyrənib müsəlmanlarla  əlaqədə  olan qeyri-müsəlman alimlər 
müs
əlmanları  bu  elmləri öyrənməyə  həvəsləndirirdilər. Müsəlmanlar isə  yenə  də 
əvvəldə olduğu kimi biganə elmlər sahəsində təbabətdən başqasına yaxın düşməkdən 
ç
əkinirdilər. Çünki onlar elə  başa  düşürdülər ki, təbabətdən  başqa  digər biganə 
(
əlbəttə  biganə  demək mümkünsə) elmlər  İslama  ziddir.  Buna  baxmayaraq, 
filosofların  xəlifələrin  yanına  çox  get-gəl etmələri nəticəsində  və  onların 
əksəriyyətinin məntiq və  fəlsəfəni  xoşladıqlarına  görə  istər-istəməz xəlifələr də, 
m
əntiqi və fəlsəfi məsələləri dinləməyə maraq göstərirdilər. Yavaş-yavaş xəlifələrlə 
ünsiyy
ət  yaranır.  İş  o  yerə  çatır  ki,  xəlifələr hər  hansı  bir  ölkə  və  ya  şəhəri fəth 
etdikd
ə  daha (əvvəl  olduğu  kimi)  oradakı  kitabları  od  vurub  yandırmır  əksinə 
kitabların  Bağdada  gətirilib  ərəb dilinə  tərcümə  edilməsini  əmr edirdilər. Necə  ki 
Harun 
ər-Rəşid Roma imperiyasının Ankara, Ənvəriyyə və digər şəhərlərini tutduqda 
oradan çoxlu sayda kitab 
ələ keçirərək onları Bağdada gətizdirmiş və öz şəxsi həkimi 
olan Yuh
ənna ibn Masviyəyə onları ərəb dilinə tərcümə etməyi əmr etmişdir. Lakin 
1
 
Şeyx Tusi, əl-Fihrist, səh, 353 
2
 C
əfər Murtəza, İmam Rzanın (ə) həyatı, səh. 16  
284 
 
                                                      


bu kitablar yunan t
əbabətinə  aid  olduğundan  onlarda  fəlsəfəyə  aid  bir  şey  yox  idi. 
Harunun hakimiyy
əti dövründə (786-809) ilk dəfə olaraq “Uqlidis” kitabı Həccac ibn 
M
ətərin vasitəsilə  ərəb dilinə  tərcümə  olunaraq “Haruniyyə”, ikinci dəfə  isə 
M
əmunun hakimiyyəti dövründə  (813-833) yenə  də  ərəb dilinə  tərcümə  olunaraq 
“M
əmuniyyə”  adlandırılmışdır.  Harunun  hakimiyyəti dövründə  Yəhya ibn Xalid 
B
ərməki “Micəsti” kitabını ərəb dilinə tərcümə etmiş bəziləri isə onun tərcüməsinə 
t
əfsirlər yazmışlar. 
H
əmin təfsirçilərin  yazdığı  təfsirlər  yaxşı  olmadığı  üçün  Harun  o  kitabın 
t
ərcüməsini yenidən təfsir etməyi Əbu Həssan və Beytül-hikmət kitabxanasının rəisi 
S
əlmaya tapşırır. Onlar da öz növbələrində bu kitabı çox diqqətlə təfsir etmişlər
1

 
Bundan 
əlavə  müxtəlif məzhəblərin meydana gəlməsi, həmin məzhəb 
r
əhbərlərinin  az  qala  peyğəmbərcəsinə  ümmətə  təqdim edilməsi də  mövcud 
probleml
əri bir az da genişləndirməkdə və dərinləşdirməkdəydi. 
Bel
əliklə,  bu kimi problemlərin meydana gəlməsi  az  qala  peyğəmbər  Əhli-
beytinin (
ə) fəzilətlərinin kölgədə qalmasına və ilahi nurlarının söndürülməsinə səbəb 
olacaqdı. Bu məqamda meydana gələn cəfəng fikir və ideyalara qarşı İmam Rzanın 
(
ə) elmi-dini mübarizə aparması və hər vəchlə müxtəlif din və  məzhəb böyüklərini 
susdurması, Həmçinin, batil inancların müsəlmanlar içərisində yayılmasının qarşısını 
alması  təqdirə  layiq hal kimi dəyərləndirilməli və  İmamın  (ə)  ən böyük ideoloji 
islahatı kimi qiymətləndirilməlidir. 
Bel
əliklə,  İmam  Rzanın  (ə) dövründə  aşağıdakı  fikir  və  əqidələrin meydana 
g
əldiyinin və onun hansı problemlərlə üzləşdiyinin şahidi oluruq: 
 
A).Qurani-
kərimin hadis yoxsa qədim olması 
İmam  Rzanın  (ə) dövründə  xəlifə  Harun  ər-Rəşidin  (786-809) və  xəlifə 
M
əmunun (813-823) öz siyasi məqsədləri üçün ortalığa atdığı cəfəng fikirlərdən biri 
Qurani-k
ərimin hadis (sonradan yaranan) yoxsa qədim olması fikridir. Çünki Quranın 
q
ədim olması fikrini Əməvilər dövlət səviyyəsində müdafiə edirdilər. Hətta onlar bu 
fikr
ə qarşı çıxan hər hansı şəxsi belə məhv etməkdən əlçəkmirdilər. Məsələn, Cəd bin 
Dirh
əm  Hişam  bin  Əbdülməlik  in  hakimiyyəti dövründə  Quranın  hadis  olduğunu 
aşkar şəkildə söylədiyi üçün edam olunmuşdur
2
. Dem
əli buradan belə başa düşmək 
olar  ki, Abbasil
ər  Əməvilərin  əksinə  olaraq yeni bir siyasi ideologiya yaratmaq 
ist
əyirdilər. Bundan əlavə  Abbasi  xəlifələri xilafət  ərazisində  baş  verən  iğtişaşları 
yatırmaq, insanların başını daha çox fikir və əqidə məsələləri ilə məşğul etmək üçün 
bel
ə  bir cəfəng  fikiri  ortalığa  atmışdılar.  Bunun  nəticəsində  onlar ümmətin böyük 
fikir v
ə məslək sahiblərini yalnız bu məsələnin üzərinə kökləmiş, onların aralarında 
böyük mübahis
ələrin  yayılması  və  nəticədə  onların  siyasi  məsələlərlə  deyil  yalnız 
bel
ə məsələlərlə məşğul olmasını ortaya qoymuşdular. Beləliklə, də siyasət sahəsində 
olan bir çox tanınmış adamlar siyasət aləmindən dönüb yersiz əqidəvi məsələlərə üz 
tutmuşlar. Xəlifə Harun ər-Rəşid Quranın qədim olması fikrini qəbul edərək bunun 
əleyhinə çıxan hər bir fikir sahibini qətlə yetirir, onların var-dövlətlərini beytul-mala 
qatırdı. Bunu müsəlman müəllifləri də öz əərlərində təsdiqləməkdədirlər
3
. Bu iş onun 
1
 Corci Zeydan, islam m
ədəniyyətinin tarixi, c. III, səh. 216 
2
 Natiq R
əhimov, İslam Tarixi, Bakı, III hissə, 2005, səh. 147  
3
 
Hafiz İbn Kəsir əd-Diməşqi, əl-Bidayə vən-Nihayə, c. X, səh. 215  
285 
 
                                                      


Yüklə 3,24 Mb.

Dostları ilə paylaş:
1   ...   134   135   136   137   138   139   140   141   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə