Qafqaz müSƏlmanlari idarəSİ baki islam universiteti



Yüklə 3,24 Mb.
Pdf görüntüsü
səhifə134/148
tarix15.07.2018
ölçüsü3,24 Mb.
#55801
1   ...   130   131   132   133   134   135   136   137   ...   148

çoxlu f
əzilətlər sahibidir ki, imamiyyə  mənsubları  məzhəblərini onun üzərində 
qurmuş və ona nisbət etmişlər.” 
İmam Rzanın (ə) elmi üstünlükləri haqqında mənbələr yazırlar: “Ondan səkkiz 
min m
əsələ soruşulmuş və o, bunların hamısına dolğun cavablar vermişdir.” 
M
əmun  onun  haqqında  demişdir:  “Yer üzündə  Rzadan (ə) elmli və  ibadətkar 
birini görm
ədim”
1
 
H
əmçinin,  o, abbasilər ailəsinə  mənsub  olanları  bir  yerə  toplayaraq onlara 
demişdir: “İmam Əli (ə) övladlarından başqa daha elmli, daha təqvalı, daha dindar və 
xilaf
ətə daha layiqli olan heç kimsə yoxdur”
2

İmam Kazim (ə) buyurur: “Oğlum İmam Əli (ə) oğlanlarımın ən böyüyü, mənə 
ən  yaxın  və  ən  sevimli  olanıdır.  O,  mənimlə  birlikdə  Cifrə
3
 
baxır,  halbuki  ona 
peyğəmbər və vəsi olanlardan başqa kimsə baxa bilməz”
4
 
Davud 
ər-Rəqqi deyir:  “İmam  Kazıma  (ə) dedim: mənim  əlimdən tutub məni 
c
əhənnəmdən xilas et. Həzrət əli ilə Rzaya (ə) işarə edib buyurdu: bu məndən sonra 
sizin sahibinizdir”
5
  
Ziyad bin M
ərvən  əl-Qəndi rəvayət edir:  “İmam  Kazımın  (ə)  yanına  daxil 
oldum.Oğlu Əbülhəsən (ə) də onun yanında idi. O, mənə dedi: ey Ziyad! Bu mənim 
oğlum filankəsdir, onun yazısı mənim yazım, onun sözü mənim sözüm, onun elçisi 
m
ənim elçimdir”
6
 
H
əqiqətən də İmamın (ə) hədislərini araşdırarkən məlum olur ki, o, heç də öz 
elmini dig
ər insanlar vasitəsiylə deyil, məhz ilahi ilham və Peyğəmbərin (s) elminini 
varisi kimi elmi bilikl
ərə malik olmuşdur. Onun hədisləri İslam elmlərinin müxtəlif 
sah
ələrinə aid olmaqla yanşı, eyni zamanda orada bir çox dünyəvi elmlərin izlərini də 
ortalığa  qoyur.  Hətta  o,  Peyğəmbərdən (s) nəql  olunmuş  bəzi hədislərin rəvayət 
formalarına  düzəlişlər verərək özünün bu elmdə  həqiqi  varis  olduğunu  sübuta 
yetirmişdir.  Məşhur hədis  alimi  Şeyx  Səduq “Uyuni əxbarir-Rza”  əsərində  Hüseyn 
bin Xalid yolu il
ə  rəvayət edir:  “İmamdan  soruşdum:  insanlar  Peyğəmbərdən (ə): 
Allah Ad
əmi (ə) öz surətində  yaratmışdır  deyirlər. İmam (ə) buyurdu:  Allah onları 
öldürsün! Onlar bu h
ədisin əvvəlini atıblar. Peyğəmbər (s) yolla gedərkən iki kişinin 
bir-birl
ərini söydüklərini görür. Onlardan biri digərinə deyirdi: Allah sənin və sənə 
oxşayanların üzünü qaraltsın! Peyğəmbər (s) ona dedi: ey Allahın bəndəsi! Qardaşına 
bu sözü dem
ə, çünki Allah Adəmi (s) onun surətində yaratmışdır”
7

Göründüyü kimi insanlar arasında məşhur olan “Allah Adəmi (ə) öz surətində 
yaratmışdır”  hədisini  İmam  (ə)  daha  doğru  və  ilkin mənasında  rəvayət  etmiş  və 
bunula da Pe
yğəmbərin (s) təhrif edilmiş və ya mənası tam başa düşülməmiş hədisini 
doğrulamışdır. 
 
1
 C
əfər Murtəza Hüseyni, Həyatul-İmam Rza (ə), səh. 141  
2
 
İbn  Əsir,  əl-Kamilu fit-Tarix, c. V, səh. 183;  Məsudi, Murucuz-Zəhəb,  Beyrut  çapı,  c.  III,  səh. 441; Tarixi-Təbəri, 
Leyden çapı, c. XI, səh. 1013  
3
 
Peyğəmbərin diktəsi, İmam Əlinin isə imalası ilə yazılmış və qiyamətə qədər xəbərlər toplusu olan əsər. Bu əsər digər 
Cami
ə adlı əsərlə birlikdə bir imamdan digər bir imama irsən ötürülmüşdür  
4
 M
əhəmməd bin Yəqub Küleyni, Usulul-Kafi, c. I, səh. 181  
5
 H
əmin mənbə 
6
 H
əmin mənbə  
7
 Möhsün 
əl-Əmin, Əyanüş-şiə, c. II, səh. 14, “Uyuni əxbarir-Rza” əsərindən nəqlən  
276 
 
                                                      


7.8.
İmam Rzanın (ə) kəramətləri 
İmam  Rzanın  (ə) çoxlu sayda kəramətləri  olmuşdur.  Onun  kəramətləri  İslam 
elml
ərinin  əksər  ədəbiyyatlarında  qeyd  edilmişdir.  Həmin kəramətlərdən bir neçəsi 
aşağıdakılardan ibarətdir. 
M
əşhur  İslam  alimi  Molla  Nuriddin  Cami  (öl.1492 m) özünün  “Şəvahidun-
Nubuvv
ət” əsərində yazırdı: “İmam Əli Rza (r.ə) bir divarın kənarında oturmuşdur. 
Onun qabağına bir quş gəlib civildəməyə başladı. İmam yanındakına dedi: bu quşun 
n
ə dediyini bilirsənmi? O, dedi: Allah və Rəsulunun oğlu bilər. İmam dedi: quş deyir 
ki, yuvama ilan yaxınlaşır, balalarımı yeyəcək. Bizi bu düşməndən qurtar. Sən tez bu 
quşla get və ilanı oradan qov. O şəxs getdi və ilanı tapıb qovdu”
1
 
T
əəssüflər  olsun  ki,  İmamın  (ə) bu kimi kəramətlərinə  hələ  də  inanmayan və 
h
ətta bunların inkarına qalxan şəxslər də vardır. Amma bu qrupdan olan insanlar başa 
düşmürlər ki, kəramər  Allahın  öz  dostlarına  etdiyi  böyük  bir  ehsandır.  Buna  işarə 
ed
ən çoxlu sayda hədislər vardır. Belə ki, Əllamə Məclisi “Biharül-ənvar” əsərində 
Peyğəmbərdən (s) səhih bir sənədlə belə rəvayət edir: “Əgər şeytanlar qəlblərnizə yol 
tapmasaydı,  mələkut aləmini görər və dənizlər üzərində piyada gəzərdiniz”
2
 
Görk
əmli İslam alimi Əxizadə Əbdülhəlim (1604 m) yazırdı: “Kəramət Allahu 
t
əalanın  müttəqi olan möminlərə  ehsan etdiyibir şeydir. Dua və  ibadət edincə  o da 
ehsan ed
ər”
3
   
 
7.9.
Abbasilər dövlətinin qurulması 
Abbasil
ər dövləti (750-1258) Əməvilər dövlətinin (661-749) süqutundan sonra 
Xorasanda  meydana g
əlmiş
4
 
bir  imperatorluq  olmuşdur.  Abbasilər sülaləsinin idarə 
etdiyi bu dövl
ət  şəriət  qanunlarının  ziddinə  olaraq feodal qanunlar əsasında  idarə 
olunurdu. Dövl
ətin paytaxtı Bağdad şəhəri olduğundan Bağdad xəlifəliyi də adlanırdı. 
Abbasil
ər dövlətinin tərkibinə  indiki  ərəb ölkələri,  İran  (IX  əsrin  əvvəlinədək), 
Zaqafqaziya,  Orta  Asiyanın  cənub hissəsi,  Misir,  Şimali  Afrika  (IX  əsrədək) daxil 
olmuşdur.  
Abbasil
ər dövrünü tədqiq edən tarixçilərin məlumatlarına görə xilafət ərazisində 
yaşayan kəndlilərin vəziyyəti daha ağır olmuşdur. Çünki bu dövrdə onlar yığdıqları 
m
əhsulun 50%-dən çoxunu dövlət və ya feodala verirdilər. Bu dövlətin xəlifələri də 
özl
ərini həqiqi  Peyğəmbər (s) xəlifəsi  adlandırmaqlarına  baxmayaraq  heç  də  bunu 
sübut etm
əmiş, əksinə buna zidd addımlar atmışlar. Onların da əvvəlki xəlifələr kimi 
işləri və  siyasətləri  xalqı  islah  etmək  deyil,  onlara  hakim  olmaq,  dünyada  ağalıq 
etm
ək və bacardıqca öz hakimiyyətlərini möhkəmlətmək olmuşdur. Bunu biz onların 
hakimiyy
ətə  gələn zaman  Əhli-beytin  (ə)  adından  siyasi  məqsədləri üçün istifadə 
etm
ələrində  və  hakimiyyəti  ələ  keçirən  kimi  onlara  qarşı  qətl və  işgəncələrə 
başlamalarından  görməkdəyik. Necə  ki,  Əməvilər  Əhli-beytə  (ə)  qarşı  yol 
tutmuşdursa, necə ki, onlar Əhli-beyt (ə) imamlarını öldürürdülərsə, onların eynisini 
d
ə  abbasilər həyata keçirirdilər.  Əbəs deyildir ki, əhli  beyt  imamlarından  (ə)  beşi 
Əməvilərin  əli ilə  şəhid  edilmişdirsə,  onlardan  altısı  da  abbasilərin  əli ilə  şəhid 
1
 
İmam Qazali, Kiyamet ve Ahiret, mütərcim: Ömer Beğ, İstanbul, iyirmi səkkizinci basqı, 2000, səh. 159 
2
 Biharül-
ənvar, c. 70  
3
 Riyazus-S
əadət, səh. 100  
4
 
Şeyx Məhəmməd Xəzəri Bək, əd-Duvlətul-Abbasiyyə, Beyrut, 1406/1986 
277 
 
                                                      


Yüklə 3,24 Mb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə