Qafqaz müSƏlmanlari idarəSİ baki islam universiteti



Yüklə 3,24 Mb.
Pdf görüntüsü
səhifə132/148
tarix15.07.2018
ölçüsü3,24 Mb.
#55801
1   ...   128   129   130   131   132   133   134   135   ...   148

Harun 
ər-Rəşidin yanında dəfn edilən İmamın (ə) türbəsində Deyləmilərə qədər 
h
ər hansı bir təmir və ya genişləndirmə işinin aparılması haqqında heç bir məlumat 
yoxdur. Burada ilk t
əmir və genişləndirmə  işləri Deyləmilər dövrünə təsadüf edir
1

Bu 
işi  Deyləmi  hökmdarı  Əzüddövlə  Deyləmi həyata  keçirmişdir.  Lakin  onların 
tikdirdiyi yeni türb
ə  kompleksi Qəznəli  hökmdarı  Səbuktəkin (977-997) tərəfindən 
dağıdıldı (994). O, türbəni dağıtmaqla yanaşı onun bir daha tikilib təmir edilməməsi 
üçün xüsusi göst
əriş  də  verdi.  Amma  onun  oğlu  Mahmud  Qəznəli (998-1030) 
hakimiyy
ətə  gələn  kimi  atasının  siyasətinə  zidd olaraq türbənin yenidən  qurulması 
haqqında  göstəriş  verdi.  Əslində  o, bu ərazidə  yaşayan  tərəfdarları  ələ  almaq və 
onlara 
əziyyət olmasın deyə  bu  addımı atmışdı
2

O dövrün Nişapur valisi Əbulfəzl 
Suri türb
əyə yeni bina ilə yanaşı bir minarə də tikdirdi (1037-1038) və ayrıca satın 
aldığı  bir  kəndi türbəyə  bağışladı
3
.  Onun tikdirdiyi bu minar
ə  Qəznəli  hökmdarı 
Sultan M
əsudun (1030-1040) vəziri  Əbülhəsən  İraqinin “Məscidi-Bəlasər”  adlı 
tikdirdiyi m
əscidlə birlikdə günümüzədək qalmaqdadır. 
M
əşhəd ziyarətgahı  1116-cı  ilin  mayında  baş  vermiş  məzhəbi  toqquşma 
n
əticəsində dağıldı və orada bir daha xütbə oxumaq qadağan edildi. 
S
əlcuqlar döründə də hərəmin təmir işi olmuşdur. Belə ki, Əmir İmaduddövlə 
oranı təmir etdirmişdir. Soltan Səncərin vəziri Şərafəddin Əbu Tahir Qumi məzarın 
üstünd
ə  künbəz  tikdirmiş  və  oranı  nəfis  şəkildə  bəzətmişdir.  Onun  gördüyü  bu  iş 
1118-ci ild
ə həyata keçmişdir
4

İmamın (ə) türbəsi 1153-cü ildə baş vermiş döyüşlər zamanı da dağılmış, lakin 
tez bir zamanda Sultan S
əncər tərəfindən təmir edilmişdir (1162). 
Xar
əzmşahların  da  dövründə  türbə  təmir  edilmişdir.  Onlar hərəmin  əsasən 
kaşılarına diqqət yetirmiş və onları səncəri kaşıları ilə əvəz etmişlər. Onların gördüyü 
bu  işlər 1215-ci ilə  təsadüf  edir.  Bundan  başqa  Xarəzmşahlar  qəbrin  ətrafını  çini 
kaşılar və kitabə ilə də bəzəmişdilər. Bu kitabədə İmamın (ə) şəcərəsi süls xətti ilə 
göz
əl şəkildə yazılmışdır. 
Monqolların müsəlman ölkələrinə hücumu zamanı türbə Toluy Xan tərəfindən 
xarabaya çevrildi. Türb
ənin bu cür xaraba vəziyyətdə  qalması  Elxani  hökmdarı 
Qazan  Xanın  (1295-1304) hakimiyyətə  gəlməsinədək davam etdi. Qazan Xan 
hakimiyy
ətə  gəldikdən sonra türbəni təmir etdirdi və  ona qübbə  də  tikdirdi. Onun 
yarımçıq qalmış bu böyük işinin qardaşı Xudabəndə (1304-1317) davam etdirib sona 
çatdırdı (1316). 
Asitani-Qüds Teymurl
əngin oğlu Şahruxun hakimiyyətinədə (1405-1447) beləcə 
qaldı.  Şahrux  məşhur  iranlı  memar Qivamiddin Şiraziyə  gözəl bir məscid tikdirdi 
(1418). Bundan 
əlavə o, hərəmə 3.000 misqallıq qızıl qəndil hədiyyə etdi. Şahruxun 
arvadı Cövhər Şad Ağa ərinin xatirəsinə türbənin qiblə istiqamətinə “Məscidi-cami” 
adlı bir məscid tikdirdi. Cövhər Şadın xidmətçilərindən olan Pərizad da Məşhəddə bir 
m
ədrəsə  tikdirdi. Həmin mədrəsə  “Məscidi-Pərizad”  adı  ilə  məşhur  oldu.  Onların 
tikdirdiyi bu m
əscidlər teymurilər dövrünün ən yaxşı abidələrindən hesab olunur. 
1
 
Bax: İslam Ensiklopediyası, c. IV, səh. 484  
2
 
İbn Əsir, əl-Kamil fit-Tarix, c. IX, səh. 401 
3
 
İslam Ensiklopediyası, c. IV, səh. 484   
4
 
İşığa Doğru Jurnalı № 9, səh. 117  
272 
 
                                                      


İmamın (ə) hərəmi Səfəvilər dövründə bir az da genişləndirilib təmir edildi. Bu 
dövr artıq hərəmin qızıl ilə işləmə dövrü hesab edilir. Bu dövrdə künbəz və iki minarə 
qızıl  ilə  işlənmiş  və  qəbir üzərində  ilk  zireh  hazırlanmışdır.  Şah  Təhmasib (1524-
1576) h
ərəmin qübbəsini və qübbənin yanındakı minarəni təmir etdirdi (1525) və ilk 
d
əfə olaraq künbəzi qızıl ilə bəzətdirdi. Həmçinin, ilk dəfə onun tapşırığı ilə 1550 -ci 
ild
ə  qəbirin üstünə  ilk zireh düzəldildi.  Özbək  xanı  Əbdulmömin  1588-ci ildə 
ziyar
ətgaha hücum edib oranı talan etdi. Birinci şah Abbas ora səfər etdiyi ərəfədə 
h
ərəmi yenidən  qızılla  bəzətdi.  Onun  başladığı  bu  iş  1607-ci ildə  sona yetdi. Şah 
Abbasın Məşhədə gəlişini və künbəzi qızılla təmir etdirməsini memar Əlirza Abbasi 
süls x
ətti ilə abidənin aşağı hissəsinə yazmışdır.  
Şah  Süleyman  Səfəvi də  1673-cü ildə  zəlzələ  nəticəsində  künbəzin qopmuş 
qızıllarını bərpa etdirmişdir. Onun bu işini isə Məhəmməd  Rza İmami künbəzin alt 
hiss
əsində yazıb qeyd etmişdir.  
Bundan sonra h
ərəm  Əfşarlar  dövründə  1729, 1733-1734  –cü illərdə  təmir 
edilmişdir. Əfşarilər dövründə künbəz yenidən qızıl ilə bəzədilmişdir. 
Türb
ənin sonrakı təmiri Qacarlar dövrünə təsadüf edir. Bu dövrdə hərəm güzgü 
il
ə  bəzədilmişdir.  Nadir  Şahın  dövründə  (1736-1747) Məşhəd  qızıl  dövrünü 
yaşayırdı.  Şəhəri dövlətin  paytaxtı  edən  Nadir  Şah  Şah  Təhmasibin tikdirdiyi 
minar
əni təzələdi və  ora çox qiymətli hədiyyələrlə  yanaşı  400  əlyazma  əsər 
bağışladı
1
. Bu dön
əmdə Fəth Əli Şah (1797-1834) hərəmin yanında “Səhni-nov” adlı 
saray 
tikdirmişdir  (1803).  Məqbərəni 1858-ci ildə  Qaimməqam Nuri güzgü ilə 
b
əzəmişdir. 
P
əhləvilər dövründə  (1925-1979)  Asitani-Qüdsün tikintisinə  xüsusi diqqət 
yetrilmiş  və  orada dəyişiklilər  edilmişdir.  Belə  ki,  Rza  Şah  Pəhləvi 1928-ci ildə 
M
əşhədi ziyarət edərkən hərəmin ətrafındakı yolların düzəldilməsini əmr etdi
2
.  
M
əqbərənin genişləndirilməsi və köklü şəkildə təmir edilməsi İranda baş vermiş 
İslam inqilabından (1979) sonrakı dövrə düşür. Çünki İranda baş vermiş inqilabdan 
sonra M
əşhədə  ziyarətə  gələnlərin  sayı  əvvəlki illərə  nisbətən  daha  da  artmış  və 
n
əticədə  məqbərənin  genişləndirilməsi məsələsi gündəmə  gəlmişdir.  Buna  görə  də 
r
əsmi dövlət məmurları  məqbərənin  genişləndirilməsi, zəvvarlara xidmət 
m
ədəniyyətinin yüksəldilməsi və  ziyarətə  gələnlərin  daha  da  rahat  şəraitdə  ibadət 
etm
əsi üçün müəyyən  planlar  hazırladılar.  Hazırlanmış  plan  əsasında  mühüm  işlər 
görüldü. Əbəs deyildir ki, inqilaba qədərki dövrdə məqbərənin ümumi sahəsi 12 ha 
idis
ə, inqilabdan sonrakı hazırkı dövrdə onun sahəsi 90 ha-dır
3

Bu ill
ər  ərzində  məqbərənin təkcə  öz sahəsi deyil, eyni zamanda orada 
m
ədəniyyət, xidmət ibadət və  ziyarət sahəlirinin  genişləndirilməsi üçün də  işlər 
görülmüşdür.  Mədəniyyət sahəsində  görülmüş  ən ümdə  işlərdən biri də  orada elm 
ocaqlarının  tikilməsidir. Belə  ki, Məşhəddə  İslam  elmləri  Universiteti,  İslami 
araşdırmalar Fondu, Xorasan Hövzələr Müdürlüyü, Mərkəzi kitabxana və s. binaları 
orada görülmüş işlərə əyani misaldır. 
1
 
İslam Ensiklopediyası, İstanbul-2006, c. XXXII, səh. 364   
2
 
Geniş məlumat üçün bax: A. Mutəmən, Tarixi-Asitane Qüdsi Rəzəvi, Tehran, 1348 h/ş. Həmin müəllifin Əbniyayi-
Asitane Qüdsi R
əzəvi, Tehran, 1339 h/ş və Əbdülhəmid Movləvinin Asitane Qüdsi Rəzəvi, Tehran, 1354 h/ş əsərlərinə  
3
 
İşığa Doğru Jurnalı № 9, səh. 121   
273 
 
                                                      


Yüklə 3,24 Mb.

Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə