Qafqaz müSƏlmanlari idarəSİ baki islam universiteti



Yüklə 3,24 Mb.
Pdf görüntüsü
səhifə130/148
tarix15.07.2018
ölçüsü3,24 Mb.
#55801
1   ...   126   127   128   129   130   131   132   133   ...   148

Nisaburi, H
əsən bin Yəhya  əl-Mərvəzi və  digərləri qiraət və  təfsir elmlərinin 
Xorasanda yayılıb genişləndirilməsində müstəsna xidmətlər göstərmişlər. 
H
ədis elmlərinin bu bölgədəki inkişafına gəldikdə isə demək olar ki, Xorasan bu 
elmin  beşiyi  olan    bölgələrdəndir. Çünki Xorasan fəth olunduqdan sonra bir çox 
s
əhabələr, o cümlədən Bureydə bin Huseyb, Əbu Bərzə əl-Əsləmi, Həkəm bin Əmr 
əl-Qəffari, Əbdürrəhman  bin Səmurə, Kusəm bin Abbas əl-Haşimi  və  digərləri ora 
yerl
əşmiş və Peyğəmbərdən (s) hədis nəql etmişlər. Bununla da xorasanlılar hədisi ilk 
qaynağından  almaq  fürsətini  əldə  etmiş  oldular.  Artıq  VIII  əsrin  ikinci  yarısından 
etibar
ən Xorasan məşhur  muhəddislərin  elm  ocağına  çevrildi.  Burada  görkəmli 
h
ədisçilər, o cümlədən  İbrahim  bin  Tahman,  İshaq  bin  Rahuyə,  Məhəmməd  bin 
Y
əhya əz-Zuhli,  Müslüm  bin Həccac  əl-Quşeyri,  Hakim  ən-Nisaburi,  İbn  əs-Sindi, 
Abdullah bin Bureyd
ə, Abdullah bin Mubarək, Əli bin Hücr, Məhəmməd bin İsa ət-
Tirmizi v
ə başqaları fəaliyyət göstərmiş və hədis elminə aid dəyərli əsərlər yazmışlar. 
Ərəb dili və  ədəbiyyatı  elmləri də  Xorasan  şəhərində  çox yüksək səviyyədə 
inkişaf  etmişdir.  Əbəs deyildir ki, bu elmlər sahəsinə  aid  yazılmış  bir  çox  mühüm 
əsərlər burada yazılmışdı. Ərəb dili və ədəbiyyatı sahəsində öz dövrlərində qabaqcıl 
aliml
ərdən  olmuş  bəzi  şəxslər məhz  Xorasanda  yetişmişlər.  Onlardan  “Ğaribul-
mus
ənnəf”,  “Ğaribul-Quran” və  “Ğaribul-hədis”  əsərlərinin müəllifi  Əbu  Ubeyd 
Qasim bin Sallam 
əl-Hərəvi (öl. 838), “Təhzibul-luğa” əsərinin müəllifi Əbu Mənsur 
M
əhəmməd bin Əhməd əl-Əzhəri, “əl-Muhit” adlı sözlüyün müəllifi Sahib bin Abbad 
ət-Təleqani, “əl-Vəsata beynəl-Mutənəbbi və  xusumihi”  adlı  əsərin müəllifi  Əbul 
H
əsən əl-Curcani, “Ğaribeyn” əsərinin müəllifi Əbu Ubeyd Əhməd bin Məhəmməd 
əl-Hərəvi,  “Şərhu həmasəti  Əbi  Təmmam”,  “Şərhu divanil-Mutənəbbi”  əsərlərinin 

əllifi Əbul-Muzəffər Məhəmməd əl-Hərəvi və başqalarını qeyd etmək olar
1
.  
Xorasan  şəhəri  Peyğəmbərin (s) dövründə  fəth edilməməsinə  baxmayaraq o 
H
əzrətin dilində zikr olunan məşhur şəhərlərdəndir. Doğrudur , Xorasanla əlaqədar 
Peyğəmbərin (s) adına çoxlu sayda hədislər uydurulmuşdur. Bu hədislər demək olar 
ki,  Abbasi  x
əlifələri dövründə uydurulmuşdur. Lakin bununla yanaşı Xorasanın adı 
keç
ən çoxlu sayda doğru-düzgün  hədislər  də  vardır. Bu hədislərin bir hissəsində 
Xorasanın adı birbaşa qeyd edilmiş, bəzilərində isə onun adı Şəq və ya Məşriq kimi 
ç
əkilmişdir. Həmçinin, nəql olunmuş hədislərin bir hissəsində Xorasan küfr diyarı və 
D
əccalın zühur edəcəyi yer kimi qeyd edilmişdir. Bunun da səbəbi ola bilsin ki, bu 
diyarın Peyğəmbərin (s) dövründə həmin yerin İslamlaşmamış olmasına görədir. Bu 
növd
ən olan hədislər mötəbər hədis  ədəbiyyatlarında  özünə  yer  almışdır.  Həmin 
h
ədislərdən aşağıdakıları qeyd etmək olar. 
Cabir bin Abdullah 
əl-Ənsari Peyğəmbərdən (s) rəvayət edir: “Sərtqəlblilik və 
c
əfakeşlik Şərqdə, iman isə Hicazdadır”
2
   
Əbu Bəkr  bin  Əbi  Quhafə  rəvayət edir:  “Dəccal  Şərqdən, Xorasan adlanan 
yerd
ən  çıxacaqdır. Ona üzləri çəkiclə  döyülmüş  qalxan kimi olan bir qövm tabe 
olacaqdır”
3
 
1
 Bax: h
əmin mənbə, səh. 240      
2
 S
əhihi-Müslüm, ikinci nəşri, ər-Riyad, 1421/2000, səh. 44, hədis № 193  
3
 Sün
ənit-Tirmizi, birinci nəşri,  Dəməşq,  1424/2004, səh. 627, hədis  №  2237. Tirmizi bu hədisin səhih  olduğunu  öz 
əsərində qeyd etmişdir.  
268 
 
                                                      


Bureyd
ənin nəqlinə görə Peyğəmbər (s) onlara Xorasan şəhərinə gedən orduya 
qoşulmağı, Mərv şəhərində məskunlaşmağı buyurmuşdur. Çünki buranı Zülqərneyn 
salmış, buranın bərəkətli və əhalisi ziyan görməyən bir bölgə olduğunu demişdir
1

Ənəs  bin  Malik  Peyğəmbərdən  (s)  rəvayət edir:  “Ceyhun  çayının  arxasında 
Xorasan şəhəri vardır. Ona Səmərəqənd də deyirlər. Oranın qorunan çoxlu qapıları 
vardır. Bu qapıların hər birində beş min mələk vardır ki, onlar Allahı təsbih edib ona 
h
əmd edərlər. O mələklər deyərlər ey Daim, ey Səməd olan Allah bu şəhəri hifz et. O 
şəhərin arxasında cənnət bağçalarından bir bağça vardır”
2
. Bu h
ədisi öz əsərində qeyd 
ed
ən görkəmli alim Əllamə Hairi yazırdı: “Əgər bu hədisin doğru olduğunu fərz etsək 
bu İmam Rzanın (ə) məşhədinə aid olacaqdır.”  
Xorasan  haqqında  Peyğəmbərdən (s) nəql  olunmuş  hədislərin böyük hissəsi 
onun 
Əhli-beytindən (ə) olan VIII İmamın (ə) orada dəfn olunacağına və onu ziyarət 
etm
əyin səvabına aiddir. Bu haqqda Məsum imamlardan da şoxlu sayda hədislər nəql 
olunmuşdur. Alimlərimiz bu hədislərin əksəriyyətinin səhih olduğunu subut etmiş və 
onlara  şəksiz  inanmağı  tövsiyyə  etmişlər.  Həmin hədisləri  xüsusi  başlıq  altında 
toplamaq daha m
əqsədəuyğun  hesab  olunduğundan  onları  aşağıdakı  başlıq  altında 
yerl
əşdirdik. 
 
7.4.
Xorasanı (İmam Rzanı (ə) ziyarət etməyin səvabı 
Peyğəmbər (s) buyurur: “Bədənimin bir hissəsi Xorasanda dəfn ediləcəkdir. Onu 
ziyar
ət edən elə bir mömin yoxdur ki, Allah ona Cənnəti vacib etməsin. Allah onu 
ziyar
ət edən şəxsin bədəninə Cəhənnəmi haram edər”
3
 
İmam  Rza  (ə) buyurur:  “Xorasanda bir ərazi  vardır.  Bir  vaxt  gələcək ki, 
m
ələklər oraya dəstə-dəstə gedib-gələrlər. Onlardan Sur üfrülənədək bir dəstə enər, 
dig
ər dəstə  isə  qalxarlar.”  İmama  (ə) deyildi: ey Allah Rəsulunun  (s)  oğlu  o  ərazi 
hansı  yerdir?  İmam  (ə)  buyurdu: O Tusdur. And olsun Allaha! Ora Cənnət 
bağlarından bir bağdır. Hər kəs həmin yerdə məni ziyarət etsə, Peyğəmbəri (s) ziyarət 
etmiş kimidir. Allah həmin şəxsə min qəbul olunmuş həccin və min qəbul olunmuş 
ümr
ənin səvabını yazar. Mən və ata-babam Qiyamət günü ona şəfaətçi olarıq”
4
 
İmam  (ə)  Həmçinin,  buyurmuşdur:  “Bizdən elə  bir  şəxs yoxdur ki, öldürülüb 
şəhid edilməsin.”  İmama  (ə) deyildi: Səni kim öldürəcək? Həzrət buyurdu: “Məni 
dövrümün 
ən şər adamı öldürəcək.O, məni zəhərlə öldürəcək, sonra məni evdə, qərib 
bir yerd
ə  basdıracaqlar. Xəbərdar olun! Hər kim məni bu qərib yerdə ziyarət etsə, 
Allah ona yüz min şəhidin, yüz min siddiqin, yüz min həccin, yüz min ümrənin və 
yüz min mücahidin s
əvabını yazar. O, bizim zümrədə dirildilər və bizim dostlarımıla 
birlikd
ə Cənnətin ən uca yerində olar”
5

“T
ərəfdarlarımə xəbər verin ki, məni ziyarət etsinlər. Hər kim məni tanıyaraq və 
m
ənim haqqımı bilərək ziyarət etsə, Allah ona min-min həccin səvabını yazar”
6

1
 
Əhməd bin Hənbəl, Müsnədi-Əhməd, c. V, səh. 357  
2
 Yaqut 
əl-Həməvi, Möcəmül-büldan, c. III, səh. 407, c. V, səh. 125; Əllamə Hairi, Dairətül-məarif, c. IX, səh. 72  
3
 M
əhəmməd bin Babaveyh əl-Qumi, əl-Məcalis, səh. 38  
4
 Mirz
ə Hüseyn Nuri Təbərisi, Müstədrəkül-vəsail, müəssisətu Ali-Beyt, Beyrut, 1408/1987, c. X, səh. 361, hədis № 
12184; 
Əllamə Hairi Ələmi, Dairətül-məarif, c. X, səh. 76 
5
 M
əhəmməd bin Babaveyh əl-Qumi, əl-Məcalis, səh. 39   
6
 
Əllamə Hairi Ələmi, Dairətül-məarif, c. X, səh. 77  
269 
 
                                                      


Yüklə 3,24 Mb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə