Qafqaz müSƏlmanlari idarəSİ baki islam universiteti



Yüklə 3,24 Mb.
Pdf görüntüsü
səhifə126/148
tarix15.07.2018
ölçüsü3,24 Mb.
#55801
1   ...   122   123   124   125   126   127   128   129   ...   148

38 v
ə ya 39 yaşında, üç il altı aylıq hakimiyyətdən sonra, 14 rəbiul-əvvəl 64-cü (10 
noyabr 683) ild
ə dünyadan rüsvayçılıqla getdi.  
 
6.12._3.Təvvabin_qiyamı'>6.12.
3.Təvvabin qiyamı 
Bundan  sonrakı  üsyanlar  geniş  xalq  kütləsini təşkil  etdi  və  daha  çox  İmam 
Hüseynin (
ə) intiqamını almaq ruhunda oldu. Buna görə də tarixçilər bu üsyanlara şiə 
t
əmayüllü  üsyanlar  adını  vermişlər. Bu ruhda olan ilk üsyan hicrətin 65-ci (684 
miladi) ilind
ə baş verdi. Bu üsyana Təvvabin qiyamı deyilir. Onun başçısı Süleyman 
bin Sur
əd  əl-Xuzai  olmuşdur.  O,  Peyğəmbərin (s) və  İmam  Əlinin  (ə)  səhabəsi 
olmuşdur. O, ətrafına Müsəyyib bin Nəcbə əl-Fəzari, Abdullah bin Səd bin Nufeyl əl-
Əzdi, Rifaə  bin  Şəddad  əl-Bəcli və  Abdullah bin Val ət-Təymi  kimi  şəxsləri 
toplayaraq qiyama r
əhbərlik etmişdir. Adı çəkilən şəxslər digər bölgənin böyükləri ilə 
Süleymanın evində toplaşaraq qiyamın planını hazırladılar. İlk sözə Süleyman başladı 
v
ə  belə  bir xütbə  oxudu:  “Biz uzun ömür sürürük,  fitnələrə  düçar  olmuşuq  və 
R
əbbimizi istəyən  bir  camatıq.  Allah  buyurur:  «M
əgər sizi ibrət almaq istəyən 
kims
ənin ibrət ala biləcəyi qədər yaşatmadıqmı? Hələ sizə qorxudan Peyğəmbər 
d
ə  gəlmişdir.  Dadın  əzabı.  Zalimlərin  indadına  çataç  olmaz!
1
»
 
Allah Ad
əm 
oğluna  normal  60  il  ömür  verir.  Biz  artıq  ona  çatmışıq  və  ömür borcu olanlardan 
olmuşuq. Biz Hüseyn bin İmam Əlinin (ə) qatillərini öldürməyincə güman etmirəm 
ki,  Allah  bizi  bağışlasın.  Mən sizi fasiqlərə  qarşı  cihada və  günahlarınızdan  tövbə 
etm
əyə  çağırıram.”  Süleymanın  bu  xütbəsindən sonra Müsəyyib  bin Nəcbə  dedi: 
“M
ən sizin görüşlərinizlə razıyam. Müharibəyə hazırlaşın!.” Bundan sonra Süleyman 
t
ərəfdarların böyükləri yaşayan şəhərlərə məktublar yazıb onları xilafətə qarşı qiyama 
çağırdı. Nəhayət onlar Kərbəlaya gəlib orada bir gecə matəm müsibəti saxladılar və 
oradan da Şama yürüş etdilər. Onların bu qiyamından xəbər tutan xəlifə Mərvən bin 
H
əkəm (684-685  miladi)  onların  üstünə  böyük bir ordu göndərdi. Hicri 65-ci ilin 
c
əmadiəl-əvvəl  (miladi  685  yanvar)  ayında  hər iki ordu “Aynul-Vərd”  adlı  yerdə 
toqquşdular.  Nəhayət  döyüş  qiyamçıların  məğlubiyyəti ilə  nəticələndi.  Bu  döyüşdə 
Süleyman binSur
əd öldürüldü. Qiyamçıların qalan hissələri isə Kufə, Bəsrə və digər 
şəhərlərə dağılışdılar. 
 
6.12.
4.Muxtar 
Səqəfinin qiyamı 
T
əvvabin  qiyamının  başladığı  ərəfədə  xilafətə  qarşı  yeni  bir  qiyam  da 
hazırlanırdı.  Bu  qiyamın  rəhbəri Muxtar  bin  Əbi  Ubeydə  əs-Səqəfi  olmuşdur.  O, 
hicr
ət ilində  doğulmuşdur.  Hüseyn (ə) qətl edilən zaman  Muxtar Kufə  valisi 
Übeydullah  bin Ziyad t
ərəfindən həbs edilib Kufənin zindanına salınmışdı. Kərbəla 
hadis
əsindən sonra o, zindandan Abdullah bin Ömər bin Xəttaba məktub göndərdi. O, 
bu m
əktubunda  Abdullahın  onu  zindandan  xilas  etdirməsi  xahişini  yazmışdı. 
Muxtarın  bacısı  Səfiyyə  bint  Əbi  Ubeyd  Abdullahın  həyat  yoldaşı  idi.  Abdullahın 
xahişi  ilə  o üç gündən  artıq  şəhərdə  qalmamaq  şərti ilə  zindandan azad olundu. 
Muxtar Hicaza getdi. Orada İbn İraqla görüşdü. O, Muxtardan gözünə nə olub? deyə 
soruşdu. Muxtar: “onu zinakarın oğlu Amr bin Həris vurmuşdur” dedi və onları tutub 
tik
ə-tikə doğrayacağına and içdi. Sonra Muxtar miniyinə minib Kufəyə tərəf yol aldı. 
1
 Fatir, 37  
259 
 
                                                      


O, Kuf
əyə  yetişən kimi tərəfdarların böyükləri onun ətrafına  toplaşdılar.  Muxtar 
onlara dedi:  “M
əni  Məhəmməd  bin Hənəfiyyə  sizə  əmir olaraq göndərib və  Əhli-
beytin  (
ə)  qanını  almağımızı  tələb edir. And olsun Allaha! Mən  İbn  Mərcanəni 
öldür
əcək və Ali Məhəmmədin (s) qanını alacağam!.” Onun ətrafına toplaşanlar ona 
s
ədaqət  andı  içdilər və  ona beyət etdiklərini elan etdilər. Sonra məğrib  namazını 
qıldıqdan sonra küçələrə çıxıb “Hüseyni öldürənləri öldürmək!” şüarı altında qoşun 
topladılar. Muxtar ətrafına xeyli adam topladıqdan sonra xilafətə qarşı qiyamı həyata 
keçirdi. Onun bu m
əşhur qiyamı hicrətin 66-cı (685-686 miladi) ilində baş verdi. O, 
İmam Hüseynin (ə) bütün qatillərindən qan intiqamını aldı. Ona bu mübarizədə Malik 
Əştərin oğlu İbrahim Əştər yaxından kömək etmişdir. O, böyük bir ordu ilə Mosula 
t
ərəf irəliləyib orada xilafətin sayca üstün olan ordusun darmadağın etdi. Bu döyüşdə 
İbrahim Əştər Məkkəni mancanaqla dağıtmış sərkərdə Husayn bin Numeyri və İbn 
Ziyadı  öldürdü  (67/686  əvvəlləri).  Nəhayət  Muxtarın  bu  qiyamı  da  amansızlıqla 
yatrıldı və 0, hicri 67-ci ildə Müsəb  bin Zübeyrin vurduğu zərbə nəticəsində şəhid 
oldu.  İmam  Sadiq  (ə)  onun  haqqında  buyurmuşdur:  “Muxtarı  söyməyin. Çünki o, 
bizim qatill
ərimizi  öldürmüş, bizim  intiqamımızı  almış,  dul  və  subay  qadınlarımızı 
evl
əndirmiş  və  Həmçinin,  mal-dövləti  çətinlik  zamanı  bizim  aramızda 
bölüşdürmüşdür”
1

Başqa  bir  hədisdə  isə  Əsbəğ  bin  Nəbatə  rəvayət edir:  “Muxtarı 
İmam  Əlinin  (ə)  dizi üstündə  gördüm.  O,  Muxtarın  başına  əl çəkərək deyirdi: Ya 
K
əyyis! Ya Kəyyis!”
2
(Ay düşmənimizi yerə vuran!).  
 
6.12.5.
Kərbəla hadisəsinin nəticələri 
İmam  Hüseynin  (ə) öz əhli-əyalı  ilə  Məkkədən  çıxıb  Kufəyə  gəlməsinin və 
özünü t
əhlükəyə  atmasının  bir  çox  səbəbləri  vardır.  Bu  səbəblərin bir hissəsi bizə 
m
əlum səbəblər, digər hissəsi isə bəzə naməlum olaraq qalmaqdadır. Bildiyimiz kimi 
İmam olan kimsə Allah tərəfindən bu məqama təyin olunur. Belə bir şəxs isə hər növ 
günah, pislik, z
ənnə qapılmaq və bu kimi şeylərdən uzaqdır. İmam olan kimsə haqqa 
yetişmək üçün və  haqqı  cəmiyyətdə  bərqərar etmək  üçün  canını,  malını  və  əhli-
əyalını  təhlükəyə  atmalıdır.  Bunu  biz  peyğəmbərlərin (ə) də  həyatlarında 
görm
əkdəyik.  Bundan  başqa  İmamlar  (ə) Allah tərəfindən  Peyğəmbərə  (s) 
gönd
ərilmiş  yazı  üzərində  hərəkət etməlidirlər.  Onların  bu  yazıdan  zərrə  qədər 
uzaqlaşmaq  və  ya ona müxalif hərəkət etmək  imkanları  yoxdur.  Buna  görə  də  heç 
k
əsə  yaraşmaz  ki,  onların  əhvalını  digər hadisələr çərçivəsində  və  bir-birinə 
müqayis
əli  şəkildə  analiz etsin və  öz  gümanına  qapılıb  buna  bir  yozum  versin. 
İmamların  (ə)  günahsızlığı  sübüt  olunduğundan  onların  işlərinə  etiraz etmək deyil
onlara mütl
əq təslim olmaq lazımdır. 
İmam Hüseynin (ə) etdiyi Kərbəla qiyamı bəşəriyyət tarixində baş vermiş digər 
bütün  inqilablardan  köklü  şəkildə  fərqlənməkdədir. Digər inqilablar heç də  hımişə 
müsb
ət nəticə  verməmiş,  bəzən  acı  nəticələrə  səbəb  olmuşdur.  Baş  verən bütün 
inqilablar 
hansısa siyasi əhəmiyyət kəsb edərək heç də bütün bəşəriyyətin fayda və 
xoşbəxtliyini  deyil,  hansısa  bir  millətin və  ya  qurupun  amalına  xidmət  etmişdir. 
Amma K
ərbəla  inqilabı  mütərəqqi, yüksək amal və  digər müsbət xüsusiyyətləri 
1
 
Əllamə Hairi, Dairətül-məarif, c. XVII, səh. 24 
2
 
Əllamə Məclisi, Biharül-ənvar, c. X, səh. 283  
260 
 
                                                      


Yüklə 3,24 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə