Qafqaz müSƏlmanlari idarəSİ baki islam universiteti



Yüklə 3,24 Mb.
Pdf görüntüsü
səhifə123/148
tarix15.07.2018
ölçüsü3,24 Mb.
#55801
1   ...   119   120   121   122   123   124   125   126   ...   148

Onlar 
Qüreyş in boynunu əzib zəlil etdilər. 
Peyğəmbərin sevimlisi heç vaxt yolun azmadı, 
S
ənin müsibətin böyükləri ayırıb zəiflətdi
1
. 
Zühri r
əvayət edir: “Hüseyn (ə) qətl edilərkən göylər qan ağladılar”
2
.  
Zühri yen
ə rəvayət edir: “ Hüseyn (ə) qətl edilərkən Beytul-Müqəddəsdə elə bir 
daş yox idi ki, onu qaldıranda altında qan olmamış olsun”
3

İmam Sadiq (ə) buyurur: “Hişam bin Əbdülməlik atamın ardınca adam göndərib 
onu Şama çağırtdı. Atam onun yanına girdikdə xəlifə dedi: ey Əbu Cəfər! Səni ona 
gör
ə  çağırtdırmışam  ki,  səndən bir neçə  məsələ  soruşum.  Ola  bilsin  ki,  bunları 
m
əndən başqa heç kəs səndən soruşmayıb. Mənə də elə gəlir ki, bunları yer üzündə 
s
əndən başqa kimsə bilməz. Atam dedi: nə istəyirsən soruş. Əgər bilsəm deyəcəm, 
bilm
əsəm deyərəm bilmirəm.  
Hişam dedi: mənə xəbər ver Əli bin Əbi Talibin (ə) qətl edildiyi gecədən ki, o 
gec
ədə  insanların  bilmədiyi və  insanlar üçün əlamət  olan  hansı  hadisələr  baş 
vermişdir? Əgər bilirsənsə, bunları  mənə cavab ver. Bu əlamətlər Əlidən (ə) başqa 
şəxslər üçün olubmu?  Atam ona dedi: İmam Əlinin (ə) qətl edildiyi gecə səhərədək 
yer üzünd
ə  elə  bir  daş  yox  idi  ki,  onu  qaldıranda  altından  axar  qan  çıxmasın.  Bu 
əlamət Musanın (ə) qardaşı Harun (ə), Yuşə bin Nun qətl ediləndə, İsa bin Məryəm 
(
ə)  göyə yüksəldiləndə və Hüseyn bin İmam Əli (ə) qətl ediləndə də baş vermişdir. 
Hişam  bu  cavabları  dinlədikdə  qəzəbdən rəngi dəyişdi  və  atamın  yaxasından 
tutdu. Atam ona dedi: ey x
əlifə, bəndələrə vacibdir ki, öz imamlarına tabe olub onlara 
ita
ət göstərsinlər. Sən bu məsələlərin cavabını soruşdun mən də sənə cavab verdim. 
Bundan sonra Hişam atama dedi: çıx ailənin yanına get və o da oradan çıxdı. Onun 
çıxmasından  sonra  Hişam  dedmişdi:  Allahın  əhdi mənə  verildi, bu hədisi mən 
öl
ənədək kimsə mənə deyə bilməzdi”
4
.  
İmam  Rza  (ə) buyurur:  “Hər kəs bizim müsibətimizi  xatırlayarkən  ağlayıb 
ağlatsa, Qiyamət günü bizimlə birlikdə bizim dərəcəmizdə olacaqdır. Hər kəs bizim 
müsib
ətimizi yad edərkən ağlayıb ağlatsa, gözündən yaş axmasa belə Qiyamət günü 
gözl
ər ağlayanda onun gözləri ağlamaz. Hər kəs bir məclisdə  oturub bizim əmr və 
göst
ərişlərimizi təbliğ etsə, qəlblərin öldüyü gün onun qəlbi ölməz. Hər kəsin yanında 
xatırlansaq  onun  gözündən bizə  xatir milçəyin  qanadı  qədər  yaş  çıxarsa, dəryalar 
q
ədər günahı olsa belə  Allah onun günahlarını bağışlayar. Bizə  olunan zülm bizim 
üçün t
əsbih, bizə olan möhnət bizim üçün ibadət, bizim sirrimizi gizlədən isə Allah 
yolunda cihad ed
ən kimidir”
5

İmam  Sadiq  (ə) buyurur:  “Kər kəsin bizə  görə  göz  yaşı  axsa,  bizə  xatir  qanı 
tökülmüş kimidir. Bizə vacibdir ki, o şəxsi  xilas edək, Allah da ona Cənnətdə bir 
otaq bağışlayacaqdır”
6
 
 
1
 
İbn Quləveyh, Kamilüz-ziyarət, səh. 195, hədis № 275; Əllamə Məclisi, Biharül-ənvar, c. 45, səh. 88     
2
 
İbn Quləveyh, Kamilüz-ziyarət, səh. 188, hədis № 265; Əllamə Məclisi, Biharül-ənvar, c. 45, səh. 205     
3
 
İbn Quləveyh, Kamilüz-ziyarət, səh. 188, hədis № 266      
4
 
İbn Quləveyh, Kamilüz-ziyarət, səh. 159-160 hədis № 197; Əllamə Məclisi, Biharül-ənvar, c. 45, səh. 204    
5
 
Əllamə Hairi, Dairətül-məarif, c. VIII, səh. 294-295  
6
 H
əmin mənbə, c. VIII, səh. 295   
253 
 
                                                      


6.11.
İmam Hüseynlə (ə) birlikdə şəhid olan şəxslər 
İmam Hüseyn (ə) Kərbəlaya gəlməmişdən əvvəl əmoğlusu Müslüm  bin Əqili 
v
əziyyəti öyrənmək üçn Kufəyə yolladı. Müslüm  hicri altmışıncı ilin zilhiccə ayında 
(sentyabr 680) Kuf
əyə getdi və ərəfə günü orada öldürüldü. Onun ardınca Hüseyn (ə) 
M
əkkədən  İraqa  tərəf  yola  çıxdı.  Lakin  o,  Müslüm  in ölüm xəbərini  yolda  eşitdi. 
Hicr
ətin altmışıncı ilinin sonlarında İraqa gələn Hüseyn (ə) Məkkədə şəban, ramazan, 
şəvval və  zilqədə  aylarını  qalmışdı.  Bu  ərəfədə  onun  ətrafına  Hicazın  və  Bəsrənin 
müxt
əlif    bölgələrindən  xeyli  adam  toplanmışdı.  O,  bu  fürsətdən istifadə  edərək 
Yezidin v
ə onun xilafətinin iç üzünü camaata çatdırırdı. Məsudinin məlumatına görə 
onların sayı min atlı və  yüz piyada olmaqla 1100 nəfər təşkil edirdi. Amma  İmam 
Baqird
ən (ə) gələn rəvayətə görə onların sayı müharibə ərəfəsində atlı-piyada 45 min 
n
əfər idi. Hüseyn (ə) onlarla birlikdə Həcci natamam ziyarət edib İraqa tərəf istiqamət 
götürdü. O, müxalifl
ərin onu Məkkədə  öldürmələrindən ehtiyat edirdi. O, yola 
düşərkən tərəfdarlarını  toplayıb  onlara  geniş  bir  xütbə  oxudu və  xütbəsini bununla 
tamamladı:  “Şükürlər olsun Allaha və  onun istədiklərinə! Hər kəs  canını bizə  fəda 
etm
ək istəyirsə, bilsin ki, vətənimiz Allahla görüşdür. Mən sabah yola çıxacağam”
1

      
İmam (ə) yola düşdü. Ona yolda rast gələn bəzi şəxslər dedilər: sənə nə olub 
ki, babanın hərəmini tərk edirsən? Həzrət onlara buyurdu: “Bəni Üməyyə malımı və 
əmlakımı  aldı,  mən  isə  səbir etdim. Onlar   mənim  şərəfimi söydülər, mən səbir 
etdim. Onlar m
ənim  qanımı  tökmək istədilər. Mən də  məcbur  olub  babamın 
h
ərəmindən uzaqlaşdım.”   
      
İmam  (ə) yolda Müslüm  in və  Haninin  şəhadətini  eşitdikdə,  ətrafındakı 
insanlara  dedi:  “Artıq  bizim  tərəfdarlarımız  bizi  tək  qoydular.  Onların  ölmündən 
sonra yaşamağın mənə nə faydası? Hər kəs istəyirsə dönüb getsin!.” Bundan sonra 
onun 
ətrafında  olan  insanların  çoxu  ayrılıb  getdilər.  İmam  (ə)  yalnız  Mədinədən 
onunla g
əlmiş əshabı ilə qaldı. İnsanların onun ətrafından dağılmalarının səbəblərini 
açıqlayan alimlər yazırlar: İmamala (ə) birlikdə olan o insanlar elə bilirdilər ki, İmam 
(
ə)  onları  başqa  bir  məmləkətə  aparacaq, onlar orada qalacaq və  oranın  da  əhalisi 
onlara ita
ət göstərəcəklər.  Lakin  İmamın  (ə) niyyəti onlara məlum olduqdan sonra 
onlar  İmamın  (ə)  ətrafından  dağılışmağa  başladılar.  Beləliklə,  İmam  Hüseynin  (ə) 
ətrafında onun Əhli-beyti (ə) və bu ailəyə tam sadiq olan şəxslər qaldılar.  Bundan 
başqa bəzi şəxslər, o cümlədən Hürr bin Yezid ər-Riyahi, Zuheyr bin Qeyni sonradan 
İmama (ə) qoşulan şəxslərdir.  
Artıq  Yezidin  qoşunu  Ömər bin Səd bin Vəqqasın  komandanlığı  altında  35 
minlik ordu il
ə İmam Hüseyni (ə) və onun azca tərəfdarlarını mühasirəyə aldı. İmam 
(
ə) onlara çox təbliğat aparsa da bunun heç bir faydası olmadı. İmama (ə) qarşı ilk 
oxu Öm
ər bin Səd atdı və bunula da müharibənin başlanmasını elan etdi.  Bundan 
sonra oxatanlar d
əstəsi kütləvi şəkildə İmamın (ə) ordusuna ox atmağa başladıladılar. 
Bunun n
əticəsində  İmamın  (ə) dəstəsindən bir neçə  adam  şəhid  oldu.  Anası  ilə 
birlikd
ə İmamın ordusuna qoşulan bir gənc anasının təkidi ilə döyüş meydanına ilk 
olaraq  daxil  oldu.  Onu  şəhid  edib  başını  kəsdilər və  anasına  tərəf  atdılar.  Şəhidin 
anası oğlunun başını götürüb “əhsən sənə  ay  oğul!” deyib başı düşmən tərəfə  atdı. 
Bundan sonra İmamın (ə) dəstəsində olan insanlar növbə ilə gəlib döyüş icazəsini alır 
1
 
Əllamə Məclisi, Biharül-ənvar, c. X, səh. 183 
254 
 
                                                      


Yüklə 3,24 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə