Qafqaz müSƏlmanlari idarəSİ baki islam universiteti



Yüklə 3,24 Mb.
Pdf görüntüsü
səhifə124/148
tarix15.07.2018
ölçüsü3,24 Mb.
#55801
1   ...   120   121   122   123   124   125   126   127   ...   148

v
ə  vüqarla  döyüşə  gedirdilər.Onlar  şəhid olduqdan sonra növbə  İmamın  (ə) 
qardaşlarına  çatdı.  Onlar  da  xeyli  şücaət göstərdikdən  sonra  şəhid  oldular.  Onların 

ərisində  İmam  Əlinin  (ə)  Ümmül Bəni  adlı  qadından  olan  oğlu  Abbas (ə) dünya 
tarixind
ə  misli görünməmiş  şəxsi  şücaət və  fədakarlıq  göstərdi. O, sonda gəlib 
İmamdan  (ə)  döyüş  icazəsini  alanda  İmam  Hüseyn  (ə) hönkürtü ilə  ağlayaraq  ona 
buyurdu:  “S
ən mənim  qoşunumun  bayraqdarısan!  Sənin getməyin  qoşunumun 
yoxluğu  deməkdir.”  Həzrət Abbas (ə) ona dedi:  “Artıq  qəlbim  sıxıldı.”  İmam  ona 
ancaq su g
ətirmək üçün icazə verdi. O, Fərat çayı istiqamətində hərəkət etdi. Yolda 
F
ərata xüsusi dəstə şəklində təyin olunmuş dörd min düşmən əsgəri ilə rastlaşdı. O, 
özünün irsi şücaəti ilə onları pərən-pərən edib özünü çaya yetirdi. Lakin uşaqların su 
dey
ə  qışqırığını  eşitdikdə  içmək istədiyi suyu yerə  töküb  su  tuluğunu  doldurdu  və 
düşərgəyə tərəf  yol aldı. Yolda düşmən tərəfin kütləvi hücumuna məruz qaldı. Onun 
sağ qolunu Həkim bin Tüfeyl kəsdi. O, özünü itirməyib qılıncı sol əlinə aldı. Xeyli 
döyüşdükdən sonra onun sol qolunu Nofəl adlı bir şəxs vurdu. Hər iki qolunu itirən 
Abbas (
ə) su tuluğunu ağzına alıb ayaqları ilə düşməni özündən uzaqlaşdırırdı. Onun 
su tuluğunu oxla vurub deşdikdən sonra sinəsinə də bir ox sancıldı. Bununla da öz 
dövründ
ə  şücaət aləminin nəhəngi hesab olunan Həzrət Abbas (ə) atından  yıxıldı. 
Onun haqqında İmam Zeynülabidin (ə) buyurur: “Qiyamət günü bütün şəhidlər əmim 
Əli  oğlu  Abbasın  (ə) məqamına  qibtə  edərlər. Allah Həmzəyə  qollarının  əvəzində 
qanad verib onu C
ənnətə çatdırdığı kimi əmimə də qollarının əvəzində qanad verib 
onu C
ənnətə çatdırdı”
1
.   
N
əhayət döyüş meydanına İmam Hüseyn (ə) getdi. Təbərisi “əl-İhticac” əsərində 
yazırdı: “İmam (ə) tək qaldıqda onunla yalnız oğlu Zeynülabidin (ə) və Abdullah adlı 
süd
əmər uşağı vardı. O, uşağı götürüb qoşunun önünə gəldikdə uşağı oxla vurub qətlə 
yetirdil
ər.  İmam  (ə)  atından  enib  onu  torpağa  basdırdı.  Sonra  qılınca  əl  atıb  onun 
qanını  almaq  üçün  özünü  düşmən ordusuna vurdu. Onlardan xeyli hissəni  qırıb 
c
əhənnəmə  vasil  etdi.  Sonra  İmamı  (ə)  Şimr  bin  Zilcovşən  qılıncla  vurdu.  Onun 
vurd
uğu qılıncların sayı on iki ədəd idi.” 
Şəhr Aşubun yazdığına görə İmamın (ə) atı da döyüş ərəfəsində düşmən tərəfə 
h
əmlələr edirmiş. Onun Zulcənah adlı atı düşmən tərəfdən qırx əsgəri öldürmüşdür. 
İbn  Tavusun  nəqlinə  görə  İmam  (ə) qətl edildikdən sonra göy  üzünü qara 
buludlar almış, qırmızı küləklər əsmiş və hətta insanlar İlahi əzabın nazil olduğunu 
güman  etmişlər.  İmam  Baqir  (ə) Hüseynin (ə) qətlə  yetrilməsi  haqqında  deyir: 
“Hüseyni (
ə) elə  bir  şəkildə  qətl etdilər ki, hətta  Allahın  Rəsulu (s) itləri belə  elə 
öldürm
əyi qadağan etmişdir. Onu qılıncla, nizə ilə, oxla, taxta parçası, əsa və digər 
şeylərlə vurub şəhid etdilər”
2

Əllamə  Məclisi  yazırdı:  “Hüseyni (ə) qətlə  yetirdikdən  sonra  düşmən ordusu 
ist
ədi  ki,  bütün  atlı  dəstələr  şəhidlərin üstündən keçsinlər və  bununla  da  onların 
c
əsədləri atların dırnaqları altında batıb torpağa qarışsın. Lakin bir şirin pəncələrini 
Hüseynin (
ə) üstünə  qoyub dayanması  qoşunu  təşvişə  salmış  və  onlar Ömər Sədin 
əmri ilə bu işdən vaz keçmişlər”
3
.  
1
 
Şeyx Səduq, əl-Xisal, səh. 235 
2
 
Əllamə Hairi, Dairətül-məarif, c. XV, səh. 284-285  
3
 Miratül-üqul, c. I, s
əh. 394, hədis № 8  
255 
 
                                                      


N
əhayət  İmamla  (ə)  birlikdə  Kərbəla çölündə  şəhid  olmuş  şəxslərdən 
aşağıdakıları qeyd etmək olar:  
1.Abbas bin Əli bin Əbi Talib (ə) 
2. Əbu Bəkr bin Əli bin Əbi Talib (ə) 
3.Abdullah bin Əli bin Əbi Talib (ə) 
4.
Osman bin Əli bin Əbi Talib (ə) 
 
5.İbrahim bin Əli bin Əbi Talib (ə) 
6.Cun bin Malik 
7. Müslüm  bin Ovs
əcə əl-Əsədi əs-Səhabi 
8.H
əbib bin Məzahir 
9.Zuheyr bin Qeyn 
əl-Muradi 
10.S
əd bin Haris əl-Ənsari 
11.Əli bin Məzahir 
12.Əmmar bin Əbi Salam əl-Həmdani 
13.Abdullah bin Y
əqtər əl-Humeyri (İmamın süd qardaşı olub) 
14.Əbdürrəhman bin Əbdürəbbih 
15.Abbas bin Şəbib əş-Şakiri 
16.Amir bin Müslüm  
17.Əbdürrəhman bin Məsud 
18.Avun bin Abdullah bin C
əfər bin Əbi Talib 
19.Qarib 
20.Qurr
ə bin Əbi Qurrə 
21.M
əcmə bin Abdullah 
22.M
əsud bin Həccac ət-Təmimi 
23.Malik bin S
əri əl-Cabiri 
24.K
ərş bin Zuheyr ət-Təğlibi 
25.Münh
əc bin Səhm (Həsən bin İmam Əlinin (ə) xidmətçisi)
1
 v
ə s. 
İmam  Hüseynin  (ə)  əshabının  sayı  haqqında  ixtilaf  vardır.  Əllamə  Məclisiyə 
gör
ə onların sayı min nəfər olmuşdur. O, yazırdı: “Hüseynin (ə) əshabının sayı min 
n
əfər atlı idi. Onlar Aşura günü onunla birlikdə namaz qıldılar”
2
. Lakin b
əzi rəvayətə 
gör
ə onların sayı 82 nəfər atlı, 8 nəfər isə piyada olmuşdur. Digər rəvayətlərdə isə 
onların sayı 32 nəfər atlı, 40 nəfər isə piyada göstərilir. 
Qarşı tərəfin ordusunun sayında da ixtilaf vardır. Bəzi qaynaqlarda onların sayı 
otuz beş min, dörd min və daha artıq göstərilir. Ən doğru rəvayət isə onların sayının 
35 min n
əfər  olmasıdır.  Çünki  dörd  min  nəfər tək Fərat  çayının  mühafizəsində 
dayanmışdır. Onlardan öldürülənlərin ümümi sayı isə min nəfər göstərilir
3
. Öm
ər bin 
S
ədin qoşununun sağ cinahında Amr bi Həccac, sol cinahında isə Şimr bin Zilcovşən 
olmuşdur.  Süvari  hissəyə  Ğəzrə  bin  əl-Qeys, piyada hissəyə  isə  Şəbs bin Rəbi 
başçılıq  etmişdir.  Ordunun  hissələri isə  Əsəd, Kində, Rəbiə, Teym və  başqa 
q
əbilələrdən təşkil edilmişdir. 
Savaş bitdikdən sonra Ömər bin Səd qoşunundan qırılmış əsgərlər üçün cənazə 
namazı  qıldırdı  və  onları  dəfn  etdirdi.  Lakin  Peyğəmbərin (s) ümmətə  əmanət 
1
 
Əllamə Hairi, Dairətül-məarif, c. XV, səh. 84  
2
 
Əllamə Məclisi, Biharül-ənvar, c. X, I çap, səh. 209  
3
 
Əllamə Hairi, Dairətül-məarif, c. XV, səh. 85   
256 
 
                                                      


Yüklə 3,24 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə