Qafqaz müSƏlmanlari idarəSİ baki islam universiteti



Yüklə 3,24 Mb.
Pdf görüntüsü
səhifə125/148
tarix15.07.2018
ölçüsü3,24 Mb.
#55801
1   ...   121   122   123   124   125   126   127   128   ...   148

buraxdığı Əhli-beytin (ə) şəhid düşmüş kişilərinin başlarını kəsdirib cəsədlərini çöllü-
biyabanda  buraxdı.  Sonra  da  qadınları  əsir götürüb zəncirlənmiş  halda  Kufəyə  İbn 
Ziyadın  hüzuruna  apardı.  Əsirlər içərisində  İmam  Hüseynin  (ə) ilahi təqdir 
n
əticəsində  sağ  qalmış  ortancıl  oğulu  İmam  Zeynülabidin  (ə) də  vardı.  O,  imamət 
nurunun davamçısı olduğundan Allahın möcüzəsi sayəsində qəflətən əlillik xəstəsinə 
tutlmuş  və  bununla  da  zalımların  amansız  ölümündən  yaxa  qurtarmışdı.  Lakin 
K
ərbəla hadisəsi tamamilə  sona yetdikdən  sonra  tam  olaraq  sağlam  şəkildə  ömür 
sürmüş və təxminən bu hadisədən 35 il sonra zəhərlə şəhid edilmişdir. 
K
ərbəla şəhidlərinin dəfninə gəldikdə isə onları Bəni Əsəd qəbiləsinin bir qurup 
camaatı  ilə  birlikdə  İmam  Zeynülabidin  (ə) dəfn  etmişdir.  Belə  ki,  qaynaqların 
verdikl
əri məlumatlara görə Bəni Əsəd qəbiləsindən olan bir qadın su götürmək üçün 
F
ərat çayının sahilinə gəlir və buradakı dəhşətli mənzərəni görüb tez qəbiləsinə xəbər 
verir. Q
əbilə bu xəbərdən sonra həmin əraziyə yollanırlar və orada  başsız bədənləri 
görüb d
əhşətə  gəlirlər. Onlar dəfn üçün  su və  kəfən  hazırlayarkən birdən dəvə 
üstünd
ə gələn bir şəxsi görürlər. Onlar bunun düşmən əsgərlərindən olduğunu zənn 
edib qaçmaq ist
əyərkən həmin  şəxs onlara belə  müraciət edir:  “Mən  Allahın 
höccötiy
əm. Mən  Əli  bin  Hüseynəm. Gəlmişəm cüssələri parçalanmış  atamın, 
əmilərimin, qardaşımın, əmi uşaqlarımın və onların köməkçilərinin dəfni ilə məşğul 
olum. İndi mən İbn Ziyadın həbsxanasından gəlirəm. Sizlərə halal olsun!”
1
 
İmam Zeynülabidinin (ə) İbn Ziyadın həbsxanasından çıxıb gəlməsi də ilahi bir 
sirr olub 
ancaq onun dostlarına əyan olan bir haldır. Əqidəmizə görə imamı yalnız 
imam d
əfn edər. Belə  olduğu  halda  Allahın  izni  ilə  onun Kufə  zindanından  çıxıb 
g
əlməsi və yenidən öz məqamına qayıtması Allaha və axirət gününə inananlar üçün 
şübhəsiz bir şeydir.  
B
əni  Əsəd qəbiləsindən Kərbəla  şəhidlərinin dəfnində  iştirak  edən  şəxslərdən 
r
əvayət olunur ki, İmam Zeynülabidin (ə) atası Hüseyni (ə) qəbrə qoyarkən onlardan 
heç k
əs  ona  yaxın  getməmişdilər.  İmam  (ə)  özü  atasını  qəbrə  qoymuş  və  ağlaya-
ağlaya bu sözləri deyirmiş: “Səni özündə saxlayan yer nə qədər  xoşbəxtdir! Dünya 
s
əndən sonra zülmətə büründü. Axirət isə səninlə işıqlandı. Qəm-kədərə gəldikdə isə 

əvvəli və  axırı  olmayan  bir  haldır.  Gecələrə  gəldikdə  isə  o  yuxusuz  bir  şeyə 
çevrildi..”
2
    
Əllamə Məclisi rəvayət edir: “Peyğəmbər (s) Fatimənin (ə) yanına girən zaman 
onu çox q
əmli  gördü.  Peyğəmbər (s) ona dedi: ey Fatimə(ə) Qiyamət günü 
dey
əcəksən: Allahım! Həsən (ə) və Hüseyni (ə) mənə göstər. Onları sənə gətirdikləri 
zaman Hüseyni (
ə) boynunun şah damarı kısilmiş və qan axan halda görəcəksən. O, 
R
əbbinə deyəcəkdir: Allahım! Mənə zülm edənlərdən haqqımı al! Bu zaman Allah 
q
əzəblənər, onun qəzəbinə görə Cəhənnəm və bütün mələklər də qəzəblənərlər. Sonra 
C
əhənnəmdən Hüseyni (ə) və  onun  evladlarını  qətl edənlər çıxarılarlar.  Onlar 
dey
ərlər: ey Rəbbimiz, bu işi biz törətməmişik. Allah Cəhənnəm zəbbanilərinə əmr 
ed
ər ki, onları tutub Cəhənnəmin ən aşağı yerinə salın”
3
.    
1
 
Bax:  Əllamə  Hairi, Dairətül-məarif, c. XV, səh.  88-89;  Şeyx  Müfid,  Seyid  Nemətullah Cəzairi və  əl-Kəşşi  də  bu 
x
əbəri qəbul etməkdədirlər  
2
 
Əllamə Hairi, Dairətül-məarif, c. XV, səh. 89-90; əd-Dumətus-Sakibə, I çap, səh. 355; Dərbəndi, Əsrariş-Şuhəda  
3
 
Əllamə Məclisi, Biharül-ənvar, I çap, c. III, səh. 340  
257 
 
                                                      


İmam Rza (ə) buyurur: “Ey İbn Şəbib! Əgər Cənnət otaqlarında Peyğəmbərlə (s) 
birlikd
ə sakin olmaq istəyirsənsə, Hüseynin (ə) qatillərinə lənət et. Əgər Hüseynlə (ə) 
birlikd
ə şəhid olanlarla birlikdə olmaq istəyirsənsə, Hüseyni (ə) xatırlayanda de: «ey 
kaş məndə sizinlə birlikdə olaydım və ən böyük üstünlüyə yetişəydim!» Hüseyn bin 
İmam  Əlinin  (ə)  qatili oddan olan tabutun içərisindədir. Ona dünya əhlinin  əzabı 
verilir. Onun 
əlləri və ayaqları oddan olan zəncirlə bağlanıb. O, Cəhənnəmin ən dərin 
quyusundadır. Ondan elə pis iy gəlir ki, cəhənnəm əhli onun iyindən Allaha sığınırlar. 
O, orada Hüseynin (
ə) qətlində iştirak edənlərlə birlikdə əbədi qalacaq və ən ağrıdıcı 
əzabı  dadacaqdır.  Onların  dəriləri  pişəcək, Allah isə  onu hər dəfə  yenisi ilə  əvəz 
ed
əcəkdir ki, əzabı  daha  da  artıq  olsun.  Onlara  bir  an  belə  fasilə  verilməz. Onlara 
C
əhənnəmin həmimindən içirdilər. Vay olsun onların halına!”
1
 
6.12._Kərbəla_hadisəsindən_sonra_baş_vermiş_qiyamlar__6.12._1.Mədinə_qiyamı'>6.12.
Kərbəla hadisəsindən sonra baş vermiş qiyamlar 
 
6.12.
1.Mədinə qiyamı 
K
ərbəla hadisəsindən sonra İslam aləmində çoxlu sayda qiyamlar baş vermiş və 
m
ənfur  Əməvilər  xilafəti  bu  qiyamların  təsiri nəticəsində  tənəzzülə  doğru 
yuvarlanmışdır.  Artıq  xilafətin iç üzü xalq kütləsinə  bəlli olduqdan sonra əhali 
arasında  xilafətə  qarşı  qiyam  etmək və  bu hakimiyyəti devirmək  hissi  oyanmışdı. 
Bel
əliklə, ilk qiyam Mədinə şəhərində baş verdi. Buna tarixdə Hirrə vaqiəsi deyilir. 
M
ədinəlilər Abdullah bin Hənzələyə beyət edib ona tabe oldular. Abdullahın göstərişi 
il
ə ilk görüləcək iş Bəni-Üməyyənin şəhərdən çıxarılması oldu. Bunu eşidən Yezid 
on iki minlik ordunu  Müslüm  
bin Əqəbənin başçılığı altında Mədinəyə yeritmiş və 
oranın  əhalisini  qılıncdan  keçirmişdir.  Hirrə  vaqiəsi  üç  gün  davam  etmiş  və  bu 
ərəfədə on mindən artıq müsəlman öldürülmüşdür. Müslümün ordusu şəhəri üç gün 
ərzində  xaraba  qoymuş,  qadınların  namusuna  təcavüz  olunmuş  və  Peyğəmbər (s) 
m
əscidində qan su yerinə axmışdır. Hətta qoşun hissələri məscidə atlı, ayaqqabılı və 
murdar v
əziyyətdə daxil olaraq oranın hörmətini sındırmışlar. Bu hadisə hicrətin 63-
cü (682 miladi) ilind
ə baş vermişdir. 
 
6.12.
2.Məkkə qiyamı 
Baş vermiş qiyamlardan biri də Məkkə qiyamı hesab olunur. Müslümün ordusu 
M
ədinəni dağıtdıqdan sonra Məkkədəki qiyamı yatırtmaq üçün ora yola düşmüşdür. 
Lakin yolda Müslüm bin Əqəbə ölmüş, onun yerinə orduya Husayn bin Numayr təyin 
edilmişdir.  Məkkədə  Abdullah bin Zübeyr  əhalini öz ətrafına  toplamış  və  xilafətə 
qarşı  qiyam  etdiyini  elan  etmişdir.  Bundan  xəbəri olan Yezid onun zəncirlənmiş 
halda yanına gətirilməsini əmr etmişdir. Beləliklə, Mədinə qiyamının yatırılmısından 
sonra Husayn bin Numayrın komandanlığı altında Məkəyə gələn xilafət ordusu Əbu 
Qubeys  dağının  üstündə  mancanaqlar  qurmuş,  oradan  Kəbəyə  sığınan  qiyamçıların 
üz
ərinə daş və od-alov yağdırmışdı. Bu hadisədə Kəbə yanıb xaraba vəziyyyətə qaldı. 
Abdullah bin Zübeyr 
bir  aylıq  müdafiədən sonra nəhayət qüvvəsi tükənmiş  və  elə 
orada da öldürülmüşdür. Xalq kütləsinin bu qiyamı da zülm və amansızlıqla yatrıldı. 
Bu hadis
ə hicrətin 64-cü (683 miladi) ilində baş vermişdir. Bu hadisədən sonra Yezid 
1
 
Əllamə Hairi, Dairətül-məarif, c. VIII, səh. 294  
258 
 
                                                      


Yüklə 3,24 Mb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə