Qafqaz müSƏlmanlari idarəSİ baki islam universiteti



Yüklə 3,24 Mb.
Pdf görüntüsü
səhifə133/148
tarix15.07.2018
ölçüsü3,24 Mb.
#55801
1   ...   129   130   131   132   133   134   135   136   ...   148

H
əmçinin, əvvəlki illərdə ümumi sahəsi kiçik rəqəmlərlə ölçülən hərəmin indiki 
sah
əsi 182.000
2
 metrdir.    
 
7.6.
İmam Rzanın (ə) həyatı 
İmam Rza (ə) cümə günü, zilhiccə ayının on birində, 147-ci və yaxudda 153-cü 
hicri ilind
ə (768 m) Mədinə şəhərində doğulmuşdur
1
. Lakin m
əşhur alim Şeyx Səduq 
onun hicri 153-cü ilin r
əbiul-əvvəl ayının on birində doğulduğu qənaətinədir
2

Şeyx 
Müfid is
ə onun hicri 148-ci ildə Mədinədə doğulduğunu qeyd etmişdir
3

İmam Rza (ə) yeddinci imam Musa Kazımın (ə) oğludur. Onun anasının adı isə 
Xeyz
əran və ya Nəcmə olmuşdur.  
İmam Rzanın (ə) ən məşhur kunyəsi Əbülhəsəndir. Lakin bununla yanaşı onun 
Əbu Bəkr kunyəsinin də olduğunu deyənlər vardır. 
İmamın  əsil  adı  Əli  olsa  da  o,  daha  çox  Rza  ləqəbi ilə  tanınr.  Onun Rza 
adlanması haqqında alimlərin fikri budur ki, Allah onun adlanmasından razı olduğu 
üçün bel
ə ləqəbləndirilib
4
.  
Bir n
əfər  İmam  Məhəmməd  Cavaddan (ə)  soruşur:  nəyə  görə  sənin atan Rza 
addlandırılıb? Məgər sənin keçmiş babalarından Allah razı deyilmi? İmam buyurdu: 
Çünki 
onun  düşmənlərindən olan müxaliflər də,  dostlarından  olan  münafiqlər də 
ondan  razı  idilər. Amma onun ata-babalarından  heç  kəs belə  deyildi”
5
. Lakin b
əzi 
r
əvayətlərdə  İmamın  (ə)  Rza  adlanmasının  səbəbi münafiqlərin bəzisinin onun 
dostlarına çevrilməsinə görə olduğu göstərilir
6
.  
Bundan başqa onun Sabir, Rəzi, Vəfi ləqəbləri də olmuşdur
7

M
ənbələrin verdikləri məlumatlara görə onun altı övladı olmuşdur. Onların biri 
qız, digərləri isə oğlan uşaqlarıdır. Onların adları aşağıdakı kimidir: 
1.M
əhəmməd əl-Qani 
2.H
əsən 
3.C
əfər 
4.İbrahim 
5.H
əsən 
6.Aişə
8
 
Lakin b
əzi alimlər, o cümlədən  Şeyx Müfidin “əl-İrşad”, Şəhr Aşubun isə “əl-
M
ənaqib” əsərlərində verdikləri məlumatlara görə İmamın (ə) yalnız Məhəmməd adlı 
birc
ə oğlu olmuşdur. Bu fikri digər görkəmli alim Təbərisi “Əlamul-Vəra” əsərində 
t
əsdiq etmişdir. 
İmam  Rzanın  (ə) vəfat  tarixi  ixtilaflıdır.  Onun  hansı  ildə  və  hansı  ayda  vəfat 
etm
əsi haqqında qaynaqlarda dəqiq məlumat verilmir. Lakin məşhur alimlərin görüşü 
budur ki, o, hicri  203-cü ilin (818 m) 
ramazan  ayının  iyirmi  birində  Xorasan 
1
 Möhsün 
əl-Əmin, Əyanüş-şiə, c. II, səh. 12  
2
 
Şeyx Səduq, Uyuni əxbarir-Rza, c. I, səh. 78  
3
 
Şeyx Müfid, əl-İrşad, müəssisətu Ali-Beyt, tarixsiz, c. II, səh. 247   
4
 
Əllamə Hairi Ələmi, Dairətül-məarif, c. X, səh. 77; Möhsün əl-Əmin, Əyanüş-şiə, c. II, səh. 12    
5
 
Şeyx Səduq, Uyuni əxbarir-Rza, ikinci çap, c. I, səh. 10   
6
 
Əllamə Məclisi, Biharül-ənvar, birinci çap, c. XII, səh. 1  
7
 C
əfər Murtəza Hüseyni, Həyatul-İmam Rza (ə), Darut-təbliğil-islami, 1398/19978, səh. 139 
8
 Möhsün 
əl-Əmin, Əyanüş-şiə, c. II, səh. 13  
274 
 
                                                      


vilay
ətinin Tus məntəqəsində  vəfat  etmişdir
1

Lakin  Əllamə  Məclisi onun səfər 
ayında  şəhid edildiyi qənaətindədir
2
.  Onun v
əfat səbəi isə  xəlifə  Məmunun onu 
z
əhərlətməsi  olmuşdur.  Bu  bütün  təbəqələrdə  rəvayət  olunmuş  xəbərlərdən  olduğu 
üçün onun inkar olunması mümkünsüzdür.  Şeyx Müfid “əl-İrşad” əsərində yazırdı: 
İmam  (ə) Məmunun sarayına  gələndə  ona  Allahdan  qorxmasını  tövsiyyə  edərdi. 
İmamın  (ə)  ona çox nəsihət etməsi Məmunun  sonda  ona  qarşı  daxili kin-kudurətli 
olamsına  səbəb oldu. Bir gün  İmam  (ə)  onun  yanına  gələndə  xəlifənin dəstəmaz 
aldığını,  lakin  xəlifənin dəstəmaz alarkən xidmətçinin köməyindən istifadə  etdiyini 
görür. İmam (ə) ona buyurur: ey möminlərin əmiri! Allahına ibadətdə heç kəsi özünə 
şərik etmə. Bundan qəzəblənən Məmun sonda onu zəhərlədir”
3
.  
İmamın  (ə) zəhərləndirilərək  şəhid edilməsini  sünnü  alimlərindən  Təbəri 
“Tarix”
4
,  İbn  Kəsir “əl-Bidayə  vən-Nihayə”
5
,  İbn  Əsir  isə  “əl-Kamil fit-Tarix”
6
 
əsərlərində qeyd etmişlər. 
Lakin bü
tün  bunlara  baxmayaraq  şiə  alimlərindən  Seyid  Rəzyuddin  Əli  bin 
Tavus M
əmunun  ona  olan  meylini,  onsuz  darıxmağını  və  ona xüsusi diqqət 
yetirdiyini dey
ərək onu zəhərlətmədiyi qənaətindədir. 
H
əmçinin,  Küleyni  də  İmamın  (ə) vəfatına  toxunarkən onun zəhərdən vəfat 
etm
əsi məsələsinə toxunmamışdır
7

Sibt bin Covzi d
ə  “Təzkirətul-Xəvvas”  əsərində  Məmunun  İmamı  (ə) 
z
əhərlətmədiyi qənaətindədir. Bu haqda o, yazırdı:  “Camaat deyir ki, Məmun onu 
z
əhərlədib. Amma bu doğru xəbər deyildir. Çünki İmam (ə) vəfat edərkən Məmun 
h
ədsiz üzülmüş və bir neçə gün yeyib-içməyərək özünə qapanmışdır.”  
 
7.7.
İmam Rzanın (ə) fəzilətləri 
İmam  Rzanın  (ə) fəzilət və  üstünlüklərinə  aid  hədis,  tarix, təfsir və  digər 
kitablarda çoxlu sayda r
əvayətlər vardır. Onun müasirlərindən olan İbn Abbas əs-Suli 
deyir: “M
ən heç vaxt görmədim ki, İmam Rzadan (ə) hər hansı bir məsələ soruşula, 
lakin o, bunun qarşısında aciz qala. Onun zamanında ondan üstün və elmli bir şəxsin 
olduğunu görmədim. Xəlifə Məmun ondan hər bir şey barəsində soruşub onu imtahan 
e
tdi. Lakin İmam (ə) onun bütün suallarına cavab verdi. Onun cavablarının hamısı 
Qurandan idi. O, Quranı üç gün içərisində xətm edər və «bunu daha da az müddətə 
x
ətm etmək istəyirəm, amma elə bir ayə yoxdur ki, mən onun haqqında düşünmədəm 
onu ötüb keçim» dey
ərdi. Mən heç vaxt görmədim, nə də heç kimsədən eşitmədim ki, 
Əbülhəsən  Rzadan (ə) üstün olsun. Mən  heç  vaxt  onda  müşahidə  etdiklərimi bir 
kims
ədə müşahidə etmədim.” 
Görk
əmli İslam alimi əl-Yafei onun haqqında “Miratul-Cinan” əsərində yazırdı: 
“hicr
ətin 203-cü ilində kəramətli və xoşbəxt bir sülalədən, on iki imam tərəfdarlarınin 
imamlarından biri olan İmam Əbülhəsən Əli bin Musa ər-Rza (ə) vəfat etmişdir. O, 
1
 H
əmin mənbə, səh. 12   
2
 
Əllamə Məclisi, Biharül-ənvar, c. 49, səh. 2  
3
 
Şeyx Müfid, əl-İrşad, Müəssisətu Ali-Beyt, tarixsiz, c. II, səh. 270 
4
 
Əbu Cəfər Məhəmməd bin Cərir ət-Təbəri, Tarixul-Uməm vəl-Muluk, c. V, Beyrut, 1404/1987, səh. 145-147 
5
 Hafiz bin K
əsir əd-Diməşqi, əl-Bidayə vən-Nihayə, c. X, Məktəbətul-məarif, Beyrut, 1966 və 1981, səh. 250 
6
 
Əli bin Məhəmməd bin Əsir, əl-Kamil fit-Tarix, c. VI, Tornberq, Beyrut, 1386/1965, səh. 351  
7
 M
əhəmməd bin Yəqub Küleyni, Usulul-Kafi, c. I, birinci çap, Beyrut, 1329/2008, səh. 181,186  
275 
 
                                                      


Yüklə 3,24 Mb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə