Qafqaz müSƏlmanlari idarəSİ baki islam universiteti



Yüklə 3,24 Mb.
Pdf görüntüsü
səhifə135/148
tarix15.07.2018
ölçüsü3,24 Mb.
#55801
1   ...   131   132   133   134   135   136   137   138   ...   148

edilmişdir.  Əməvilər  dövründə  xalq  üsyanları,  xüsusilə  də  Əhli-beyt  (ə) 
t
ərəfdarlarının  qiyamları  olduğu  kimi,  abbasilərin də  dövründə  bundan  da  artıq  və 
güclü üsyanlar baş vermişdir. Əgər  Əməvilər dövründə  Kərbəla, Təvvabin, Muxtar 
S
əqəfi, və  s.  qiyamlar  baş  verimişdirsə, abbasilər dövründə  də  Fəxx  qiyamı,  Əbu 
Saraya qiyamı, Məhəmməd Dibacın qiyamı, Nəsr bin Şibsin qiyamı, Babəkin qiyamı 
(816-838) v
ə  başqaları  baş  vermişdir.  Bunlardan  başqa  Sumbatın  rəhbərliyi ilə 
Xorasanda baş verən qiyamını (755), Orta Asiyadakı Muhənna üsyanını (776-783), 
M
əzyarın rəhbərliyi ilə Təbəristan (Mazandaran) üsyanını (839) göstərmək olar. Bu 
qiyamların  hamsının  məğzi  ali  hakimiyyətin istefa verməsi,  onlaraın  ədalətə  riayət 
etm
əsi,  xalqın  üzərinə  qoyduqları  vergiləri  azaltmaları,  torpaqları  camaata  bərabər 
s
əviyyədə bölmələri və s. olmuşdur. Xatırlatmaq lazımdır ki, abbasilərin hakimiyyəti 
dövründ
ə Azərbaycan torpaqlarının əksəriyyəti ərəb əmirlərinin əlində idi və əhalidən 
onlarla adda vergi yığılırdı. Bu da təbbidir ki, əhalinin var-yoxdan çıxmasına səbəb 
olurdu. 
Əhalini zülm və  istibdadla idarə  edən abbasilər dövləti  artıq  VIII  əsrin 
sonlarından  sonra  yavaş-yavaş  zəifləməyə  başladı.  Belə  ki, bu dövrdən etibarən 
abbasil
ər  ərazisində  müstəqil dövlətlər və  vilayətlər meydana gəlməyə  başladı. 
M
ərakeşdə  yerli  İdrisilər (788-985),  İfriqiyada  Əğləbilər (800-909) sülalələri 
meydana g
əldi.  Artıq  821-ci ildən  İran  ayrılmağa  başladı.  IX  əsrin  əvvəllərində 
İranda  Tahirilər (821-873), Səffarilər (867-908), Səmanilər (875-999), Mahmud və 
M
əsudun  vaxtında  isə  Qəznəvlər (977-1186)  hökmranlıq  edirdilər. 945-ci ildə 
Bağdadı  tutan  Büveyhilər xəlifəni öz siyasətləri üçün alətə  çevirdilər. 1055-ci ildə 
Bağdadı işğal edən Səlcuqilər xəlifələri yalnız dini başçı kimi tanıyırdılar. 
Abbasil
ər  Əhli-beytin  (ə)  adından  istifadə  etmələrinə  baxmayaraq heç özləri 
Əhli-beytin (ə) kim olduğunu bilməmişlər. Bunu biz bu dövlətin qurucusu olan Əbu 
Müslüm  
əl-Xorasaninin İmam Sadiqı (ə) ünvanladığı məktubunda da görməkdəyik. 
Bel
ə  ki,  Əbu  Müslüm  İmama  (ə) bir məktub yazaraq həmin məktubda  demişdir: 
“M
ən  insanları  Əhli-beytə  taba  olmağa  çağırıram,  əgər sən də  istəsən sənə  beyət 
ed
ərik.” İmam (ə) onun məktubuna aşağıdakı sözləri cavab olaraq yazmışdır: “Sən nə 
bizim adamlarımızdansan, nə də ki, bizim zamanımızın adamlarındansan”
1

Abbasil
ərin xalqa qarşı yürütdükləri siyasət başdan ayağa ədalətsizlik rəmzi idi. 
Bu dövl
ətin banisi olmuş Əbulabbas əs-Saffahın ləqəbinin “Qan tökən” olması onun 
n
ə qədər zalım və zülmkar olmasından xəbər verir. 
Abbasil
ər xilafətinə 508 ildə 37 xəlifə başçılıq etmişdir. Onlardan üçü-Harun ər-
R
əşid (786-809), Məhəmməd əl-Əmin (809-813) və Abdullah əl-Məmun (813-833)- 
İmam Rzanin (ə) müasiri olmuşlar. O, iyirmi illik imamətinin on ilini Harunla, beş 
ilini  Əminlə,  son  beş  ilini  isə  Məmunla  keçirmişdir.  İmamın  (ə) siyasi səhnədə 
görünm
əsi Məmunun dövrünə  düşdüyündən  onun  şəxsiyyəti  haqqında  məlumatlı 
olmağın əlbəttə ki, faydası vardır. 
 
7.10.
Xəlifə Məmunun şəxsiyyəti 
M
əmun beşinci Abbasi xəlifəsidir. Onun adı Abdullahdır və Harun ər-Rəşidin 
oğludur. Onun anası isə Harunun mətbəx qulluqçularından olan Məracildir. Tarixçilər 
1
 C
əfər Murtəza Hüseyni, Həyatul-İmam Rza ə, darut-təbliğil-islami, 1398/1978 
278 
 
                                                      


onun doğulmasını aşağıdakı hadisə ilə əlaqələndirirlər. Belə ki, Harun ər-Rəşid arvadı 
Zubeyd
ə  ilə  şahmat  oynayarkən ona uduzur. Zubeydə  Haruna  uduzduğuna  görə 
aşbazxananın ən eybəcər və ən çirkin qadını ilə yaxınlıq etməsini istəyir. Harun buna 
razı olmayıb şərtin əvəzinə ona Misir və İraq gəlirini verəcəyini deyir. Lakin Zubeydə 
buna razı olmur. Harun məcburiyyət qarşısında qalaraq şərtə razı olur. Bu yaxınlıq 
n
əticəsində Məmun dünyaya gəlir
1
.  M
əmun hicri 170-ci ildə (786 m) doğulmuş və 
hicri 218-ci ild
ə (833 m) vəfat etmişdir. 
M
əmunun həyatı qardaşı Əminin həyatına nisbətən elmi fəaliyyətdə keçmişdir. 
O,  uşaqlıqdan  müxtəlif elmləri öyrənməyə  həvəs göstərmiş,  döyüş  sənətinin 
inc
əliklərinə yiyələnməyə çalışmışdır. Həmçinin, Məmun tarix və siyasət elmlərini də 
öyr
ənmiş  öz  həyatında  əməli surətdə  müxtəlif hadisələrdən  baş  çıxarmağı  bacara 
bilmişdir. O, qardaşı Əminin zəif nöqtələrini bilərək özünü həmin sahələrdə daha da 
mük
əmməl  hazırlayaraq  abbasilər içində  hörmət  qazana  bilmişdir.  Buna görə  də 
tarixçil
ər : “Abbasilər içində Məmundan biliklisi olmamışdır” deyirlər
2
. İbn Nədim 
onun  haqqında  yazırdı:  “Məmun xəlifələr içində  fiqh və  kəlam elmlərini bilən  ən 
bilikli şəxsdir”
3

Lakin bütün bu deyil
ənlərə  baxmayaraq o, təkəbbürlü, səhvi  bağışlamayan, 
xalqa qarşı ədalətsiz bir xəlifə kimi tarixə düşmüşdür. Onun haqqında tarixdə yazılır: 
“O, f
əziləti  öldürüb  sonra  ona  ağlayan,  İmam  Rzanı  (ə)  şəhid edib ona yas tutan, 
t
əmiz  insanları  qırıb  onların  yerini  pislərlə  dolduran, xilafətin  İmam  Əli  (ə) 
övladlarına  mənsub  olduğunu  deyən, lakin özününküləri ona təyin edən  bir  şəxs 
olmuşdur.” 
M
əmunu digər xəlifələrdən fərqləndirən xüsusiyyətlərdən biri də  budur ki, o, 
şiəliyə zahirən meyl etmiş, Quranın yaranmış olduğunu demiş və bunu xalqa məcburi 
şəkildə qəbul etdirmiş, bir də fəlsəfi elmləri müsəlmanlar içərisində yaymışdır. 
 
7.11.
Xəlifə Məmunla İmam Rzanın (ə) münasibətləri və xilafətin İmam Rzaya 
(ə) verilməsi 
X
əlifə Məmun (813-833) Abbasi xəlifələri içində zahirən şiələrə qarşı mülayim 
davranan, laki
n mümkün olduğu təqdirdə onları məhv edib aradan götürən xəlifə kimi 
tanınır. Onun belə siyasət yeridməsinin isə şübhəsiz ki, bəzi səbəbləri vardır.  
M
ənbələrdə Məmunun İmam Rza (ə) ilə yaxşı münasibətlər qurmasının və ona 
zahir
ən hörmət göstərməsinin müxtəlif səbəbləri  olduğu  bildirilir.  Məlumdur ki, 
M
əmunun atası Harun ər-Rəşid (786-809) vəfat edərkən xilafəti ərəb əsilli Zubeydə 
Xatundan  olan  oğlu  Məhəmməd    Əminə  vəsiyyət edir. Hətta o, bir vəsiyyətnamə 
yazdıraraq  Kəbədən  asdırır.  O,  öz  vəsiyyətnaməsində  özündən sonra xəlifəlik 
taxtında  Əminin,  ondan  sanra  Məmunun, ondan sonra isə  Qasim Mutəminin 
oturacağını vəsiyyət edir. Həmçinin, xilafəti iki hissəyə bölərək onun şərq hissəsini 
M
əmuna, qərb hissəsini isə Əminə verir. Bundan sonra o, Məmunun Mərvdə, Əminin 
is
ə Bağdadda sakin olamalarını tapşırır. Məmun atasının sağlığı müddətində Mərvdən 
k
ənara  çıxmır.  Lakin  atası  öldükdən  sonra  Əmin  onun  əlindən xilafətin  şərq 
1
 D
əmiri, Həyatül-heyvan, c. I, səh. 72; İtlidi, Əlamun-Nas fi Əxbaril-Bəramikə və Bənu Abbas, səh. 106-107; əl-İshaqi, 
Uyunit-T
əvarix, səh. 74; əl-Fəxri, Adabus-Sultaniyyə, səh. 12  
2
 D
əmiri, Həyatül-heyvan, c. I, səh. 72  
3
 
İbn Nədim əl-Fihrist, Qahirə, Mətbəətül-istiqamə, tarixsiz, səh. 174  
279 
 
                                                      


Yüklə 3,24 Mb.

Dostları ilə paylaş:
1   ...   131   132   133   134   135   136   137   138   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə