Qafqaz müSƏlmanlari idarəSİ baki islam universiteti



Yüklə 3,24 Mb.
Pdf görüntüsü
səhifə131/148
tarix15.07.2018
ölçüsü3,24 Mb.
#55801
1   ...   127   128   129   130   131   132   133   134   ...   148

Bir  kişi  gəlib  İmam  Rzaya  (ə) dedi:  Ey Allah Rəsulunun  (s)  oğlu!  Yuxumda 
gördüm ki, Peyğəmbər (s) mənə deyirdi: mənim bədənimin bir hissəsi sizin torpaqda 
d
əfn edildikdə  necə  olacaqsınız?  Mənim qəbrimi  qoruyun.  İmam  buyurdu:  “Sizin 
torpağınızda dəfn olunan mənəm. Peyğəmbərnizin (s) bədəninin bir hissəsi mənəm. 
Bilin! H
ər kim məni  Allahın  vacib  etdiyi  haqqımı  və  itaətimi bilərək ziyarət etsə, 
Qiyam
ət günü mən və ata-babam ona şəfaətçi olarıq və onun üzərində ins və cinin 
günahları olsa belə, o şəxs nicat tapar”
1
.  
M
əxul Sicistani rəvayət edir: “İmam Rzaya (ə) Xorasandan məktub gələndə mən 
M
ədinə şəhərində idim. O, Peyğəmbərin (s) məscidinə girib orada dua edib ucadan 
ağladı. Mən ona yaxınlaşıb salam verdim. O, dedi: məni ziyarət edin, mən babamın 
yanından  gedirəm, qərib bir yerdə  vəfat edəcəm və  Harunun  yanında  dəfn 
edil
əcəyəm. Mən onun ardınca Tusa getdim. O, vəfat etmiş və Harunun yanında dəfn 
edilmişdir”
2

İmam Cavad (ə) buyurur: “Atamın haqqını tanıyaraq Tus vilayətini ziyarət edən 
şəxs üçün Allah yanında cənnətə getməsinə zaminəm”
3
  
İmam Kazım (ə) buyurur: “Hər kəs oğlum Rzanı (ə) ziyarət edərsə, Allah ona 70 
min h
əccin səvabını verər”
4
 
İmam  Rza  (ə) buyurur:  “Hər kəs məni qürbətdə  ikən uzaqdan ziyarət edərsə, 
qiyam
ət günü üç yerdə gəlib onun nigarançılığını qaldıraram: əməl dəftəri sağ və ya 
soldan veril
əndə, siratdan keçəndə və əməl tərəzisində əməllər çəkiləndə”
5
 
İmam  Əli  (ə)  buyurur:  “Tezliklə  mənim  övladlarımdan  biri  zəhərlə  şəhid 
edil
əcəkdir.  Onun  adı  mənim  adım,  atasının  adı  isə  İmran  oğlu  Musanın  (ə) 
adındandır. Agah olun hər kəs onu qürbətdə ziyarət etsə, keçmiş və gələcək günahları 
ulduzlar,  yağışın  dənələri  və  ağacların  yarpaqları  qədər olsa belə  Allah 
bağışlayacaqdır”
6
 
İmam Cavad (ə) buyurur: “Hər kəs atamı ziyarət etsə, onun üçün cənnət vardır”
7
 
vardır”
7
 
H
ədisi-şəriflərdə  Xorasan  şəhərinin  adı  daha  çox  zühurla  əlaqəli hədislərdə 
keçm
əkdədir.  Bu qrupdan olan hədislərdə  qarabayraqlıların  məhz Xorasandan 
çıxması  haqqında  məlumatlar  vardır.  Həmin hədislərdən  aşağıdakıları  qeyd  etmək 
olar. 
Tirmizi  Peyğəmbərdən (ə) rəvayət edir:  “Xorasandan  qara  bayraqlılar 
çıxacaqdır, heç bir şey onları qaytarmağa qadir olmayacaqdır. Nəhayət bayrağı İlyada 
yell
ədəcəklər”
8

1
 H
əmin mənbə 
2
 
Əllamə Məclisi, Biharül-ənvar, Beyrut, Müəssisətul-vəfa, ikinci nəşri, 1403/1983, c. 49, səh. 117   
3
 
Şeyx Səduq, Uyuni-Əxbarir-Rza (ə).  
4
 Höcc
ətül-islam vəl-Müslümin Hacı Əbdürrəhman Yusifpur, Məşhəd və Kərbəla ziyarəti, Bakı, 1997, səh. 16  
5
 Mir C
əfər Eyyubzadə, Ziyarətnamələr, Bakı, Qələm nəşriyyatı, 2005, səh. 61. Xatırladaq ki, bu  hədisi Şeyx Səduq 
“Uyuni-
Əxbarir-Rza” əsərində rəvayət etmişdir  
6
 Mir C
əfər Eyyubzadə, Ziyarətnamələr, səh. 60. Xatırladaq ki, bu hədisi Şeyx Səduq “Uyuni-Əxbarir-Rza” əsərində 
r
əvayət etmişdir   
7
 C
əfər bin Məhəmməd bin Quləveyh, Kamilüz-ziyarət, Qum, Nəşrul-fəqahə, 1424 h, səh. 505, hədis № 1  
8
 S
əhihi-Tirmizi, c. III, səh. 362. Bu hədisin sənədi haqqında Tirmizi “qərib həsən” demişdir. Bu hədis İbn Kəsirin “ən-
Nihay
ə”, Əhməd bin Hənbəlin “Müsnəd” və Beyhəqinin “Dəlailün-nübüvvət” kitablarında da rəvayət olunmuşdur. Bu 
h
ədis bir az fərqli formada şiə alimi İbn Tavusun “əl-Məlahim vəl-Fitən” əsərində də qeyd olunmuşdur, səh. 43-58.  
270 
 
                                                      


İmam Əli (ə) buyurur: “Qara bayraqlılar Xorasandan Kufəyə gələcəklər. Mehdi 
(
ə)  zühur etdikdə isə beyət orada olacaqdır”
1
.  
“Süfyaninin
2
suvaril
əi Xorasan əhlini  axtarmağa  gələr və  Kufədə  Ali-
M
əhəmməd tərəfdarlarını öldürərlər. Sonra Xorasan əhli həzrət Mehdini (ə) axtarmaq 
üçün çöl
ə çıxar.” 
İmam  (ə) digər bir hədisində  buyurur:  “Süfyaninin  süvariləri Xorasan əhlini 
axtarmağa  gələr və  Kufədə  Ali-Məhəmməd  (s) tərəfdarlarını  öldürərlər. Sonra 
Xorasan 
əhli həzrət Mehdini (ə) axtarmaq üçün çölə çıxar.”
3
 
İmam  Baqir  (ə) buyurur:  “Süfyani  sayı  yetmiş  min  nəfərə  çatan  bir  qoşunu 
Kuf
əyə  göndərəcək,  oranın  əhalisini qətlə  yetirmək, dara asmaq və  əsir tutmaqla 
müsib
ətə düçar edəcəkdir. Bu halda Xorasan tərəfdən qara bayraqlılar gələcək, evləri 
biri dig
ərindən sonra sürətlə geridə qoyacaqlar”
4

Əmirəlmömininin!  Onlar  hansılardır?  Həzrət  buyurdu:  ...  qarabayraqlıların 
Xorasandan çıxması”
5
 
 
7.5.
İmam Rzanın (ə) məqbərəsi (Asitane-Qüds) 
İmam Rzanın (ə) məqbərəsi yerləşən yer Xorasanın Məşhəd şəhəridir. Bu yer ilk 
önc
ə  Tus vilayətinin Nukan (və  ya  Noğan)  qəzasına  aid  olan  Sənabad kəndi 
olmuşdur.  Tus  şəhərinin qədim  qaynaqlardakı  adı  Təbəran  olmuşdur.  O  Kəşfurud 
çayının  sahilində  yerləşir.  Nukan hicri IX əsrin  sonlarınadək Tusun ən mühüm 
m
əntəqələrindən olmuşdur. Bura səfər edən məşhur Abbasi xəlifəsi Harun ər-Rəşid 
809-cu ild
ə burada ölmüş və burada da dəfn edilmişdir. Onun dəfnindən sonra oğlu 
Xorasan valisi M
əmun  atasının  qəbrinin üstündə  bir türbə  tikdirdi. Məmun Mərv 
şəhərini özünə iqamətgah etdikdən sonra Bağdada qardaşı Əminin üstünə yürüş edib 
onu öldürdü (813) v
ə  bütün xilafəti öz əlində  cəmləşdirdi.  O, bir çox siyasi 
m
əqsədlərini həyata keçirmək  üçün  İmam  Rzanı  (ə) özünə  vəliəhd təyin edib onu 
Xorasana vali t
əyin etdi. İmamı (ə) Mərvə gətirən Məmun öz qızı Ümmü Həbibi ona 
ərə verdi (816). Bundan iki il sonra Bağdaddan Mərvə, oradan da İmam Rza (ə) ilə 
birlikd
ə atasının ziyarətinə gələn Məmun Sənabadda İmamı (ə) zəhərlətdi. İmam (ə) 
h
əmin yerdə  Harun  ər-Rəşidin  qəbrinin  baş  tərəfində  qərb istiqamətində  torpağa 
tapşırıldı.  Bundan  sonra  həmin yer “Məşhəd”  adlandı.  İmamın  (ə) burada dəfn 
edilm
əsi müsəlmanların,  xüsusilə  də  tərəfdarların ora köçmələrinə  və  orada 
m
əskunlaşmalarına  səbəb oldu. Buna görə  də  şəhər  yavaş-yavaş  genişlənməyə 
başladı.  Onun  daha  da  genişləndirilib  böyük  şəhərə  çevrilməsi məşhur  səfəvi 
hökmdarı I Şah Təhmasibin (1524-1576) dövrünə təsadüf edir. O, Tus şəhərinin də 
əhalisini Məşhəd  şəhərində  məskunlaşdırdı  və  bununla  da  şəhərin mərkəzi 
şəhərlərdən birinə çevrilməsinə bais oldu. 
1
 
Şeyx  Tusi,  əl-Ğeybə, səh. 274;  Seyid Məhəmməd  əs-Sədr, Məta yəzhərul-Mehdi  (ə), səh. 32. Bu rəvayəti “Qara 
bayraqlılar  Xorasandan  çıxarlar,  onların  qarşısın  kimsə  ala bilməz və  onlar  bayraqlarını  İlyaya-Qüdsə-sancarlar” 
şəklində Tirmizi də rəvayət etmiş və sənədi qərib həsəndir demişdir, Sünəni-Tirmizi, c. III, səh. 362  
2
 
Süfyani İmam Mehdinin ə hərakatı zamanı peyda olan və İmamla (ə) əks cəbhədə dayanıb onunla düşmənçilik edən 
şəxsdir.  Onun  Süfyani  adlanmasının  səbəbi isə  Əbu  Süfyanın  övladlarından  olmasıdır.  Süfyani  haqqında  bax:  Əli 
Kurani, Zuhur Əsri, səh. 82-dən sonra. Həmçinin, Hakim Nişapuri, əl-Müstədrək ələs-Səhiheyn, c. IV, səh. 482  
3
 
Əli Kurani, Zühur əsri, səh. 87 
4
 
Əllamə Məclisi, Biharül-ənvar, c. 52, səh. 238     
5
 
Şeyx Müfid ən-Nimani, əl-Ğeybə, səh. 133, əl-İrşad, səh. 336  
271 
 
                                                      


Yüklə 3,24 Mb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə