Qafqaz müSƏlmanlari idarəSİ baki islam universiteti



Yüklə 3,24 Mb.
Pdf görüntüsü
səhifə129/148
tarix15.07.2018
ölçüsü3,24 Mb.
#55801
1   ...   125   126   127   128   129   130   131   132   ...   148

Müaviy
ə hakimiyyəti ələ keçirdikdən sonra (661) Abdullah bin Amiri yenidən 
B
əsrə və Xorasan valisi təyin edir və 663-cü ildə Əbdürrəhman bin Səmurə ilə Qeys 
bin Heys
əm əs-Sulləmi Xorasan vilayətində  sakitçilik yaratmaq üçün ora göndərir. 
Onlar B
əlx və  Kabili işğal edirlər. Müaviyə  665-ci ildə  Ziyad bin Əbihini yenidən 
B
əsrə  valisi təyin edir və  bundan sonra müsəlmanlar həmin  ərazilərdə  öz 
hakimiyy
ətlərini daha da qüvvətləndirmiş olurlar. 
Xorasanlılar 692- ci ildə Abdullah bin Hazimin rəhbərliyi altında xilafətə qarşı 
üsyana  qa
lxdılar. Xəlifə Əbdülməlik  bin Mərvən (685-705) onların üstünə Bukeyr 
bin V
əssacı  göndədi.  Bu  üsyan Bukeyr bin Vəssacın  komandanlığı  altında 
amansızcasına  yatırıldı.  Onlar  Tus  qalasını  tutdular.  Əməvilərin zülm və  sitəminə 
döz
ə  bilməyən  xorasanlılar  dəfələrlə  xilafətə  qarşı  üsyanlar  qaldırmışlar.  Əbəs 
deyildir ki, Xorasan h
əmişə  Əməvi  əleyhdarlarının  mərkəzi  olmuşdur.  Mərvdə 
m
əskunlaşan Abbasi ailəsi və onların ətrafında olanlar bu üsyanların baş verməsində 
mühüm rol oynamışlar. 729-cu ildə Xorasana gələn Süleyman bin Kəsir əl-Xuzai və 
t
ərəfdarları  məhz  burada  camaatı  Bəni  Haşimə  beyət etməyə  çağırmışdı.  Bundan 
qorxuya düşən Xorasan valisi Nəsr bin Səyyar mərkəzi Bəlxdən Mərvə köçürmüşdür. 
Xorasanda  baş  verən ixtilaflardan məharətlə  baş  çıxaran  Əbu  Müslüm  Xorasani 
buradakı  üsyanlara  rəhbərliyi öz öhdəsinə  aldı  və  746-cı  ildə  Mərvdə  yerləşdi.  O, 
n
əhayət 748-ci ildə tamamilə Xorasana hakim oldu
1

Abbasil
ərin Xorasanda nəşət  tapması  və  burada  uğur  qazanmaları  bu  bölgə 
haqqında çoxlu sayda hədislərin uydurulmasına səbəb oldu. Öz hakimiyyətlərinə dini 
don geyindirm
ək üçün onlar hədis dəllallarını  ortalığa  atıb  öz  adlarına  hədislər 
uydurdular. H
əmin hədislərdən aşağıdakıları qeyd etmək olar. 
“Xorasan  igid  yatağıdır.  Allah  bir  qövmə  qəzəb etsə,  onların  üzərinə 
xoras
anlıları göndərər” 
“Cahiliyy
ə və İslam dönəmində Xorasandan heç bir ordu çıxmamışdır ki, qələbə 
çalmadan geri qayıtmış olsun” 
“Xorasan t
ərəfdən qarabayraqlılar göründüyü zaman  onları qarşılamağa gedin, 
çünki Mehdi onların içindədir”
2
 
Əllamə Məclisi adı çəkilən əsərində imamdan belə bir hədis rəvayət edir: “Qara 
bayraqlılar Xorasandan çıxacaq və Bəni-üməyyəni məğlub edəcəklər”
3
.  
Bir çox tarixi m
ənbələrə  görə  Xorasanda  baş  vermiş  bütün  üsyanların  əsas 
s
əbəbi xorasanlıların müsəlman olduqları halda onlardan ildə iki dəfə cizyə vergisinin 
alınması olmuşdur
4

Xorasanlılar abbasilərin hakimiyyətə gəlməsində mühüm rol oynadıqlarına görə 
ilk Abbasi x
əlifələr tərəfindən ali hakimiyyətdə yer almış, mühüm ordu xidmətlərində 
yüks
ək vəzifələr  tutmuşlar.  Bərməkilər bu diyardan köçərək abbasilərin  yanında 
v
əzifə  tutmuşlar.  Məmun  qardaşı  Əminə  bu  diyarın  əhalisinin köməkliyi ilə  qalib 
g
əlməsi (813) də xorasanlıların sayəsində gerçəkləşmişdir. 
1
 
Əbu Cəfər Məhəmməd bin Cərir ət-Təbəri, Tarixi-Təbəri, c. VII, səh. 377,379   
2
 Yaqut 
əl-Həməvi, Möcəmül-büldan, c. II, səh. 351, 353; Yaşar Kandemir, Movzu Hadisler, İstanbul, 1997, səh. 37, 38  
3
 
Əllamə Məclisi, Biharül-ənvar, c. 33, səh. 264  
4
 
Əhməd bin Yəhya bin Cabir əl-Bəlazuri, Futuhul-Buldan, səh. 622, 625;  Əbu Cəfər Məhəmməd bin Cərir ət-Təbəri, 
Tarixi-T
əbəri, c. VII, səh. 559; Məqdisi, Əhsənut-Təqasim, səh. 295   
266 
 
                                                      


M
əmunun xilafəti  ələ  keçirməsində  ona  yaxından  yardımçı  olmuş  Tahir  bin 
Hüseyn 822-ci ild
ə  Xorasan  valisi  olduğu  halda  mərkəzi xilafətə  tabe olmaqdan 
boyun  qaçırdı.  Tahirilər sülaləsi 
 
adlanan  Tahir  bin  Hüseynin  ardıcılları  yarım  əsr 
burada hakimiyy
ətdə oldular 
(821-873)
. Bundan sonra Tahiril
əri məğlub edib onların 
yerin
ə gələn Səffarilər 
(867-908) 
873-cü ild
ən 900-cü ilədək, yəni Samanilərin 
(875-
999) 
onları süquta uğratmalarınadək burada hakimiyyət sürdülər. 
Xorasan X 
əsrin sonlarında Qəznəlilərin 
(977-1186) 
hakimiyy
əti altına keçdi və 
1036-
cı  ildə  Səlcuqilərin  buranı  tutmasına  qədər onların  əlində  qaldı
1
.  1040-
cı ildə 
bütünlükl
ə  Səlcuqilərin hakimiyyəti  altına  keçən Xorasan təxminən  100  il  onların 
hakimiyy
əti altında qaldı. Bundan sonra Xorasan Xarazmşahların əlinə düşdü. 1220-
ci ild
ə müsəlman dünyasına hücum edən monqollar Çingiz xanın rəhbərliyi altında 
Xorasanı məhv etdilər
2
.  
XVI 
əsrin əvvəllərində Özbək xanı Şeybani xanın əlində olan Xorasan 1510-cu 
ild
ə Şah İsmail Səfəvi tərəfindən tutuldu və bundan sonra 1736-cı ilədək səfəvilərin 
əlində  oldu. Səfəvilərin süqutundan sonra Xorasanın  bir  hissəsi (Herat və  Bəlx) 
Əfqanıstanın, bir hissəsi isə İranın tərkibinə keçdi
3

1739-cu ild
ə Nadir Şah Xorasanı tutdu. Onun ölümündən sonra(1747) Xorasan 
Əfqanlı  Əhməd  Şah  Əbdəlinin  əlinə  keçdi (1750). Ancaq Qacarlar 1779-cu ildə 
hakimiyy
əti  ələ  keçirən  kimi  Xorasana  sahib  oldular.  Bundan  sonra  İran-Əfqan 
müharib
ələri  İranın  Əfqanıstana  tərəf  genişlənməsini sürətləndirdi. Bu isə  İngiltərə 
dövl
ətinin siyasətinə uyğun olmadığından İngiltərə bu münaqişəyə qoşuldu. İngiltərə 
dövl
ətinin təşkil etdiyi  İngiltərə-İran-Əfqanıstan komissiyası sayəsində  1872-ci ildə 
İranla  Əfqanıstan  arasında  sərhədlər müəyyən  olundu.  Bundan  sonra  İrana  soxulan 
rus ordusu 1885-ci ild
ə Mərvi işğal edib oranı taladı.  
 
7.3.
Xorasanın İslam elmlərinin inkişafında rolu 
Xorasan  şəhəri  İslam  elmlərinin  inkişafında  mühüm  mərkəzlərdən biri 
olmuşdur.  Burada  müxtəlif məzhəblərin təbliğ  edilməsi, hər məzhəbdən olan 
aliml
ərin  buraya  toplanması  müxtəlif  İslam  elmlərinin  inkişaf  etməsinə  zəmin 
yaratmışdır.  Əbəs deyildir ki, Quran elmləri, hədis  elmləri, fiqh və  qrammatika 
elml
əri sahəsində öndər olan alimlərin böyük bir hissəsi məhz Xorasanda yetişmiş, 
oranın  alim  və  fəqihləri ümumi İslam  mədəniyyətinin  inkişafına  böyük  töhfələr 
vermişlər. İmam Rzanın (ə) Xorasana vali təyin edilməsi bu və digər elmlərin sürətlə 
inkişaf etməsinə daha da güclü təkan vermişdir. İmamın (ə) müxtəlif dərs həlqələri 
t
əşkil  etməsi hədis və  fiqh elmlərinin bu bölgədə  daha da dərinləşməsinə  səbəb 
olmuşdur.  
Xorasanda  Quran elml
ərinin  inkişafında  tabiilərdən Mərv qazisi Yəhya bin 
Y
əmər  əl-Ədvaninin  rolu danılmazdır.  O,  burada  Quran  dərsini qoyan  ilk şəxsdir
4

Bundan başqa Haricə bin Müsəb  əd-Dubai əs-Sərəxsi, Dəhhak bin Muzahim, Cubeyr 
bin S
əid  əl-Əzdi  əl-Bəlxi, Ubeyd bin Süleyman əl-Mərvəzi, Nəhşəl bin Səid  ən-
1
 
İslam Ensiklopediyası, c. XVIII, İstanbul, 1998, səh. 237    
2
 
İbn Əsir əl-Cəzəri, əl-Kamil fit-Tarix, c. XII, səh. 390, 393  
3
 Az
ərbaycan Sovet Ensiklopediyası, c. X, Bakı, 1987, səh. 99  
4
 Ba
x: İslam Ensiklopediyası, c. XVIII, İstanbul, 1998, səh. 238     
267 
 
                                                      


Yüklə 3,24 Mb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə