Qafqaz müSƏlmanlari idarəSİ baki islam universiteti



Yüklə 3,24 Mb.
Pdf görüntüsü
səhifə128/148
tarix15.07.2018
ölçüsü3,24 Mb.
#55801
1   ...   124   125   126   127   128   129   130   131   ...   148

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
VII FƏSİL 
 
XORASAN 
(MƏŞHƏD) ŞƏHƏRİ 
 
7.1.Xorasan sözünün 
mənaları 
Xorasan sözü etimoloji c
əhətdən fars mənşəli sözlərdəndir. Bu soz fars dilində 
olan  “Xor”  v
ə 
“İsan”  (və  ya “Asan”)  sözlərindən ibarətdir. “Xor”  sözü  farsca 
gün
əş”, “İsan” sözü isə  “doğan”, “gələn” mənasındadır.  Buna  görə  də  Xorasan 
sözü lüğətdə  “Gün
əşin  çıxdığı  yer”, “Günəş  ölkəsi”, və  “Şərq bölgəsi” mənasını 
bildirir
1
.   
Xorasan 
əyalətinin mərkəzi olan M
əşhəd  şəhəri isə  lüğətdə  “şəhadət” 
k
əlməsindən törəmiş “bir hadis
əyə şahid olmaq”, “bir yerdə hazır olmaq” və bu 
kimi m
ənalardadır
2
. M
əşhəd sözü Qurani-kərimin “Məryəm” surəsində  “böyük 
günün görülm
əsi
3
 m
ənasında  işlənmişdir.  Məsumların  hədislərində  isə  məşhəd 
sözü h
ər hansı bir şəhərə aid edilməmiş, leksik mənada “kims
ənin şəhid olduğu yer 
v
ə  ya zaman”  mənalarında  işlədilmişdir.  Həmçinin,  məşhəd sözü “insanların 
toplaşdığı  yer”  mənasında  da  işlənir. Buna görə  də  dini bir özəlliyə  sahib  olmuş 
kims
ələrin  şəhid  olduğu  və  yaxud dəfn edildiyi yerlərdəki məzar və  türbələrdə 
insanların toplanması nəticəsində bu yerlər məşhəd olaraq anılmışdır
4
. Buna gör
ə də 
dem
ək olar ki, İmam  Rzanın  (ə)  burada  şəhid edilməsindən sonra bura “Məşhədi-
Rza”  adını  almışdır.  Mənbələrə  görə  buranın  adını  Məşhəd olaraq ilk çəkən  şəxs 
m
əşhur ərəb coğrafiyaşünası Məhəmməd bin Əhməd əl-Məqdisidir
5
.  
M
əşhəd şəhəri qədim Tus ərazisni bütünlüklə əhatə etmişdir. Məşhədin də daxil 
olduğu Xorasan vilayəti hədisi-şəriflərdə Xorasan kimi çəkilmişdir. Lakin çox nadir 
hallarda bu 
ərazi hədisi-şəriflərdə Tus adı ilə də yad edilmişdir. Bunu Şeyx Səduqun 
1
 
Əllamə Ələmi, Dairətül-məarif, c. IX, səh. 71; İslam Ensiklopediyası, c. XVIII, İstanbul, 1998, səh. 234  
2
 
İbn Mənzur, Lisanül-ərəb, Beyrut, 1990, “şhd” maddəsi  
3
 Ay
ə, 37  
4
 
İslam Ensiklopediyası, c. XXXII, İstanbul, 2006, səh. 363  
5
 H
əmin mənbə 
264 
 
                                                      


“Uyuni-
Əxbarir-Rza”  əsərində  İmam  Cavaddan (ə) rəvayət etdiyi hədisdə  görmək 
olar. 
 
7.2.
Xorasan şəhərinin tarixi 
Xorasan  şəhərinin  salınma  tarixi  dəqiq  məlum deyildir. Lakin onun qədim 
yaşayış  məskəni olması danılmazdır.  Mənbələrə  görə  Xorasan Sasanilər imperiyası 
dövründ
ə salınmışdır
1
. Lakin b
əzi qaynaqlar onun Makadoniyalı İsgəndərin bu yerləri 
işğal  etdiyi  ərəfədə  (miladdan qabaq 330-cu il) saldığı  da  qeyd  edilir
2
.  Bu haqda 
Əhməd bin Hənbəlin “əl-Musnəd” əsərində bir hədis nəql olunmuşdur
3
.  
İranın  şimal-şərqində  yerləşən  şəhər  böyük  coğrafi  ərazisi olan  bir bölgədir. 
Xorasan üç hiss
ədən ibarətdir. Onun bir hissəsi Mərv, Nəsa, və Sərəxs Türkmənistan 
s
ərhədləri, Bəlx və Herat tərəfi Əfqanıstan sərhədləri, yerdə qalan hissəsi isə İranın 
s
ərhədlərinə daxildir. 
Xorasan III-XVIII 
əsrlərdə  Orta  Şərqdə  tarixi vilayət  olmuşdur.  O  iqtisadi 
c
əhətdən Orta Şərqin inkişaf etmiş bölgələrindən idi. Orada hələ orta əsrlər dövründə 
kağız  emalı,  toxuculuq  işləri  inkişaf  etmişdir.  Məşhur  coğrafiyaşünas  alim  əl-
M
əqdisinin verdiyi məlumata görə  burada  qızıl,  gümüş,  dəmir, firuzə  və  neft 
çıxarılırmış
4

Xorasanın tarixinin zəngin dövrü İslamın bu yerlərdə zühur etməsindən sonraya 
t
əsadüf edir.  Xəlifə  Ömərin (634-644) Qadisiyyə  döyüşündə  (636) Bəsrədən 
gönd
ərdiyi qüvvələr Abdullah bin Budeyl bin Varqa əl-Xuzainin  komandanlığı 
altında Xorasanın qapısı adlanan Təbəseynə qədər gəlmişdir. Lakin Təbəseyn camaatı 
toplaşıb  60  və  ya 70 min dirhəm xərac verərək xəlifə  ilə  müqavilə  bağlamışlar
5

Xorasanın  fəth  olunması  652-ci ilə  xəlifə  Osman  bin  Əffanın  (644-656) dövrünə 
t
əsadüf edir
6
.  X
əlifə  Osmanın  və  xəlifə  Əlinin (656-661) dövründə  bura köçürülən 
ərəb ordusunun ailələri xəlifə Müaviyənin dövründə (661-680) daha da geniş tərkibdə 
burada yerl
əşdirilirdi.  Xəlifə  Osmanın  dövründə  Bəsrə  valiliyindən Abdullah bin 
Amir çıxarılıb yerinə Ziyad bin Əbihi gətirildi. Ziyad işğalçılıq siyasətini işə salaraq 
xilaf
ət  ərazisini şərqə  doğru genişlətdi və  bununla da  652-ci ildə  Xorasan və  onun 
ərazilərini tutdu. Bu işdə ona Xorasana Təbəseyn yolu ilə girən sərkərdə Əhnəf bin 
Qeys köm
əklik göstərdi.  Ziyad  bin  Əbih  burada ilk məscid tikdirdi.  Məqdisinin 
verdiyi m
əlumata görə  Xorasan  Əhnəf bin Qeysin və  Abdullah bin Amirin 
komandanlığı altında fəth edilmiş və əhalisi İslamlaşdırılmışdır
7

İmam Əlinin (ə) xilafəti dövründə baş vermiş daxili iğtişaşlardan istifadə edən 
Xorasan 
əhalisi türklər, soğdlular və çinlərin köməkliyi ilə üsyan qaldırdılar. İmam 
Əli (ə) Cədə bin Hubeyrə əl-Məxzuminin onların üstünə göndərdi. Lakin Cədə onlara 
m
əğlub  oldu.  Xorasanlıların  xilafətə  qarşı  bu  üsyanları  İmamın  (ə)  şəhadətinədək 
davam etdi
8
.   
1
 
İslam Ensiklopediyası, c. XVIII, İstanbul, 1998, səh. 234   
2
 H
əmin mənbə, səh. 235   
3
 
Əhməd bin Hənbəl, Müsnədi-Əhməd, c. V, səh. 357   
4
 
Əhsənut-Təqasim, səh. 303  
5
 
Əhməd bin Yəhya bin Cabir əl-Bəlazuri, Futuhul-Buldan, səh. 584, 585 
6
 
Əllamə Məclisi, Biharül-ənvar, c. XXIII, səh. 229  
7
 
Əhsənut-Təqasim, səh. 393   
8
 
Əbu Cəfər Məhəmməd bin Cərir ət-Təbəri, Tarixi-Təbəri, c. V, səh. 64  
265 
 
                                                      


Yüklə 3,24 Mb.

Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə