VII FƏSİL
XORASAN
(MƏŞHƏD) ŞƏHƏRİ
7.1.Xorasan sözünün
mənaları
Xorasan sözü etimoloji c
əhətdən fars mənşəli sözlərdəndir. Bu soz fars dilində
olan
“Xor” v
ə
“İsan” (və ya “
Asan”) sözlərindən ibarətdir. “
Xor” sözü farsca
“
gün
əş”, “
İsan” sözü isə “
doğan”, “
gələn” mənasındadır. Buna görə də Xorasan
sözü lüğətdə “
Gün
əşin çıxdığı yer”, “
Günəş ölkəsi”, və “
Şərq bölgəsi” mənasını
bildirir
1
.
Xorasan
əyalətinin
mərkəzi olan M
əşhəd şəhəri isə lüğətdə “
şəhadət”
k
əlməsindən törəmiş “
bir hadis
əyə şahid olmaq”, “
bir yerdə hazır olmaq” və bu
kimi m
ənalardadır
2
. M
əşhəd sözü Qurani-kərimin “Məryəm” surəsində “
böyük
günün görülm
əsi”
3
m
ənasında işlənmişdir. Məsumların hədislərində isə məşhəd
sözü h
ər hansı bir şəhərə aid edilməmiş, leksik mənada “
kims
ənin şəhid olduğu yer
v
ə ya zaman” mənalarında işlədilmişdir. Həmçinin, məşhəd sözü “
insanların
toplaşdığı yer” mənasında da işlənir. Buna görə də dini bir özəlliyə sahib olmuş
kims
ələrin şəhid olduğu və yaxud dəfn edildiyi yerlərdəki məzar və türbələrdə
insanların toplanması nəticəsində bu yerlər məşhəd olaraq anılmışdır
4
. Buna gör
ə də
dem
ək olar ki, İmam Rzanın (ə) burada şəhid edilməsindən sonra bura “Məşhədi-
Rza” adını almışdır. Mənbələrə görə buranın adını Məşhəd
olaraq ilk çəkən şəxs
m
əşhur ərəb coğrafiyaşünası Məhəmməd bin Əhməd əl-Məqdisidir
5
.
M
əşhəd şəhəri qədim Tus ərazisni bütünlüklə əhatə etmişdir. Məşhədin də daxil
olduğu Xorasan vilayəti hədisi-şəriflərdə Xorasan kimi çəkilmişdir. Lakin çox nadir
hallarda bu
ərazi hədisi-şəriflərdə Tus adı ilə də yad edilmişdir. Bunu Şeyx Səduqun
1
Əllamə Ələmi, Dairətül-məarif, c. IX, səh. 71; İslam Ensiklopediyası, c. XVIII, İstanbul, 1998, səh. 234
2
İbn Mənzur, Lisanül-ərəb, Beyrut, 1990, “şhd” maddəsi
3
Ay
ə, 37
4
İslam Ensiklopediyası, c. XXXII, İstanbul, 2006, səh. 363
5
H
əmin mənbə
264
“Uyuni-
Əxbarir-Rza” əsərində İmam Cavaddan (ə) rəvayət etdiyi hədisdə görmək
olar.
7.2.
Xorasan şəhərinin tarixi
Xorasan şəhərinin salınma tarixi dəqiq məlum deyildir. Lakin
onun qədim
yaşayış məskəni olması danılmazdır. Mənbələrə görə Xorasan Sasanilər imperiyası
dövründ
ə salınmışdır
1
. Lakin b
əzi qaynaqlar onun Makadoniyalı İsgəndərin bu yerləri
işğal etdiyi ərəfədə (miladdan qabaq 330-cu il) saldığı da qeyd edilir
2
. Bu haqda
Əhməd bin Hənbəlin “əl-Musnəd” əsərində bir hədis nəql olunmuşdur
3
.
İranın şimal-şərqində yerləşən şəhər böyük coğrafi ərazisi olan bir bölgədir.
Xorasan
üç hiss
ədən ibarətdir. Onun bir hissəsi Mərv, Nəsa, və Sərəxs Türkmənistan
s
ərhədləri, Bəlx və Herat tərəfi Əfqanıstan sərhədləri, yerdə qalan hissəsi isə İranın
s
ərhədlərinə daxildir.
Xorasan III-XVIII
əsrlərdə Orta Şərqdə tarixi vilayət olmuşdur. O iqtisadi
c
əhətdən Orta Şərqin inkişaf etmiş bölgələrindən idi. Orada hələ orta əsrlər dövründə
kağız emalı, toxuculuq işləri inkişaf etmişdir. Məşhur coğrafiyaşünas alim əl-
M
əqdisinin verdiyi məlumata görə burada qızıl, gümüş, dəmir, firuzə və neft
çıxarılırmış
4
.
Xorasanın tarixinin zəngin dövrü İslamın bu yerlərdə zühur etməsindən sonraya
t
əsadüf edir. Xəlifə Ömərin (634-644) Qadisiyyə döyüşündə (636) Bəsrədən
gönd
ərdiyi qüvvələr Abdullah bin Budeyl bin Varqa əl-Xuzainin komandanlığı
altında Xorasanın qapısı adlanan Təbəseynə qədər gəlmişdir. Lakin Təbəseyn camaatı
toplaşıb 60 və ya 70 min dirhəm xərac verərək xəlifə ilə müqavilə bağlamışlar
5
.
Xorasanın fəth olunması 652-ci ilə xəlifə Osman bin Əffanın (644-656) dövrünə
t
əsadüf edir
6
. X
əlifə Osmanın və xəlifə Əlinin (656-661) dövründə bura köçürülən
ərəb ordusunun ailələri xəlifə Müaviyənin dövründə (661-680) daha da geniş tərkibdə
burada yerl
əşdirilirdi. Xəlifə Osmanın dövründə Bəsrə valiliyindən
Abdullah bin
Amir çıxarılıb yerinə Ziyad bin Əbihi gətirildi. Ziyad işğalçılıq siyasətini işə salaraq
xilaf
ət ərazisini şərqə doğru genişlətdi və bununla da 652-ci ildə Xorasan və onun
ərazilərini tutdu. Bu işdə ona Xorasana Təbəseyn yolu ilə girən sərkərdə Əhnəf bin
Qeys köm
əklik göstərdi. Ziyad bin Əbih burada ilk məscid tikdirdi. Məqdisinin
verdiyi m
əlumata görə Xorasan Əhnəf bin Qeysin və Abdullah
bin Amirin
komandanlığı altında fəth edilmiş və əhalisi İslamlaşdırılmışdır
7
.
İmam Əlinin (ə) xilafəti dövründə baş vermiş daxili iğtişaşlardan istifadə edən
Xorasan
əhalisi türklər, soğdlular və çinlərin köməkliyi ilə üsyan qaldırdılar. İmam
Əli (ə) Cədə bin Hubeyrə əl-Məxzuminin onların üstünə göndərdi. Lakin Cədə onlara
m
əğlub oldu. Xorasanlıların xilafətə qarşı bu üsyanları İmamın (ə) şəhadətinədək
davam etdi
8
.
1
İslam Ensiklopediyası, c. XVIII, İstanbul, 1998, səh. 234
2
H
əmin mənbə, səh. 235
3
Əhməd bin Hənbəl, Müsnədi-Əhməd, c. V, səh. 357
4
Əhsənut-Təqasim, səh. 303
5
Əhməd bin Yəhya bin Cabir əl-Bəlazuri, Futuhul-Buldan, səh. 584, 585
6
Əllamə Məclisi, Biharül-ənvar, c. XXIII, səh. 229
7
Əhsənut-Təqasim, səh. 393
8
Əbu Cəfər Məhəmməd bin Cərir ət-Təbəri, Tarixi-Təbəri, c. V, səh. 64
265