Qafqaz müSƏlmanlari idarəSİ baki islam universiteti



Yüklə 3,24 Mb.
Pdf görüntüsü
səhifə136/148
tarix15.07.2018
ölçüsü3,24 Mb.
#55801
1   ...   132   133   134   135   136   137   138   139   ...   148

torpaqlarını alaraq kiçik qardaşına verir. Bunun nəticəsində iki qardaş arasında hərbi 
toqquşma baş verir. Məmun güclü ordu toplayaraq Bağdada yürüş edir və qardaşına 
qalib g
ələcəyi təqdirdə  xilafəti  İmam  Əli  (ə)  övladlarına  verəcəyini nəzir edir. O, 
döyüşdə qardaşı Əminə qalib gəlir və onun başını kəsib Dəclə çayına atır. Bununla da 
o, xilaf
ətin bütün ərazilərinə yiyələnir. Bundan sonra isə İmam Rzaya (ə) bir məktub 
yazaraq onu Xorasana d
əvət edir ki, öz nəzrini həyata keçirmiş olsun.  
M
əmun  İmam  Rzanı  (ə) Xorasan vilayətinə  gətirdikdən sonra xilafəti ona 
ver
əcəyi İmama (ə) bildirir. Lakin İmam (ə) ona rədd cavabı verir və buyurur: “Əgər 
xilaf
əti Allah sənə veribsə, onu digər şəxsə verməyə haqqın yoxdur. Yox əgər xilafəti 
s
ən qəsb etmisənsə, özünün olmayan malı başqasına verə bilməzssən.” Məmun deyir: 
əgər xilafəti qəbul etmirsənsə, onda valiliyi qəbul et ki, məndən sonra xəlifə olasan. 
İmam  (ə)  ona dedi: “Ata-babalarım  mənə  xəbər veriblər  ki,  Peyğəmbər (s) mənim 
s
əndən qabaq dünyadan gedəcəyimi, zəhərlə  öldürüləcəyimi, yerin göyün 
m
ələklərinin mənə  ağlayacağını,  Tusda  Harun  ər-Rəşidin  yanında  dəfn ediləcəyimi 
deyib.” M
əmun ağlayaraq dedi: ey Peyğəmbər (s) övladı! Səni mən həyatda ikən kim 
öldür
əcək?...”
1
.  Bunu gör
ən Məmun  İmamı  (ə)  təhdid etməyə  başalyır.  İmam  (ə) 
v
əziyyətin ağır olduğunu görüb öz şərtləri çərçivəsində Xorasan vilayətinin valiliyini 
q
əbul edir. İmamın (ə) irəli sürdüyü ən ümdə şərt xəlifənin heç bir rəsmi iclaslarında 
iştirak etməmək, heç bir əmr və qadağaların yazılmasında rol oynamamaq idi. Şeyx 
S
əduqun rəvayətinə  görə  bu beyət  işi  hicrətin 201-ci ilində  ramazan  ayında  baş 
vermişdir. 
M
əmunun xilafəti  İmama  (ə) verməsinin bir çox səbəbləri ola bilərdi.  Həmin 
s
əbəblərdən aşağıdakıları qeyd etmək olar: 
1.
İmam  Əlinin  (ə)  digər  şəxslərə  nisbətən daha fəzilətli  olduğunu  alimlərə 
dedizdirm
ək üçün. Çünki Məmun şəcərə baxımdan Peyğəmbərin (s) əmisi Abbasın 
n
əslindəndir. O, bununla eyni zamanda özünün guya Əhli-beytdən  (ə)  olmasını  da 
vurğulamaq istəyirmiş. 
2.Öz qızını İmamın (ə) oğluna verməklə onun evindəki sirləri daha da dərindən 
bilm
ək üçün.  
3.Atası  Harun  ər-Rəşidin  tərəfdarların yeddinci  imamı  Musa  Kazımı  (ə)  şəhid 
etm
əsinin üstünü ört-basdır etməsi üçün. 
4.Quranın  yaranması  haqqında  olan  əqidəsini  İmamın  (ə) vasitəsiylə  şiələrə 
q
əbul etdirməsi və bu əqidəni cəmiyyətdə yayması üçün. 
5.Xilaf
ət ərazisində baş vermiş şiə üsyanlarını yatırtmaq üçün. 
6.Ərəblərin etimadını qazanmaq üçün. 
7.Qardaşını öldürdüyünə görə üstündən qınağı götürmək üçün. Çünki o, bununla 
bildirm
ək istəyirdi  ki,  o,  yaxşılara  hörmət edir, pislərin isə  kimliyindən  asılı 
olmayaraq kökünü k
əsir. 
B
əzi tədqiqatçıların  fikrinə  görə  isə  Məmunun xilafəti  İmam  Rzaya  (ə) 
verm
əsini əsas səbəbi İmam Əli (ə) övladlarının hamıdan üstün olduğunu və onların 
xilaf
ətə daha layiqli olduğunu bilməsi üçündür. Bu fikri Təbəri “Tarix”, əl-Yafei isə 
“Miratul-Cinan” 
əsərlərində qeyd etmişlər. 
1
 
Əllamə Məclisi, Biharül-ənvar, c. 49, səh. 129  
280 
 
                                                      


Şeyx  Müfid  İmama  (ə) olan beyətdən sonra Məmunun sikkə  kəsdirdiyini və 
onun üstün
ə  İmam  Rzanın  (ə)  adını  vurdurduğunu  qeyd  edir.  Əbul  Fərəc isə  bu 
sikk
ənin üstündə Məmunun “Allahım müsəlmanların valisi Əli bin Musa bin Cəfər 
bin  M
əhəmməd  bin  Əli  bin  Hüseyn  bin  Əli  bin  Əbi  Talibi  (ə) hifz et” sözünü 
yazdırdığını deyir. 
 
7.12.
İmam Rza (ə) Məmunun məclisində 
X
əlifə  Məmun dəfələrlə  İmamı  (ə)  saraya  çağırtdırıb  onunla  zəmanə  alimləri 
arasında  elmi  mübahisələr  yaratmışdı.  Bu  mübahisələrdən  biri  İmamın  (ə) 
peyğəmbərlərin məsumluğu ilə əlaqədar Əbu Səlt əl-Hərəvi adlı məşhur alimlə etdiyi 
mübahis
ədir. Həmin əhvalatı Əllamə Məclisi “Biharül-ənvar”
1
 
əsərində  belə rəvayət 
edir: 
“Əbu  Səlt  əl-Hərəvi deyir: xəlifə  Məmun  Əli  bin  Musa  ər-Rza (ə) ilə  İslam 
aliml
ərini,  Həmçinin,  yəhudi, xristian, məcusi, sabii və  digər fikir əhlini bir yerə 
topladı. Onun (imamın) höccətini vacib bilənlərdən başqa heç kəs ayağa qalxmadı. 
El
ə bil ki, o həbs altına alınmışdır. Ona tərəf Əli bin Məhəmməd bin əl-Cəhm gəldi 
v
ə  dedi: “Ey Allah Rəsulunun  oğlu!  Peyğəmbərlərin  günahsızlığı  haqqında 
danışırsınız?” Həzrət (ə) buyurdu: Bəli. əl-Cəhm dedi: Allahın Adəm (ə) haqqında:
 
“Ad
əm rəbbinə  qarşı  ağ  oldu  və  doğru  yoldan  azdı”,  Yunis  haqqında:  “Balıq 
sahibi  (Yunis)  q
əzəblənib getdikdə elə zənn etdi ki, ona gücümüz yetməyəcək”, 
Yusif haqqında: “O, Yusif
ə, Yusif də ona (Züleyxaya) meyl etdi”, Davud haqqında: 
“Davud el
ə zənn etdi ki, onu imatahana çəkdik”
 
 v
ə öz peyğəmbəri Məhəmməd (s) 
haqqında 
“Allahın bildiyi şeyləri özündə  gizlədirsən və insanlardan qorxursan. 
Halbuki qorxulası varlıq məhz Allahdır” dediyi sözlərə necə əməl edirsiniz?  
H
əzrət (ə) buyurdu: Vay olsun sənə  ey  Əli!  Allahdan  qorx  və  Allahın 
peyğəmbərinə pislikləri şamil etmə! Həmçnin Allahın kitabını öz rəyinlə təfsir etmə! 
H
əqiqətən Allah təala  buyurub: “Allahdan və  elmdə  çox qüvvətli olanlardan başqa 
heç k
əs onun yozumunu bilməz.”  Adəm  haqqında  onun  dediklərinə  gəldikdə  ki, 
“Ad
əm onun üzünə ağ oldu və yolundan azdı” həqiqətən o Adəmi (ə) yer üzündə 
öz höcc
əti və  xəlifəsi  olaraq  yaratmışdır.  Allah onu Cənnət  üçün  yaratmamışdı. 
Ad
əmin (ə) günah isə  Cənnətdə  idi, yer üzündə  yox. Onun orada günah etməsi 
Allahın əmrinin təqdirini tamamlamaq üçün olmuşdur. O yer üzünə endirildiyi zaman 
orada höcc
ət və  xəlifə  edildi və  Allahın  bu  sözü  isə  məsum (günahsız)  edildi: 

Doğrudan  da  Allah  Adəmi,  Nuhu,  İbrahim  ailəsini,  İmran  ailəsini məxluqat 
üz
ərində üstün etdi.” 
Allahın  “
balıq  sahibi  qəzəblənib detdi və  elə  zənn etdi ki. Ona gücümz 
yetm
əyəcək”  sözünə gəldikdə isə o, (Yunis) güman edirdi ki, Allah onun ruzisini 
azaldacaq, b
əs bilmirsənmi ki, Allah buyurub: “Allah onu b
əlaya düçar etdikdə 
onun ruzisini azaldar”, y
əni  onu  sıxıntıya  salar.  Əgər Yunis (ə)  zənn etsəydi ki, 
Allahın ona gücü yetməz bu halda küfr etmiş olardı. 
Davuda  (
ə)  gəldikdə  sizdən  əvvəlkilər onun  haqqında  nə  deyirlər?  Əli  bin  əl-
C
əhm dedi: “deyirlər  Davud  öz  mehrabında  namaz  qılırdı.  İblis  ona  gözəl  bir  quş 
sur
ətində göründü. O, namazı kəsib quşu tutmaq üçün ayağa qalxdı. Onun izi ilə gəldi, 
1
 c. XI, s
əh. 550  
281 
 
                                                      


Yüklə 3,24 Mb.

Dostları ilə paylaş:
1   ...   132   133   134   135   136   137   138   139   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə