Qafqaz müSƏlmanlari idarəSİ baki islam universiteti



Yüklə 3,24 Mb.
Pdf görüntüsü
səhifə139/148
tarix15.07.2018
ölçüsü3,24 Mb.
#55801
1   ...   135   136   137   138   139   140   141   142   ...   148

oğlu Məmunun dövründə daha da geniş vüsət almış və alimlərin hamısı bu məsələ 
ətrafında sorğu-sual olunmuşdular. 
İmam (ə) ortalığa atılmış bu bidətçi fikirə qarşı var gücü ilə mübarizə aparmışdı. 
O,  bu  haqda  buyurmuşdur:  “Allah  nazil  etdiyi  bütün  kitabları  nazil  etmişdir. 
Mus
əlmanlar  Allahdan  başqa  hər  bir  şeyin  fani  olduğu  və  ondan  savayı  hər  şeyin 
Allahın feli olduğu haqqında müttəfiq fikirdədirlər. Zəbur, Tövrat, İncil və Quran da 
Allahın felidir”
1
  
 
B).Yalan hədislərin uydurulması 
İmam  Rzanın  (ə) dövründə  ən böyük problemlərdən biri də  xilafət məmurları 
t
ərəfindən məqsədli şəkildə yalan hədislərin uydurulması və onların Peyğəmbərin (s) 
adına  nisbət verilməsi  olmuşdur.  Bu  növdən olan hədislərin  uydurulmasına  isə 
birbaşa xəlifə Harun ər-Rəşid rəhbərlik edirdi. Bu mövzuda uydurulmuş hədislər bir 
çox müs
əlman müəlliflərinin əsərlərində özünə yer tapmışdır
2

 
C)
.Hakimiyyətin müqəddəsləşdirilməsi və qanuniləşdirilməsi 
İmamın  (ə) üzləşdiyi  mühüm  siyasi  problemlərdən biri də  xəlifələrin öz 
hakimiyy
ətlərini müqəddəsləşdirib  qanuniləşdirmələri idi. Harun çox səy edirdi ki, 
özünün v
ə  özündən  sonrakı  övladlarının  hakimiyyətlərini  əbədiləşdirmək üçün 
müxt
əlif üsullardan istifadə  edərək avam kütləni  buna  inandırsın.  Hətta o, bir dəfə 
onun üçün dörd beytlik şeir yazmış və bu şeirində Harunu “Əminullah” (yer üzündə 
Allahın  əmanətdarı)  adlandıran  şairin  hər beytinə  min dinar vermiş  və  demişdir: 
“Əgər beytlərin  sayını  artırsaydın  mən də  pulun  miqdarını  artırardım”
3
 Onun 
x
əlifəliyi  haqqında  olan  şeirlər dövrümüzə  qədər gəlib  çıxmış  və  müsəlman 

əlliflərin  əsərlərində  qeyd  edilmişdir
4
. H
ətta mənbələrdə  Harunun  oğlu 
M
əhəmməd Əmini mədh edən şəxsə iyirmi min dirhəmin verildiyi qeyd edilir
5

 
Ç).Əcnəbi ədəbiyyatın ərəb dilinə tərcümə edilməsi 
Yuxarıda qeyd etdiyimiz kimi İmamın (ə) üzləşdiyi  ən mühüm problemlərdən 
biri onun dövründ
ə  əcnəbi  kitabların  ərəb dilinə  tərcümə  edilməsi olmuşdur.  Ola 
bilsin ki, oxucular t
ərcümə  ədəbiyyatının  İmam  (ə) üçün hər  hansı  bir  problem 
çıxarmadığı fikrindədirlər. Amma məsələ daha da dərindən və obyektiv şəkildə təhlil 
edildikd
ə məlum olur ki, tərcümə olunmuş fəlsəfi əsərlər müsəlmanların əqidələrində 
bir çox m
əsələlərdə şək-şübhə, ciddi fikir ayrılığı və yersiz mübahisələr yaratmışdır. 
Müs
əlmanlar daha vacib məsələlər üzərində  fikirləşməkdən çox tərcümə 
ədəbiyyatının yaratdığı bu kimi problemlərlə məşğul olmuşlar. 
 
D).Rəy ilə fətva vermək və təhriflərin “təmizə” çıxarılması 
İmamın  (ə) dövründə  geniş  yayılmış  problemlərdən biri də  alimlərin rəy 
əsasında  fətva vermələri və  Qurani-kərimi öz rəyləri  əsasında  təfsir etmələri 
1
 
Əllamə Məclisi, Biharül-ənvar, c. X, səh. 344  
2
 X
ətib Bəğdadi, Tarixu-Bəğdad, c. XIV, səh. 8  
3
 
Əbul-Həsən Əli bin Hüseyn Məsudi, Murucüz-zəhəb və Məadinül-Cəvahir, c. III, səh. 365  
4
 C
əlaluddin Süyuti, Tarixul-Xüləfa, səh. 233  
5
 H
əmin mənbə 
286 
 
                                                      


olmuşdur.  Xüsusilə  də  şəriətdə  icazə  verilməyən  qiyasın  (müqayisə  yolu ilə  hökm 
çıxarmaq) rəvac tapması verilən fətvaları ali hakimiyyətin istəyinə uyğunlaşdırmış və 
onların rəğbətini qazandırmışdı. Hətta Harun ər-Rəşidin dövründə məşhur fəqihlərdən 
biri Harunun atasının cinsi münasibətdə olduğu bir cariyə ilə onun evlənməsini halal 
etm
əsi
1
 dediyimiz m
əsələyə bir dəlil ola bilər. 
 
7.13.
2.İmam Rzanın (ə) fikri və dini islahatı 
İmam Rza (ə) elm və dinin qayıdış nöqtəsidir. O, istər öz dövründə, istərsə də 
özünd
ən sonrakı dövrlərdə müsəlman fəqihlərinə təsir göstərmiş dövrünün ən böyük 
alimi idi. Çünki o, öz elmini t
əmiz bir yolla silsilə şəklində ulu babası Peyğəmbərdən 
(s) v
ə onun elm şəhərinin qapısı olan Əli bin Əbi Talibdən (ə) almışdı. Buna görə də 
bir çox müs
əlman fəqihləri öz elmlərini  Əhli-beyt  məktəbindn  aldıqları üçün  daim 
iftixar 
hissi  keçirmişlər. Buna ən  bariz  misal  Malik  bin  Ənəsi və  Əbu Hənifəni 
göst
ərə bilərik.  
İmamın  (ə) özü özünün İslamdakı  fikri  və  dini  islahatlarına  işarə  edərək 
buyurmuşdur:  “Mən Mədinə  məscidində  otururdum. Mədinə  fəqihləri mənim 
ətrafıma yığılardılar. Kimsə onların birindən sual soruşsaydı, o da sual verənə məni 
göst
ərərdi. Mən də soruşulan hər bir suala cavab verərdim”
2
  
İmam (ə) həmişə yaxınlarına insanların ağıllarının gücü yetdiyi şəkildə onlarla 
söhb
ət etməyi, onlara bu şəkildə təbliğat aparmağı tövsiyyə edərdi. Hətta bir gün o, 
M
əhəmməd bin Ubeydə demişdi: “Abbasiyə de insanlara tovhid haqqında dedikləri 
b
əsdir. İndi onlara bilmədikləri haqqında danışmaq lazımdır…”
3
   
İmamın (ə) bu sahədəki ən böyük islahatlarından biri müsəlmanların fikirlərini 
m
əşğul edən Əhli-beyt və onların kimlərdən ibarət olması məsələsi olmuşdur. İmam 
(
ə) hər vəchlə  Əhli-beytin  kimlərdən ibarət  olmasını  isbat  etməyə  çalışır  və 
müs
əlmanları  doğru-düzgün  əqidəyə  tərəf çəkirdi.  Həmçinin,  o,  Əhli-beytlə 
düşmənçilik edənlərin aqibətlərinin necə olacağını, bunun  Quran və səhih sünnəyə 
qarşı  addım  olduğunu  həmişə  diqqətə  çatdırmışdı.  Hətta o, Əhli-beyt  haqqında 
uydurulmuş rəvayətlərə də diqqət yetirərək insaqnların belə rəvayətlərə uymamasını, 
bel
ə  rəvayətlərin  əksinə  Əhli-beytin  fəzilətlərinə  bir kölgə  saldığını  vurğulamışdı. 
İmam  (ə) bu haqda buyurur:  “Bizim müxaliflərimiz bizim fəzilətlərimiz  haqqında 
h
ədislər uydurdular və bunu üç pillədə qərar verdilər:  
a) 
Ğuluvv (ifrat tərif),  
b)
İşlərmizdə nöqsan və  
c)
Düşmənlərimizin qınamasına rüxsət vermələri…”
4
 
İmam (ə) bu sözlərilə təhrif edilmiş fikirlərin hamısının Əhli-beytin müxalifləri 
t
ərəfindən ortalığa atıldığını izah etmişdir. 
İmamın (ə) ən böyük islahatlarından biri də təhrif edilmiş fikir və məfhumların 
çürüklüyünü  ortalığa  çıxarmaq  olmuşdur.  O,  bu  vəzifəni özünə  bir borc olaraq 
d
əyərləndirmiş  və  əməli  şəkildə  təhrif rənginə  bürünmüş  fikir  və  məfhumları  rədd 
etmişdir. O, İslamda mövcud olmuş Müşəbbihə, Mücəssimə, Mücəbbirə, Müvəffizə, 
1
 H
əmin mənbə 
2
 
Əbu Əli Fəzl bin Həsən Təbərisi, Elamul-Vəra bi Əalamil-Huda, səh. 315  
3
 Tarixçil
ər heyəti, Tarixul-İslam, c. III, Qum, 1423 h/q, səh. 120, 121  
4
 
Şeyx Səduq, Uyunu-Əxbarir-Rza, c. I, səh. 304  
287 
 
                                                      


Yüklə 3,24 Mb.

Dostları ilə paylaş:
1   ...   135   136   137   138   139   140   141   142   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə