Qafqaz müSƏlmanlari idarəSİ baki islam universiteti



Yüklə 3,24 Mb.
Pdf görüntüsü
səhifə147/148
tarix15.07.2018
ölçüsü3,24 Mb.
#55801
1   ...   140   141   142   143   144   145   146   147   148
    Bu səhifədəki naviqasiya:
  • Kumidan

Qum sözü d
ə bu yeddi mərkəzdən birinin adı olan “Kumidan”dandır. Bu sözün də 
m
ənası “t
əpəciklərlə əhatə olunmuş yer” deməkdir
1

   
8.2.
Qum şəhərinin tarixi 
Qum 
şəhərinin  salınma  tarixi  dəqiq olaraq elmə  məlum deyildir. Yaqut əl-
H
əməvi onun İslamın  zühurundan  sonra  salındığını  yazır.  Lakin  bu  fikri  məqbul 
hesab etm
ək olmaz. Çünki daha dəqiq tarixi mənbələr onu göstərir ki, Qum İsgəndər 
Zülq
ərneynin  hücumu  zamanı  xarabalığa  çevrilmiş,  sonra  isə  sasani  hökmdarı    I 
Qubad (488-531) t
ərəfindən təkrar qurulmuşdur
2
.  Buradan bel
ə bir nəticəyə gəlmək 
mümkündür  ki,  Qum  şəhəri  İslamiyyətdən  əvvəl  mövcud  olmuş,  lakin  İslamın  bu 
ərazilərdə yayılması ilə daha da şöhrətli və müqəddəs bir şəhər olmuşdur. 
Qum  şəhərinin  İslam  ordusu tərəfindən istila edilməsi ikinci xəlifə  Ömər bin 
X
əttabın  (634-644) hakimiyyət illərinə  düşür.  O,  Əbu  Musa  əl-Əşərini böyük bir 
orduya komandan t
əyin edərək bu ərazilərə  göndərmiş və  İslam  ordusu da buraları 
tutaraq xilaf
ət torpaqlarına qatmışlar (644). Bununla yanaşı bəzi qaynaqlarda Qumun 
Əhnəf bin Qeys tərəfindən istila edilməsi qeyd edilir
3
. Lakin 
əksər müəlliflər onun 
Əbu Musa əl-Əşərinin tərəfindən istila edildiyi qənaətindədirlər. 
Qumun  şiə  mərkəzlərdən birinə  çevrilməsinin  əsas səbəblərindən biri Həccac 
bin Yusifin zülmünd
ən  qaçan  insanların  bu diyara  pənah gətirmələri olmuşdur.  Bu 
minvalla  Qum  şəhəri müxtəlif  insanların  bura  toplaşması  nəticəsində  yavaş-yavaş 
inkişaf  etməyə  başlamışdır.  Görkəmli  İslam  alimi  Qazi  Nurullah  Şüştəri  yazırdı: 
“H
əməvi və  başqaları  Qumun  İslami  şəhərlərdən  olduğunu,  əhalisinin həmişə 
imamiyy
ə  əqidəsində  olduğunu  və  bu  şəhərin 83-cü hicri ilində  Əbdülməlik    ibn 
M
ərvən tərəfindən  salındığını  qeyd  etmişlər.  Bu  şəhər  əzəmətli və  kəramətli bir 
şəhərdir.  Bu  şəhər həmişə  möminlər məskəni  olmuş  və  bir çox imamiyyə  alim, 
müct
əhid və  fəzilətli  şəxslər  burada  yetişmişlər. Hətta hər  hansı  bir  adamın  bu 
şəhərdən olması onun əqidəsinin doğru olmasına bir dəlildir”
4

Qum  şəhərinin müqəddəs bir diyara çevrilməsi tarixi IX əsrdən hesab olunur. 
İmam Rzanın (ə) bacısı Fatimə əl-Məsumə (ə) təxminən 816-817-ci illərdə qardaşının 
yanına gedərkən burada vəfat etmiş və burada da dəfn edilmişdir. Bundan sonra şəhər 
t
ərəfdarların ziyarətgahına çevrilmişdir. 
Qumun elmi v
ə  mədəni mərkəzlərdən birinə  çevrilməsi  əsasən Səlcuqilər 
imperatorluğunun  dövrünə  təsadüf edir. Bu dövrdə  şəhər böyük bir ilahiyyat 
elml
ərinin tədris mərkəzinə  çevrilmişdir. Məkkə  və  Mədinə  istisna  tutularsa,  şiə 
coğrafiyasında Nəcəf, Kərbəla və  Məşhəddən sonra  dördüncü sırada yer alan Qum 
dini elml
ər mərkəzi  olmasına  görə  Məşhəddən daha önəmli  sayılır.  XII  yüzillikdə 
döqquz m
ədrəsəsi  olan  Qum  ortaya  çıxan  hadisələrə  görə  öz  şöhrətini  itirmiş  və 
t
əkrar səfəvilər dövründə öz əvvəlki şöhrətini bərpa etmişdir
5
. S
əfəvilər sülaləsindən 
olan I Şah Təhmasib 
(1524-1576) 
Qumun m
ədəni və elmi cəhətdən inkişaf etməsində 
müst
əsna xidmətlər göstərmiş  şəxslərdəndir. Belə  ki, o, Qumda  Feyziyyə  adlı 
1
 
İslam Ensiklopediyası, c. XXII, Ankara, 2002, səh. 361  
2
 
Əli Əsgər Fəqihi, Tarixul-Cami Qum, c. I, Qum, 1350 h/ş. səh. 54-55    
3
 
Əllamə Hairi, Dairətül-məarif, c. XIV, səh. 385   
4
 M
əcalisul-Muminin, c. I, səh. 82  
5
 
İslam Ensiklopediyası, c. XXII, səh. 361   
303 
 
                                                      


m
ədrəsə tikdirmiş və burada ilahiyyat elmlərinin bütün sahələrinin tədris edilməsinə 
şərait yaratmışdır. 
Qumda yavaş-yavaş mədrəsələrin sayı artmış və nəticə XIX əsrdən etibarən bura 
İslam  dünyasında  Nəcəfül-əşrəflə  birlikdə  elm və  mədəniyyətin mərkəzinə 
çevrilmişdir.  Əbəs deyildir ki, Qumun elm və  mədəniyyət tarixində  Əbdülkərim 
Hairi,  M
əhəmməd  Huccət Kuhkəri, Muhəhəmməd Təqi  əl-Xonsari, Sədrəddin  əl-
İsfahani və Burucirdi kimi nəhəng alim və müctəhidlər ad qoymuşlar. 
Qum şəhərinin inkişaf etdirilməsində əsas məqsədlərdən biri buranın səfəvilərin 
qış  iqamətgahı  olması  göstərilir.  Lakin  bu  inkişafı  təkcə  bu amilə  bağlamaq  doğru 
olmazdı.  Çünki  tarixin  dindar  sülalələrindən olan səfəvilər sülaləsi bütün İslam 
dünyasında  mövcud  olan  müqəddəs  şəhərləri inkişaf  etdirməklə  yanaşı  Qumun  da 
inkişafına orada olan İmam Rzanın (ə) bacısı həzrət Fatimə əl-Məsumənin (ə) qəbri-
şərifinin  olmasına  görə  diqqət yetirirdilər.  Bu  işdə  onlar içərisində  I  Şah  Abbasın 
xüsusi xidm
ətləri vardır. 
Bundan  sonra  Qumun  inkişafında  Qacarlar sülaləsinin də  mühüm xidmətləri 
olmuşdur.  Fəth Əli Şah həzrət Məsumənin (ə) qəbrini qızılla bəzətmiş və orada bir 
m
ədrəsə də inşa etmişdir. 
8.3.
Qum şəhərinin fəzilətləri 
H
ədisi-şəriflərdə Qum şəhərinə aid çoxlu sayda hədislər vardır. Bu hədislərin bir 
hiss
əsi Qumun bir müqəddəs  şəhər  olmasından,  digərləri isə  oranın  insanlarının 
f
əzilətlərindən bəhs etməkdədir. Həmin hədislər bir çox müsəlman alimlərinin 
möt
əbər  əsərlərində  yer  almışdır.  Həmin hədislərin mötəbərliyi heç kimdə  şübhə 
doğurmamış  və  onlara inanmaq heç bir alim tərəfindən  yasaqlanmamışdır.  Bu 
h
ədislərin böyük əksəriyyətini  İbn  Qəvləviyyə  “Kamilüz-ziyarət”,  Əllamə  Məclisi 
“Biharül-
ənvar”, Əllamə Hairi isə “Dairətul-Məarif” əsərlərində toplamışlar. Bundan 
başqa  digər alimlər  yazdıqları  əsərlərində  bu qaynaqlardan həmin hədisləri sitat 
g
ətirmişlər. 
Ənəs bin Malik rəvayət edir:  “Bir gün Peyğəmbərin (s) yanında oturmuşdum. 
Bu zaman Əli bin Əbi Talib (ə) gəldi. Peyğəmbər (s) ona dedi: yanıma gəl ey Əbəl 
H
əsən!  O,  Peyğəmbərin  (s)  yanına  gəldikdə  həzrət  onun  boynunu  qucaqlayıb 
üzünd
ən öpdü və  dedi:  ey  Əli!  Allah  sənin vilayətini göylərə  göstərən zaman 
yeddinci  göy  onu  hamıdan  əvvəl qəbul etdi. Buna görə  də  Allah onu ərş  ilə 
zin
ətləndirdi. Sonra dördüncü göy onu qəbul etməkdə digərlərini ötdü. Buna görə də 
Allah onu Beytül-m
əmur ilə zinətləndirdi. Bundan sonra onu dünya səması hamıdan 
tez q
əbul etdi. Allah da onu ulduzlarla bəzədi.  Sonra Allah onu yerlərə  göstərdi. 
Hamıdan  qabaq  Məkkə  qəbul etdiyindən onu Kəbə  ilə  zinətləndirdi.  Ondan sonra 
M
ədinə onu qəbul etməkdə önə keçdi və mənimlə zinətləndirildi. Ondan sonra Kufə 
ön
ə  keçdiyindən səninlə  zinətləndirildi.  Bundan sonra isə onu Qum qəbul etməkdə 
ön
ə keçdi və oranı ərəblərlə zinətləndirdi. Allah ora Cənnət qapısından bir qapı açdı”
1
 
İmam  Sadiq  (ə)  buyurur:  “Allah Kufəni digər  şəhərlərə  nisbətən  üstün  etmiş, 
oranın möminlərini də digər yerlərin möminlərindən fəzilətli etmişdir. Qum şəhərini 
d
ə digərlərin üstün etmiş, oranın möminlərini isə bütün Şərqin və Qərbin insan və cin 
möminl
ərindən  üstün  qılmışdır..  Allah  bəlaları  Qum  və  oranın  camaatından 
1
 
Əllamə Məclisi, Biharül-ənvar, c. 57, səh. 212, hədis № 21  
304 
 
                                                      


Yüklə 3,24 Mb.

Dostları ilə paylaş:
1   ...   140   141   142   143   144   145   146   147   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə