Qafqaz müSƏlmanlari idarəSİ baki islam universiteti



Yüklə 3,24 Mb.
Pdf görüntüsü
səhifə143/148
tarix15.07.2018
ölçüsü3,24 Mb.
#55801
1   ...   140   141   142   143   144   145   146   147   148

alıb  gedər, iqtisadiyyat məhv olar və  sonda  o  xalqın  və  dövlətin  varlığı  məhvə 
m
əhkum  olmuş  olar.  Buna  görə  də  dövlət gərək  xalqın  əmlakını  oğrulardan, 
talançılardan,  yadellilərdən qorusun. Lakin İslam  tarixini vərəqlədiyimiz zaman 
t
əəssüflər olsun ki, Abbasi  xəlifələrinin bu məsələdə  nə  qədər də  səhlənkar 
davrandıqlarının  şahidi  oluruq.  Xüsusilə  də  dövlət məmurlarının  özlərinin  xalqın 
malına təcavüz etmələri insanı dəhşətə  salır. Hətta onlar xalqın  mal-dövlətini zorla 
əllərindən alır və onları öz şəxsi mülkiyyətlərinə çevirirdilər
1
.   
 
c)
Hakimlərin xalqın malına zorla sahib olmaları 
İslam  iqtisadiyyatının  sabit  və  dəyişməz  qanunlarından  biri  budur  ki,  hakimin 
beytul-maldan alacaq mü
əyyən haqqı vardır. Onların əllərində olan beytul-mal heç də 
onların  şəxsi  əmlakı  olmayıb  ümumxalq  malıdır  və  müsəlmanlar  arasında  bərabər 
s
əviyyədə  xərclənməlidir. Lakin Abbasi  xəlifələri müsəlmanların  əmlakını  öz şəxsi 
malları kimi ümumi işlərinə sərf edirdilər. Müsəlman müəlliflərinin verdikləri doğru 
m
əlumatlara görə  Harun  ər-Rəşidin  ümumi  mülkiyyəti yüz milyon dinara, ev 
avadanlığı, cəvahiratları və mal-davarının qiyməti də yüz milyon dinara yetişmişdi
2

Harunun Xorasan valisinin ümümi 
əmlakı səksən milyon dinar idi
3

İmam Rza (ə) isə xəlifələrin bu iqtisadi özbaşnalıqlarının müqabilində köhnə və 
yamaqlı  əba-qəba ilə  gəzər və  bunula  da  sankı  onlara  həqiqi müsəlmanın  necə 
yaşamalı  olduğunu öz geyim-kecimində göstərirdi. İmamın (ə) bu hərəkətləri sanki 
xilaf
ət məmurlarının yaşayışına etiraz kimi dəyərləndirilir.  
 
ç
)Xilafətin iqtisadi zülmü və böyük günahları 
İmam Rzanın (ə) dövründə mövcud olmuş iqtisadi zülmlər və böyük günahlar 
dövl
ət məmurları  tərəfindən törədilən adiləşmiş  adət  halını  almışdı.  İmam  (ə) 
bacardığı  qədər  iqqtisadi zülmün aradan götürülməsinə  və  böyük  günahların 
eilm
əməsinə vaxt və zəhmət sərf etmişdir. O, beytül-malın lazımı yerlərə xərclənməsi 
üçün x
əlifənin yerli məmurlarına  əhalinin  şikayətlərini  çatdırır  və  yeri gəldikcə  də 
onları ilahi əzabdan qorxudaraq xalqın malını şəxsi işlərinə xərcləməməyə çağırırdı. 
Əbəs deyil ki, İmamın (ə) xütbələrinin böyük bir hissəsinin məzmunu yetim malının 
zülml
ə  yeyilməsinə, sələmçiliyin böyük günah olub İslam  iqtisadiyyatını  məhv 
etm
əsinə, ölçü və çəkidə aldatmanın doğru olmadığına, israfçılığın haram olmasına 
v
ə s. bu kimi iqtisadi mövzuları əhatə etmişdir
4

İmamın (ə) iqtisadi islahatlarına aşağıdakılar daxildir: 
 
I.Xumsun yığılıb imama verilməsi 
Xums 
İslam  iqtisadiyyatının  mühüm  tərkib hissəsi olub onun dövrü imama 
verilm
əsi  şəriətin zəruri hökmlərindədir. Buna gərə  də  İmam  (ə) xums məsələsinə 
xüsusi ön
əm  vermiş  və  onun  yığılıb  təhvil verilməsinə  ciddi  şəkildə  təbliğat 
aparmışdı.  İmam  (ə)  bu  işdə  böyük çətinliklər və  hətta təzyiqlərlə  də  üzləşmişdi. 
Çünki xums Quran v
ə Peyğəmbər (s) sünnəsinin vacib bir əmri olmasına baxmayaraq 
1
 
Əbu Cəfər Məhəmməd bin Cərir ət-Təbəri, Tarixül-üməm vəl-müluk, c. VIII, səh. 551  
2
 C
əlaləddin əs-Süyuti, Tarixul-Xüləfa, səh. 238  
3
 
Əbu Cəfər Məhəmməd bin Cərir ət-Təbəri, Tarixül-üməm vəl-müluk, c. VIII, səh. 324  
4
 M
əhəmməd Həsən Şöbə əl-Hərani, Tühəfül-üqul, səh. 316  
294 
 
                                                      


n
ə Abbasilər nə də ondan əvvəlki Əməvilər dövründə həqiqi sahiblərinə deyil hakim 
t
əbəqənin əlində cəmlənmişdi. Buna görə də o, var gücü ilə çalışaraq xumsun hakim 
t
əbəqəyə deyil bir imam kimi ona verilməsini tövsiyyə edirdi. Hətta mənbələrdə belə 
bir m
əlumat da vardır ki, İmam (ə) ona ünvanlanmış bir fars tacirinin məktubunun 
cavabında  ona  belə  yazmışdı:  “…Allahın  halal  etdiyi  yerdən  başqa  mal-dövlətin 
verilm
əsi halal deyil. Xums bizim dinimizə  köməklikdir… Onun verilməsi sizin 
ruzinizin artması səbəbidir…”
1
    
 
II.Zəkatın yığılmasına təşviq 
İslam  iqtisadiyyatının  dirçəldilməsinin və  qüvvətlənməsinin  ilkin  şərtlərindən 
biri z
əkatın verilməsidir. Bunun vasitəsi ilə yoxsul və kasıb təbəqənin nümayəndələri 
öz h
əyatlarını davam etdirir, borclular öz borclarını onunla ödəyir, yolda qalmışlar isə 
öz m
ənzillərinə onunla yetişirlər. Hətta zəkatın vasitəsi ilə qeyri-müsəlmanlar İslama 
g
ətrilir və ya ən azından onların qəlblərində İslama qarşı rəğbət hissi aşılanır. Bütün 
bunlara gör
ə  İmam  (ə) zəkatın  toplanmasına  və  imkanı  olanların  zəkat vergisini 
mütl
əq vermələrinə xüsusi diqqət yetirirdi. Zəkatın beytul-mala toplanıb onun hakim 
dair
ənin istədiyi kimi xərcləmələrinin haram olduğu haqqda hədislər buyurmuşdur
2

Onun bu haqda buyrduğu hədislərdən aşağıdakıları qeyd etmək olar: 
“…H
ər kəs namaz qılıb zəkat verməsə, onun namazı qəbul deyi”
3
 
 “Hakiml
ər yalan danışanda quraqlıq başlar, rəhbərlər zülm edəndə dövlət məhv 
olar, z
əkat verilmədikdə isə canlılar məhv olar”
4
 
 
III.İqtisadi dayağa dəvət 
İmamın  (ə) iqtisadi sahədə  apardığı  təbliğatlardan  biri  də  dövlətin və  imkanlı 
şəxslərin  yoxsullara,  kasıblara,  evlənməyə  imkanı  olmayanlara  və  bu kimi iqtisadi 
dayağa  ehtiyaclı  olanlara  köməkliyin edilməsi  olmuşdur.  O,  bu  sahədə  təbliğatını 
aşağıdakı üç istiqamətdə aparmışdı: 
A).Dövl
ətin yoxsulları və kasıbları yedirtməsi, 
B).Şəri vergilərin öz ünvanına düzgün çatdırılması, 
C).Ehtiyacı olanlara infaq etmək. 
İmam (ə) bu üç istiqamətdə hər yerdə, hətta xəlifənin təşkil etdiyi məclislərdə 
bel
ə  hədis deməkdən çəkinməmiş  və  social bərabərliyin  qorunması  üçün  bunlara 
əməl  olunmasının  zəruriliyini önə  çəkmişdir.  O,  bu  haqda  hədislərinin birində 
buyurur: 
“Ən səxavətli adam odur ki, insanların yeməyindən həm yeyə, həm də yedirdə”
5
 
 
7.13.
7.İmam Rzanın (ə) təhrif olunmuş dini terminlərə qarşı mübarizəsi 
İmamın (ə) həyatı boyu üzləşdiyi problemlərdən biri də zahidlikdə təhrif edilmiş 
üslublar idi. Abbasi  x
əlifələri  xalqın  mal-dövlətini  yeyib  taladıqları  halda  xalqı 
zahidliy
ə döğru çağırır, onları İslamda olmayan yeni bir sufiyanə hislərə qapadırdılar. 
1
 Hürr 
əl-Amili, Vəsailüş-şiə, c. IX, səh. 538, “kitabul-xums” fəsli 
2
 H
əmin mənbə, c. IX, səh. 221,  
3
 
Şeyx Səduq, Uyunu-Əxbarir-Rza, c. I, səh. 258   
4
 Hürr 
əl-Amili, Vəsailüş-şiə, c. IX, səh. 31; Şeyx Tusi, Amal, c. I, səh. 77   
5
 
İbrahim bin Məhəmməd əş-Şafei, Fəraidüs-simteyn, c. II, səh. 323  
295 
 
                                                      


Yüklə 3,24 Mb.

Dostları ilə paylaş:
1   ...   140   141   142   143   144   145   146   147   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə