Qafqaz müSƏlmanlari idarəSİ baki islam universiteti



Yüklə 3,24 Mb.
Pdf görüntüsü
səhifə140/148
tarix15.07.2018
ölçüsü3,24 Mb.
#55801
1   ...   136   137   138   139   140   141   142   143   ...   148

Z
ənadiqə, Yəhudi və  Xristian məzhəb və  dinlərinin  İslama  vurduğu  ziyanları 
açıqlamışdı. O, təhrifçilərin etimad etdikləri və əsaslandıqları uydurulmuş hədislərə 
aydınlıq  gətirir,  onların  daha  doğru  olanlarını  ortalığa  qoyurdu.  İmamın  (ə) bu 
m
əsələdə üstünlük verdiyi ən mühüm amil hədislərin sənədləşdirilməsi olmuşdur. 
İmam  Rzanın  (ə)  ən  mühüm  islahatlarından  biri  Əhli-beytin  hədislərinin nəşr 
edilib yayılması olmuşdur. O, bu hədislər vasitəsi ilə Qurani-kərimin doğru-düzgün 
t
əfsirini vermişdi. 
Bütün bu deyil
ənlərlə  yanaşı  İmamın  (ə)  ən böyük xidməti bəlkə  də  şiə 
m
əzhəbinin daha da köklü şəkildə əsaslandırması, şiə məktəblərinin genişləndirməsi 
v
ə ali dərəcəli fəqihlərin yetişdirməsi olmuşdur.    
 
7.13.
3.İmam Rzanın (ə) siyasi problemlər qarşısındakı mövqeyi 
İmam  (ə) ömrünün on ilini (hicri 183-193/799-809) Harun ər-Rəşidin 
hakimiyy
əti dövründə  yaşamışdı.  Harunun  Əhli-beytə  siyasəti isə  heç də  əvvəlki 
x
əlifələrin siyasətlərindən fərqlənmirdi.  Onların  ali  hakimiyyətə  qeyri-qanuni yolla 
g
əldiklərindən onun əldə  saxlanmasını da  qeyri  qanuni-yollarla təmin edirdilər. Bu 
işlərdə Harun xüsusi şəkildə fərqlənirdi. Onun hakimiyyəti qoruyub saxlaması üçün 
istifad
ə etdiyi qanunsuz yollardan aşağıdakıları qeyd etmək olar: 
 
a)
Terror və qorxutmaq 
Əvvəldə  qeyd etdik ki, Harun hakimiyyəti  Peyğəmbərin (s) təsbiti, yaxudda 
seçki 
əsasında  deyil,  özündən  əvvəlki xəlifənin təyini  əsasında  əldə  etmişdir.  Belə 
olduqda is
ə hakimiyyət həqiqi İslamdan uzaqlaşmış və şəxsi prinsiplər əsasında idarə 
olunmağa başlamışdı. Çünki, İslam təqva və elmə üstünlük verdiyi halda belə yolla 
hakimiyy
ətə  gəlməyi qanunsuz  bilmişdi. Bu qanunsuzluğu “qanuniləşdirmək” üçün 
ali hakimiyy
ətin başında olan xəlifələr, o cümlədən xəlifə Harun ər-Rəşid terror və 
qorxutma yolu il
ə özünə bəraət qazandırmaq istəyində olmuşdur. O, bu işdə heç kəsi 
dinl
əmir və heç bir nəsihətə belə qulaq asmırdı. Beləliklə, onun hakimiyyəti boyunca 
istifad
ə  etdiyi  açıq-aşkar  üsullardan  biri  xalqı  qorxu  altında  saxlaması  olmuşdur. 
Bunun  bariz  misalını  onun  hakimiyyəti dövründə  baş  vermiş  belə  hadisələrdən 
görm
əkdəyik. Belə  ki, mənbələrin verdikləri məlumata görə  bir dəfə  o, xütbə 
söyl
ədiyi  halda  bir kişi  ayağa qalxıb ona  Qurani-kərimin  “Etm
əyəcəyiniz  bir  şeyi 
dem
ək  Allah  yanında  böyük  qəzəbə  səbəb olar”
1
 ay
əsini  oxumuş  və  bunun da 
n
əticəsində  Harun ona yüz şallaq  vurdurmuşdur
2
. Bun
dan başqa o, hicri 188-ci (m 
804) ild
ə Əhməd bin İsa əl-Ələviyə ağır bir zərbə vurmuş və bu zərbənin nəticəsində 
ölmüşdür. Əhməd bu zaman doğsan yaşlı bir şəxs olmuş və Ələvilərin yerini xəlifəyə 
dem
ədiyindən onun qəzəbinə tuş gəlmişdir
3

H
əmçinin,  Harun Yəhya bin Abdullah bin Həsəni təqib  etmiş,  sonar  da  ona 
aman verdiyini elan etmişdir. Yəhya onun amannaməsinə etimad göstərdikdə isə onu 
h
əbsə  atdırmış  və  ölənədək  orada  saxlatmışdı.  Mənbələrə  görə  ona yemək-içmək 
verm
əyi qadağan etmiş və bunun nəticəsində Yəhya həbsxanada acından ölmüşdü
4

1
 Saff, 3  
2
 
Şəhabuddin Əbu Ömər Əhməd bin Məhəmməd Əndəlusi Maliki, əl-İqdul-Fərid, c. I, səh. 51  
3
 Y
əqubi, Tarixi-Yəqubi, c. II, səh. 423  
4
 Y
əqubi, Tarixi-Yəqubi, c. II, səh. 408   
288 
 
                                                      


Bütün bu deyil
ənlərdən başqa onun əmri ilə altmış seyid Hümeyd bin Qəhtəbə 
ət-Tainin əli ilə öldürülmüşdür
1

 
b)
Zülm və istibdad 
Harunun dövründ
ə hakimiyyət şəxsi mülkə  çevrilmiş və  bunun da nəticəsində 
xilaf
ət ata malı kimi atadan oğula iris olaraq keçirdi. Bu işdə isə xalqın heç bir istəyi 
n
əzərə  alınmırdı.  Onun  dövründə  zülm və  istibdad son həddə  çatmışdı.  O, 
hakimiyy
əti ərəb qadını olan Zubeydədən olmuş oğlu Əminə irs buraxmışdı. Lakin 
Harundan sonra hakimiyy
ətə  gələn  oğlu  Əmin  (809-813) ilə  onun fars kənizi 
M
əracildən olan digər  oğlu  Məmun  arasındakı  qardaş  qırğınında  on  minlərlə 
müs
əlmanın  nahaq  qanı  axıdılmışdı.  Bu  müharibədə  qalib  çıxan  Məmun  qardaşını 
öldür
ərək hakimiyyəti  ələ  almış və  onu iyirmi il (813-833) atası kimi zülmlə  idarə 
etmişdi.  Əminin  xəlifəliyi dövründə  müsəlmanlar içində  əxlaqi tənəzzül  başlamış, 
iqtisadiyyat xarab olmuş və ictimai pozğunluqlar baş alıb getmişdi. 
Harunun istibdadına ən bariz misal onun yaxın qohumlarını yüksək vəzifələrə 
t
əyin etməsi, onları bu vəzifələrdə azad buraxması olmuşdur. 
 
c)
Xarici təhlükələr 
İmam  Rzanın  (ə) dövründə  Abbasi  dövləti və  müsəlman ümməti xarici 
qüvv
ələrin təhlükəsinə məruz qalırdı. Bu dövrdə bir tərəfdən Xəzərlərin hücumu və 
bu hücumun n
əticəsində müsəlmanların şiddətli sıxıntıya məruz qalması, yüz min kişi 
v
ə qadının əsir düşməsi problemin nə qədər ağır olmasından xəbər verməkdədir. Bu 
hadis
əyə diqqət yetirən tarixçi Zəhəbi yazırdı: “İslama elə bir təhlükə üz vermişdi ki, 
bundan 
əvvəl belə  bir hadisənən  olması  eşidilməmişdir”
2
. Dig
ər tərəfdən də  Roma 
imperiyası müsəlmanlara hücum etmək üçün fürsət vaxtının yetişməsini gözləyirdilər. 
Lakin bu arada sülh müqavil
əsinin imzalanması labüd olacaq müharibə təhlükəsinin 
qarşısını aldı. 
 
ç)
Daxili çaxnaşmalar 
Harun 
ər-Rəşidin zəif siyasəti nəticəsində  ortaya  çıxan  mühüm  problemlərdən 
biri d
ə  daxili çaxnaşmaların  və  üsyanların baş qaldırmasına səbəb olmuşdu. 792-ci 
ild
ə  Şamda  qəbilə  təəssübkeşliyi  zəmnində  baş  vermiş  qarşıdurmalar  sonda 
hakimiyy
ətə  qarşı  üsyanlara  gətirib  çıxarırdı.  Bu  problemin  dərinliyini və  mühüm 
t
əhlükə olduğunu başa düşən xəlifə Harun Şam valisini dəyişərək yerinə  Musa bin 
Y
əhya bin Xalid Bərməkini təyin etdi. Ağır döyüşlərdən sonar yeni vali bölgədə nisbi 
sakitlik yarada bildi. Lakin bu sakitlik on minl
ərlə müsəlmanın qanının axıdılması ilə 
başa  gəldi. Az bir müddətdən sonar həmin üsyanlar yenidən  canlandı  və  bunun 
n
əticəsində  Harun Yəhya bin Cəfər Bərməkini  Şam  vilayətinə  vali təyin etdi və 
üsyanı yatırmağı onun üstünə qoydu. 
Miladi 794-cü ild
ə  Misirdə  xəlifə  əleyhinə  üsyanın  qalxması,  bunun  ardınca 
C
əzirədə  Vəlid bin Tərifin, növbəti il isə  Kirmanda Həmzə  bin  Abdullahın  üsyan 
qaldırmaları daxili üsyanların iri miqyaslı hal aldığını bildirir. Hicri 184-cü (m 800-
1
 
Şeyx Səduq, Uyunu-Əxbarir-Rza, c. I, səh. 109   
2
 
Şəmsuddin əz-Zəhəbi, Tarixul-İslam, 191-ci ilin hadisələri, səh. 12  
289 
 
                                                      


Yüklə 3,24 Mb.

Dostları ilə paylaş:
1   ...   136   137   138   139   140   141   142   143   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə