Qafqaz müSƏlmanlari idarəSİ baki islam universiteti



Yüklə 3,24 Mb.
Pdf görüntüsü
səhifə142/148
tarix15.07.2018
ölçüsü3,24 Mb.
#55801
1   ...   138   139   140   141   142   143   144   145   ...   148

“M
ənim Əhli-beytim Nuhun gəmisinə bənzəyir. Hər kəs ona minsə nicat tapar
h
ər kəs ondan uzaqlaşsa qərq olar”
1
 
“Ulduzlar göy 
əhlini məhv olmaqdan qoruduğu kimi Əhli-beytim də yer əhlini 
m
əhv olmaqdan qoruyur”
2
 
“Dörd qrupa qiyam
ət  günü  şəfaətçiyəm: məndən sonra zürriyyətimə  hörmət 
ed
ənə,  onların  ehtiyaclarını  ödəyənə, çətin vaxtlarında  onlara  köməklik edənə  və 
q
əlbi və dili ilə onları sevənə”
3
  
İmamın  (ə) üslubundan biri də  şiəliyin mahiyyət və  əlamətlərini,  doğruluq  və 
əsaslarını ümmətə  bəyan etmək olmuşdur. Onun bu mövzuda gördüyü  işi bəlkə  də 
heç bir imam görm
əmişdi. Belə ki, o, şiəliyin mahiyyətini açıb göstərmiş və bununla 
da camatın nəzərində tarixən ali hakimiyyət tərəfindən qara guruh kimi göstərilmiş 
şiəlik öz həqiqi sifətini  xalqa  tanıtmışdı.  Bu  haqda  İmam  (ə) hədislərinin birində 
buyurmuşdur: 
“Bizim  t
ərəfdarlarımız  namaz qılan,  zəkat ödəyən, Kəbəni sevən, ramazan 
ayının  orucunu  tutan,  Əhli-beytin  dostları  ilə  dost olan və  onların  düşmənləri ilə 
düşmən olanlardır. Məhz belə kimsələr həqiqi iman və təqva əhlidirlər”
4
.  
İmam  (ə) bəzən  şiəliyin mahiyyətini daha da dərindən  açıb  göstərmək üçün 
tatixi şəxslərdən misallar gətitirdi. Belə hədislərinin birində o, buyurur: “Şiə Həsən 
(
ə), Hüseyn (ə), Əbu Zər, Salman, Miqdad, Məhəmməd bin Əbi Bəkrdir. Bunlar heç 
vaxt (Əliyə qarşı) müxalifət qrupda olmamışlar…”
5
 
İmamın (ə) təbliğatında mühüm yerlərin birini də Kərbəla faciəsi tuturdu. O, öz 
xütb
ələrində bu hadisənin hərtərəfli təhlilini verir və insanları onun həqiqi mahiyyəti 
il
ə  tanış  edirdi.  Həmçinin,  o,  bununla  Peyğəmbərdən  (s)  sonrakı  xilafətin  doğru 
m
əcrada inkişaf etmədiyini və nəticədə belə bir böyük hadisələrin ortalığa çıxdığını 
vurğulayırdı. Bütün bunlardan əlavə İmam (ə) Kərbəla hadisəsinin daim yaddaşlarda 
qalmasını  və  insanlar  üçün  azadlığa  çıxma,  zülmə  boyun  əyməmə  yolunun məhz 
K
ərbəladan  keçdiyini  açıqlamışdı.  O,  bu  mövzuda dediyi hədislərin birində  bu 
hadis
əni yaddaşımıza belə yazırdı: “Həqiqətən Hüseynin (ə) günü bizə qarşı edilmiş 
ən böyük cəfa  günüdür.  O  gün  qanımızın  axıdıldığı,  əzizlərmizin zəlil edildiyi 
gündür…  Ağlayanlar  Hüseynə  (ə)  ağlasınlar,  çünki  ona  ağlamaq  böyük  günahları 
aradan aparar”
6
.  İmam  (ə) bu kimi hədisləri ilə  İmam  Hüseynə  (ə)  əza  saxlamağı 
ümm
ət içərisində lazımı bir həddə çatırmışdı. 
 
7.13.
6.İmam Rza (ə) və İqtisadi islahatları 
İmam Rzanın (ə) apardığı istilahlarının mühüm bir hissəsi iqtisadi islahatlardır. 
Abbasi xilaf
əti zamanında dövlət büdcəsinin (beytül-malın) gəlirlərinin çox olmasına 
baxmayaraq 
əhali  ağır  social  problemlər  qarşısında  idi.  Çünki  vergiləri toplayan 
dövl
ət məmurları  əhalinin var-yoxunu qanunsuz yerə  əllərindən  alır,  vergi  vere 
bilm
əyənləri  olmazın  cəzalara məruz qoyurdular. Bundan əlavə  dövlət büdcəsinə 
1
 
Şeyx Səduq, Uyunu-Əxbarir-Rza, c. II, səh. 101  
2
 H
əmin mənbə, c. II, səh. 28  
3
 H
əmin mənbə, c. I, səh. 253  
4
 
Əllamə Məhəmməd Bağır əl-Məclisi, Biharül-ənvar, c. 65, səh. 168  
5
 H
əmin mənbə, c. 65, səh. 158   
6
 
Muşiruddin ibn Şəhr Aşub, Mənaqibu-Ali Əbi Talib, c. IV, səh. 93   
292 
 
                                                      


toplanan mallar lazımı yerlərə deyil bəzən xəlifə başda olmaqla yüksək rütbəli dövlət 
m
əmurlarının kef və əyləncələrinə sərf olunurdu. Bütün bu deyilənləri nəzərə alaraq 
İmamın  (ə) həyatı  boyu  üzləşdiyi  mühüm  iqtisadi  problemləri  aşağıdakı  kimi 
qruplaşdıra bilərik. 
 
A).Hakim dairənin müsəlmanların gəlirlərini əyləncəyə çevirmələri 
Abbasi x
əlifələri İslam iqtisadiyyatının nizamını öz istədikləri qaydalar əsasında 
t
ənzimlədilər. Bununla  da  onlar  şəri  əsası  olmayan  bir  çox  vergilərin cəmiyyət 
üz
ərinə  tətbiq  olunmasına,  xalqın  xüsusi  mülkiyyətini  onların  əllərindən müsadirə 
edib beytul-
mal  adıyla  xəlifənin  şəxsi mülkiyyətinə  çevrilməsinə  və  bununla da 
yığılan  var-dövləti  öz  şəxsi istəklərinə  xərcləməyə  bais oldular. Müsəlmanların 
beytül-
malı hesabına xəlifə və onun məmurları uca qəsrlər tikdirdi, saray müğənniləri 
v
ə  cariyələr  saxladılar.  Bu  hərəkətləri ilə  onlar müsəlmanları  yoxsul  və  dilənçi 
v
əziyyətə salır, İslamın iqtisadi qanunlarına böyük sarsıntılar gətirirdilər. Tarix özü 
buna  şahiddir  ki,  xəlifə  Harun  ər-Rəşid  Mosul  bölgəsindən gələn gəlirləri bəzi 
cariy
ələrinə paylamış, ona mədhiyyə yazan yaltaq saray şairlərinə həddən artıq bahalı 
h
ədiyyələr bağışlamışdı. Hətta bir gün Əbul-Ətahiyə xəlifə Harunun yanına girərək 
ona  üç  misralıq  beyt  demiş  xəlifə  də  bunun müqabilində  ona iyirmi min dirhəm 
vermiş,  Fəzl bin Rəbi də  ona dörd min dirhəm  əlavə  etmişdi
1
.  Harunun  qardaşı 
İbrahim  bin  Mehdi  müğənni üçün bir milyon dirhəm  vermişdi
2
. O, yetm
iş  min 
dirh
əmə  bir cariyə  almış,  sonar  da  ona  on  iki  min  dirhəmə  bir cəvahir  alıb 
bağışlamışdı
3

Bu 
ənənə Harundan sonar onun xəlifə olan oğlanları arasında da davam etmişdir. 
Bel
ə  ki,  onun  oğlu  Məhəmməd  Əmin (809-813) öz cariyəsi üçün ipəkdən və  qızıl 
sap
lardan hazırlanmış  yataq dəsti hazırlatmışdı
4
. Onun üçün kıçık bir balıq ovlanmış 
ona  qızıldan  iki  halqa  asılmışdı
5
.  Beytül-
malın böyük bir hissəsi onun kef və 
əyləncəsi, qurdurduğu musiqi məclisləri üçün sərf edilirdi
6
.  
X
əlifə  Məmun da (813-833)  beytül-malı  yersiz xərcləməkdə  ittiham olunur. 
Bel
ə ki, o, Fars və Əhvazdan gələn xəracı arvadının valideyninə bağışlamışdı
7

T
əbii ki, belə bir şəraitdə İmam Rza (ə) yeri gəldikcə xilafət sarayında dövlət 
m
əmurlarının  bu  hoqqabazlıqlarını  görür və  onların  xalqın  var-dövlətini necə  talan 
etdikl
ərinin  şahidi  olurdu.  İmam  (ə)  onlarının  qulaqlarının  eşidəcəyi səviyyədə 
beytül-
malın Allahın  mülkü olduğunu, onu yalnız şəxsi işlərə və  əyləncələrə  deyil, 
haqqı olanlara verilə biləcəyi mövzusunda hədislər rəvayət edirdi. Əlbəttə ki, onun bu 
sah
ədə apardığı təbliğatlar əbəs olmayıb müləq böyük bir əhəmiyyət daşıyırdı. 
 
b)
Vətəndaşların mal-dövlətlərinin himayə olunmaması 
  H
ər bir dövlətin əsas borclarından biri vətəndaşların mal-mülklərini qorumaq 
v
ə onların təhlükəsizliyini təmin etmək olmalıdır. Əks halda ölkədə hərc-mərclik baş 
1
 
Əbul Fərəc əl-İsfahani, Kitab əl-Əğani, c. IV, Beyrut, 1995, səh. 67  
2
 H
əmin mənbə, c. X, səh. 99   
3
 H
əmin mənbə, c. XVI, səh. 342, 343    
4
 
Əbul-Həsən Əli bin Hüseyn Məsudi, Murucüz-zəhəb və məadinül-cəvahir, c. III, səh. 392  
5
 H
əmin mənbə, c. III, səh. 394   
6
 
İbn Əsir əl-Cəzəri, əl-Kamil fit-Tarix, c. VI, səh. 294  
7
 
Əbul-Həsən Əli bin Hüseyn Məsudi, Murucüz-zəhəb və məadinül-cəvahir, c. III, səh. 443    
293 
 
                                                      


Yüklə 3,24 Mb.

Dostları ilə paylaş:
1   ...   138   139   140   141   142   143   144   145   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə