Qafqaz müSƏlmanlari idarəSİ baki islam universiteti



Yüklə 3,24 Mb.
Pdf görüntüsü
səhifə141/148
tarix15.07.2018
ölçüsü3,24 Mb.
#55801
1   ...   137   138   139   140   141   142   143   144   ...   148

ci) ild
ə  Əbu Amr Həmzə  əş-Şarinin  185-ci  (m 801) ilədək    baş  qaldırması,  onun 
ardınca Əbul-Xəsibin üsyan etməsi və bunların xilafətin bəzi məntəqələrində ağalıq 
etm
ələri və bunlara qarşı döyüşdə hər iki tərəfdən on minlərlə adamın ölməsi, bütün 
bu deyil
ənlərdən  başqa  həmin ildə  İbrahim  bin  Osman  bin Nəhikin öldürülməsi
Əbdülməlik    bin  Saleh  bin  Əli  Abbasinin  həbsə  atılması  xilafət mərkəzində  daxili 
çaxnaşmanın dərinliyi göstərməkdədir. 
Bu  daxili  çaxnaşmalr  təbi ki, Harunla müsəlman ümməti  arasında  böyük  bir 
uçrumun olduğunu və ümmətin ona qarşı nifrət hissinin olması göstərir. Buna işarə 
ed
ən Xətib Bəğdadi yazırdı: “İnsanlar buna nifrət edirdilər”
1
. Artıq xilafət ərazisində 
ged
ən bu proseslər  Ələvilərin  qiyam  qaldırmasına  səbəb  olmuşdur.  Əbəs deyil ki, 
Şimali Afrikada meydana gəlmiş şiə təmayüllü İdrisilər dövləti (789-926) məhz bu 
dövrd
ə meydana çıxmışdı.  
Harunun  İmam  Rzanın  (ə)  atası  İmam  Musa  Kazimı  (ə) öldürtməsi,  İmam 
Hüseynin (
ə) qəbrinin  dağıdılması  üçün  fərman verməsi onun dəhşətli  bir  canı 
olmasını göstərir. 
 
7.13.
4.İmam Rzanın (ə) Məhəmməd Əminin dövründə (809-813) siyasi vəziyyəti 
Harun 
ər-Rəşid miladın 809-cu ilinin mart ayında öldü. Onun vəsiyyətinə uyğun 
olaraq 
ərəb mənşəli qadınından olan oğlu Əmin xəlifə oldu (809-cu ildə). Beləliklə, 
hicr
ətin 193-cü ilindən 198-ci (809-813) ilinədək İmam Rza (ə) onun müasiri oldu. 
Bu dövrd
ə  İmam  (ə) və  onun tərəfdarları  nisbətən  sakit  bir  dövr  yaşadılar.  Çünki 
x
əlifə Əmin İmama (ə) qarşı heç bir təzyiq, onun tərəfdarlarına qarşı isə heç bir terror 
planı həyata keçirmədi. Ola bilsin ki, xəlifənin İmama (ə) qarşı təzyiq etməməsinin 
s
əbəbi belə bir şəraitin ortalığa çıxmaması olmuşdur. Çünki Əminin xəlifəliyinin ilk 
dövr
ələrindən  başlayaraq  qardaşı  Abdullah  Məmunla  aralarında  ciddi  qarşıdurma 
yaranmışdı.  Bunun  da  nəticəsində  xilafət iki hissəyə  bölünmüşdü. Xəlifə  Əmin 
Bağdadda,  Məmun isə  Xorasanda idarəçilik edirdilər və  hər iki tərəfin  qoşunu, 
t
ərəfdarları, var-dövlətləri və silahları vardı. 
Əmin əqidəcə imansız bir adam idi. Onun haqqında müsəlman müəlliflər belə 
yazırlar:  “Əmin  Qəsrul-xuld  sarayında  mühasirədə  ikən,  əmisi  İbrahim  bin  Mehdi 
onun yanına gələrək, müdafiə planı barədə fikrini öyrənmək istəyir. Lakin görür ki, 
x
əlifə xidmətçiləri ilə  əl-ələ  verib saray hovuzunu Dəclə  çayı ilə  birləşdirən kanalı 
balıqçı  tilovu  ilə  yoxlamaqla məşğuldur.  İbrahimn  sarayın  mühasirəsindən söhbət 
açmaq ist
ərkən Əmin onun sözünü ağzında qoyub qışqırır: “Əmi mənə mane olma! 
Sevimli balığım itib onu axtarıram” (Həmin hovuzda saxladığı balıqlardan birini dürr 
v
ə yaqutla işlənmiş iki qızıl halqa ilə bəzəmişdi)
2
.   
Hicr
ətin 194-cü (810) ilində  Hums  əhli itaətsizlik göstərdilər.  Əminin  qoşunu 
Hums 
əhlinin öndə  gələnlərini məhv  edib  qalanlarını  isə  zindanlara  saldı.  Bundan 
başqa xəlifənin göstərişi ilə həmin ərazilər yandırıldı və iqtisadiyyat məhv edildi
3
.  
El
ə həmin ildə xəlifə Əmin öz öğlu Musa üçün minbərlərdə adına xütbə oxutdu 
v
ə bununla da o, özündən sonar xilafət kürsünə öğlu Musanı oturtmaq istəmişdi
4

1
 X
ətib Bəğdadi, Tarixi-Bəğdad, c. XIV, səh. 12  
2
 
Əbul-Həsən Əli bin Hüseyn Məsudi, Murucüz-zəhəb və məadinül-cəvahir, c. III, səh. 394   
3
 Tarixçil
ər heyəti, Tarixul-İslam, Qum-1423 h/q, c. III, səh. 129  
4
 H
əmin mənbə 
290 
 
                                                      


Hicr
ətin 195-ci ilində  (m  811)  Əmin  Əli  bin  İsanı  Məmunun nəzarəti  altında 
olan xilaf
ət  torpaqlarına  vali  təyin etdi.  Əslində  bununla  o,  Əlini  Məmuna  qarşı 
vuruşacaq qoşuna başçı təyin etmiş oldu. Bunu yaxşı başa düşən Əli bin İsa böyük bir 
ordu toplayaraq M
əmunun üstünə yürüş etdi. Bu dövrün tarixi hadisələrini şərh edən 
T
əbəriyə görə onun qoşununda əlli min əsgər olmuşdu
1
. Qarşı tərəfin ordusuna isə 
Tahir bin Hüseyn adlı məşhur sərkərdə başçılıq edirdi. Zül-yəmineyn ləqəbli Tahir 
el
ə döyüşün ilk anlarından üstünlüyü ələ aldı və Əli bin İsanın başını kəsərək Mərvə-
M
əmunun xidmətinə  gödərdi. Hadisələr  bu  minvalla  inkişaf etdi və  iki  qardaş 
arasında  bir  neçə  dəfə  toqquşma  oldu.  Nəhayət hicri 198-ci ilin məhərrəm  ayında 
(sentyabr 813) Əminin başı kəsilib qardaşı Məmunun hüzuruna gətirildi. Bununla da 
M
əmun özünü bütün Abbasi  torpaqlarının  xəlifəsi elan etdi. Beləcə  on minlərlə 
müs
əlmanın qanı üzərində qurulmuş bir xilafət kürsüsündə əyləşən Məmun təbiidir 
ki, qan içm
ədən bu xilafəti idarə  edə  bilməzdi. Belə  bir  şəraitdə  öz tərəfdarları  ilə 
s
əssizliyə çəkilən İmam Rza (ə) İslamın həqiqi simasını təbliğ etməklə məşğul idi. 
 
7.13.5
.İmam Rzanın (ə) siyasi üslubu 
İmam  Rzanın  (ə) xilafətin belə  bir  qarşıq  halında  qarşısında  iki  yol  qalırdı. 
Onlardan biri elm yolu il
ə təbliğat aparmaq və həqiqətləri bəyan etmək, ikincisi isə 
başına ordu toplayaraq  əsgəri güc vasitəsiylə  hərbi çevriliş etmək. Lakin İmam (ə) 
doğru olaraq birinci yolu seçdi və bu yolun tam doğruluğunu isbat etmiş oldu. Çünki 
əgər o, ikinci yolu, yəni hərbi yolu  seçmiş olsaydı həm özünü, həm də  ətrafındakı 
t
ərəfdarlarını məhv etmiş olacaqdı. İmam (ə) elmi təbliğat yolunu seçməklə insanların 
şüurunda  imamət fəlsəfəsini və  İslami xilafətin mahiyyətini  qurmuş  oldu.  Tez  bir 
zamanda imam v
ə  xəlifənin mahiyyətini dərk  etmiş  insanlar  xilafətin müxtəlif 
yerl
ərində ali hakimiyyətə qarşı üsyanlar qaldırdılar. Belə bir üsyana rəhbərlik edən 
görk
əmli sərkərdələrdən biri də Azərbaycanın qəhraman oğlu Babək Xürrəmdin idi. 
İslama qarşı deyil, yalnız xilafətə qarşı vuruşan Babək və onun tərəfdarları bəlkə də 
İslam adı altında müsəlmanlara hökmdarlıq edən xəlifələrin iç üzünü hamıdan yaxşı 
d
ərk edirdilər. 
Dem
əli  İmam  (ə) müsəlman ümmətinə  təmiz və  saf siyasətin nə  demək 
olduğunu özünəməxsus üslubda bəyan etmiş və qiyamətə qədər bütün hökmdarlara 
zülm v
ə istibdad yolu ilə deyil yalnız İslamın təqdir etdiyi siyasətlə ümmətin idarə 
edil
ə biləcəyini göstərmişdi. Həmçinin, o, bu üslubu ilə zülm, qətl və ya həbs yolu ilə 
heç k
əsin  haqlı  səsinin  boğulmasını  rəva görməmiş  və  heç bir hökmdara belə  bir 
s
əlahiyyətin verilmədiyini bildirmişdi. O, ata-babaları vasitəsiylə Peyğəmbərdən (s): 
“H
ər bir insan  zamanının  imamı,  Allahının  kitabı  və  peyğəmbərinin sünnəsi ilə 
çağrılacağını”
2
 h
ədisini rəvayət etməklə kimin ardınca getməyin mühüm əhəmiyyət 
k
əsb etdiyini təbliğ etmişdi. Buna görə də o, silsilə şəklində ulu babası Peyğəmbərdən 
(s) 
Əhli-beytin  (ə) fəzilətləri  haqqında  dayanmadan  və  yorulmadan rəvayətlər edir, 
onların  üstün  məziyyətlərini  xalqa  çatdırırdı.  Onun  bu  mövzuda  rəvayət etdiyi 
h
ədislərdən aşağıdakıları qeyd etmək olar: 
1
 
Əbu Cəfər Məhəmməd bin Cərir ət-Təbəri, Tarixül-üməm vəl-müluk, hicri 195-ci ilin hadisələri   
2
 
Muşiruddin ibn Şəhr Aşub, Mənaqibu-Ali Əbi Talib, c. III, səh. 80  
291 
 
                                                      


Yüklə 3,24 Mb.

Dostları ilə paylaş:
1   ...   137   138   139   140   141   142   143   144   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə