Müaviy
ə hakimiyyəti ələ keçirdikdən sonra (661) Abdullah bin Amiri yenidən
B
əsrə və Xorasan valisi təyin edir və 663-cü ildə Əbdürrəhman bin
Səmurə ilə Qeys
bin Heys
əm əs-Sulləmi Xorasan vilayətində sakitçilik yaratmaq üçün ora göndərir.
Onlar B
əlx və Kabili işğal edirlər. Müaviyə 665-ci ildə Ziyad bin Əbihini yenidən
B
əsrə valisi təyin edir və bundan sonra müsəlmanlar həmin ərazilərdə öz
hakimiyy
ətlərini daha da qüvvətləndirmiş olurlar.
Xorasanlılar 692- ci ildə Abdullah bin Hazimin rəhbərliyi altında xilafətə qarşı
üsyana qa
lxdılar. Xəlifə Əbdülməlik bin Mərvən (685-705) onların üstünə Bukeyr
bin V
əssacı göndədi. Bu üsyan Bukeyr bin Vəssacın komandanlığı altında
amansızcasına yatırıldı. Onlar Tus qalasını tutdular. Əməvilərin zülm və sitəminə
döz
ə bilməyən xorasanlılar dəfələrlə xilafətə qarşı üsyanlar qaldırmışlar. Əbəs
deyildir ki, Xorasan h
əmişə Əməvi əleyhdarlarının mərkəzi olmuşdur. Mərvdə
m
əskunlaşan Abbasi ailəsi və onların ətrafında olanlar bu üsyanların baş verməsində
mühüm rol oynamışlar. 729-cu ildə Xorasana gələn Süleyman bin Kəsir əl-Xuzai və
t
ərəfdarları məhz burada camaatı Bəni Haşimə beyət etməyə çağırmışdı. Bundan
qorxuya düşən Xorasan valisi Nəsr bin Səyyar mərkəzi Bəlxdən Mərvə köçürmüşdür.
Xorasanda baş verən ixtilaflardan məharətlə baş çıxaran Əbu Müslüm Xorasani
buradakı üsyanlara rəhbərliyi öz öhdəsinə aldı və 746-cı ildə Mərvdə yerləşdi. O,
n
əhayət 748-ci ildə tamamilə Xorasana hakim oldu
1
.
Abbasil
ərin Xorasanda nəşət tapması və burada uğur qazanmaları bu bölgə
haqqında çoxlu sayda hədislərin uydurulmasına səbəb oldu. Öz hakimiyyətlərinə dini
don geyindirm
ək üçün onlar hədis dəllallarını ortalığa atıb öz adlarına hədislər
uydurdular. H
əmin hədislərdən aşağıdakıları qeyd etmək olar.
“Xorasan igid yatağıdır. Allah bir qövmə qəzəb etsə, onların üzərinə
xoras
anlıları göndərər”
“Cahiliyy
ə və İslam dönəmində Xorasandan heç bir ordu çıxmamışdır ki, qələbə
çalmadan geri qayıtmış olsun”
“Xorasan t
ərəfdən qarabayraqlılar göründüyü zaman onları qarşılamağa gedin,
çünki Mehdi onların içindədir”
2
Əllamə Məclisi adı çəkilən əsərində imamdan belə bir hədis rəvayət edir: “Qara
bayraqlılar Xorasandan çıxacaq və Bəni-üməyyəni məğlub edəcəklər”
3
.
Bir çox
tarixi m
ənbələrə görə Xorasanda baş vermiş bütün üsyanların əsas
s
əbəbi xorasanlıların müsəlman olduqları halda onlardan ildə iki dəfə cizyə vergisinin
alınması olmuşdur
4
.
Xorasanlılar abbasilərin hakimiyyətə gəlməsində mühüm rol oynadıqlarına görə
ilk Abbasi x
əlifələr tərəfindən ali hakimiyyətdə yer almış, mühüm ordu xidmətlərində
yüks
ək vəzifələr tutmuşlar. Bərməkilər bu diyardan köçərək abbasilərin yanında
v
əzifə tutmuşlar. Məmun qardaşı Əminə bu diyarın əhalisinin köməkliyi
ilə qalib
g
əlməsi (813) də xorasanlıların sayəsində gerçəkləşmişdir.
1
Əbu Cəfər
Məhəmməd bin Cərir ət-Təbəri, Tarixi-Təbəri, c. VII, səh. 377,379
2
Yaqut
əl-Həməvi, Möcəmül-büldan, c. II, səh. 351, 353; Yaşar Kandemir, Movzu Hadisler, İstanbul, 1997, səh. 37, 38
3
Əllamə Məclisi, Biharül-ənvar, c. 33, səh. 264
4
Əhməd bin Yəhya bin Cabir əl-Bəlazuri, Futuhul-Buldan, səh. 622, 625; Əbu Cəfər Məhəmməd bin Cərir ət-Təbəri,
Tarixi-T
əbəri, c. VII, səh. 559; Məqdisi, Əhsənut-Təqasim, səh. 295
266
M
əmunun xilafəti ələ keçirməsində ona yaxından yardımçı olmuş Tahir bin
Hüseyn 822-ci ild
ə Xorasan valisi olduğu halda mərkəzi xilafətə tabe olmaqdan
boyun qaçırdı. Tahirilər sülaləsi
adlanan Tahir bin Hüseynin ardıcılları yarım əsr
burada hakimiyy
ətdə oldular
(821-873)
. Bundan sonra Tahiril
əri məğlub edib onların
yerin
ə gələn Səffarilər
(867-908)
873-cü ild
ən 900-cü ilədək,
yəni Samanilərin
(875-
999)
onları süquta uğratmalarınadək burada hakimiyyət sürdülər.
Xorasan X
əsrin sonlarında Qəznəlilərin
(977-1186)
hakimiyy
əti altına keçdi və
1036-
cı ildə Səlcuqilərin buranı tutmasına qədər onların əlində qaldı
1
. 1040-
cı ildə
bütünlükl
ə Səlcuqilərin hakimiyyəti altına keçən Xorasan təxminən 100 il onların
hakimiyy
əti altında qaldı. Bundan sonra Xorasan Xarazmşahların əlinə düşdü. 1220-
ci ild
ə müsəlman dünyasına hücum edən monqollar Çingiz xanın rəhbərliyi altında
Xorasanı məhv etdilər
2
.
XVI
əsrin əvvəllərində Özbək xanı Şeybani xanın əlində olan Xorasan 1510-cu
ild
ə Şah İsmail Səfəvi tərəfindən tutuldu və bundan sonra 1736-cı ilədək səfəvilərin
əlində oldu. Səfəvilərin süqutundan sonra Xorasanın bir hissəsi (Herat və Bəlx)
Əfqanıstanın, bir hissəsi isə İranın tərkibinə keçdi
3
.
1739-cu ild
ə Nadir Şah Xorasanı tutdu. Onun ölümündən sonra(1747) Xorasan
Əfqanlı Əhməd Şah Əbdəlinin əlinə keçdi (1750). Ancaq Qacarlar 1779-cu ildə
hakimiyy
əti ələ keçirən kimi Xorasana sahib oldular. Bundan sonra İran-Əfqan
müharib
ələri İranın Əfqanıstana tərəf genişlənməsini sürətləndirdi. Bu isə İngiltərə
dövl
ətinin siyasətinə uyğun olmadığından İngiltərə bu münaqişəyə qoşuldu. İngiltərə
dövl
ətinin təşkil etdiyi İngiltərə-İran-Əfqanıstan komissiyası sayəsində 1872-ci ildə
İranla Əfqanıstan arasında sərhədlər müəyyən olundu. Bundan sonra İrana soxulan
rus ordusu 1885-ci ild
ə Mərvi işğal edib oranı taladı.
7.3.
Xorasanın İslam elmlərinin inkişafında rolu
Xorasan şəhəri İslam elmlərinin inkişafında mühüm mərkəzlərdən biri
olmuşdur. Burada müxtəlif məzhəblərin təbliğ edilməsi, hər
məzhəbdən olan
aliml
ərin buraya toplanması müxtəlif İslam elmlərinin inkişaf etməsinə zəmin
yaratmışdır. Əbəs deyildir ki, Quran elmləri, hədis elmləri, fiqh
və qrammatika
elml
əri sahəsində öndər olan alimlərin böyük bir hissəsi məhz Xorasanda yetişmiş,
oranın alim və fəqihləri ümumi İslam mədəniyyətinin inkişafına böyük töhfələr
vermişlər. İmam Rzanın (ə) Xorasana vali təyin edilməsi bu və digər elmlərin sürətlə
inkişaf etməsinə daha da güclü təkan vermişdir. İmamın (ə) müxtəlif dərs həlqələri
t
əşkil etməsi hədis və fiqh elmlərinin bu bölgədə daha da dərinləşməsinə səbəb
olmuşdur.
Xorasanda Quran elml
ərinin inkişafında tabiilərdən Mərv qazisi Yəhya bin
Y
əmər əl-Ədvaninin rolu danılmazdır. O, burada Quran dərsini qoyan ilk şəxsdir
4
.
Bundan başqa Haricə bin Müsəb əd-Dubai əs-Sərəxsi, Dəhhak bin Muzahim, Cubeyr
bin S
əid əl-Əzdi əl-Bəlxi, Ubeyd
bin Süleyman əl-Mərvəzi, Nəhşəl bin Səid ən-
1
İslam Ensiklopediyası, c. XVIII, İstanbul, 1998, səh. 237
2
İbn Əsir əl-Cəzəri, əl-Kamil fit-Tarix, c. XII, səh. 390, 393
3
Az
ərbaycan Sovet Ensiklopediyası, c. X, Bakı, 1987, səh. 99
4
Ba
x: İslam Ensiklopediyası, c. XVIII, İstanbul, 1998, səh. 238
267