Nisaburi, H
əsən bin Yəhya əl-Mərvəzi və digərləri qiraət və təfsir elmlərinin
Xorasanda yayılıb genişləndirilməsində müstəsna xidmətlər göstərmişlər.
H
ədis elmlərinin bu bölgədəki inkişafına gəldikdə isə demək olar ki, Xorasan bu
elmin beşiyi olan bölgələrdəndir. Çünki Xorasan fəth
olunduqdan sonra bir çox
s
əhabələr, o cümlədən Bureydə bin Huseyb, Əbu Bərzə əl-Əsləmi, Həkəm bin Əmr
əl-Qəffari, Əbdürrəhman bin Səmurə, Kusəm bin Abbas əl-Haşimi və digərləri ora
yerl
əşmiş və Peyğəmbərdən (s) hədis nəql etmişlər. Bununla da xorasanlılar hədisi ilk
qaynağından almaq fürsətini əldə etmiş oldular. Artıq VIII əsrin ikinci yarısından
etibar
ən Xorasan məşhur muhəddislərin elm ocağına çevrildi. Burada görkəmli
h
ədisçilər, o cümlədən İbrahim bin Tahman, İshaq bin Rahuyə, Məhəmməd bin
Y
əhya əz-Zuhli, Müslüm bin Həccac əl-Quşeyri, Hakim ən-Nisaburi, İbn əs-Sindi,
Abdullah
bin Bureyd
ə, Abdullah bin Mubarək, Əli bin Hücr, Məhəmməd bin İsa ət-
Tirmizi v
ə başqaları fəaliyyət göstərmiş və hədis elminə aid dəyərli əsərlər yazmışlar.
Ərəb dili və ədəbiyyatı elmləri də Xorasan şəhərində çox yüksək səviyyədə
inkişaf etmişdir. Əbəs deyildir ki, bu elmlər sahəsinə aid yazılmış bir çox mühüm
əsərlər burada yazılmışdı. Ərəb dili və ədəbiyyatı sahəsində öz dövrlərində qabaqcıl
aliml
ərdən olmuş bəzi şəxslər məhz Xorasanda yetişmişlər. Onlardan “Ğaribul-
mus
ənnəf”, “Ğaribul-Quran” və “Ğaribul-hədis” əsərlərinin müəllifi Əbu Ubeyd
Qasim bin Sallam
əl-Hərəvi (öl. 838), “Təhzibul-luğa” əsərinin müəllifi Əbu Mənsur
M
əhəmməd bin Əhməd əl-Əzhəri, “əl-Muhit” adlı sözlüyün müəllifi
Sahib bin Abbad
ət-Təleqani, “əl-Vəsata beynəl-Mutənəbbi və xusumihi” adlı əsərin müəllifi Əbul
H
əsən əl-Curcani, “Ğaribeyn” əsərinin müəllifi Əbu Ubeyd Əhməd bin Məhəmməd
əl-Hərəvi, “Şərhu həmasəti Əbi Təmmam”, “Şərhu divanil-Mutənəbbi” əsərlərinin
mü
əllifi Əbul-Muzəffər Məhəmməd əl-Hərəvi və başqalarını qeyd etmək olar
1
.
Xorasan şəhəri Peyğəmbərin (s) dövründə fəth edilməməsinə baxmayaraq o
H
əzrətin dilində zikr olunan məşhur şəhərlərdəndir. Doğrudur , Xorasanla əlaqədar
Peyğəmbərin (s) adına çoxlu sayda hədislər uydurulmuşdur. Bu hədislər
demək olar
ki, Abbasi x
əlifələri dövründə uydurulmuşdur. Lakin bununla yanaşı Xorasanın adı
keç
ən çoxlu sayda doğru-düzgün hədislər də vardır. Bu hədislərin bir hissəsində
Xorasanın adı birbaşa qeyd edilmiş, bəzilərində isə onun adı Şəq və ya Məşriq kimi
ç
əkilmişdir. Həmçinin, nəql olunmuş hədislərin bir hissəsində Xorasan küfr diyarı və
D
əccalın zühur edəcəyi yer kimi qeyd edilmişdir. Bunun da səbəbi ola bilsin ki, bu
diyarın Peyğəmbərin (s) dövründə həmin yerin İslamlaşmamış olmasına görədir. Bu
növd
ən olan hədislər mötəbər hədis ədəbiyyatlarında özünə yer almışdır. Həmin
h
ədislərdən aşağıdakıları qeyd etmək olar.
Cabir bin Abdullah
əl-Ənsari Peyğəmbərdən (s) rəvayət edir: “Sərtqəlblilik və
c
əfakeşlik Şərqdə, iman isə Hicazdadır”
2
Əbu Bəkr bin Əbi Quhafə rəvayət edir: “Dəccal Şərqdən, Xorasan adlanan
yerd
ən çıxacaqdır. Ona üzləri çəkiclə döyülmüş qalxan
kimi olan bir qövm tabe
olacaqdır”
3
1
Bax: h
əmin mənbə, səh. 240
2
S
əhihi-Müslüm, ikinci nəşri, ər-Riyad, 1421/2000, səh. 44, hədis № 193
3
Sün
ənit-Tirmizi, birinci nəşri, Dəməşq, 1424/2004, səh. 627, hədis № 2237. Tirmizi bu hədisin səhih olduğunu öz
əsərində qeyd etmişdir.
268
Bureyd
ənin nəqlinə görə Peyğəmbər (s) onlara Xorasan şəhərinə gedən orduya
qoşulmağı, Mərv şəhərində məskunlaşmağı buyurmuşdur. Çünki buranı Zülqərneyn
salmış, buranın bərəkətli və əhalisi ziyan görməyən bir bölgə olduğunu demişdir
1
.
Ənəs bin Malik Peyğəmbərdən (s) rəvayət edir: “Ceyhun çayının arxasında
Xorasan şəhəri vardır. Ona Səmərəqənd də deyirlər. Oranın qorunan çoxlu qapıları
vardır. Bu qapıların hər birində beş min mələk vardır ki, onlar Allahı təsbih edib ona
h
əmd edərlər. O mələklər
deyərlər ey Daim, ey Səməd olan Allah bu şəhəri hifz et. O
şəhərin arxasında cənnət bağçalarından bir bağça vardır”
2
. Bu h
ədisi öz əsərində qeyd
ed
ən görkəmli alim Əllamə Hairi yazırdı: “Əgər bu hədisin doğru olduğunu fərz etsək
bu İmam Rzanın (ə) məşhədinə aid olacaqdır.”
Xorasan haqqında Peyğəmbərdən (s) nəql olunmuş hədislərin böyük hissəsi
onun
Əhli-beytindən (ə) olan VIII İmamın (ə) orada dəfn olunacağına və onu
ziyarət
etm
əyin səvabına aiddir. Bu haqqda Məsum imamlardan da şoxlu sayda hədislər nəql
olunmuşdur. Alimlərimiz bu hədislərin əksəriyyətinin səhih olduğunu subut etmiş və
onlara şəksiz inanmağı tövsiyyə etmişlər. Həmin hədisləri xüsusi başlıq altında
toplamaq daha m
əqsədəuyğun hesab olunduğundan onları aşağıdakı başlıq altında
yerl
əşdirdik.
7.4.
Xorasanı (İmam Rzanı (ə) ziyarət etməyin səvabı
Peyğəmbər (s) buyurur: “Bədənimin bir hissəsi Xorasanda dəfn ediləcəkdir. Onu
ziyar
ət edən elə bir mömin yoxdur ki, Allah ona Cənnəti vacib etməsin. Allah onu
ziyar
ət edən şəxsin bədəninə Cəhənnəmi haram edər”
3
İmam Rza (ə) buyurur: “Xorasanda bir ərazi vardır. Bir vaxt gələcək ki,
m
ələklər oraya dəstə-dəstə gedib-gələrlər. Onlardan Sur üfrülənədək bir dəstə enər,
dig
ər dəstə isə qalxarlar.” İmama (ə) deyildi: ey Allah Rəsulunun (s) oğlu o ərazi
hansı yerdir? İmam (ə) buyurdu: O Tusdur. And olsun Allaha! Ora Cənnət
bağlarından bir bağdır. Hər kəs həmin yerdə məni
ziyarət etsə, Peyğəmbəri (s) ziyarət
etmiş kimidir. Allah həmin şəxsə min qəbul olunmuş həccin və min qəbul olunmuş
ümr
ənin səvabını yazar. Mən və ata-babam Qiyamət günü ona şəfaətçi olarıq”
4
İmam (ə) Həmçinin, buyurmuşdur: “Bizdən elə bir şəxs yoxdur ki, öldürülüb
şəhid edilməsin.” İmama (ə) deyildi: Səni kim öldürəcək? Həzrət buyurdu: “Məni
dövrümün
ən şər adamı öldürəcək.O,
məni zəhərlə öldürəcək, sonra məni evdə, qərib
bir yerd
ə basdıracaqlar. Xəbərdar olun! Hər kim məni bu qərib yerdə ziyarət etsə,
Allah ona yüz min şəhidin, yüz min siddiqin, yüz min həccin, yüz min ümrənin və
yüz min mücahidin s
əvabını yazar. O, bizim zümrədə dirildilər və bizim dostlarımıla
birlikd
ə Cənnətin ən uca yerində olar”
5
.
“T
ərəfdarlarımə xəbər verin ki, məni ziyarət etsinlər. Hər kim məni tanıyaraq və
m
ənim haqqımı bilərək ziyarət etsə, Allah ona min-min həccin səvabını yazar”
6
.
1
Əhməd bin Hənbəl, Müsnədi-Əhməd, c. V, səh. 357
2
Yaqut
əl-Həməvi, Möcəmül-büldan, c. III, səh. 407, c. V, səh. 125; Əllamə Hairi, Dairətül-məarif, c. IX, səh. 72
3
M
əhəmməd bin
Babaveyh əl-Qumi, əl-Məcalis, səh. 38
4
Mirz
ə Hüseyn Nuri Təbərisi, Müstədrəkül-vəsail, müəssisətu Ali-Beyt, Beyrut, 1408/1987, c. X, səh. 361, hədis №
12184;
Əllamə Hairi Ələmi, Dairətül-məarif, c. X, səh. 76
5
M
əhəmməd bin Babaveyh əl-Qumi, əl-Məcalis, səh. 39
6
Əllamə Hairi Ələmi, Dairətül-məarif, c. X, səh. 77
269