Bir kişi gəlib İmam Rzaya (ə) dedi: Ey Allah Rəsulunun (s) oğlu! Yuxumda
gördüm ki, Peyğəmbər (s) mənə deyirdi: mənim bədənimin
bir hissəsi sizin torpaqda
d
əfn edildikdə necə olacaqsınız? Mənim qəbrimi qoruyun. İmam buyurdu: “Sizin
torpağınızda dəfn olunan mənəm. Peyğəmbərnizin (s) bədəninin bir hissəsi mənəm.
Bilin! H
ər kim məni Allahın vacib etdiyi haqqımı və itaətimi bilərək ziyarət etsə,
Qiyam
ət günü mən və ata-babam ona şəfaətçi olarıq və onun üzərində ins və cinin
günahları olsa belə, o şəxs nicat tapar”
1
.
M
əxul Sicistani rəvayət edir: “İmam Rzaya (ə) Xorasandan
məktub gələndə mən
M
ədinə şəhərində idim. O, Peyğəmbərin (s) məscidinə girib orada dua edib ucadan
ağladı. Mən ona yaxınlaşıb salam verdim. O, dedi: məni ziyarət edin, mən babamın
yanından gedirəm, qərib bir yerdə vəfat edəcəm və Harunun yanında dəfn
edil
əcəyəm. Mən onun ardınca Tusa getdim. O, vəfat etmiş və Harunun yanında dəfn
edilmişdir”
2
.
İmam Cavad (ə) buyurur: “Atamın haqqını tanıyaraq Tus vilayətini
ziyarət edən
şəxs üçün Allah yanında cənnətə getməsinə zaminəm”
3
İmam Kazım (ə) buyurur: “Hər kəs oğlum Rzanı (ə) ziyarət edərsə, Allah ona 70
min h
əccin səvabını verər”
4
İmam Rza (ə) buyurur: “Hər kəs məni qürbətdə ikən uzaqdan ziyarət edərsə,
qiyam
ət günü üç yerdə gəlib onun nigarançılığını qaldıraram: əməl dəftəri sağ və ya
soldan veril
əndə, siratdan keçəndə və əməl tərəzisində əməllər çəkiləndə”
5
İmam Əli (ə) buyurur: “Tezliklə mənim övladlarımdan biri zəhərlə şəhid
edil
əcəkdir. Onun adı mənim adım, atasının adı isə İmran oğlu Musanın (ə)
adındandır. Agah olun hər
kəs onu qürbətdə ziyarət etsə, keçmiş və gələcək günahları
ulduzlar, yağışın dənələri və ağacların yarpaqları qədər olsa belə Allah
bağışlayacaqdır”
6
İmam Cavad (ə) buyurur: “Hər kəs atamı ziyarət etsə, onun üçün cənnət vardır”
7
vardır”
7
H
ədisi-şəriflərdə Xorasan şəhərinin adı daha çox zühurla əlaqəli hədislərdə
keçm
əkdədir. Bu qrupdan olan hədislərdə qarabayraqlıların məhz Xorasandan
çıxması haqqında məlumatlar vardır. Həmin hədislərdən aşağıdakıları qeyd etmək
olar.
Tirmizi Peyğəmbərdən (ə) rəvayət edir: “Xorasandan qara bayraqlılar
çıxacaqdır, heç bir şey onları qaytarmağa qadir olmayacaqdır. Nəhayət bayrağı İlyada
yell
ədəcəklər”
8
.
1
H
əmin mənbə
2
Əllamə Məclisi, Biharül-ənvar, Beyrut, Müəssisətul-vəfa, ikinci nəşri, 1403/1983, c. 49, səh. 117
3
Şeyx Səduq, Uyuni-Əxbarir-Rza (ə).
4
Höcc
ətül-islam vəl-Müslümin Hacı Əbdürrəhman Yusifpur, Məşhəd və Kərbəla ziyarəti, Bakı, 1997, səh. 16
5
Mir C
əfər Eyyubzadə, Ziyarətnamələr, Bakı, Qələm nəşriyyatı, 2005, səh. 61. Xatırladaq ki, bu hədisi Şeyx Səduq
“Uyuni-
Əxbarir-Rza” əsərində rəvayət etmişdir
6
Mir C
əfər Eyyubzadə, Ziyarətnamələr, səh. 60. Xatırladaq ki, bu hədisi Şeyx Səduq “Uyuni-Əxbarir-Rza” əsərində
r
əvayət etmişdir
7
C
əfər bin
Məhəmməd bin Quləveyh, Kamilüz-ziyarət, Qum, Nəşrul-fəqahə, 1424 h, səh. 505, hədis № 1
8
S
əhihi-Tirmizi, c. III, səh. 362. Bu hədisin sənədi haqqında Tirmizi “qərib həsən” demişdir. Bu hədis İbn Kəsirin “ən-
Nihay
ə”, Əhməd bin Hənbəlin “Müsnəd” və Beyhəqinin “Dəlailün-nübüvvət” kitablarında da rəvayət olunmuşdur. Bu
h
ədis bir az fərqli formada şiə alimi İbn Tavusun “əl-Məlahim vəl-Fitən” əsərində də qeyd olunmuşdur, səh. 43-58.
270
İmam Əli (ə) buyurur: “Qara bayraqlılar Xorasandan Kufəyə gələcəklər. Mehdi
(
ə) zühur etdikdə isə beyət orada olacaqdır”
1
.
“Süfyaninin
2
suvaril
əi Xorasan əhlini axtarmağa gələr
və Kufədə Ali-
M
əhəmməd tərəfdarlarını öldürərlər. Sonra Xorasan əhli həzrət Mehdini (ə) axtarmaq
üçün çöl
ə çıxar.”
İmam (ə) digər bir hədisində buyurur: “Süfyaninin süvariləri Xorasan əhlini
axtarmağa gələr və Kufədə Ali-Məhəmməd (s) tərəfdarlarını öldürərlər. Sonra
Xorasan
əhli həzrət Mehdini (ə) axtarmaq üçün çölə çıxar.”
3
İmam Baqir (ə) buyurur: “Süfyani sayı yetmiş min nəfərə çatan bir qoşunu
Kuf
əyə göndərəcək, oranın əhalisini qətlə yetirmək, dara asmaq və əsir tutmaqla
müsib
ətə düçar edəcəkdir. Bu halda Xorasan tərəfdən qara bayraqlılar gələcək, evləri
biri dig
ərindən sonra sürətlə geridə qoyacaqlar”
4
.
Əmirəlmömininin! Onlar hansılardır? Həzrət buyurdu: ... qarabayraqlıların
Xorasandan çıxması”
5
7.5.
İmam Rzanın (ə) məqbərəsi (Asitane-Qüds)
İmam Rzanın (ə) məqbərəsi yerləşən yer Xorasanın Məşhəd şəhəridir. Bu yer ilk
önc
ə Tus vilayətinin Nukan (və ya Noğan) qəzasına aid olan Sənabad kəndi
olmuşdur. Tus şəhərinin qədim qaynaqlardakı adı Təbəran olmuşdur. O Kəşfurud
çayının sahilində yerləşir. Nukan hicri IX əsrin sonlarınadək Tusun ən mühüm
m
əntəqələrindən olmuşdur. Bura səfər edən məşhur Abbasi xəlifəsi Harun ər-Rəşid
809-cu ild
ə burada ölmüş və burada da dəfn edilmişdir. Onun dəfnindən sonra oğlu
Xorasan valisi M
əmun atasının qəbrinin üstündə bir türbə tikdirdi. Məmun Mərv
şəhərini özünə iqamətgah etdikdən sonra Bağdada qardaşı Əminin üstünə yürüş edib
onu öldürdü (813) v
ə bütün xilafəti öz əlində cəmləşdirdi. O, bir çox siyasi
m
əqsədlərini həyata keçirmək üçün İmam Rzanı (ə) özünə vəliəhd təyin edib onu
Xorasana vali t
əyin etdi. İmamı (ə) Mərvə gətirən Məmun öz qızı Ümmü Həbibi ona
ərə verdi (816). Bundan iki il sonra Bağdaddan Mərvə, oradan da İmam Rza (ə) ilə
birlikd
ə atasının ziyarətinə gələn Məmun Sənabadda İmamı (ə) zəhərlətdi. İmam (ə)
h
əmin yerdə Harun ər-Rəşidin qəbrinin baş tərəfində qərb istiqamətində torpağa
tapşırıldı. Bundan sonra həmin yer “Məşhəd” adlandı. İmamın (ə) burada dəfn
edilm
əsi müsəlmanların, xüsusilə də tərəfdarların ora köçmələrinə və orada
m
əskunlaşmalarına səbəb oldu. Buna görə də şəhər yavaş-yavaş genişlənməyə
başladı. Onun daha da genişləndirilib böyük şəhərə çevrilməsi
məşhur səfəvi
hökmdarı I Şah Təhmasibin (1524-1576) dövrünə təsadüf edir. O, Tus şəhərinin də
əhalisini Məşhəd şəhərində məskunlaşdırdı və bununla da şəhərin mərkəzi
şəhərlərdən birinə çevrilməsinə bais oldu.
1
Şeyx Tusi, əl-Ğeybə, səh. 274; Seyid Məhəmməd əs-Sədr, Məta yəzhərul-Mehdi (ə), səh. 32. Bu rəvayəti “Qara
bayraqlılar Xorasandan çıxarlar, onların qarşısın kimsə ala bilməz və onlar bayraqlarını İlyaya-Qüdsə-sancarlar”
şəklində Tirmizi də rəvayət etmiş və sənədi qərib həsəndir demişdir, Sünəni-Tirmizi, c. III, səh. 362
2
Süfyani İmam Mehdinin ə hərakatı zamanı peyda olan və İmamla (ə) əks cəbhədə dayanıb onunla düşmənçilik edən
şəxsdir. Onun Süfyani adlanmasının səbəbi isə Əbu Süfyanın övladlarından olmasıdır. Süfyani haqqında bax: Əli
Kurani, Zuhur Əsri, səh. 82-dən sonra. Həmçinin, Hakim Nişapuri, əl-Müstədrək ələs-Səhiheyn, c. IV, səh. 482
3
Əli Kurani, Zühur əsri, səh. 87
4
Əllamə Məclisi, Biharül-ənvar, c. 52, səh. 238
5
Şeyx Müfid ən-Nimani, əl-Ğeybə, səh. 133, əl-İrşad, səh. 336
271