Qafqaz müSƏlmanlari idarəSİ baki islam universiteti



Yüklə 3,24 Mb.
Pdf görüntüsü
səhifə122/148
tarix15.07.2018
ölçüsü3,24 Mb.
#55801
1   ...   118   119   120   121   122   123   124   125   ...   148

M
əsmə deyr: İmam (ə) sonra göz yaşları tökdü və mənim də gözlərim yaşardı və 
dedi: ey M
əsmə!  Şükr  olsun  Allaha  ki,  yaratdıqları  içərisində  bizi üstün etdi və 
xüsusil
ə  də  biz  Əhli-beytə  (ə) rəhmət etdi. Ey Məsmə! Həqiqətən yer və  göy 
Əmirəlmömininin (ə) qətl ediləndən bəri ağlamaqdadır və bu bizim üçün rəhmətdir. 
M
ələklər bizim üçün ağlayırlar, biz qətlə yetriləndə onların göz yaşları axır. Hətta biz 
Allahın  görüşünə  getdikdə  onların  göz  yaşları  axmağa  başlayır.  Əgər  onların 
tökdükl
əri göz yaşlarından bir damcı Cəhənnəmə düşsə, Cəhənnəmin odu sönər, hətta 
orada od bel
ə qalmaz. Bizim üçün qəlbi ağrıyan kimsə ölən zaman bizimlə görüşər
q
əlbi sevinər və bizimlə birlikdə Kovsər hovuzunun  kənarında olar...”
1
    
Abdullah bin Bukeyr r
əvayət edir: “ İmam Sadiqlə (ə) birlikdə həccə getmişdik. 
M
ən ona dedim: ey Allah Rəsulunun (s) oğlu! Hüseynin (ə) qəbri açılsa, orada  bir 
şey tapmaq olarmı? İmam (ə) buyurdu: ey İbn Bukeyr! Həqiqətən Hüseyn (ə) atası, 
anası və qardaşı ilə birlikdə Peyğəmbərin (s) mənzilindədir və onlarla birlikdə ruzi 
yeyirl
ər və  geyinirlər. O, Rəbbinin  ərşindən  yapışıb  deyir:  ey  Rəbbim mənə  vədə 
verdiyini ver! Hüseyn (
ə) onun ziyarətinə  gələnləri  görür,  onların,  atalarının  və 
b
ətnlərində olan evladlarının adlarını bilir və deyir: ey ağlayan şəxs! Əgər bilsəydin 
ki, Allah s
ənin üçün nələri hazırlayıb hüznlü olduğun şeylər də sənin üçün sevincə 
çevril
ərdi. Hüseyn (ə) Allahdan ziyarətə  gələnin hər  bir  günahının  və  xətasının  
bağışlanmasını istəyər”
2

İmam Sadiq (ə) buyurur: “Hər kəsin yanında xatırlansaq və o da bizə görə göz 
yaşı töksə, onun dənizin köpüyü  qədər günahı olsa belə bağışlanacaqdır”
3
.   
Dig
ər bir hədisdə buyurur: “Hər kəsin yanında xatırlansaq və o da bizə görə göz 
yaşı töksə, Allah onun üzünü Cəhənnəmə haram edər”
4
.  
İmam (ə) digər bir hədisində buyurur: “...Hər kəs Hüseynin (ə) haqqında bir şeir 
des
ə, ağlayıb-ağlatsa, onun üçün Cənnət vardır. Hər kəs Hüseynin (ə) haqqında bir 
şeir desə, ağlayıb beş nəfəri ağlatsa, onun üçün Cənnət vardır. Hər kəs Hüseynin (ə) 
haqqında bir şeir desə, ağlayıb bir nəfəri ağlatsa, onların ikisi üçün Cənnət vardır. Hər 
h
əsin yanında Hüseynin (ə) adı zikr edilsə və buna görə onun gözlərindən yaş axsa, 
onun s
əvabını Allah yalnız Cənnətlə verər”
5

Abdullah bin Ğalib deyir: “Mən İmam Sadiqin (ə) yanına daxil oldum və ona 
Hüseyn (
ə)  haqqında  mərsiyyə  formalı  şeir  dedim..  O,  şeirin  ardınca  hönkürüb 
ağladı”
6

İmam Sadiq (ə) buyurur: “Hər bir əməlin səvabının miqdarı vardır, yalnız bizə 
tökül
ən göz yaşlarının səvabının miqdarından başqa”
7

1
 
İbn Quləveyh, Kamilüz-ziyarət, səh. 203, hədis № 291; Əllamə Məclisi, Biharül-ənvar, c. 44, səh. 289-291    
2
 
İbn Quləveyh, Kamilüz-ziyarət, səh. 206, hədis № 292; Əllamə Məclisi, Biharül-ənvar, c. 27, səh. 200, c. 44, səh. 292; 
Əllamə Nuri, Müstədrəkül-vəsail, c. X, səh. 230   
3
 
İbn Quləveyh, Kamilüz-ziyarət, səh. 207, hədis № 293; Əllamə Məclisi, Biharül-ənvar, c. 44, səh. 284; Əllamə Nuri, 
Müst
ədrəkül-vəsail, c. X, səh. 312    
4
 
İbn Quləveyh, Kamilüz-ziyarət, səh. 207, hədis № 296; Əllamə Məclisi, Biharül-ənvar, c. 44, səh. 285    
5
 
İbn Quləveyh, Kamilüz-ziyarət, səh. 208, hədis № 297; Əllamə Məclisi, Biharül-ənvar, c. 44, səh. 288; Hürr Amili, 
V
əsailüş-şiə, c. XIV, səh. 595, Şeyx Səduq, Səvabul-Əmal, səh. 109      
6
 
İbn Quləveyh, Kamilüz-ziyarət, səh. 210, hədis № 299; Əllamə Məclisi, Biharül-ənvar, c. 44, səh. 286; Əllamə Nuri, 
Müst
ədrəkül-vəsail, c. X, səh. 385    
7
 
İbn Quləveyh, Kamilüz-ziyarət, səh. 211, hədis № 302; Əllamə Məclisi, Biharül-ənvar, c. 44, səh. 288; Hürr Amili, 
V
əsailüş-şiə, c. XIV, səh. 595  
251 
 
                                                      


Davud 
ər-Rəqi rəvayət edir:  “İmam  Sadiqin  (ə)  yanında  idim.  O,  su  içdikdə 
gözl
əri yaşardı və buyurdu: ey Davud! Allah Hüseyni (ə) qətl edənlərə lənət etsin! 
H
ər kəs su içən zaman Hüseynin qatilinə lənət etsə, Allah ona yüz min səvab yazar və 
onun yüz min günahın pozar. Onun dərəcəsini yüz min dəfə qaldırar, sanki o, yüz min 
qul azad etmiş kimi olar. Allah  Qiyamət günü onu qəlbi sərin halda dirildər”
1

İmam Sadiq (ə) buyurur: ”İmam Zeynülabidin (ə) öz atası Hüseyn bin Əliyə (ə) 
qırx  il  ağladı.  Onun  qabağına  hər dəfə  yemək-içmək  qoyulanda  ağlayardı.  Onun 
xidm
ətçiləri dedilər:  Ey  Peyğəmbərin övladı!  Sənin həlak  olmağından  qorxuruq. 
İmam  onlara  dedi:  Mənim  ağlamağım  və  hüznüm Allah üçündür. Mən Allah 
t
ərəfindən elə  şeylər bilirəm  ki,  siz onları  bilmirsiniz.  Mən Fatimə  (ə)  övladlarının 
müsib
ətlərini xatırlayanda dərd-kədər məni boğur”
2
.   
İmam  Zeynülabidinin  (ə) xidmətçilərindən biri İmamın  (ə)  çox  ağladığını 
gördükd
ə  dedi:  “Ey movlam! Sizin qəm-kədəriniz mənim  belimi  bükdü.  İmam  (ə) 
ona buyurdu: vay olsun s
ənə!  Yaqub peyğəmbər (ə) öz oğlunun  ayrılığına  o  qədər 
ağladı ki, gözləri tutuldu,  beli büküldü və hey deyərdi: «heyif s
ənə yazıq Yusif
3
» 
Halbuki,  o,  bir  oğlunu  itirmişdir  və  o  da  sağ  idi.  Amma  mən  atamın  və  Əhli-
beytimd
ən (ə) olan  bir qurupun qətl edilməsini öz gözlərimlə gördüm. Bu halda heç 
m
ənim qəm-qüssəm qurtararmı?”
4

İmam Sadiq (ə) buyurur: “Siz bayquşu günorta vaxtı görmüsünüzmü? Dedilər: 
Xeyr! O günorta vaxtı deyil, yalnız gecə vaxtı görünür. İmam (ə) buyurdu: o Hüseyn 
bin 
İmam  Əlinin  (ə)  qətlindən sonra özünə  söz verib ki, heç vaxt imarətli qəsrlərə 
sığınmayacaq,  yalnız  xarabalıqlarda  olacaqdır.  O  günortalar  oruc  tutur,  gecələr isə 
görünür. O gec
ələr səhərədək isə Hüseynə (ə) yas saxlayır”
5
.   
Davud bin F
ərqəd rəvayət edir:  “İmam  Sadiqin  (ə) evində  onunla birlikdə 
oturmuşdum.  Bu  vaxt  yüksək səslə  oxuyan nəğməli göyərçinin uzun-uzadı  səsini 
gördüm.  İmam  (ə) mənə  baxıb  buyurdu:  ey  Davud!  Bilirsənmi  bu  quş  nə  deyir? 
Dedim: Xeyir! S
ənə  fəda olum! Dedi: O Hüseyn bin İmam  Əlinin  (ə)  qatillərinə 
qarğış edir. Onu evlərinizdə saxlayın”
6

Peyğəmbərin  (s)  xanımı  Ümmi-Sələmə  rəvayət edir:  “Mən  Peyğəmbərin (s) 
v
əfatından  sonra  gecələri  çıxmaq  şərtilə  cinlərin novhəsini  eşitməmişdim  və  nədə 
onları görməmişdim. Onların novhəsini yalnız Hüseyn bin İmam Əlinin (ə) qətlindən 
sonra 
eşitdim və onları gördüm. Onlardan bir qurupu gəlib deyirdilər: 
Ey gözl
ərim ciddi-cəhdlə yaş axıdın, 
M
əndən sonra şəhidlərə kim ağlar? 
Düşmənə od olsun, onlar yansın, 
T
əkəbbürlü insan oğluna ölüm olsun!
7
 
Dig
ər bir rəvayətdə  cinlərin  İmam  Hüseynə  (ə) dedikləri  aşağıdakı  novhə 
deyilir:  
Tifd
ə qətl edilən Ali Haşimdəndir
1
 
İbn Quləveyh, Kamilüz-ziyarət, səh. 212, hədis № 304; Əllamə Məclisi, Biharül-ənvar, c. 44, səh. 303 
2
 
İbn Quləveyh, Kamilüz-ziyarət, səh. 213, hədis № 306, Əllamə Məclisi, c. 46, səh. 109  
3
 Yusif-84  
4
 
İbn Quləveyh, Kamilüz-ziyarət, səh. 213-214, hədis № 307; Əllamə Məclisi, Biharül-ənvar, c. 46, səh. 109   
5
 
İbn Quləveyh, Kamilüz-ziyarət, səh. 199, hədis № 281; Əllamə Məclisi, Biharül-ənvar, c. 45, səh. 214   
6
 
İbn Quləveyh, Kamilüz-ziyarət, səh. 198, hədis № 279; Əllamə Məclisi, Biharül-ənvar, c. 45, səh. 213    
7
 
İbn Quləveyh, Kamilüz-ziyarət, səh. 189, hədis № 268; Əllamə Məclisi, Biharül-ənvar, c. 45, səh. 239    
252 
 
                                                      


Yüklə 3,24 Mb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə