Nizami Tağısoy
Qaraqalpaq ədəbiyyatı
34
35
ki,
onlarla ruhanilər, şeyxlər, dərvişlər və xocalar və başqaları
əlaqədə idilər.
XVII əsrdə cunqarların qaraqalpaqların üzərinə hücumu
ilə bağlı böyük proseslər baş verdi. Cunqarlar Qazax
torpaqlarına hücum edərkən qazaxlar üç istiqamətdə –
bir hissəsi Kiçik Cuz Xivəyə, oradan Embaya, orta hissə
Səmərqənd və Buxaraya, böyük hissə isə cunqarlara tabe
oldu. Qaraqalpaqlar qazaxlarla birlikdə Daşkəndə tərəf
Sırdəryanın yuxarı hissəsi üzrə hərəkət edərək çayın aşağı
tərəfində yerləşməklə Aral dənizi ətrafında məskunlaşdılar.
Cunqarlar Sırdəryanın orta axınını tutduqdan sonra faktiki
olaraq qaraqalpaqların «aşağı» və «yuxarı» qaraqalpaqlara
bölgüsü başa çatdı. «Yuxarı» qaraqalpaqlar cunqarların,
«aşağı» qaraqalpaqlar isə Kiçik Cüz qazaxlarının təsiri altına
düşdülər.*
*
Cunqarlar qara qalpaqları son
dərəcə dözülməz
vəziyyətə saldılar.
XVIII əsrdə qaraqalpaqlar Janıdəryada yaşayırdılar. Bu –
onların tarixinin ən parlaq dövrüdür. Burada və bu dövrdə
onlar səhraları, çölləri, düzənlikləri becərməklə, əsasən
xarici təsirlərdən, iqtisadi və siyasi feodal asılılıqlardan
azad oldular. Janıdəryada qaraqal paqlar Aral özbəkləri ilə
əlaqələrə girdilər. Bu dövrdə qaraqalpaq torpaqlarını özünə
tabe etməyə çalışan qazax xanları və sultanlarının çoxsaylı
yürüşlərinə məruz qalan qaraqalpaqlar onlara tabe olmaq
məcburiyyətində qaldılar. Qaraqalpaqların özbəklərlə birgə
qazaxlara qarşı mübarizəsi baş verdi. XVIII-XIX əsrlərdə
qaraqalpaqlar Kuvandərya və Janıdərya hövzəsi torpaqlarını
öz təsiri altına salmışdılar. Bu dövrdə hələ də qaraqalpaqlarda
mərkəzləşmiş dövlət haki miyyəti yox idi. Hətta xanlar və
xanlıqlar da mövcud deyildi. Qəbilələr bəylər tərəfindən
idarə olunurdu. Onların içində manqıt Orunbay və konqrat
Yesengeldibiy daha məşhur idilər.
XVIII əsrin ortalarında qaraqalpaqlar
daha bir bəlaya
* Qazax xanlığı üç cuza bölünürdü: Semireçye – Böyük Cuz; Mərkəzi Qazaxstan – Orta Cuz; Qərbi Qazaxstan – Kiçik Cuz.
məruz qaldılar. Bu dəfə onlar Rusiyadan da asılı vəziyyətə
düşdülər. Burada Abulxeyir xanın böyük «xidmətləri» oldu.
O, rus hökumətindən «xeyir-dua» aldıqdan sonra «aşağı»
qaraqalpaqların üzərinə hücum çəkmiş və onları böyük
məbləğdə töycü (yasak) verməyə məcbur etmişdir. Çar
hökumətinin köməyi nəticəsində qaraqalpaqlar olduqca
müflisləşmişdilər.
Uzun müddət ərzində (yəni XIX əsrin birinci rübü
dövründə) qaraqalpaqlar son dərəcə kasıb vəziyyətdə
yaşayırdılar. Cunqar, Buxara və Rusiya tabeçiliyindən sonra
qaraqalpaqlar bu dəfə Xivə xanlığının təsiri altına düşdülər.
Burada Xivə xanı Məhəmməd Əmin xana qaraqalpaqların
koldaulı qəbiləsindən olan Aydos-bəy kömək etmişdi. Bundan
sonra qaraqalpaqlar Xivə xanlığına da böyük məbləğdə töycü
verməyə məcbur oldular. Töycünün yığımı qaraqal paq larda
xan xidmətçilərinin, yəni tayfa-qəbilə başçıları nın
köməyi ilə
həyata keçirilirdi.
Qaraqalpaqların içində iri torpaq - sahibləri tayfa-
qəbilə feo dalları (bəylər, atalıqlar, bəylərbəyliklər), bəylər,
ticarətçilər, vəzifə sahibləri (qazılar, rəislər, mirablar), hərbi
başçılar, ruhanilərin nüma
yəndələri - mollalar, axundlar,
işanlar və b. vardı. Ruhani nümayən dələri məhkəmə
hakimiyyətini həyata keçirirdilər. Kəndlilər əsasən torpaqsız
idilər, torpaqsız kəndlilər heç bir əmlaka və mal-qaraya malik
olmadan uzun illər ərzində, bəzən isə ömrü boyu varlılara
bir qarın çörəyə işləməli olurdular. Qaraqalpaq cəmiyyətində
sinfi bölgü həm də qaraqalpaqların içində olan çoxsaylı
heyvan sahibləri olanlar arasında aparılırdı. Burada bəylər,
mirablar, yüzbaşılar vardı. Bəylər, atalıqlar, bəylərbəyliklər,
ruhanilər, məhrəmilər, qazilər, rəislər və qıpçaq qəbiləsindən
olan Aydos-bəy son dərəcə böyük səlahiyyətlərə malik idilər.
Çətin
həyat şəraitinə baxmayaraq, qaraqalpaqlar Qaraqal-
paqstan ərazisində inkişaf etməyə başladılar. Onların o
Nizami Tağısoy
Qaraqalpaq ədəbiyyatı
36
37
dövrdə iri inzibati mərkəzləri Amudəryanın sol sahilindəki
Kunqrad, sağ sahilindəki Çimbay şəhəri idi.
Qaraqalpaqstan ərazisindəki təsərrüfat xanlar tərəfindən
inkişaf etdirilirdi. Xanların iki minə qədər qulları, nökərləri
vardı. Xanlar ilbəil töycünü artırırdılar. Xalqın acqalma
təhlükəsi yaranırdı, epidemiyalar baş alıb gedirdi, xalqsa
bundan cana doyurdu. XIX əsrin ortalarında bütün bunlar
qaraqalpaqların üsyana sürüklənməsinə gətirib çıxartdı. Bu
üsyanın önündə Yernəzərbəy gedirdi. Onu həm də Yernəzər
Alagöz adlandırırdılar. Qaraqalpaqlar müstəqil olaraq öz
xanlarını elan etdilər və Yernəzər bəyə qaraqalpaq qəbilələrini
birləşdirməyi təklif etdilər. Bundan başqa kunqradların
qohumları da bəylərin, starşinaların, yüzbaşıların
çox hissəsini
qaraqalpaq tayfalarından öz tərəflərinə çəkməyə çalışırdılar.
Hər iki arıs – həm kunqradlar, həm də on dörd uruq olduqca
qısa bir zaman kəsiyində çiyin-çiyinə dayandılar. Üsyana
qalxmış qaraqalpaqlara həm də türkmənlər, qazaxlar və
özbəklər qoşuldu. Lakin onların birləşməsi heç də əzabdan
qurtulmağa gətirib çıxara bilmədi. Rusiya hökuməti
üsyançılara heç bir kömək etmədi. Yernəzər Alagözün
rəhbərliyi altında üsyan edən qaraqalpaqlar məğlub edildi.
Əhali ac və müflis vəziyyətə salındı. Səfalət hər yanı
bürümüşdü. Bununla belə bu üsyanın ən başlıca cəhəti
ondan
ibarət oldu ki, onun nəticəsində müxtəlif xalqların
nümayəndələri birləşə bildi. Üsya
nın boğulmasında rus
hakimiyyətinin qeyri-ciddiliyi kifayət qədər mənfi rol oynadı.
Rusiya faktiki olaraq qaraqalpaqlara heç bir bel bağlamırdı.
XIX əsrin 60-cı illərinin ortalarında qaraqalpaqların vəziyyəti
daha da mürəkkəbləşdi. Bu dövrdə rus ordusu Xivəyə tərəf
hərəkət edirdi. Aral donanmasının gəmiləri isə Amudəryanın
aşağı hissəsində yerli əhalinin gözü qarşısında Xivə xanlığına
öz gücünü nümayiş etdirir və ondan qat-qat güclü olduğunu
sübut etməyə çalışırdı. Xivə Rusiya tərəfindən alındı. Belə
olduğu halda qaraqalpaqlar daha ağır vəziyyətə, həm Xivə
xanlığının, həm də Rusiyanın təsiri altına düşdülər. Rusiya
imperiyası burada milli münasibətləri, milli düşmənçiliyi
daha da gərginləşdirdi. Töycülər artdı, buna görə də
qaraqalpaqlar rus siyasətindən ciddi şəkildə narazı qaldılar.
Çar mütləqiyyətinin
müstəmləkəçilik məqsədlərinə
baxmayaraq, Rusiyanın Qaraqalpaqstan ərazisində olması
həm də bir sıra mütərəqqi əhəmiyyətə malik oldu. Bu dövrdən
başlayaraq qaraqalpaqlar və Qaraqalpaqstan Rusiya iqtisadi
həyatının sferasına qoşuldu, kənd təsərrüfatı canlanmağa
başladı, mədəni-maarif həyatı gücləndi.
Artıq XX əsrin əvvəllərində qaraqalpaqlar yenidən
Buxara əmirliyinin və Xivə xanlığının təsiri altına düşdülər.
Bu dövrdə basmaçıların başçısı Cunayid xanla güclü
döyüşlər gedirdi. Eyni zamanda xarici müdaxiləçilərə qarşı
da mübarizə genişlənirdi. Belə mübarizə müstəvisində xalq
təsərrüfatı son dərəcə pis vəziyyətə düşdü. Bir qədərdən
sonra yeni həyatın bərpası dövrü başlandı.
1920-ci ildən maarif və təhsilin inkişafı zəif də olsa nəzərə
çarpırdı.
1924-cü ildə qaraqalpaq dilində «Birinci addım» adlı
qəzet nəşr olunmağa başladı, pedaqoji və kənd təsərrüfatı
texnikumları yaradıldı. Tanınmış qaraqalpaq yazıçısı və
maarifçisi S. Məcidov tərəfindən ilk «Əlifba» və «Oxu kitabı»
ana dilində
35
nəşr olundu.
Sonrakı dövrlərdə xalq təhsilinin inkişafına Qaraqalpaq
Muxtar Vilayətinin Qaraqalpaqstan Muxtar Respublikasına
çevrilməsi səbəb oldu. 1920-1980-ci illərdə Qaraqalpaqstanda
xalq təhsili, ədəbiyyat və mədəniyyət
intensiv şəkildə inkişaf
etməyə başladı. Respublikada 15-dək ali və orta ixtisas
təhsili müəssisələri yaradıldı ki, burada minlərlə tələbə təhsil
almaq imkanına malik olurdu. Bu dövrdə eyni zamanda
Qaraqalpaqstanda elmi - tədqiqat işləri də yüksək sürətlə
inkişaf edirdi.