Nizami Tağısoy
Qaraqalpaq ədəbiyyatı
22
23
Tarixi sənədlərdə qaraqalpaq adı ilk dəfə 1598-ci ildə
əksini tapmışdır. Bununla bağlı Şeybanilər
sülaləsindən olan
Buxaralı Abdulla xan (1583-1598) tərəfindən yazılmış bir
sənəddə məlumat vardır. Bu haqda Abdulla xan tərəfindən
Sığnaqda Ziyaəddin müqəd dəs məqbərəsinə verilmiş sənəddə
qeydlər vardır. Şəhərin adı çəkilən bu yerinə yaxın olan
ərazilərdə yaşayan yarımoturaq, yarıköçəri qrup ların adını
sadalayan müəllif sənəddə digər tayfa və qəbilələr arasında,
həm də qaraqalpaqların adını çəkir. Sənəddə gətirilən bu
fikirlərə söykənərək tanınmış alim P.P.İvanov hesab edir ki,
qaraqal paqlar yarımoturaq həyat tərzi keçirirdilər.
Sonrakı dövrlərdə ortaya çıxan mənbələr qaraqalpaqların
lap XIII əsrdə həm də digər ərazilərdə yayılmasını göstərir.
Məsələn, qaraqal paqların bir hissəsi qazaxlarla və noğaylarla
birlikdə Volqa, Ural, Emba və Ürgenc ətrafına köç etmiş və
Cənubi Şərqi Avropa xalqları ilə əlaqələrdə olmuş, digər bir
hissəsi isə Orta Asiyaya tərəf hərəkət etməklə, Buxaranın
təsiri altına düşərək Buxara xanlığının daxilində yaşamışdır.
Qaraqalpaqların mənşəyi ilə bağlı məsələ uzun müddət
ərzində heç də dürüst
konsepsiyaya malik deyildir
14
. XX
əsrin 20-ci illərinə qədər qaraqalpaqlar haqqında elmi
ədəbiyyat son dərəcə az idi. Qaraqalpaqların etnogenezi ilə
bağlı əsasən «qapaqalpaq» sözü məlum idi ki, bunun da
«qara papaq» mənasına gəldiyi vurğulanırdı. Uzun müddət
ərzində alimlər bu etnonimi digər orta əsrlər etnonimi ilə
eyniləşdirmək fikrində olmuş, eyni zamanda bu etnonimi
həm də «çyorniye klobukı» - oğuz-peçeneq qəbilələrinin bir
hissəsi ilə eyniləşdirir dilər. Hələ XIX əsrin 30-cu illərində
tarixçi-etnoqraflar «çyornıye klobukı» Rəsidəddin tərəfindən
adı çəkilmiş «çyornıye klobuku» «qara papaq xalqı» daha
dəqiq – «kaum-i-kul-sia» ilə müqayisə etmə yə başlamışlar.
İlk dəfə bu iki etnonimi bir-biri ilə əlaqələndirən tanınmış
şərqşünas alim Dosson olmuşdur. O,
bu barədə özünün
«Monqolların tarixi» adlı kitabında məlumat vermişdir. Rəsi-
dəddinin «Salnamələr məcmuəsi»ni dərindən təhlil edən
Dosson belə bir nəticəyə gəlmişdir ki, qaraqalpaqlar elə rus
salnamələrində adı çəkilən “çyornıye klobuk”lardır. Demək
olar ki, elə bu istiqamətdə qaraqal paq adını digər bir alim,
professor N.İ.Berezin özünün «Batının hücumu» əsərində
göstərir.
15
Digər bir XIV əsr ərəb tarixçisi Ən-Nüveyrinin
məsələ ilə bağlı fikri isə xeyli mübahisələrə səbəb olmuşdur.
O, yazırdı ki, Qızıl Ordada olan 11 qıpçaq qəbilələrindən biri
«qara börklü» yəni «qara papaqlı» adlanırdı.
16
Alimlərin
əksəriy yəti belə hesab edir ki, bu adlar rus salnamələrində
olan «çyornıye klobuki»yə uyğundur.
Lakin etnonim bu
günə qədər hələ də dəqiqləşdirilməmişdir.
Elmi ədəbiyyatda qaraqalpaqların öz mənşəyini
peçeneqlərdən götürdüyü faktı birmənalı şəkildə müdafiə
və təsdiq olunur. Bununla bağlı macar türkoloqu A.Vamberi
yazır dı: «Əgər onların (qaraqalpaq
ların – N.T.) ən yaxın
qohum ları kimi peçeneqləri hesab etmiş olsaq, səhv etmə-
rik».
17
Təxminən analoji fikri XIX əsrin dördüncü rübündə
ingilis tarixçisi Xovoros da söyləmişdi. Qaraqalpaqların
peçeneqlərlə qohum
luğun dan
və onların mənşəyinin
Rəşidəddinin söylədiyi kimi «qara papaq xalqı» ilə əlaqələn-
dirməsi ilə bağlı danışarkən o, hesab edirdi ki, onların birbaşa
sələfi elə peçeneqlərdir ki, onlardan da noğaylar törəmişlər.
Noğayların bir hissəsi sonralar Aral dənizi yaxınlığındakı
səhralara səpələnmişdi. Məhz bu ərazilərdə yaşayan noğaylar
sonralar qaraqalpaq adını almışlar ki, bu da qaraqalpaqların
başlarında gəzdirdikləri qara papaqla əlaqələndirilmişdir.
18
Qaraqalpaqların
etnogenezi, onların tarixi kökləri ilə bağlı
məsə ləni tanınmış şərqşünas alim V.V.Bartold da özünə məx-
sus şəkildə qoyurdu. O yazırdı: «Müasir qaraqalpaqları orta
əsrlər rus salnamə lərində adı çəkilən «çyornıye klobuki»lərlə
Nizami Tağısoy
Qaraqalpaq ədəbiyyatı
24
25
əlaqələndirməyin özü də tamamilə məlum deyildir».
19
Məsə-
ləyə bir qədər başqa yöndə isə N.Aris tov yanaş mışdır: «Qa-
raqalpaqların peçeneqlərdən törəməsi konsepsiyasını irəli
sürən alimlər bəlkə daha doğru fikirdədirlər».
20
Alim lərin bir hissəsi isə Ən-Nüveyrinin məlumalarını
əldə rəhbər tutaraq qaraqalpaqların əsli-nəsli kimi peçeneqləri
deyil, qıp çaq ları nəzərdə tuturlar.
Mənbələrlə, materiallarla, tənqidi əsərlərlə hərtərəfli tanış
olduqda qaraqalpaqların etnogenezi və formalaşması ilə
bağlı məsələ lər qaraqalpaqların qaqauzlarla, qarapapaqlarla
və eyni zamanda xəzərlərlə əlaqələrini qeyd etməyə əsas
verir. Belə ki, həm qaraqal paqların, həm də qaqauzların
etnoge nezin də qıpçaq-oğuz kom po nentləri özünü əks etdir-
məkdədir. Bunun üçün bizə tayfa və qəbi lələrin, coğrafi yer
adlarının, yaşayış məntəqələrinin adlarında
eyni etnonimlərin
saxlanılması da kifayət qədər əsas verir. Məsələn, buna
Azərbaycanda və Gürcüstanda qıpçaq, tatar, qarapapax,
qazax, qa zaxlı, borçalı; Qaqauziyada-qazaxlı, qıpçaq, tatar
və s., Qaraqal paq standa – qıpçaq, qaza yaqlı, tatar adları bariz
nümunə ola bilər. Məhz bu səbəbdən də adlarını çəkdiyimiz
qaraqalpaq, qarapapaq, qaqauz etnonimlərinin tarixi-etnik
yaxınlığından danışmaq daha doğru olardı.
21
Sonrakı dövrlərdə ortaya çıxmış tədqiqatlar göstərdi
ki, qaraqalpaqların etnogenezinin formalaşmasında oğuz-
peçeneq qəbilə ləri ilə yanaşı, həm də qıpçaqlar və noğaylar
mühüm rol oynamışlar. Bununla belə, adlarını çəkdiyimiz
qəbilələrdən heç birini qaraqalpaq xalqının yeganə və birbaşa
sələfi adlandırmaq da düzgün olmazdı. Məsələn, müasir
tarixi və etnoqrafik ədəbiyyatda belə bir fikir təsdiqlənir ki,
qaraqalpaqların etnik tərkibinin formalaşmasında
həm avtox-
ton, həm də qeyri-avtoxton komponentlər iştirak etmişdir. Bu
komponentlərin bir-biriylə münasibətləri müxtəlif olmaqla,
həm də xalqın tarixi taleyindən asılı olmuşdur. Mənbələrin
birində qaraqal paqların aparıcı qəbilələrini onların on dörd
uruğu təşkil edir ki, bunların içində anna, kuyın, boklı-xıtay,
manculi, kerk, çeruçi, ayteke, aralbay, beşsarı, qayçılı, iki-
şeyx, qazayaqlı, kanqlı, qıpçaq, keneqes, manqıt adlarını qeyd
etmək olar.
22
Adını çəkdiyimiz mənbədə biz digər qəbilələrlə
də tanış oluruq ki, onların arasında qırx börkli, qazayaqlı,
qayçılı, mayme-balta, sitek, sanqburun, kanqlı və daha
sonra tiyəkli, baymaklı, qazayaqlı, irqaklı, uyğur, açamaylı,
koldaulı, qoşa-damqalı, xəndəkli, kıyat, balqalı, qaramayın,
müyten, teris damqalı, çeuceyli-bakanlı qəbilələrinin
adlarına rast gəlirik.
23
Bu siya hıya görə təxmin
etmək olar
ki, müasir qaraqalpaqların başlıca sələfləri on dörd uruq və
kunqradlardır ki, onlardan da hər birinin daxilində müvafiq
olaraq 18 və 15 tayfanın adı çəkilməkdədir. Bu tayfaların hər
biri qaraqalpaq ların etnik tərkibinin kifayət qədər rəngarəng
olduğunu göstərir.
24
Müraciət etdiyimiz mənbələrdən görünür ki, qaraqal-
paq ların etnogene
zinin formalaşmasında çoxsaylı
qəbilələrin rolu olmuşdur. Bu mənada qaraqalpaqların
etnogenezinin for ma laşması problemi də olduqca rəngarəng
və mürək kəbdir. Məhz buna görə də qaraqalpaq xalqının
etnogenezinin formalaşmasının nə dərəcədə dəqiq-dürüst
olmasıyla bağlı fikri kompleks şəklində öyrənməyə də
ehtiyac duyulur. Problemə dərindən nüfuz edildikdə həm
də tarix,
arxeologiya, etnoq rafiya, linqvistika, antropologiya
və digər elmlərin köməyindən istifadə etməyə böyük ehtiyac
olduğu meydana çıxır. Qaraqalpaqların etnoge ne zi və
folklor tarixi üzrə çoxsaylı əsərlər müəllifi S.P.Tolstov hesab
edir ki, onların formalaşmasında daha qədim komponentlər
sak-sarmat-massaqet qəbilələrindən olan apasiaklar (e.ə.VII-
III əsrlər) olmuşlar. Sonrakı dövrlərdə isə gələcək qaraqalpaq
xalqının formalaş masında hun, xionit və türk qəbilələrinin,
xüsusilə VI-VIII əsrlərdə isə oğuzların böyük rolu olmuşdur.