Nizami Tağısoy
Qaraqalpaq ədəbiyyatı
14
15
Qaraqalpaqların çoxsaylı məşhur batırlıq poemaları –
«Alpa mıs», «Qırx qız», «Koblan», “Yer-Ziuar”, “Qurbanbəy”,
“Yer Şora” və s., mə həb bət dastanları “Qərib-aşıq”, “Yusif-Əh-
məd” və «Şəhriyar» xalq hə ya tının
bu və ya digər cəhətlərini
və tarixi hadisələri bədii şəkildə özündə əks etdiməklə zəngin
və populyardır.
Qaraqalpaqstanda müxtəlif dövrlərdə Jien Jırau, Günxoca,
Ha cı niyaz, Berdağ, Atəş şair kimi klassiklər, A.Musayev,
A.Dabılov, K.Aue zov, J.Aymir zəyev və başqa bu kimi XX əsr
sənətkarları yazıb-ya rat mışlar. N.Davkarayevin, İ.Yusupo-
vun, T.Kaipbergenovun, T.Ju ma mu rado vun və b. əsərləri
ölkənin hüdudlarından çox-çox uzaqlarda məşhurdur.
Qaraqalpaqstan elminin inkişafına S.Kamalov, C.Ab-
dirov, T.Jdan ko, M.Nurmühəmmədov, K.Maksetov, K.Ayim-
betov, S.Baha dı rova, A.Alniyazov, K.Jərimbətov və başqa bu
kimi böyük alimlər öz töhvə lərini vermişlər.
Müasir Qaraqalpaqstan - inkişaf etmiş təsərrüfat həyatı na
ma lik bir respublikadır. Onun sənayesinin başlıca sahələ rini
kənd təsər rüfatı məhsulları təşkil edir. Respub lika nın əsas
təsərrüfat sahəsi pam bıq təmizləmə ilə birbaşa bağlı olan
yağ hasilatı, pambıq toxumu nun yenidən hazırlanması və s.
bağlıdır.
Respublikanın cənubu pambıqçılıq və ipəkçiliklə məşğul-
dur. Burada su son dərəcə azdır, yayda çox isti, qışda isə
güclü soyuqlar olur. Torpaq isə duzludur.
Buna görə də
əkinçilər bu və ya digər əkin və bitkilərlə məşğul olduqda son
dərəcə böyük zəhmət sərf edirlər. Qa ra qalpaqstan torpağı
əsasən düyü əkib becərmək və inkişaf etdirmək üçün daha
münasibdir. Bu region bütün Özbəkistanın düyü ilə təmin
olunmasında böyük əhəmiyyətə malikdir.
Qızılqum otlaqlarının geniş səhra hissəsində qaragül qo-
yun çu luğu və dəvəçilik inkişaf etmişdir. Şimal hissədə yaşa-
yan əhali isə əsasən, düyü, çəltik və heyvandarlıqla məşğul-
dur. Dənizkənarı hissədə isə vaxtı ilə balıqçılıq, heyvandarlıq,
ilxıçılıq, atçılıq və s. kimi sahələr inkişaf etdirilirdi.
Müasir Amudərya deltasının
cənub hissəsində qumluq-
lar da Nökis şəhəri yerləşmişdir. O Qaraqalpaqstanın
paytaxtıdır. Qaraqal
paqstanın iqtisadi, siyasi, elm, təhsil,
administrativ və mədəni mərkə zidir. Şəhər elə bir coğrafi və
həndəsi mərkəzdə yerləşir ki, burada komfortlu nəqliyyat
arteriyası Qızgetqen magistral kanalından keç
məklə,
buradan Respub likanın bütün rayonlarına avtomobil yolları
ilə getmək mümkündür.
Nökis gözəl binalarla əhatələnmiş, mərmərlə örtülmüş,
yerli mərmər zavodunun məhsullarından istifadə edilməklə
inşa olunmuş müasir bir şəhərdir.
Burada iri sənaye müəs-
sisələri, elm, mədəniyyət, təhsil mərkəzləri, səhiyyə idarələri
yerlə şir. Nökisdə Özbəkistan Respublikası Elmlər Akade-
miya sının filialı, universitet, pedaqoji in
sti
tut, orta ixtisas
təhsili müəssisələri, teatr, kino-teatrlar və s. mövcuddur.
Eyni zamanda Nökisdə Telemərkəz də vardır ki,
buradan
Qaraqalpaqstan Televiziyası və Radiosu öz verilişlərini
yayımlayır. Nökis
də Rəssamlıq Akademiyasının şöbəsi,
Bəstəkarlar İttifaqı, Yazıçılar İttifaqı şöbəsi, Memarlar İttifaqı
şöbəsi, Kinostudiya şöbəsi və s. fəaliyyət göstərməkdədir.
Qaraqalpaqstanın ən inkişaf etmiş şəhərlərindən biri də
Xocey lidir. Bu səhər Amudəryanın sol sahilində yerləşmişdir.
Şəhər iri nəq liyyat şəbəkəsi olmaqla yanaşı, eyni zamanda
yüngül və yeyinti sənayesi mərkəzidir.
Qaraqalpaqstanın ən cənub şəhəri 1932-ci ilə qədər respub-
likanın paytaxtı olmuş Turtkul (Dördgöl) şəhəridir. Dördgölün
coğrafi vəziyyəti, daim onun güclü yağışlara məruz qalması,
dağıdıcı ərazidə yerləşməsi respublikanın mərkəzinin daha
rahat bir əraziyə köçürül məsini gündəmə gətirdi. Şəhərdə
müxtəlif rayon əhəmiyyətli təşki latlar, klublar,
kitabxanalar,
kino-teatrlar və s. digər mədəni mərkəzlər mövcuddur.
Nizami Tağısoy
Qaraqalpaq ədəbiyyatı
16
17
Qaraqalpaqlar Qaraqalpaqstanın əsas əhalisini təşkil
edir. Qaraqal paqların ölkədə ümumi sayı 430000 min
nəfərdir. Onların əsas hissəsi Qaraqalpaqstan Respublika-
sında yaşamaqla, onun şimal-sağ sahillərində Nökis, Kegeyli,
Çimbay, Taxtakupır və eləcə də Amu
dərya deltasında
Xoceyli, Şumanay, Kunqrad və Muynak ra
yon
larında
yerləşmiş dir. Qaraqalpaqlar kiçik qruplarla Fərqanə vadi sində,
Özbəkistanın Buxara və Xarəzm vilayətlərində də yerləş mişlər.
Hazır da Qaraqalpaqlar Əfqanıstanda, İranda, Qazaxstanda,
Qırğı zıstanda, Rusiyada və digər ölkələrdə və ərazilərdə yaşa-
maqdadırlar.
2
Mənbələrdə qaraqalpaqların dünyada ümumi sayı müxtəlif
rə qəm lərlə 500 min-dən 650 min nəfərədək göstərilir.
Lakin bu
rəqəmin özü də dəqiqləşdirmələr tələb edir.
Qaraqalpaqstanın ərazisi Azərbaycanın ərazisindən 2
dəfə böyük dür. Qaraqalpaqstan Özbəkistanın şimal-qərbində
yerləşir. Res pub likanın şimalında vaxtı ilə Aral dənizinin mavi
ənginlikləri uzanırdı, qərbdə isə o Amudəryanın düzənlik
deltasından ayrılaraq Üstyurt yaylasının şərq hissəsini tutur,
Şərqdən Respublikanı Qızılqum səhraları əhatə edir.
Qaraqalpaqların dəqiq sayı, onların daimi yaşadığı yerlər
arxeoloqlar, etnoqraflar və tarixçilər tərəfindən hələ də indiyə
qədər düzgün müəyyənləşdirilməmişdir.
Qaraqalpaqların həyatı daim faciələr və dramatizm lər lə
dolu ol muş dur, lakin xalqın uzun əsrlər boyu mü bari zə lər lə
müşayiət olunan həyatı müvafiq materiallarda,
kitab larda heç
də olduğu kimi öz əksini tapmamışdır. Qaraqalpaqların həya-
tında baş verən tarixi hadisələr əsasən xalq yaddaşında saxla-
nılmış və epik-folklor əsərlə rinə daxil edilmişdir. Xivə xanlarının
arxivində saxlanılan sənədlərdə və Rusiya İmperiyasının çar
məmurlarının qeydlərində, məruzələrində qaraqal paq ların
tarixi təhrif olunmuş şəkildə verilmişdir. Demək olar ki, XX
əsrin 30-40-cı illərinə qədərki bütün mənbələrdə qaraqalpaqlar
haqqında olan məlumatlar mübahisəli olmaqla, qənaətbəxş
deyildir. XX əsrin 20 illərindən bu xalqın ümumi tarixi və
keçdiyi yolla bağlı bir neçə əsərlər işıq üzü görmüşdür.
3
Məhz qeyd edilən dövrdən başlayaraq K.A.Voznesenskaya
və A.O.Piotrov ski «Qazax stan və Orta Asiya Respublikalarının
Antro po lo giyası və Etnoqrafiyası, Biblioqrafiyası üçün
materiallar» kitabını nəşr etdirdilər. Bu materiallarda
qaraqalpaqlara həsr olunmuş ayrıca bir bölmə vardır. 1932-
ci ildə Dördgöldə «Qaraqalpaq Muxtar SSR-nın biblioqrafik
göstəricisi» nəşr olunmuşdur.
Burada qaraqal
paqların tarixi
və etnoqrafiyası öz əksini tapmışdır. 1935-ci ildə Moskvada
«Qaraqalpaq ların
ədəbiyyatı üzrə biblioqra
fiya» nəşr
olunmuşdur. 1935-ci ildə əvvəllər SSRİ EA-nın Şərqşünaslıq
İnstitutu «Qara qalpaqların tarixi üzrə materiallar» kitabını nəşr
etdirdi ki, orada bu xalqın XVIII-XIX əsrlərlə bağlı etnoqrafiyası
üzrə maraqlı və qiymətli məlumatlar vardır. Sonralar bu dövrdə
qaraqalpaqların tarixi üzrə tanınmış tədqiqatçı P.P. İvanov bir-
birinin ardınca bir neçə əsər nəşr etdirmişdir.
4
30-cu illərdə
isə A.Bizzenin «XVIII əsr qaraqalpaqların tarixinə dair» adlı
məzmunlu məqaləsi nəşr olunmuşdur.
Qaraqalpaqların etnogenezi Sırdərya və Aralətrafı delta
və səhralıqlarda məskunlaşmış qəbilələrlə əlaqəlidir. XVI-
XVIII əsrlərin ortalarında qaraqalpaqların böyük qismi
Sırdəryanın orta və aşağı axını hissəsini tutmuşdu. Onlar
burada yarımoturaq həyat tərzi keçirmiş, əsasən əkinçilik,
heyvandarlıq və balıqçılıqla məşğul olmuş lar. XVIII əsrin
ikinci yarısında qaraqalpaqların əsas hissəsi Sırdərya çayının
qolu olan Janıdəryanın qərb tərəfindəki deltasına köçür. XIX
əsrin sonunda qaraqalpaqların Amudərya deltasına köçüb
yerləşməsi başa çatır.
Qaraqalpaqların tarixi və etnogenezi Orta Asiya tarixi,
qəbilələri və xalqları ilə sıx bağlıdır. Hələ e.ə.I
minillikdə Orta
Asiya ərazisində zəngin, mədəni və eyni zamanda oturaq