Nizami Tağısoy
Qaraqalpaq ədəbiyyatı
18
19
həyat tərzi keçirən əhaliyə malik
olan dövlətlər Baktriya,
Margiana, Soqdiana və Xarəzm vardı. Bu dövlətlər köçəri
həyat tərzi keçirən qəbilələr – daxlar, massagetlər, alanlar,
aslar, parfiyalılarla sərhədlərə malik idilər. Həmin dövrün
qədim abidələri bizə gəlib çatmasa da, qeyd olunan mər hələdə
yazının sırf din və administrasiyaya xidmət etməsi qənaə tini
ortaya qoyur. Eyni zamanda onu da söyləmək lazımdır ki,
qədim yunan müəlliflərinin şərhində massaget və digər skif
qəbilələri haqqında çoxsaylı əfsanə və rəvayətlər
dövrümüzə
gəlib çatmışdır. Məsələn, Herodotun (e.ə.V əsr) Persiya çarı
Kirlə massaget çariçası Tomirisin mübarizə epizodunu əks
etdirən hekayət bu gün də qaraqalpaqlar və azərbaycanlılar
arasında kifayət qədər məşhurdur. Farslar hərbi kələyə əl
atmaqla döyüşdə massagetləri və Tomirisin oğlu Sparqapisi
əsir götürürlər. Oğlunu vəziyyətdən çıxarmaq üçün çariça
Tomiris fars çarı Kirə Sparqapisi azad edib hər şeyi sülhlə
sonuclamağı təklif edir. Çariçanın ultimatumu olduqca
maraqlıdır: “Əgər bunu etməsən, sənin qandan doymağına
baxmayaraq,
massagetlərin günə şinə, allahına and olsun,
mən sənin yangını qanda boğacam”.
5
To mi risin təklifini
qəbul etmədiyindən o, doğrudan da qanlı döyüşdə öldürül-
müşdür. Çariça vəd etdiyi kimi kisəni insan qanı ilə doldurub
Kirin başını da kisəyə qoyub deyir: “Baxmayaraq ki, sən
döyüşdə qalib gəldin, mənə ağır kədər qismət etdin və məkrlə
oğlumu əlimdən aldın, mən də buna görə səni hədələdiyim
kimi, qanda boğdum”.
6
Bu epizoddakı xarakterik xüsusiyyət
həm də Polienin “Hərbi kələklər” kitabında Şirakın
qəhrəmanlığından danışdıqda özünü əks etdirir. E.ə.513-cü
ildə skiflər İran çarı I Dariyaya qarşı üsyanlar edərkən onların
düşərgəsinə sak mehtəri Şirak qulaqları, burnu kəsilmiş, pis
hala salınmış vəziyyəydə gəlir və deyir ki,
onu bu günə öz
qəbilədaşları saldığından o, onlardan qisas almaq üçün İran
şahına xidmət etməyə hazır olduğunu söyləyir. Buna görə
o, İran ordusunun sakların arxasına keçirilməsinə kömək
edəcəyinə söz verir. Fars ordusu yeddi gün yorğun-arğın
yol gedir. Nəhayət, Şirak onları susuz səhraya gətirib çıxarır.
Perslər Şirakı hədələməklə ondan düzgün yol göstərməyi
tələb edirlər. Belə olduqda Şirak cavab verir: “Mən
qələbəni uddum, öz yerlilərimdən, saklardan bədbəxtliyi
kənarlaşdırmaq üçün farsları aclığa və ölümə məhkum
etdim”. Demə, qəbilədaşlarını xilas etmək üçün mehtər bu
yaraları özü-özünə vurmuşdur. Bu əfsanənin bəzi detalları
türk xalqlarının qəhrəmanlıq eposu “Koroğlu”da
özünü əks
etdirməkdədir. X.Koroğlu “Özbək ədəbiyyatı” kitabında
yuxarıda adlarını çəkdiyimiz dövlətlərin (Baktriya, Margiana,
Soqdiana və Xarəzm) mədəniyyətindən və dilindən söhbət
açarkən e.ə.II-I əsrlərdə yaşamış tarixçi – Si Ma-Tsyanyaya
söykənərək Fərqanədən Parfiyaya qədər (Aşqabad əraziləri)
“insanların bir-birini anladıqlarını”, Strabon isə Baktriya,
Soqdiana, Persiya və Midiya (Cənubi Azərbaycan) əhalisinin
bir-birinin dilini başa düşdüklərini qeyd etmişdir.
7
Qaraqalpaqların tarixi və Qaraqalpaqstanın özü ilə bağlı
SSRİ EA-nın Xarəzm Arxeoloji Etnoqrafiya Ekspedisiyasının
professoru S.P.Tolstovun rəhbərliyi ilə aparılan tədqiqatlar
qaraqalpaq xalqının tarixi simasının müəyyənləşdirilməsində
son dərəcə böyük rol oynamışdır.
8
T.Jdankonun «Qaraqalpaqların tarixi etnoqrafiyasının
oçerk ləri» kitabında qaraqalpaqların etnogenezi ilə bağlı
müxtəlif alimlərin nəzər nöqtələri ümumiləşdirilir. XIX əsrdə
qaraqalpaqların
sosial quruluşu öyrənilir, onların tayfa-qəbilə
strukturu ətraflı şəkildə şərh olunur. Bu müəllifin əsərlərində
qaraqalpaq xalqının tarixi və etnoqrafiyası ilə bağlı bir sıra
digər məsələlər də ətraflı şəkildə öz əksini tapmışdır.
9
Qaraqalpaq ların tarixi, etnoqrafiyası, məişəti və həyat
tərzi digər material lar da, monoqrafik əsərlərdə, tədqiqat
işlərində və məqa lə lərdə də nəzərdən keçirilmişdir.
10
Nizami Tağısoy
Qaraqalpaq ədəbiyyatı
20
21
Qaraqalpaq alimi X.Yesbergenov qaraqalpaqların etnoq-
rafi yası ilə bağlı ayrıca bir əsər yazmışdır. Burada müəllif
nəinki qaraqalpaq mədəniyyətinə və həyatına, həm də
Qaraqalpaqstan ərazisində yaşa yan digər xalqların mə-
dəniyyətinə və həyatına kifayət qədər yer ayırmışdır.
11
Bununla belə, bu sahədə ən sanballı əsərlərdən biri «Qaraqal-
paq ların qədim zamanlardan dövrümüzə qədərki oçerki»
12
adlanan mənbə dir. Bu kitabda qaraqalpaqların tarixi daha
obyektiv şəkildə araşdırılmağa cəhd edilmişdir.
50-60-cı illərdə Qaraqalpaqstan və qaraqalpaqların folk-
loru,
incəsənəti, ədəbiyyatı və təhsillə bağlı çoxsaylı əsərlər
işıq üzü görmüşdür.
13
Sadaladığımız bu və digər mənbələr qaraqalpaqların
ta rixi, et noq ra fiyası, folkloru, mədəniyyəti, ədəbiyyatı,
incəsənəti, mənəviy yatı haqqında geniş mənzərə yaratmaq
üçün müvafiq şərait sərgiləyir. Təəssüf ki, belə zəngin və
orijinal qaraqal paq mədəniyyəti və ədə biyyatı Azərbaycanda
indiyə qədər diqqət mərkəzində dayan mamışdır. Bununla
belə bu xalqın geniş mədəniyyəti ilə tanış olduqda biz türk
xalqlarından özünə məxsusluğu ilə seçilən qaraqalpaqların
mədəniy yətinin və mənəviy yatının
özəl xüsusiyyətlərinin
şahidi olu
ruq. Bu kitabın nəşrinə qədər biz qaraqalpaq
qəhrəmanlıq eposu «Qırx qız»ın ayrı-ayrı hissələrinin nəşri,
tərcüməsi, və s. haqqında bir sıra məqalələr çap etdirmişik ki,
onlar qaraqalpaq mədəniyyəti və ədəbiy yatı haqqında az da
olsa təsəvvürlər yarada bilmişdir.
Azərbaycanda qaraqalpaqlar haqqında informasiyanın
kifayət qədər qənaətbəxş olmaması ucbatından bu xalqın
tarixinin müxtəlif dönəmləri haqqında bəzi məlumatlar
verməyi məqsədəuyğun hesab edirik. Qeyd etmək lazımdır
ki, qaraqalpaqların daimi məskunlaşdığı torpaqlar kimi
Sırdəryanın aşağı hissəsi, vaxtılə Noqay xanlığına daxil
olan ərazilər İdil (Volqa), Yaik (Ural) və Krım göstərilir. Elə
buradaca qeyd edək ki, Qaraqalpaq folklorunda «noğay qatı»
daha güclüdür. Bu isə məhz burada yaşamış noğay xanları və
mirzələri (Yedigey, Orus-bəy, Ormambet-bəy) və digərlərinin
adı ilə bağlıdır.
Türk dillərinin məşhur bilicisi N.A.Baskakov qaraqalpaq
və noğay dillərini müqayisə edib bir-biri ilə qarşılaşdırmaqla
onların
tayfa tərkibini göstərib, etnik birliyini sübuta
yetirmişdir. Bundan başqa XVII əsr rus tarixi sənədlərində
qaraqalpaqların və noğayların Yaik çayı üzərində hərbi
döyüşlərdə birlikdə iştirak etdikləri göstərilir.
Bütün bunlar bir daha təsdiq edir ki, XV-XVI əsrlərdə
qaraqalpaqlar Noğay Ordasının tərkibində olmuşlar. Bu
siyasi birləşmənin çərçivələrində hər ehtimala qarşı məhz
qaraqalpaqların etnogenezinin formalaşmasının mürəkkəb
prosesi getmiş, onların dili və qaraqalpaqların mədəniy-
yətinin əsas xüsusiyyətləri məhz bu mühitdə formalaşmışdır.
Burada Orta Asiya siviliziasiyasının qədim mərkəzi olan
Xarəzmə məxsus olan xarakterik əlaqələr də öz əksini tapmış-
dır. Eləcə də onların Dəşti-Qıpçaqla və aşağı – Sırdərya
rayon ları (Qazaxıstan) və şərqi Avropanın-Uralətrafının,
Volqaətra fının və Şimali
Qafqaz ərazilərində yaşayan
xalqların mədəniyyətləri ilə bir arealda formalaşması da
tarixi etnoqrafik ədəbiyyatda sübuta yetirilmişdir.
Qaraqalpaqlarla noğayların etnik birliyini həm də bu iki
xalqın içində olan qəbilə-tayfa adlarının eyniliyi də sübut
edir. Qaraqalpaq etnoqrafları və folklorşünasları tərəfindən
qələmə alınmış əfsanələr və lətifələr sırasında xüsusi maraq
noğayların tarixi folklorlu ilə bağlı silsilə əhəmiyyət kəsb
edir. Rəvayət və əfsanələrdə qaraqalpaqların noğaylarla Ural
ətrafında Volqaya, Urala və Krıma tərəf birgə köç etməsi də
əksini tapmışdır. Bununla belə, əfsanə və rəvayətlərdə həm
də rus və şərq mənbələrinə görə noğaylardan Ormambet
bəyin, Orus bəyin və digər hökmdarların adı çəkilir.