Nizami Tağısoy
Qaraqalpaq ədəbiyyatı
30
31
rayonundakı qara
qalpaqlar «Türküstanı – Ata yurdu»
(“Aта журты”) adlandırır dılar. Bu dövrdə qaraqalpaqların
birləşməsində şəhər – qalaların
böyük rolu olmuşdur ki, bu
qalalar qaraqalpaqları məhz köçərilərin işğalçı yürüşlərindən
qorumağa xidmət etmişdir.
Qaraqalpaqların yaşadığı ərazilərdən biri də Xarəzm
idi. Çin giz xanın hakimiyyəti dövründə Xarəzm iki hissəyə
bölünmüşdü ki, xanın oğulları oraları tutmuşdu – Xarəzmin
sağ sahili – Cığatay ulusu, sol sahili – Cuci ulusu idi. Sonralar
cucilərdən monqol dövləti – «Qızıl Orda» yarandı və Xarəzm
də onun tərkibinə daxil oldu. Daha sonralar XVIII əsrin
ortalarından Xarəzmin iqtisadiyyatı və şəhər həyatı yenidən
bərpa olunmağa başlayır. Urgənc yenidən böyük ticarət,
sənət və mədəniyyət mərkəzinə çevrilir. İndiyə qədər qədim
şəhər ərazisində o dövrün möhtəşəm abidələri olan Qutluq
Timurun minarəsi,
Nəcməddin Kübra məqbərələri, Turabəy
xanım məscidi və s. kimi abidələri saxlanılmaqdadır. Üstyurt
yaylasının cənub-şərq tərəfində Qaraqal paqstan ərazisində
hazırda Qızıl Orda dövrünün digər bir şəhəri – Şamaxıqala
yerləşir. Bu şəhər hündür qüllələrlə əhatələnmişdir. Burada
şəhərin küçələri, məscidlərin düzgün planlaşdırılması,
sənətkarlıq işləri, dulusçuların, metalçıların və digər
sənətlərin izləri qalmaq dadır. Eyni zamanda bütün bunlar
vaxtı ilə şəhərdə ticarətin inkişafı ilə bağlı məqamları ümumi
mənzərəni də hiss etdirir. Qızıl Orda dövründə mövcud
olmuş Şamaxı qalanın Azərbaycan şəhəri Şamaxı ilə hər hansı
əlaqəsinin olub-olmamasını müəyyənləşdirmək də maraqlı
olardı.
XVIII əsrin I yarısında qaraqalpaqların həyatında onların
gələcək taleyinə təsir edəcək
iki böyük tarixi hadisə baş
vermişdi. Onlardan biri – 1723-cü ildə qaraqalpaqların
Sırdəryanın aşağı və orta axını yaxınlığında yerləşən ərazilərə,
cunqar-kalmık yürüşü baş verdi ki, burada qaraqalpaqlar və
qazaxlar son dərəcə böyük faciələrlə üzləşdilər. Qazax və
qaraqalpaq xalqları tarixində bu «böyük bədbəxtlik illəri»kimi
yaddaşlara həkk olundu.
Kiçik Cuz qazaxları Xivəyə qaçmağa məcbur edilib Yaik-
Emba vadisinə yayıldılar. Orta Cuz qazaxları Səmərqəndə
və Buxara tərəfə çəkilməklə, Böyük Cuz qazaxlarından və
cunqarlardan asılılığı qəbul etdilər. Onların bir hissəsi
Orta Asiya rayonlarının lap dərinliklərində yerləşdilər.
Qaraqalpaqlar da qazaxlarla
birlikdə köçməyə məcbur
oldular. Onların bir hissəsi Sırdəryanın yuxarı hissəsinə –
Daşkənd səmtə, cənub-qərbə və cənub-şərqə tərəf üz tutdular.
Digərləri isə şimala Sırdəryanın aşağı hissəsinə Xivə xanlığına,
eyni zamanda Uralətrafı düzənlərə yayıldılar. Bu hadisə və
proseslər qaraqalpaqların parçalanmasının əsasını qoydu:
Sırdəryanın orta hissəsində olan ərazilərə yayılanlar “yuxarı”
qaraqalpaqlar, Buxaradan asılı vəziyyətə düşüb, Sırdəryanın
aşağı hissəsində, Kiçik Cuzun tərkibində yaşayıb cunqarlara
tabe olmuş, sonralar Amudərya və Janıdərya sahillərinə
yayılmış qaraqalpaqlar “aşağı” qaraqalpaqlar adlanmışlar.
Tarixi rəvayətlərin əksəriyyətində qaraqalpaqların
məskunlaşdığı ərazilər kimi Sırdəryanın aşağı hissələri,
Noğay xanlığı daxil olan İtil (Volqa), Jaik (Yaik) və Krım
göstərilir. Bütün sadaladıqlarımız XV-XVI əsrlərdə qara qal-
paq ların Noğay İttifaqının tərkibində olduğunu təsdiqləyir.
Buna görə də bu siyasi birliyin çərçivələrində qaraqalpaq-
ların etnogenizinin, dilinin, qaraqalpaq mədəniyyətinin əsas
xüsusiyyətlərinin formalaşmasını görmək mümkündür.
Qaraqalpaqların adı tarixdə ilk dəfə,
qeyd etdiyimiz kimi,
1598-ci ildə çəkilir. Şeybanilər sülaləsindən olan Buxara
xanı Abdulla (1583-1598) tərəfindən Sığnaqdakı müqəddəs
Ziyaəddin məqbərəsinə verilmiş sənəddə bu şəhər və onun
ətrafında oturaq, yarımoturaq, köçəri həyat tərzi keçirən
xalqların sırasında qaraqalpaq
lardan da söhbət getdiyini
Nizami Tağısoy
Qaraqalpaq ədəbiyyatı
32
33
göstərmək mümkündür. Bununla belə Qurbanbəy Jərimbətov
isə yazır ki, “qaraqalpaq” xalqı özünün hazırkı adını tarix
meydanında XVI əsrin əvvəllərindən başlamışdır”.
31
XVIII yüzilin ilk dövrlərində qaraqalpaqlar birləşməyə
baş la yır. Zərəfşan və Xarəzm səhralarında
yaşayan qara qa l-
paq qəbilələri Sırdəryalı qaraqalpaqların ətrafında toplaşırlar.
Top laşdıqları ərazilər içərisində Şığnak və Jaukənd
(Yenikənd) önəmli bir yer tutmuşdur. Sırdəryalı qaraqal paq-
lar bu dönəmdə qazax xanları tərəfindən idarə edilməkdəydi.
Qazax xanları bu işi biylər (baylar), üləma sinfinə mənsub
şəxslər vasitəsiylə həyata keçirməkdə idilər. Qazax xanlarının
himayəsindən çıxmaq istəyən qaraqalpaqlar ticari əlaqələrin
güclənməsiylə Rusiya, Buxara, Xarəzm, Zərəfşan vadisi
qövmləri ilə münasibətlər qurmağa çalışırdılar”.
32
XVIII əsr mənbələrindən birində – «Türkmən Osmanın
A.P. Volınskiyə məlumatı»nda (30 iyun 1725-ci il)
qaraqalpaqların bu dövrdə Buxara xanına tabe olduqları
haqda da məlumatlar vardır. Burada cunqarların qazax və
qaraqalpaq torpaqlarını ələ keçirməklə onların özlərini 2000
araba ilə birlikdə əsir götürdükləri qeyd olunur. Onlardan
8 min araba Buxaraya getmiş və buxaralıların təsiri altına
düşmüşlər. Ola bilər ki, hətta qaraqalpaqların bir hissəsi bu
dövrdə Fərqanə vadisinə də gedib çıxmışdı. Bununla bağlı
A.İ.Levşinin qeydləri maraqlıdır. O,
qeyd edir ki, «böyük
bədbəxtlik illərində» Böyük Ordanın qalığı onun kiçik hissəsi
orta hissə ilə birlikdə Xocənd tərəfə köçüb getdi. Xoçənd sanki
burada Fərqanə vadisinə yol açırdı və cunqarların hücumuna
məruz qalan Böyük Cuzda yerləşən (Daşkənd rayonu)
qaraqalpaqlar da buraya məhz bu dövrdə gedə bilərdilər.
Bununla belə «yuxarı» qaraqalpaqların cunqarlardan
nə dərəcədə asılı vəziyyətdə qalması hələ də lazımınca
öyrənilməmişdir. Məlumdur ki, 1750-ci ildə Türküstan
şəhərini cunqarlar qaraqalpaqlara vermişdilər. Bununla belə
qaraqalpaqlar bu şəhərdə heç də uzun müddət qalmamış,
1762-ci ildə Kiçik və Orta Cuzun qazaxları Sırdərya ərazisinə
«qaraqalpaqların boş qoyduqları yerlərə» köçürlər. Cunqarlar
qaraqalpaq ailələrini öz ərazilərində (İtil çayı hövzəsi
ətrafında) yerləşdirməyə çalışırlar. Orta Cuzdakı qazaxlar
qaraqalpaqları öz arxasınca aparmağı bacarmış, qıpçaqların
bir hissəsi cunqarlar tərəfindən Kalmıkiyaya aparılmışdır. Bu
məlumatların XIX əsrin sonlarında yaşamış A.Vasilyev adlı
bir səyyahın dilindən verildiyini L.Tolstovanın əsərindən
alırıq. Burada qaraqalpaqların kiçik bir hissəsinin kalmık
qəbilələrindən olan olet tayfasının içində kalmıklarla
assimilyasiyaya uğradığı söylənilir.
33
Böyük və Orta qazax Cuzlarının xanları tez-tez «yuxarı
qaraqalpaqların» ərazilərinə böyük
qruplarla həmlələr
etmişlər. Tarixi-etnoqrafik ədəbiyyatda qazax xanlarının
yürüşləri barədə kifayət qədər söhbət açılır. Bu barədə
geniş məlumatları P.P.İvanov, V.N.Vitevski, P.P.Rıçkov,
V.V.Velyaminov-Zernov, A.İ.Levşin, Ç.Ç. Va li xa nov, A.Xaru-
zin, A.Nusunbəyov, A.P.Xoroşxin və P.Nebolsi
nin əsər lə-
rin dən ala bilirik. Qazaxların, ümumiyyətlə, qaraqalpaq
torpaq la rı na, eyni zamanda «yuxarı qaraqalpaqlara» hücumu
ilə bağlı böyük qazax maarifçisi Ç.Ç.Valixanovun «Ablay»
məqaləsində xeyli məlumatlar vardır. O, yazmışdır: «1774-
cü ildə Ablay Uysun yüzbaşılarının xahişi ilə öz oğlu Adilin
onları idarə etməsi üçün Talas çayı üzərində şəhər tikmiş və
orada əməksevər qaraqalpaqları yerləşdirmişdir».
34
XVIII əsr qaraqalpaqların ictimai həyatında ən mühüm
hadisələrdən
biri də o idi ki, burada qaraqalpaqlar iki tayfa –
qəbiləyə – (arısa) ondörd uruq və kunqrata ayrıldı ki, onlar da
öz növbələrində bir neçə qəbilə qrupuna bölündülər. Ondörd
uruq qəbilələri üçün iki böyük tayfa bölgüsü vardı ki, bunlar
– şullux və jaunqır idi. Tayfa-qəbilə bölgüsü birliyini bəylər
və batırlar idarə edirdilər. Yuxarı hissələrə gəldikdə isə, təbii