QəRİb məMMƏdov mahmud xəLİlov



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə4/182
tarix20.10.2017
ölçüsü3,76 Mb.
#5996
1   2   3   4   5   6   7   8   9   ...   182

 

10 


 

AEROTOP (aero – və yun. Topos - yer) – ekosistemin daxili atmos-

feri olub, Yer səthi hava qatının bir hissəsidir, onun tərkibi və rejimi 

bilavasitə ekosistemin daxili komponentləri, hər  şeydən  əvvəl bitki 

örtüyü və torpağın təsiri altda müəyyənləşir. Bununla yanaşı, A. bütün 

atmosferin aşağı təbəqəsi olduğu üçün atmosferin xarici təsirlərinə güclü 

məruz qalır. A-un kəmiyyət vəziyyətini və rejimini təsvir etmək məqsə-

dilə geniş kompleks göstəricilərdən istifadə olunur: günəş radiasiyasının 

intensivliyi, küləyin sürəti, havanın temperaturu və rütubətliyi, karbon 

qazının miqdarı və s. 

AEROZOL  (aero ...və – alm. Solum - kolloid məhlulu) – qaz 

mühitində (adətən havada) asılı  vəziyyətdə olan bərk və maye 

hissəciklərdən ibarət dispers sistem. Bitki tozcuqları ilə doymuş hava, 

tüstü, duman, tozlu hava təbii aerozollar sayılır. A.-lar təbiətdə və insan 

həyatında müsbət rol oynayır. Buludlar təbiətdə su dövranını təmin edir. 

Bitkilərin çoxu çiçək tozcuqlarının A.-u ilə tozlanır, duru yanacaqlar və 

bərk yanacaqların çoxu A. şəklində yandırılır, bitki ziyanvericilərinə 

qarşı kimyəvi A-larla mübarizə aparılır. 

Radioaktiv maddələr, silisium 4-oksid, alüminum oksid, qurğuşun, 

xrom tozu və s. ilə qarışıq texniki aerozollar çox ziyanlı olub ağır 

xəstəliklərə  səbəb olur. Öskürmə  və asqırma zamanı  əmələ  gələn 

bakteriyalı A.-lar yoluxucu xəstəliklərin, o cümlədən qripin yayılmasına 

səbəb ola bilər. 

AEROZOL ÇİRKLƏNMƏ  – havanın xırda dispers maye və  bərk 

maddələrlə çirklənməsi. 



AEROZOL KATASTROF (FƏLAKƏT)  – təbii (məs., vulkan 

püskürməsi) və ya süni (məs. böyük nüvə konflikti) səbəblər nəticəsində 

aerozolun miqdarının kəskin yüksəlməsi. Atmosferdə geniş aerozol zo-

nasının yaranması atmosferin saflığını azaldır, bununla əlaqədar Yer sət-

hinə düşən günəş radiasiyasını zəiflədir. Bu isə, öz növbəsində iqlimin 

(havanın) soyumasına, geniş ərazilərdə bitkilərin donmasına, heyvanla-

rın, insanların soyuqdan və aclıqdan kütləvi qırğınına səbəb olur. A.k. 

şübhəsiz, keçmiş geoloji dövrlərdə baş vermişdir. O, nüvə müharibəsi 

olarsa da baş verə bilər. 

AFİLAKTİK RƏNG – heyvanlarda (quş, həşərat, balıq və s.) bəzək 

vəzifəsini görən rənglər. 



AFİLLİYA (yun. Phyllan - yarpaq) – iqlimin kserotermik şəraiti ilə 

əlaqədar bitkinin yarpaqsız olması. Fotosintez funksiyasını bu zaman 

gövdələr yerinə yetirir. 

AFOTOBİOSFER (a... və yun. phos. - işıq) – biosferin günəş şüası 

daxil ola bilmədiyi hissəsi (hidrosfer və litosfer daxilində). 



AĞ GECƏLƏR – qütb dairəsi boyunca ilin yay fəslində müşahidə 


 

11 


 

edilən işıqlı gecələr. Yayda, bu zolaqda günəş az vaxt ərzində üfüq 

arxasında olduğu üçün gecəyarısı da axşam  şəfəqi kimi işıq olur. A.g. 

maydan iyula qədər San-Peterburq, Oslo, Maqadan paraleli üçün adi 

haldır. 

AĞ YAĞIŞ – Qısa müddət ərzində yağan şiddətli yağış. A.y. ən çox 

yayın  əvvəllərində yağır. A.y. yağan zaman qismən buludsuz 

göydənsaçan günəş  şüaları onun dənələrini  şəffaf göstərdiyi üçün, ona 

A.y. adı verilib. 



AĞ YEL – quru və isti külək. Yer kürəsinin quraq rayonlarında ilin 

isti dövründə müşahidə olunur. Azərbaycanda,  əsasən, Kür-Araz 

ovalığında, Naxçıvan Muxtar respublikasında (hündürlüyü 1500 m-ə 

qədər olan yerlərdə), Böyük və Kiçik Qafqazın dağətəyi hissəsində şərq 

və  cənub-şərq istiqamətində (sürəti bəzən 10 m/san və daha çox olur) 

əsir, çox vaxt özü ilə quru çən gətirir. A.y. zamanı havanın temperaturu 

bəzən birdən-birə 40-42

0

C-yə qalxır, nisbi rütubətlik isə 10-30



%-ə enir. 

A.y. bitkilər üçün zərərlidir; onların inkişafını zəiflədir və bəzən məhv 

edir. A.Y-ə qarşı  əsas mübarizə vasitəsi tarlaqoruyucu meşələrin 

salınması və aqrotexniki tədbirlərin aparılması hesab olunur. 



AĞAC – qol-budağı  və gövdəsi oduncaqlaşmış çoxillik bitki. Den-

drologiyada ağaclar boylarına görə aşağıdakı təsnifata bölünür: Hündür 

ağaclar-hündürlüyü 20 m-dən çox. Bura meşəəmələgətirən ağaclar dax-

ildir (palıd, fıstıq, vələs, cökə, ağcaqayın, qovaq, göyrüş, qoz, şabalıd), 

ortaboylu ağaclar – boyu 10-20 m. (quşarmudu, söyüd, çöl ağcaqayını), 

alçaqboylu ağaclar – boyu 7-10 m. (alma, yemişan, ardıc). Dünyada ən 

hündür ağac olan Avstraliya evkalipti və kaliforniya sekvoyası 140-150 

m-dək ucalır. Müxtəlif ağacların diametri 12 sm-dən 160 sm-ə  qədər 

dəyişir.  Ən yoğun gövdəli ağac Afrika baobabıdır (diametri 14 m-ə 

çatır). Yetgin meşə ağaclarının yaşı 120-160 ildir. Respublikamızda yaşı 

1000 ili ötən yoğun gövdəli çinar, palıd, azatağac və qaraçöhrə ağacları 

mövcuddur. 



AĞAC CİNSLƏRİ  – ağac bitkilərinin cins və növləri. A.c. 

iynəyarpaqlı (şam, küknar, ardıc və s.) və yarpaqlı (palıd, fıstıq, vələs, 

cökə, ağcaqayın, qoz, şabalıd, qovaq, qarağac və s.) ağaclara bölünür. 

Təsərrüfat  əhəmiyyətinə görə meşə, meşə – meliorativ, dekorativ və 

meyvə verən ağac cinsləri var. A.c.-nin işığa, istiliyə  və su rejiminə 

tələbatı müxtəlifdir. A.c. toxumla, pöhrə verməklə  və kök biclərilə ço-

xalır. Meşəçilikdə əsas A.c. (palıd, fıstıq, cökə və s.), ikinci dərəcəli A.c. 



 

12 


 

(çöl ağcaqayını, toz, titrək qovaq və s.), meyvəçilikdə isə tumlu (alma, 

armud), çəyirdəkli (gavalı. albalı), qərzəkli (püstə, badam, qoz, şabalıd, 

fıstıq). A.c. ayırırlar. 



AĞAC KÖMÜRÜ –  A.k. böyük məsaməliyə, inkişaf etmiş  səthə 

malikdir, ona görə  də qaz və mayedə  həll olan bəzi maddələri udmaq 

(adsorbsiya etmək) qabiliyyətinə malikdir. A.k.-nün sıxlığı vahiddən 

yüksək olub 1.25 q/sm

–a yaxındır. 



AĞACDƏLƏNKİMİLƏR  (Piciformes) – quşlar sinfinin bir 

dəstəsi. 6 fəsiləyə ayrılır. 400-ə qədər növü var. Həşərat, həşərat sürfəsi, 

quş yumurtası, meyvə, giləmeyvə və toxum yeyir. 

Ağacdələnlər  (Picidae)  fəsiləsinin Azərbaycanda 7 növü (qara A., 

yaşıl A., iri ala A., orta ala A., xırda ala A., Suriya A.-i, ilanboyun A.) 

var. 

AĞACLARIN HALQALANMASI – ağacların qabığı  və 

floyemasının (alt qabıq) kəsilib çıxarılması, kambi qatının zədələnməsi. 

120-200 yaşlı  şərq palıdı  ağaclarının halqalanmasına Kəlbəcər, Laçın, 

Daşkəsən, Gədəbəy və digər meşə  təsərrüfatlarının yuxarı dağ-meşə 

zonasında rast gəlinir. Qanunsuz olaraq bu yolla ağaclar qurudularaq 

ayrı-ayrı adamlar tərəfindən məhv edilir. 



AĞCAQAYIN FƏSİLƏSİ (Aceraceae) – Avropada, Orta Asiyada

Şərqi Asiyada, Mərkəzi və  Şimali Amerikada 150 növü yayılıb.  Ən 

geniş yayılmış cinsi ağcaqayındır. 

Ağcaqayın cinsi  (Acer) – Asiya və Avropada 120 növü, Qafqazda 

13, Azərbaycanda 7 növü məlumdur. Çöl ağcaqayını  (A. campestre)

nəhəng və ya məxməri ağcaqayın (velutinum), gözəl ağcaqayın (A. Lae-

tum), Trautvetter ağcaqayını  (A. Traytvettery), yalançı çinaryarpaq 

ağcaqayın  (A. Pseudoplatanus), Hirkan ağcaqayını  (A. Hyrcanum)

İberiya ağcaqayını  (A. ibericum), çinaryarpaq ağcaqayın  (A. plata-

noides), göyrüşyarpaq ağcaqayın  (A. negundo)  və Tatar ağcaqayını  (A. 

Tataricum). 

 

 

 



Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə