Elşad Ərşadoğlu ____________________________________
82
GEDƏCƏM
Bir gecə yarısı sökülməmiş dan,
Bir lal aydınlıqla dolanda hər yan.
Yerlərdən göylərə “ay işığı”ndan,
Özümə bir cığır açıb gedəcəm.
Düşürüb çiynimdən - doğma yerindən,
Bir az agah olub dərd-sərindən.
Girib qılığına, mələklərimdən
Uçmağı öyrənib uçub gedəcəm.
Gecə həzin-həzin əsəndə külək,
Hamıdan xəbərsiz, gizli, sevincək,
Ana qucağına qaçan uşaqtək,
Göylərin qoynuna qaçıb gedəcəm.
“Dayanıb lap yaxın, nəfəs-nəfəsə”,
Tutub əllərindən deyəcəm nəsə.
Bir gözəl gecədə, bir gözəl qıza,
Mən öz ürəyimi açıb gedəcəm<
_________________________________________Eşqə doğru
83
GEDƏNLƏR GERİ QAYITMAZ
Bu ki adam deyil, qərib səsdi, səs,
Quru bir nəfəsdi, quru bir qəfəs.
Bir ürək, bir könül ovlaya bilməz,
Könlü bir mələyə ov olub gedib.
Bu adam göylükdü, yerdə düzəlməz,
Kilsədə düzəlməz, pirdə düzəlməz,
Bir də sevinc açmaz, bir də düzəlməz,
İçində xoşbəxtlik sovulub gedib.
Təklikdən çırpınan qonaq ürəyi,
Ahıl ömür sürən uşaq ürəyi,
Onun həlim qəlbi, yumşaq ürəyi,
Acı kəlmələrdən ovulub gedib...
Bir də üz çevirməz bəri, qayıtmaz,
Həmişə görsənər yeri, qayıtmaz.
Qayıtmaz, gedənlər geri qayıtmaz,
Gedən öz xoşuyla qovulub gedib...
Elşad Ərşadoğlu ____________________________________
84
24 YAŞDA TƏƏSSÜRATLARIM
Canım-gözüm, sanma atam,
Anam böyütdü məni.
Mən zamanın övladıyam,
Zaman böyütdü məni.
Mənim kimi olmaz heç kim,
Günüm xəyallarda keçdi.
Gümandan gümana düşdüm,
Güman böyütdü məni.
Çatmasa da köməyimə,
Tuş gəlsə də gileyimə,
İyirmi dörd il ürəyimə,
Daman böyütdü məni.
“O”, böyüdən böyütdü ki,
Seçə bilim tükdən tükü.
Məndən inam, məndən sevgi,
Uman böyütdü məni...
_________________________________________Eşqə doğru
85
ALVERÇİ İLLƏR
Canım-gözüm, bilirsən,
Qayatək sərt idim mən.
İçimdən axıb gedən,
Sellər dəyişdi məni.
Gah kədərlə oldum tən,
Gah çağladım sevincdən.
Başıma sığal çəkən,
Əllər dəyişdi məni.
Sonsuzluğa baş alan,
Min yol dolub boşalan.
İçərimdən başlanan,
Yollar dəyişdi məni.
Bulaşdım çox sirrinə,
Əllərinin kirinə.
Satdıqca bir-birinə,
İllər dəyişdi məni...
Elşad Ərşadoğlu ____________________________________
86
MARAQLI MƏŞĞULİYYƏT
Bir həsrət var canımda,
İliyimdə, qanımda.
Heç kim yoxdur yanımda,
Mən də yoxla məşğulam.
Anı ana satıram,
Aldadıram, atıram.
Zamanla baş qatıram,
Atam, vaxtla məşğulam.
Yuxum ölür gözümdə.
Qəlbdən gələn sözüm də,
Gəlib azır ağzımda,
Karıxmaqla məşğulam.
Dünya kiçilib necə.
Ev dar, otaq balaca.
Oturmuşam bu gecə,
Darıxmaqla məşğulam.
_________________________________________Eşqə doğru
87
GECİKMƏK
Tələsib,
vaxtından tez gəldim bu dünyaya...
Sonra da ki,
bu vaxtından əvvəl gəlişin
arxayınlığıyla,
hər şeyə,
hər yerə,
həmişə,
hər dəfə gecikdim...
Qatdım boş işlərlə hədər, başımı.
Elə qarışdırdı kədər başımı,
sevincə gecikdim,
kefə gecikdim,
səhər dərsə,
axşam evə gecikdim.
Gecikməkdə keçdi ömrümün çoxu...
Nəyisə,
haradansa
başlamağa gecikdim... Ərindim...
Oturub gözlədim elə beləcə...
Elşad Ərşadoğlu ____________________________________
88
Yaşamağa gecikdim -
başqaları yaşadı,
mənsə süründüm...
Sevməyə gecikdim -
gözəl qızları
başqaları sevdi,
mən də həsrətin çəkdim...
Oturub bütün günü,
itirdiklərimin xiffətin çəkdim...
Daha mənə dərs oldu...
Bu dünyada
nə qədər geciksəm də,
o dünyaya –
ölümə gecikən deyiləm qəti...
Dostları ilə paylaş: |