www.vivo-book.com
57
yığışdırıb nizəni götürəndə o, lap yaxınlıqdaca
havaya
tullanıb, dişi marlini görmək eşqilə qayığın içinə baxmışdı,
sonra dənizə düşmüşdü və açıq-yasəməni rəngə çalan döş
üzgəclərini geniş açaraq üzə-üzə dərinliklərdə gözdən
itmişdi. Onun belindəki
bənövşəyi zolaqlar par-par
parıldayırdı. Qoca indiyəcən də onun gözəlliyini, sədaqətini
unuda bilmirdi.
“Ömrümdə bundan kədərli, bundan qəmgin hadisəylə
rastlaşmamışam, –
qoca təəssüflə köks ötürdü, – oğlan da
bərk məyus olmuşdu. Dişi marlindən üzr istəyib, onu
parçaladıq”.
“Heyf ki, oğlan burada yoxdur”, –
qoca düşündü və
özünü yığışdırıb yerini rahatladı.
Çiynindən aşırdığı ip nəhəng balığın ağırlığını aşkar
hiss etdirirdi. Balıq yorulmaq bilmədən üzürdü. Qoca
düşündü: “Gör ona necə kələk gəlmişəm ki,
taleyi ilə
barışmağa məcbur olub”.
“Balıq insanların hər cür hiyləsindən və qurduqları
tələdən uzaqda, okeanın dərin suları altında yaşamaq
istəyirdi. Mən isə onu üzə çıxartdım. İnsan nəfəsi dəyməyən