Qulu məHƏRRƏMLİ



Yüklə 1,65 Mb.
səhifə46/65
tarix25.06.2018
ölçüsü1,65 Mb.
#51762
1   ...   42   43   44   45   46   47   48   49   ...   65

 

232 

əsasıdır.    Bu    söz    xəbərlərin    müxtəlif     

tiplərini    səciyyələndirən 

terminoloji ifadələrdə də hakimdir - son xəbərlər,   

xarici ölkələrdən 

xəbərlər;    təcili xəbərlər və s. xəbərlər anlayışı ilə 

bağh terminlər 

dairəsi    informasiyanın    texniki    vasitələri     

inkişaf    etdikcə    və 

bütövlükdə    dünyanın    müasir    ictimai     

həyatında    informasiya 

mühitinin rolu artdıqca daha da genişlənir. 

      XƏBƏR BİZNES KİMl (news as a business) - 

ABŞ-da və KtV- 

lərin bazar münasibətlərinə tabe    olduğu, 

xəbərlərin sərfəli məhsula 

çevrildiyi ölkələrdə geniş    yayılmış konsepsiya.   

Bu cür xəbərlərin 

gəlirli olması onlann sensasiyalığı və təzəliyi ilə 

şərtlənir. 

      XƏBƏR PRODÜSERİ (the news producer) - 

xəbər proqramının 

məzmununa,    süjetlərin düzümünə,    mətnə, 

videotəsvirə,    fotoma- 

teriallara, xronometraja,    bir sözlə, buraxılışda hər 

şeyə cavabdeh 

olan şəxs.    Məhz X.p. süjeti    hansı formada 

(şifahi,    kadrarxası 

mətnlə, təsvirlə, sinxron, reportaj, səs effektləri ilə 

və s.) veriləcəyini 

müəyyən    edir.    Gündəlik    xəbər buraxılışının   

ümumi    planının 




233 


tutulması, qrafikadan    istifadə, kadrlann 

yerləşdirilməsi, süjetlərin 

ssenari planını təsdiq etmək və s. məsələlərlə 

məşğul olan X.p., özü 

də reportyora, yaxud nyusrayterə tapşırılmamış, 

amma təcili efırə 

gedəcək süjetlər yazır. 

      XƏBƏRLƏR    XİDMƏTİ (news service) - 

xəbər toplanması və 

onlann kütləvi mətbuat    orqanlarında yayılması   

ilə    məşğul olan 

struktur.    Xarakterlərinə görə bu cür xidmətlər 

xəbər agentliklərinə 

bənzəyirlər. Lakin miqyaslanna    görə onlar öz   

informasiyalan ilə 

ayn-ayrı    rayonlan, nəşriyyat,    yaxud    yayım   

sistemlərini təchiz 

etməklə bir qədər məhdud fəaliyyət göstərirlər. 

      XƏBƏRLƏRİN SEÇİLMƏSİ VƏ 

QİYMƏTLƏNDİRİLMƏSİ 

(news selection) - proqrama daxil ediləcək 

xəbərlərin yenilik, təzəlik, 

gərəklilik, qeyri-adilik,    maraqlılıq, əhəmiyyətlilik 

və s. meyarlara 

görə seçilməsi. 

      XƏBƏRLƏRİN SƏHNƏLƏŞDİRİLMƏSİ   

(news    staging) - 

teleekranda    saxtalaşdınlmış    hadisələrin təsvirinə 

gətirib    çıxaran 

xəbərlərin süni    montajı    üsullarmı 

səciyyələndirmək üçün tətbiq 



 

234 

edilən uyğunsuz forma. 

      XƏRCLƏR      (expenditures)      -      filmin    və     

ya    mürəkkəb 

kompozisiyalı    verilişin çəkilişi    üçün sərf 

olunan, həmçinin    bu 

məqsədlə əldə edilən mallara (iş və xidmətlərə) 

görə nağd və hesaba 

köçürmə formasında verilən vəsait. 

      XƏRCLƏRİN SMETASI (expenditure 

estimate) -    bax Filmin 

istehsah üçün smeta. 

      XƏTTİ      BÖYUTMƏ    (linear   

magnification) - əşyanm    öz 

təsvirindən neçə dəfə böyük (yaxud kiçik) 

olduğunu göstərən rəqəm 

(bax Təsvirin miqyası). 

      XƏTTİ MONTAJ (linear editing) - təsvirlərin 

yalnız    bir xətt 

boyunca    və    yalnız ardıcıl düzülməsini   

şərtləndirən    montaj üsulu. 

X.m. zamanı montaj olunmuş hazır materiala 

hansısa kadrı əlavə 

etmək, yaxud    oradan    nəyi isə    çıxarmaq    üçün 

təsvir    bütünlüklə 

(yaxud      qismən)      yenidən      köçürülüb     

işlənməlidir.      Qeyri-xətti 

montajda belə geniş əməliyyata ehtiyac qalmır.   

(bax    Qeyri-xətti 



montaj). 

      XƏTTİ PERSPEKTİV (linear perspective) - 

perspektivli qısalan 



235 


xətlərin - yolların, evlərin, teleqraf dirəklərinin, 

dəmiryol relslərinin 

və s. kadrdakı vəziyyəti ilə yaradılan əhatəlik və 

ənginlik duyğusu. 

Kadrın dərinliklərinə    gedib    çıxan    paralel   

yerləşdirilmiş    xətlər 

arasındakı məsafənin qısaldılması qonşu əşyalann 

əhatəliyini yaxşı 

çatdırır,    birləşmə    nöqtəsinin    vəziyyəti    isə 

üfüqün    rakursunu və 

hündürlüyünü müəyyənləşdirir. 

      XİDMƏT ZONASI (service    zone/area) -   

fərdi qəbul şəraitinin 

dövlət texniki standartlan və normalarının 

tələblərinə cavab verdiyi 

ərazi hüdudlan. 

      XOST (chost) - şəbəkəyə qoşulan və    müxtəlif 

xidmətlər    göstərən 

kompüter. İnternetdəhərkompüterinözunikal 

ş ə b ə k ə       ü n v a -  

n ı olur.    Bu ünvanm həcminin hər biri 8 bitdən 

ibarət olan 4 hissə 

təşkil edir. 

      XROMATİK ABERRASİYA (chromatic   

aberration)    -    qeyri- 

monoxromatik işıqdan istifadə    zamanı    əmələ 

gələn spesifık təsvir 

təhrifləri. X.a. təsvirin geniş spektrli dalğa 

uzunluqlu işıq dəstələri 

vasitəsilə formalaşdırılması zamanı əmələ gəlir. 




 

 

      XROMATİK RƏNG (chromatic color) - 



qırmızı, san,    yaşıl, göy 

və bunlann müxtəlif rəng çalarlan.    İşıq   

dalğalannın müxtəlif 

birləşmə və təsirləri bütün X.r.-ləri fərqləndirən   

r ə n g     t o n u ,  

a ç ı q l ı q  v ə d o y u m l u l u q    

xüsusiyyətlərinişərtləndirir. 

      XRONİKA (news item/news reel) - 1) baş 

verən ictimai-siyasi və 

mədəniyyət hadisələrinin EE-də xronoloji 

ardıcıllıqla əks etdirilməsi; 

2) dövri mətbuatda,    TVR-də, sənədli kinoda və s. 

cari hadisələr 

haqqında qısa məlumat,    informasiya;    3) ölkədə 

və dünyada baş 

vermiş hadisələrə həsr olunmuş sənədli film. 

      XRONOLOGİYA (chronicle) - tarixi 

hadisələrin vaxt ardıcıllığı 

ilə yazılışı; hadisələrin baş verdiyi, yaxud 

sənədlərin yazıldığı vaxtın 

müəyyən ardıcıllıqla izlənməsi. 

      XRONOMETRAJ (timing/time keeping/time 

study) - kinoda, 

radio və TV-də    istehsal proseslərinin (çəkiliş, 

montaj)    və efır 

vaxtının    vaxta    görə tənzimlənməsi;    hazır 

filmin,    verilişlərin, 

süjetlərin müddəti. 

      XÜSUSİ      KİNOÇƏKİLİŞLƏR      (special 

shootings)    -    adi 

çəkilişdən fərqlənən kinoçəkiliş üsulları və 

qaydalan; X.k.-ə    k a d r- 




Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə