Qulu məHƏRRƏMLİ



Yüklə 1,65 Mb.
səhifə45/65
tarix25.06.2018
ölçüsü1,65 Mb.
#51762
1   ...   41   42   43   44   45   46   47   48   ...   65

 

226 


      HOLLİVUD    ÜSLUBU    (Hollywood    style)   

-    Amerika    kino 

sənətinin mərkəzinə    çevrilmiş    Hollivudun 

istehsal    və    yaradıcılıq 

üslubunun məcmusu. ABŞ    kinematoqrafıyasının   

başlıca xüsusiy- 

yətlərini    («kino    ulduzları» sistemi,    standart   

kinodramaturgiya, 

filmlərin axm istehsalı) özündə əks etdirən sistem. 

      HOLOQRAFİYA (holography) - dalğaların 

interferensiyasma 

əsasən,    obyektin    həcmli xəyalının    alınma   

üsulu.    Bu    ideyanın 

texnikada tətbiqi lazerlərin kəşfindən sonra 

meydana çıxmışdır. Adi 

fotoşəkilçəkmədə    obyektdən əks olunan    işıq 

dalğalannın yalnız 

intensivliyi (yəni amplitudu) fıksə edilir. Həm 

amplitud, həm də faza 

münasibətlərinin yazıldığı holoqram adi fotoşəkil 

çəkməyə nisbətən 

obyekt haqqında daha tam məlumat verdi. 

      HOLOQRAM    (hologram)    -    işığa həssas 

lövhədə    yazılmış 

interferensiya mənzərəsi. Mikroskopla    baxdıqda 

H. rəngli və qara 

zolaqlann növbələşən sistemi kimi görünür. H.-ı   

alındığı şüa ilə 

işıqlandırdıqda həqiqi xəyalı    görmək olur. 

Fotoşəkildən    fərqli 

olaraq H.-da neqativ və pozitiv eynidir,   

informasiya tutumu isə 




 

227 


xeyli böyükdür. 

      HÜDUD TEZLİKLƏRİ    (limit frequency) - 

spektri məhdud olan 

harmonik siqnalların maksimal və minimal 

tezlikləri. 



 

228 

      XAOS (chaos) -    tam    qarışıqlıq,    nizamsızlıq,   

hərc-mərclik, 

qaydasızlıq, sistemsizlik. 

      XARAKTER (nature/character)    - 1) 

şəxsiyyətin    ictimai həyat 

şəraiti    və    tərbiyə    təsiri    ilə    formalaşan   

mühüm,    əsas    fərdi 

xüsusiyyətlərinin    məcmusu.    Bu    fərdi 

xüsusiyyətlər    insanm    iradi 

fəallığında, ətraf aləmə,    həmçinin öz-özünə 

münasibətində    ifadə 

olunur və onun psixoloji simasına müəyyənlik 

verir; 2) incəsənətdə

o    cümlədən EE-də    insanın    sabit,    mühüm   

psixi xüsusiyyətlərinin 

məcmusunun bədii cəhətdən təcəssüm etdirilməsi. 

Bu xüsusiyyətlər 

insan üçün müxtəlif şəraitdə, onun digər adamlara 

münasibətində, 

həyat    hadisələrini    qiymətləndirməsində, fərdi 

hərəkət    tərzində 

təzahür    edir;    3) xasiyyət;    hər hansı    bir 

adamın    hərəkət    və 




229 


davranışında    təzahür    edən    psixi 

xüsusiyyətlərin məcmusu. Ədəbi 

əsərlərdə, teleradio    tamaşalannda    ruhi,    mənəvi   

xüsusiyyətləri 

qabanq    şəkildə    fərqləndırilən insan surəti.    X. 

surətin ətrafındakı 

adamlara, mühitə, tarixi şəraitə münasibətinin 

göstərilməsi yolu ilə 

yaradılır. Sənətkann    fıkirləri, əsasən xarakterlər 

vasitəsilə    ifadə 

edilir,    əsərin    forma və məzmun 

özünəməxsusluğunu    şərtləndirir. 

Sənətin    ayrı-ayrı tarixi    inkişaf   

mərhələlərindəki    cərəyanların 

özünəməxsus insan X.-i konsepsiya olmuşdur. 

      XARAKTERİSTİKA (characteristic/response) - 

xasiyyət,    cizgi, 

əlamət, xüsusiyyət,    xarakter; gerçəklik predmet 

və hadisələrinin, 

insan    xarakterlərinin    fərqləndirici   

əlamətlərinin,    xassələrinin, 

məziyyətlərinin və nöqsanlannın məcmusu. Obraz 

müəllifin verdiyi 



 

230 

və qəhrəmanın portretini, davramşmı, müəyyən 

vəziyyət və şəraiti 

əks etdirən X.-sından, qəhrəmanm özünün, onun 

fərdi xüsusiyyətini 

aşkara çıxaran nitqin xarakteristikasından    yaranır.   

M u s i q i  

x a r a k t e r i s t i k a s ı  - obrazm xarici dinamikası 

və ya daxili 

inkişafını ifadə    edən melodiyaların,    ritmlərin,   

harmoniyalann 

müxtəlif birləşmələrindən əmələ gəlir. T e a t r    

v ə T V     t a m a ş a  

s ı n d a     x a r a k t e r i s t i k a     rolun mətnindən, 

həmçinin bu rolun 

rejissor, aktyor tərəfindən yaradıcı surətdə ifa 

olunmasından,    onun 

səhnədə    təcəssüm etdirilməsindən doğur 

(aktyorun oyunu,    qrim, 



231 


paltar və s.). K i n o d a     x a r a k t e r i s t i k a ,  bir 

tərəfdən, elə 

teatrdakı amillərlə (ssenarinin mətni, bu mətnin 

şərhi və s.), digər 

tərəfdən    isə spesifik vasitələrlə:    müxtəlif 

planlann birləşməsi    ilə

hərəkət, zaman və məkan hüdudunu 

genişləndirməyə imkan verən 

montajm, müxtəlif rakurslann    tükənməz 

imkanlan    ilə müəyyən 

edilir. 

      XATIRLATMA ANONSLARI (back   

announcement) - uzun 

çəkən proqramlann gedişində radionu yenicə açmış 

dinləyicilər üçün 

verilişdə olmuş və olacaqlan xatırladan anons. 

      XƏBƏR (news) - ölkədə və dünyada baş verən, 

ilk növbədə, ən 

mühüm hadisələr haqqında yeni məlumat, yenilik; 

yeni olan, ictimai 

əhəmiyyət kəsb edən fakt və    hadisə, yeniliyin 

cazibə və mahiyyətini 

ifadə etmək, aktual hadisə barədə mətbuat, TV və 

radioda verilən 

operativ məlumat. İngiliscə "news" sözü müxtəlif 

rabitə informasiya 

kanalları ilə xəbərlərin toplanması, işlənməsi və 

yayılması ilə məşğul 

olan jurnalistlərin peşə əlamətini bildirən    əksər 

terminlərin məntiqi 




Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə