68
Ramiz
Mehdiyev
Demokratiya
yolunda:
irs haqqında
düşünərkən
– ahıllara hörmətə görə, sonuncuları isə – özlərinə hörmətə
görə”
1
. Filosofun bu sözlərini inqilabi meyillər ehtimalını
azaltmaq, sürətli transformasiyalara və düşünülməmiş hərə-
kətlərə psixoloji cəhətdən meyil göstərən gənclərin iddiala-
rını “söndürmək” üsuluna işarə kimi də şərh etmək olar.
Belə ki, praktikanın göstərdiyi kimi, istənilən inqilab və
ya iddialı ideya onun orbitinə “yeni ideya”nı daha mütəhərrik
etməyə, məqsədlərə nail olmağı və bunlara doğru aparan
yolların axtarışını isə daha səmərəli etməyə qadir gənc insan
qrupları cəlb edildiyi halda uğurlu olur.
Bərabərliyin olmaması demokratiya prinsipinin pozulma-
sını şərtləndirir və bununla yanaşı, elə bir vəziyyət yaranır ki,
bu zaman hər bir fərd idarə etmək üçün seçilmiş adama tay
olmağa çalışır. Yəni, cəmiyyət daha hakimiyyətdə olanın ob-
razında siyasi, iqtisadi və sosial proqramların əsas inteqrator-
larını görmür. Belə hal baş verdikdə, demokratiyanın yerini
anarxiya tutur, xalq hər şeyi özü etmək istəyir: “Senatın
əvəzinə məşvərət keçirmək, məmurların əvəzinə idarə etmək
və hakimlərin əvəzinə mühakimə etmək”
2
.
Odur ki, demokratiya həm dövlətdə təkbaşına rəhbərliyin
meydana gəlməsinə doğru aparan qeyri-bərabərlik ruhundan,
həm də müstəbidliyin meydana gəlməsini şərtləndirən bəra-
bərlik ruhunun ifrat hallarından ehtiyat etməlidir. Monteskyö
deyir ki, bərabərlik insanlara xas xüsusiyyət deyil, hərçənd
ki, onlar doğulduqları gündən bərabərdirlər. Müəyyən vaxt
keçdikdən sonra və ictimai transformasiyaların təsiri nəticə-
sində insanlar bərabərlik çərçivəsindən kənara çıxırlar və
onları əvvəlki vəziyyətə yalnız qanun qaytara bilər.
1
Ш.Монтескье. О духе законов, книга 5, глава 7.
2
Yenə orada, 8-ci kitab, fəsil 2.
69
1‐ci fəsil
Əzablı
yollarla
ulduzlara
doğru
Əgər demokratik dövlətlər və monarxiya dövlətləri on-
ların varlığı prinsiplərini pozan hallar nəticəsində məhv
olursa, istibdad dövlətləri “özünün daxili qüsuru nəti-
cəsində”
1
məhv olur.
Monteskyö yazır ki, demokratiyalarda xalq istədiyi hər
şeyi etməkdə azaddır. Lakin cəmiyyətdə həqiqi azadlıq
“istəməli olduğunu etmək və istəməli olmadığını etməyə
məcbur olunmamaq”
2
imkanının olması deməkdir. Buna
baxmayaraq, azadlıq və müstəqillik arasında fərq var, çünki
azadlıq qanunun yol verdiyi hər şeyi etmək hüququ verir,
yox, əgər vətəndaş qanunsuz, qadağan olunmuş bir iş
görürsə, bununla da o, öz azadlığını məhdudlaşdırır, çünki
digər vətəndaşlar da belə hərəkət edə bilərlər. Bununla
əlaqədar Russonun belə bir fikrini xatırlamaq yerinə düşər ki,
bir nəfərin hüquqları və azadlığı digərinin hüquqlarının və
azadlığının başlandığı yerdə qurtarır.
Monteskyö deyir ki, hər bir dövlətin müəyyən məqsədi
olur. Sonra o, siyasi azadlığa nail olmağı öz səylərinin bila-
vasitə məqsədi kimi qarşıya qoyan xalq barədə mühakimə
yürüdür. Budur, xalq öz məqsədinə çatmışdır, bu azadlığı
təmin etmək üçün zəruri şərtləri isə onun konstitusiyasında
aynadakı kimi görmək olar. Burada biz “Qanunların ru-
hu”nun ən dəyərli hissəsinə, hakimiyyətlərin bölgüsü barədə
məşhur nəzəriyyəyə – bir qədər dəyişdirilmiş halda bu gün
də dövlət hüququ haqqında elmin əsas müddəalarından birini
təşkil edən nəzəriyyəyə yaxınlaşırıq. Bütün Avropa ölkələri
qanunvericilərinin bu nəzəriyyəyə yiyələnməsi qanunçulu-
ğun və azadlığın bərqərar olmasına xeyli kömək etmişdir.
Monteskyö yazır: “Hər bir dövlətdə hakimiyyətin üç növü
1
Ш.Монтескье. О духе законов, книга 5, глава 10.
2
Yenə orada, 11-ci kitab, fəsil 3.
70
Ramiz
Mehdiyev
Demokratiya
yolunda:
irs haqqında
düşünərkən
var: qanunverici, icra və məhkəmə hakimiyyətləri. Siyasi
azadlıq yalnız o halda təmin edilə bilər ki, dövlətdə heç bir
hakimiyyət öz səlahiyyətlərindən sui-istifadəyə qadir olma-
sın, bu sonuncu məqsəd üçünsə səlahiyyətlərin lazımi surətdə
bölgüsü vasitəsilə bir hakimiyyət digəri ilə məhdudlaşmalı-
dır. Əgər məhkəmə hakimiyyəti icra və qanunverici hakimiy-
yətlərdən ayrılmayıbsa, hələ azadlıq mövcud ola bilməz.
Əgər məhkəmə hakimiyyəti qanunverici hakimiyyətlə birləş-
miş olarsa, həyat və azadlıq üzərində hakimiyyət iradi olardı,
çünki hakim həm də qanunverici olardı. Əgər o, icra haki-
miyyəti ilə birləşmiş olarsa, hakim sıxışdıra bilərdi”.
Məlum olduğu kimi, qanunilik və ədalətlilik anlayışları
ayrı-ayrı hallarda uyğun gəlməyə bilər. Fiziki varlıq olan
insan öz fəaliyyətində təbiət qanunlarına tabedir. Monteskyö
yazırdı: “İnsanın hərəkətlərini iqlim, din, qanunlar, hökumət
sərəncamları, ötən hadisələrin nümunələri, adətlər, vərdişlər
idarə edir”. Bütün bu sadalanan amillər üzvi surətdə bağlıdır
və daimi qarşılıqlı əlaqədədir. Deməli, insan qanunları və hü-
quq da ətraf mühitin şəraiti ilə müəyyən nisbətdə olmalıdır.
Monteskyönün əsərinin məqsədini də bütün bu mürəkkəb
qarşılıqlı əlaqələrin tədqiqi təşkil edir. Məsələn, o, yuris-
prudensiya tarixinin hüdudlarından çox-çox kənara çıxaraq,
ictimai hadisələrin hərtərəfli şəkildə öyrənilməsini qarşısına
vəzifə qoyur və bununla da müasir sosiologiyanın, bir növ,
müjdəçisi kimi çıxış edir. O, mücərrəd sxemlər və poetik
xülyalar yaratmır, əksinə, gerçəkliyi olduğu kimi öyrənməyə
çalışır, lakin eyni zamanda, güman edir ki, bu gerçəkliyin
başa düşülməsi və keçmişin təcrübəsi bəşəriyyətə çox şey
öyrədə və onu ciddi səhvlərdən çəkindirə bilər. Ona görə də
filosof insanları, xüsusən daim nəzərdə tutduğu fransızları
“öyrətmək üçün” qarşısına praktik məqsədlər qoyur.
Dostları ilə paylaş: |