Roman, povestlər



Yüklə 3 Mb.
səhifə146/158
tarix25.06.2018
ölçüsü3 Mb.
#51911
1   ...   142   143   144   145   146   147   148   149   ...   158

 489 

elçiliyin səhərisi gün xəbər tutdu. Aman allah, o nə şəbeh idi, 

Asya çıxartdı? Göz yaşları, hədələr, isterika, yalvarış... hər şeyi 

yadına salmışdı — ta, onun kurs işlərini pulsuz yazmağına 

qədər, müəllimlərin qılığına girib bəzi fənlərdən ona qiymət 

yazdırdığına qədər... "Deməli, institut illərində sənə mən gərək 

idim, diploma çıxıb institutu qurtaranda Şövqü Şəfizadə gərək 

oldu?.." Niyə axı onda da, sonralar da, Fuadın evlənməsindən 

söz düşəndə hamı  əvvəlcə  Şövqü  Şəfizadənin adını  çəkirdi, 

guya o, Şövqünün qızıyla deyil, özüylə evlənmişdi... Asyanı 

necə inandıraydı ki, Rumiyyəyə  aşiq olub, təmənnasız-filan 

sevir onu, Şövqünün qızı deyil, adi bir adamın övladı olsaydı 

da, anadan-atadan yetim olsaydı da beləcə sevəcəkdi... Heç 

Asya buna inanardı? "Adə, mənə gəlirsən, — deyirdi Asya — 

təmənnasız-filan, aşiq olmuşam filan, adə, həmin o sənin 

adamların  Şövqügilə elçi gedən gecə  sən mənim yanımda 

qalmamışdın?" Bu doğrudan da belə idi, amma bunun sırf bir 

təsadüf olduğunu necə başa salaydı Asyaya? Asyanın qəlbini 

qırmadan, izzəti-nəfsinə toxunmadan, necə qandıraydım onu 

ki, lap heç Rumiyyə məsələsi olmasaydı, bu cür münasibətimiz 

nə  qədər davam edə bilərdi, mən ki səni alası deyildim, 

əzizim...  İndi mənim iyirmi iki yaşım var, sənin otuz iki. On 

ildən sonra mənim otuz iki yaşım olacaq, sənin qırx iki. Mənim 

qırx yaşım olanda isə  sənin yaşın  əllini haqlayacaq. Qırx yaş 

kişi ömrünün ən yetkin çağıdır...  Əlli yaşlı qadın isə... bütün 

bunları Asyaya necə deyəydi axı... Bircə dedi ki, istəsən, biz 

yenə  də  əvvəlki kimi görüşə bilərik, hərdənbir.  İndiyəcən 

sirrimizi bilən olmayıb, bundan sonra da olmaz... Bunu Asyaya 

təsəlli üçün demişdi.  Əcəb təsəlli oldu? Asya yanındakı gecə 

çırağını götürüb ona tərəf vızıldatdı, yaxşı ki, Fuad başını 

vaxtında yana çəkdi, yoxsa başı yarılacaqdı. 

Elə bil Asyanın isterikası da elə bununla bitdi. Elə bil 

toxtadı bir növ. Durub mətbəxə keçdi, Fuad eşitdi ki, parçla 

vedrədən ləyənə su tökur — əl-üzünü yuyur. Sonra otağa 

qayıtdı, sifəti elə bil dartılmışdı, avazıyıb gözlərinə çəkilmişdi, 



 490 

bircə gözləri qalmışdı sifətində, qocalıb çirkinləşmiş, iri 

gözləri. Asya sakit bir tərzdə: 

—Get, — dedi. 

Fuad nə isə demək istədi, amma Asya onu ağzını açmağa 

qoymadı: 

—Xahiş edirəm səndən, çıx get, — deyə sakitcə təkrar etdi. 

Fuad ayağa durdu: inana bilmirdi ki, bütün bu qalmaqallı 

səhnələrdən sonra və bütün bu illərin əlaqəsindən sonra beləcə, 

biryolluq üzülüşə bilərlər. Otaqdan həyətə  çıxanda da hələ 

inanmırdı, həmişəlik ayrıldıqlarına. Həyətdən küçəyə  çıxdı  və 

yenə də inanmırdı, gözləyirdi ki, arxadan çağıracaq, çağıracaq 

onu, hətta təlaş edirdi ki, Asya yüyürüb küçəyə  çıxacaq və 

bütün bu çılğın səhnənin ardı küçədə, camaatın gözü qarşısında 

davam edəcək. Ancaq heç bir səs gəlmədi. Çevrilib pəncərəsinə 

baxdı. Pəncərədə  də heç kəs görünmürdü... İkili hisslər 

keçirirdi Fuad. Bir yandan asudəlik hissi — sevinirdi ki, son 

müddətdə onun qarşısına çıxan bu ən ciddi problem həll 

olundu, ağrıyla, göz yaşıyla, haray-qışqırıqla, amma hər halda 

düyün açıldı — ən çətini arxada qaldı, o bundan da çılğın 

səhnə, bundan da çılpaq ehtiraslar gözləyirdi, nisbətən sakit, 

dinc oldu hər şey — buna sevinirdi. Amma həm də qüssəliydi 

bir qədər. Tək ona görə yox ki, neçə ildən bəri sevincini, 

kədərini, gileyini, istəyini gətirdiyi bu söyüdlü həyətdən, bu 

yarıqaranlıq otaqdan, Asyanın bir az soğan, bir az qovrulmuş 

tum qoxuyan isti nəfəsindən, bir qədər qaba nəvazişlərindən, 

lağlağı söhbətlərindən, adamları yamsılamaq məharətindən və 

məxsusi Fuadçün bişirdiyi dadlı xörəklərdən ayrılır. Bir də ona 

qüssələnirdi ki, Asya onu bir neçə saatın içində itirə bildi və 

saxlamaq, qaytarmaq üçün daha heç bir cəhd, temperamentinə 

uyğun olan heç bir dəli-dolu hərəkət eləmədi, elə sakitcə: 

"Yaxşı, çıx get" — dedi, eləcə sakitcə qovdu ki, doğrudan da 

birdəfəlik çıxıb getsin... 

Amma bəlkə... Bu fikirdən diksindi Fuad, hardansa yadına 

düşdü birdən: kimin haqqındasa danışmışdı ona Asya — üstünə 



 491 

nöyüt töküb yandırıb özünü. İraq-iraq birdən bir xata çıxar 

qızın  əlindən... Allah, sən saxla, Fuad özünə yer tapa bilmədi 

bu fikirdən, istədi geri dönsün, amma dönmədi, bir saatdan 

sonra avtomatdan zəng elədi Asyaya, səsini eşidib sakitləşdi, 

danışmadan asdı dəstəyi, bir də gecə zəng vurdu, səsini eşitdi, 

lap arxayın oldu, sakitcə yuxulayıb yatdı... 

On üçündə  də  zəng elədi, ad gününü təbrik etmək, hətta 

hədiyyə alıb evlərinə getmək istəyirdi. Bütün günü telefon 

cavab vermədi. 14-də  də telefonu cavab vermədi. 15-də Asya 

işə  çıxdı. Fuadla pilləkəndə rastlaşdılar. Asya özünü 

görməməzliyə vurdu, Fuad da onu saxlamadı. 

Bir həftə, ya on gün sonra Asyadan məktub aldı. Oxudu 

məktubu, cırıb atdı, nəyə lazım idi ki, saxlasın, birdən  ələ 

keçib-eləyə bilərdi. Amma məktubun məzmunu indiyəcən 

yadındaydı... Elə Asyanın son görüşlərində dediyi sözlər idi 

məktubda da, həmin elə o sözlər daha ədəbi cümlələrlə ifadə 

olunmuşdu. Özü də makinada çap olunmuşdu, Asyanın 

evindəki həmin o "Kontinental" makinada. K. hərfi o biri 

hərflərdən bir az aşağı düşürdü bu makinada... 

Yazırdı ki, ömrümün səninlə keçən illərinə heyfsilənmirəm. 

Ona heyfsilənirəm ki, bu yaşımda adamları tanıya bilmirəm 

hələ. Ay yazıq, axı sən heç sevməyə qadir deyilsənmiş. Tək bir 

özündən başqa heç kəsi sevmirsən... Öz işinin xətrinə hamının 

lap elə doğma atovun, anovun da meyitini tapdayıb 

keçərsən. Bu gün məni atdığın kimi, bir gün indi təzə nişanlının 

— "təzə nişanlı?!" Guya köhnə nişanlısı da vardı — atasının işi 

bir balaca yaş olan kimi onu da atarsan... Gülməli o idi ki, Asya 

məktubun axırında şer də yazmışdı: 

 

Ey vəfasız, gözü ağlar qaldım mən. 



Ürəyimin başı dağlar qaldım mən. 

Başqa bir gözələ uydun, məni atdın.  

Nə olar, təki sən xoşbəxt ol, qoy ağlar qalıım mən... 

 

Şerdən sonra R. S. də var idi; Xoşbəxt ol, Fuad. Amma bu 




Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   142   143   144   145   146   147   148   149   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə