Roman, povestlər



Yüklə 3 Mb.
səhifə154/158
tarix25.06.2018
ölçüsü3 Mb.
#51911
1   ...   150   151   152   153   154   155   156   157   158

 515 

ömrünü qısaldan ikinci bir bəla yoxdur. Hər şeyi onlar törədir 

— xərçəngi də, hipertoniyanı da, diabeti də, ürək,  əsəb 

xəstəliklərini də... 

Yəqin doğru deyirdi həkim... Yəqin onun məsləhətlərinə 

əməl etmək gərəkdi. Ancaq necə əməl edəydi Fuad ki, məsələn, 

elə günü bu gün — axşamkı  fərəhli tədbirin  ərəfəsində neçə 

dəfə mənfi emosiyalar almalı oldu? Nə idi Oqtay — nanəcibin 

danışdıqları? Yüngül-yüngül atılıb çıxdı, dili topuq çala-çala 

danışdı, özü də  nə dedi axı... Matəm tribunasını da ürəyinin 

kin-küdurətini boşaltmaq üçün istifadə elədi. Nə  qədər xılt 

olarmış insanın ürəyində, ya rəbb? Özü də, heç məndən 

utanmır, xəcalət çəkmir, elə bu gün səhər yanıma xahişə 

gəlmişdin axı, mən də  səni adam balası bilib bircə  dəqiqənin 

içində xahişini yerinə yetirdim. İndi bu da mənim haqq-

sayımdır? "Qoymadılar", "İmkan vermədilərU, hamı bilir axı, 

kimin bostanına atırsan bu daşları. Hamı bilir axı ki, Şövqüyə 

deyirsən, dolayısıyla da elə mənə, Fuada — Balaca Fuada. 

Fuad hər şeyi başa düşürdü. Oqtay və Oqtay kimilərin, elə o 

cümlədən rəhmətlik Fuad Salahlının özünün də onlara — 

Şövqüyə, Fuada güzəştsiz və amansız münasibətlərinin 

kökünü, səbəbini, qidasını bilirdi. 

Bilirdi ki, Oqtay kimilərin, Salahlı kimilərin ürəkləri heç bir 

vaxt  Şövqüylə, Balaca Fuadla, həyatda qarşılarına dəqiq 

məqsədlər qoymuş  və bu məqsədlərə çatmış adamlarla düz 

gəlməyəcək. Bunu şüurla başa düşürdü Fuad, amma başa düşsə 

də qəlbən ağrıyırdı. Bir var şüurun, beyinin, məntiqin dəlilləri, 

bir də var ürək qanunları, hisslərin müvazinəti... Soyuq şüur 

mühakimə yürüdür ki, adamlardan, yaxşılıq belə elədiyin 

insanlardan qorun, məsafə saxla, çomağını  əldən qoyma. 

Amma bunu nəzəri, mücərrəd cəhətdən dərk edirsən. 

Fikirləşirsən ki, day içində möhkəm qala tikmisən, heç bir acı 

söz, heç bir tikan, heç bir gizli ox sənə  xətər gətirə bilməz. 

Amma bu mücərrəd  şüur qalaları real hisslərin seli qarşısında 

nə qədər gücsüzdür, üfürsən yıxılandır... Ümumi yox, konkret 



 516 

bir bədxahlıqla rastlaşdınmı, ürəyinə batan iynələrin ağrısını 

duydunmu — bütün o abstrakt müdafiə  sədlərin alt-üst olur, 

dağılıb puç olur... Görürsən ki, ilahi, içində heç bir, səngərin-

süpərin yox imiş, ehtiyatında heç bir padi-zəhr 

saxlamayıbsanmış... Yenə deyəsən, Oqtayla danışıram, Oqtayla 

mübahisə edirəm. Nə olub belə? Niyə Oqtay bu gün, yəni tək 

elə bu gün yox, bir çox vaxtlarda mənim görünməz daxili 

opponentimə çevrilir? 

Elə bil bütün bunlar — Oqtayın atmacaları, bu günün bütün 

başqa hadisələri, görüşləri, yaddaşa soxulmuş xatirələri — 

axşamkı  tədbirin, axşamkı yeni həyat pilləsinin, yüksəliş 

astanasının var-yox sevincini, ləzzətini, dadını qaçırtmışdı. 

Fuad özünü hədəfə dürüst nişan alınıb atılmış, dəqiq tuşlanmış, 

amma mənzili düz hesablanmamış güllə kimi duyurdu. 

Şübhəsiz, mənzilə çatacaqdı, hədəfə toxunacaqdı, amma 

çataçatda, dəyədəydə elə bil bütün hərəkət qüvvəsini, atım 

enerjisini itirmişdi. Heyi qalmamışdı... Heysizləşmiş güllə. 

Gücdən düşmüş güllə. Pulya na izlete... 

Maşın  şəhərin hündür yerindən aşağılara endikcə Fuad 

qarşısında açılan mənzərəyə baxıb düşünürdü. Bir müddətdən, 

bəlkə bir neçə gündən, bir neçə həftədən, ya ən uzağı, bir neçə 

aydan sonra bu şəhərin tikilib ucalması, sökülüb-qurulması, 

dəyişdirilməsi, böyüməsi, genişləndirilməsi onun — Fuadın 

əlində olacaqdır. Hər halda bu məsələləri həll edən,  şəhərin 

inkişaf yolunu müəyyənləşdirən  əsas  şəxslərdən biri olacaqdı 

Fuad. Məsələ yüzdə doxsan doqquz faiz həll olunub, bu gün 

axşam da yaxşı çıxış eləyəcək, bunu ki o bacarırdı, vəssalam... 

Əlbəttə, onun haqqındakı müsbət fikir — bir bugünkü çıxışla 

bağlı deyildi, Fuadın illər boyu addım-addım getdiyi, pillə-pillə 

qalxdığı yolun məntiqi nəticəsi idi. Onun işinə, enerjisinə, 

təşkilatçılıq bacarığına, müasir savadıma-biliyinə verilən 

qiymət idi. 

...və Fuad onu da fikirləşirdi ki, haçansa, ciblərini 

qovrulmuş tumla doldurub, çırtlaya-çırtlaya gecə-gündüz Bakı 



 517 

küçələrini hadırlayanda, xoruz banında Asyagildən çıxıb 

evlərinə gedəndə, Bayıldan, Çəmbərəkəndədək piyada 

addımlayanda xəyalında qurduğu proyektlərin, düşüncəsində 

tikdiyi və sökdüyü evlərin, bütöv məhəllələrin, açdığı 

prospektlərin, saldığı meydanların, təsəvvüründə ucaltdığı 

binaların,  şəhərin bütün görünüşünü dəyişdirəcək yeni 

siluetlərin — indi real gerçəkliyə, həyata keçirilməsinə çatmış, 

nail olmuş kimidir. Bu nailiyyət, bu çatım — həyatda Fuadın 

ən böyük qələbəsidir. İndi bütün bu xəyali planları — şübhəsiz, 

real imkanlardan doğan müəyyən təshihlərlə, həyata keçirmək 

onun, Fuadın əlindədir. 

...və ən qəribəsi buydu ki, həmin gerçəkliyə çatmış xəyallar, 

arzu olaraq qaldığı vaxtlar onu ruhlandırdığı  qədər 

fərəhləndirmirdi indi. Ona gənclik xülyalarının verdiyi cazibəli 

sevinci bəxş edə bilmirdi. O vaxtkı hissləri, başgicəlləndirən 

duyğuları yadındaydı, amma qəlbində deyildi, onları düşünüb 

xatırlaya bilərdi, amma yenidən eyni çılğınlıqla duyub yaşaya 

bilməzdi. Niyə belə olsun? Bu barədə macal tapıb əməlli-başlı 

fikirləşmək lazımdır. 

Maşın idarənin qabağında dayandı. 

Nelli: 


—Əhməd Nəzəroviç xahiş elədi gələndə ona dəyəsiz, — 

dedi. 


Fuad rəisin kabinetinə keçdi. Əhməd Nəzəroviç Nazirlər 

Sovetindəki görüşündən danışırdı.  Əlbəttə, yenə heç bir 

məsələni fərri həll eləyə bilməmişdi. Fuada elə gəldi ki, Əhməd 

Nəzər öz iqtidarsızlığını artıq özü də  dərk edir, yavaş-yavaş 

başa düşür ki, iş qardaşının vəzifədən gedib-getməməsində 

deyil, iş ondadır ki, Əhməd Nəzərin özünün dövranı çoxdan 

keçib, meydan Əhməd Nəzərlər meydanı deyil. Fuad otaqdan 

çıxarkən Əhməd Nəzər: 

—Dəfnə getmişdin? — deyə soruşdu. — Mən yubandım, 

gedə bilmədim. Yazıq Fuad Salahlı... Əşşi... 

Sabir hesabları bitirib gətirmişdi, Fuadın stolunun üstünə 



Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   150   151   152   153   154   155   156   157   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə