Roman, povestlər



Yüklə 3 Mb.
səhifə150/158
tarix25.06.2018
ölçüsü3 Mb.
#51911
1   ...   146   147   148   149   150   151   152   153   ...   158

 503 

— üzr diləyir. 

Fuad elə bilirdi ki, bu hadisəni ondan, Fuaddan başqa 

xatırlayan ikinci bir insan yoxdur və bu hadisə — bəlkə  də 

ancaq onun yaddaşında mövcuddur... Sanki o Keçmişin də 

Gələcək kimi daima mövcud olduğunu, haradasa — itənlərdə 

donub qaldığını, yoxa-puça çıxmadığını — unutmuşdu. 

Halbuki Keçmiş  də, Gələcək kimi həmişə var, həmişə durur 

axı... Daima baqidir. İntəhası biz insanlar birini tərk edib gedir, 

o birinə tələsirik. Bəlkə də dövrə vurub yenidən geri qayıtmağa 

tələsirik. Budur bax, oturub Keçmiş onun qarşısında — otuz il 

bundan qabaqkı hadisənin fitvaçısı, təşkilatçısı, iştirakçısı  və 

canlı şahidi... 

—Bilirsən sənə neynərik? — belə demişdilər o vaxt. Bəlkə 

intiqam dəmi məhz elə indi, bax bu gün, bu saat gəlib çıxıb. 

Otuz il sonra Fuad həmin o cümləni qarşısındakı adama 

qaytara bilərdi: "Bilirsən sənə neynərik?" Məhz, "neynərəm" 

yox, "neynərik", çünkü o tək deyildi — bütün mənsəbi, 

vəziyyəti, gücü onun "tək"ini çoxlaşdırırdı  və doğrudan da 

Fuad, istəsəydi, bu on iki nömrəli nosilşikə çox şey edə bilərdi 

— işdən qovdura bilərdi, döydürə bilərdi, bir bəhanə tapıb 

tutdura bilərdi — deyərdi ki, sərxoş halda gəlib mənə sataşır — 

Zeydullanın ağzından, doğrudan da şirin çaxır iyi gəlirdi. 

Başından əcaib bir fikir də keçdi Fuadın: Zeydullanın atasının 

adını öyrənsin və  məcbur eləsin ki, Zeydulla öz atasını qaban 

adlandırsın, yazsın, iri hərflərlə, nida işarəsi də qoysun... Bəlkə 

heç hədə-qorxu da lazım deyil, Zeydulla bir şüşə "Ağdam" 

çaxırına dədəsini satmağa razıdır? Bəlkə  də yox, bəlkə  də 

dünyanın bütün ləl-cavahiratı  və bütün, hədə-qorxusu 

Zeydullanı atasını satmağa vadar edə bilməz. Kim bilir? 

Bəs onda intiqam nə olsun? Axı Fuad haçansa — əlbəttə, 

lap uşaq yaşlarında — özünü inandırmışdı ki, Zeydulladan 

intiqam alacaq, elə güman edirdi ki, bu intiqamdan sonra acı 

xatirənin köynəyi daha onu incitməyəcəkdir. Ancaq Fuad çox 

sonralar başa düşdü ki, heç bir intiqam onun yaddaşını otuz il 



 504 

qabaqkı təhqirin çapığından xali edə bilməyəcək. Əgər bu söz 

düzdürsə ki, "ürək — şüşədir, sındırarsan kim yamar", onda 

başqa bir şüşəni sındırmaqnan öz sınığını yamamaq 

mümkündürmü, məgər?  İndi Fuad bu sualın cavabını bilirdi. 

Şübhəsiz, bu adama heç bir şey etməyəcəkdi — bunu da bilirdi. 

Bu adam — o adam deyildi. O Zeydulla otuz ilin arxasında 

qalmış — harın, gücünə arxayın, acizə zalım bir varlıq idi. Bu 

Zeydulla... 

—Diqqət! 

Reproduktordan Moskva təyyarəsinin endiyini xəbər 

verdilər. 

Fuad: 

—Bağışla,— dedi, — təyyarənin qabağına getməliyəm. 



Zeydulla: 

—Mən də, — dedi. 

O da həmin təyyarəni qarşılayırdı. Gələn sərnişinlərin 

baqajlarını... 

 

Onuncu fəsil 

 

Bakının, Abşeron aqlomerasiyasının 



şəhərsalma 

problemləriylə maraqlanırdı qonaqlar — ilk amfibiya-şəhər 

Neft daşları,  şəhər landşaftının təşkili,  şəhər peyklərində 

çoxmərtəbəlik problemləri, nəqliyyat qovşaqlarının prinsipləri

yerli  şərait və iqlim baxımından layihələşdirmə istiqaməti, 

əhali artımıyla əlaqədar perspektiv planlaşdırma və proqnozlar 

— bütün bu məsələlər ətrafında suallar verirdilər. Bəziləri az-

maz rusca danışırdı, amma hər halda əsas ağırlıq tərcüməçilərin 

üstünə düşürdü. Tərcüməçiləri cins şalvar geymiş Qalya adlı 

bir qız idi. 

Fuad suallara ətraflı cavablar verirdi, çoxlu rəqəm və sənədə 

isnad edirdi, amma gözləri qarşısında elə hey yarıuçuq divar, 

nida işarəsi və Zeydullanın sallaq dodaqları durmuşdu: 

"Oxartana çəkərik sənə..." 




 505 

Qarşılayanlar içində raykomun, nazirliyin, "İnturist"in 

nümayəndələri də vardı, proqrama görə qonaqlar bir saatdan 

sonra Mingəçevirə getməliydilər, odur ki, elə burdaca, 

Aeroportun restoranında onların şərəfinə yüngülvari bir banket 

təşkil olunmuşdu. Fuadı tamada seçdilər. Fuad: 

—Əziz qonaqlarımız! Bu gün bizimçün çox sevincli bir 

gündür, — dedi. — Bizə qonaq gəlməyinizə çox şadıq. Bu 

badələri sizin şərəfinizə qaldırırıq... 

 

...Fuad:  



—Bu gün bizimçün çox kədərli bir gündür, — dedi. — 

Memarlığımıza ağır itki üz vermişdir. Görkəmli 

sənətkarlarımızdan biri, hörmətli müəllimimiz, istedadlı 

həmkarımız Fuad Salahlıdan həmişəlik ayrılırıq... 

Mikrofon nə isə xırıldayırdı. 

Onlar yenicə qurulmuş taxta artırmanın üstündə 

dayanmışdılar.  Xeyli adam gəlmişdi qəbir üstünə. Fuad 

danışdıqca fikri gah bu xırıldayan mikrofona, gah onu dinləyən 

adamlara, gah gül-çiçək içində itmiş tabuta, tabutun üstündə 

Fuad Salahlının gülümsəyən fotoşəklinə, gah da tabutun 

yanında dayanmış qarapaltarlı, ağsaçlı qadına yayınırdı. 

—Fuad Salahlı, dərin biliyini, zəngin təcrübəsini 

cavanlardan, saysız-hesabsız tələbələrindən  əsirgəmirdi. — 

Fuad bu sözləri tələffüz edir və düşünürdü: bu ağbaş qadın 

Solmazdırmı? Əlbəttə, Solmazdır. Vaxt insanı necə dəyişərmiş 

ilahi?! Təsadüf elə gətirmişdi ki, o vaxtdan Solmazı bir dəfə də 

görməmişdi və indi bu kök, ağır baxışlı, dərdi-qəmi qaralara 

bürünmüş qadını o vaxtkı arıq gəlinlə, çit paltarlı, həmişə 

mehriban gülümsəyən,  əlinin tozunu ətəyinə silən, saçlarını 

biləyinin ardıyla gözlərinin üstündən çəkən — o nərmə-nazik 

gəlinlə eyniləşdirməkmi olardı?.. Bu ikisi — eynimi adam idi 

— ya biri orada, Keçmişdə qalmışdı, ikincisi indi, burada 

dayanmışdı? 

Qısaqol köynək geymiş  vızbaş  oğlan artırmaya qalxıb 




Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   146   147   148   149   150   151   152   153   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə