Roman, povestlər



Yüklə 3 Mb.
səhifə153/158
tarix25.06.2018
ölçüsü3 Mb.
#51911
1   ...   150   151   152   153   154   155   156   157   158

 512 

həmin musiqini yenidən çalmağa başladı, amma kimsə  işarə 

elədi ki, saxlasınlar, çalmasınlar, musiqi yarımçıq kəsildi və 

Oqtay sözünə davam elədi: 

—Fuad Salahlı auditoriyaya girdi, yerinə keçdi, bizə baxdı, 

gülümsündü və dedi: "Keçən səfər biz modulyardan 

danışmışdıq, mühazirəmizi davam elətdirək, deməli, 

modulyar..." — Başa düşürsüz? — deyə Oqtay əvvəl aşağıda 

dayanmış adamlara, sonra isə artırmada dayananlara baxdı. — 

Keçən səfər-yəni ki, səkkiz ay bundan qabaq... elə bil bu səkkiz 

ayın həngamələri olmamışdı... Elə bil auditoriyadan səkkiz 

dəqiqə bundan qabaq fasiləyə  çıxıb indi qayıtmışdı... Bax, bir 

bu hərəkət Fuad Salahlının bütün varlığını... mahiyyətini ifadə 

edirdi. Onun üçün vaxt ayrı-ayrı dövrlərə, kəsiklərə, parçalara 

bölünmürdü. Fuad Salahlıyçün vaxt bütöv, aramsız, fasiləsiz, 

daim hərəkətdə olan tam bir etik vahid idi... Vaxt onunçün 

mənəviyyat kimi, həqiqət kimi bitkin... tam bir... — Oqtay 

duruxdu, söz axtarır, tapa bilmirdi. 

Fuad pıçıltıyla: — Anlayış idi, — dedi. 

Oqtay: 


—Anlayış idi, — deyə  təkrar etdi. — Fuad Salahlı eləyə 

biləcəklərini eləmədi, tikə biləcəklərini tikə bilmədi... 

Fuad düşündü ki, elə bil ağı deyir, amma onu da düşündü ki

Salahlının keçmiş yaralarından daha artıq Oqtay elə bil özünün 

gələcək uğursuzluqlarına ağlayır. 

Mitinq qurtardı. Fuad maşınına tərəf addımlayanda, kimsə 

qoluna girdi. Fuad çevrildi, Şövqü idi. 

Şövqü: 


— Uşaqlar bizdədir, — dedi. — Məktəbdən çıxıb bizə 

gəliblər... Proyektoru qurdum onlarçün. Pərviz kino göstərir, 

Ceyhun baxır... 

Fuad: "Deməli, atamgilə getməyiblər, qaçıb bu biri 

babasıgildə gizləniblər" — deyə düşündü, amma dinmədi... 

Sükut içində addımlayırdılar. Sükutu Şövqü pozdu: 

—Oqtay yaxşı danışdı, — dedi. — Çox təsirli danışırdı... 



 513 

Xoşum gəldi. Əlbətqə, bir az apolitiçnı çıxış etdi — necə yəni 

memarlığımızın vicdanını basdırırıq? — eybi yox, cavandır da, 

bir az hissə qapılır... Fuad Salahlı yazıq, deyirlər ona çox 

kömək edib, diplom müdafiəsində, işə düzəlməsində... 

Deyəsən, qohumluqları da çatır bir balaca — Fuadın arvadı 

tərəfdən... hər halda səmimi danışdı... Çox mütəəssir oldum, 

mən də... 

Fuad düşündü: "Hələ  nə  qədər çox şey öyrənməliyəm mən 

Şövqüdən, hələ nə qədər çox şey öyrənməliyəm". Fuad bilirdi 

ki, Oqtay Şövqüyçün çox kiçik bir hədəfdir ki, ona ciddi baş 

qoşsun... Amma indi birdən baş qoşmalı olsaydı Oqtayı birə 

kimi əzə bilərdi — həm də bütün taktiki sxem hazır idi: Fuad 

Salahlı Oqtaya himayədarlıq edib, qohumudur, odur ki, Oqtay 

da ifrata varıb Salahlını memarlığın vicdanı adlandırır. 

Vəssalam. Nə oyan, nə bu yan! Yuridik cəhətdən olmasa da, 

etik cəhətdən sxem hazır idi. — Hər bir çılğın hissin əsası — 

müəyyən munasibətlərə bağlıdır. Nədənsə, birdən Fuadın 

yadına Qafur Əhmədli düşdü... Şövqü köksünü ötürdü: 

—Eh, dünya, dünya! — dedi. — Sonra nə isə Fuadın 

alışmadığı bir bədbinliklə: — Bax, Fuad, məni basdıranda nitq-

filan lazım deyil, sən allah, — deyə  əlavə etdi. — Sənə 

vəsiyyət eləyirəm bunu... 

Fuad etiraz eləmək, "əşi, ağzınızı xeyrə açın" demək 

istəyirdi, amma Şövqü ona macal vermədi: 

— Yazıq Sadıx Dadaşov Moskvada öldü, xəstəxanada. 

Deyir ölümündən qabaq su istəyib, rəhmətlik. Gətiriblər, bir 

qurtum içib: — "Yox, — deyib — Şollar suyu", üzünü divara 

tərəf çevirib, keçinib. 

Maşınlara yanaşdılar.  Şövqü "Volqa"sının qapısını açanda 

Fuaddan soruşdu: 

—Axşam danışırsan da? — sərginin açılışını  nəzərdə 

tuturdu... 

Fuad başıyla təsdiq elədi. 

Şövqü bayaqkı  bədbin intonasiyasından  əsər-əlamət 



 514 

qalmamış, gümrah, işgüzar tonla: 

—Özünü topla, — dedi, — gərək əla danışasan ha!.. Mütləq 

son illərdəki müvəffəqiyyətlərimizi qeyd elə. 

Şövqü öz qara "Volqa"sına mindi, Fuad öz sarı 

"Moskviç"inə,  Şövqü maşının içindən, pəncərədən Qasıma  əl 

elədi. Qasımın ağzı getdi qulağının dibinə: 

—Allah Şövqü Camaloviçin canını-başını salamat eləsin! 

 

 

On birinci fəsil 



 

Bunu bir həkim demişdi Fuada. Qatarda tanış olmuşdular. 

Moskvaya gedirdilər. Qış idi, təyyarələr vaxtlı-vaxtında 

uçmurdu, qatara bilet götürməli oldu. Beynəlxalq vaqonda 

həkimlə bir kupeyə düşmüşdülər. Biləcəridən keçən kimi hər 

ikisi tünd-göy rəngli, dar balaqlı cersi idman kostyumlarını 

geydilər. Həkim "Yerevan" konyakı  çıxartdı, içdilər, nərd 

atdılar, ordan-burdan danışdılar, ümumi tanışları tapıldı. Elə 

onda söz düşmüşdü, həkim demişdi ki, çox yaşamaq 

istəyirsizsə özünüzü mənfi emosiyalardan qoruyun. Bu insanın 

əlindədir.  İnsan istəsə ömrünü, gününü elə qura bilər ki, 

mümkün qədər az mənfi emosiyası olsun. Əlbəttə, tamam 

bunsuz mümkün deyil, istəsək də, istəməsək də  hər gün 

müəyyən qədər ürəyimizi ağrıdan sözlər eşidir, bəd xəbərlər 

alır, bizə pis təsir edən hərəkətlərin, işlərin  şahidi oluruq. 

Məsələn, bilirsən ki, bir məclis, bir yığıncaq, bir söhbət sənə 

pis təsir bağışlayacaq — getmə ora. Bilirsən ki, filankəslə 

görüşsən mütləq sənə ürək bulandıran bir qeybət eləyəcək — 

görüşmə onunla. Axı  hər adamın dalınca danışan olur. Ancaq 

arif adam bunları heç eşidib bilmək istəmir, nə danışırlar 

dalında, qoy danışsınlar. Birisi guya "xeyirxahlıq edib "sənin 

barəndə filankəs filan sözü" dedi — deyə  ağzını açan kimi, 

ağzından vurmaq lazımdır. "İstəmirəm biləm nə deyib filankəs 

mənim barəmdə, vəssalamU. Mənfi emosiyalar qədər insan 




Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   150   151   152   153   154   155   156   157   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə