Roman, povestlər



Yüklə 3 Mb.
səhifə142/158
tarix25.06.2018
ölçüsü3 Mb.
#51911
1   ...   138   139   140   141   142   143   144   145   ...   158

 477 

Gəzdiyini heç atası da bilmirdi deyəsən. Fuad onları bir neçə 

dəfə küçədə, kinoda görmüşdü. Bu da yadındadır ki, qol-qola 

gəzmirdilər, həmişə bir-birindən bir az aralı yeriyirdilər. Oğlan 

Rumiyyədən hündür idi... Çatmaqaş, alagözlü sifayi bir gəncdi. 

Adı Çingiz idi, amma nədənsə hamı, o cümlədən Rumiyyə özü 

də ona Ovçu deyirdilər. Bəlkə doğrudan da ova-zada gedərmiş, 

ya bəlkə bu ləqəbin başqa tarixçəsi varmış, Fuad bilmirdi, 

maraqlanmamışdı, sonralar da soruşub eləmədi. Ümumiyyətlə, 

bir o gecədən savayı heç bir vaxt Rumiyyəylə onun haqqında 

danışmamışdılar — guya heç belə adam yerli-dibli olmayıb. 

Amma bir səhnə indiyəcən Fuadın yaddaşında yaşayır və 

qəribədir, indiyəcən onu ağrıdır: bir dəfə Fuad Şövqügildə çox 

oturdu,  Şövqüylə  işləyirdilər və Fuad onlardan gecə birin 

yarısında çıxdı. Rumiyyə evdə yox idi. Onda hələ köhnə 

mənzillərində — "torta" bənzər binada yaşayırdılar. Fuad çöl 

qapısından küçəyə çıxdı və evləri səmtə getməyə başladı. Tini 

burulanda bomboş küçədə addım səsləri eşitdi və  gələnləri 

gördü: Ovçuyla Rumiyyə idi. Fuadın yaddaşında qalan o idi ki, 

həmin axşam — gecəyarısı — hər ikisi çox, qeyri-adi dərəcədə 

gözəl görünürdülər və Fuadı  ağrıdan da o idi ki, bir-birlərinə 

həddən ziyada yaraşırdılar. Rumiyyə dümağ paltarda idi

yubkasının  ətəkləri — o dövrün modasına uyğun olaraq çətir 

kimi gen idi, enli qırmızı  kəmər taxmışdı  və eyni cür qırmızı 

dəridən olan uzun qayışlı çantasını çiynindən keçirmişdi. Uzun 

qara saçları çiyinlərinə tökülmüşdü. Fuad o an özünü Ovçunun 

şəxsində görmək istədi, yəni özü, Fuad olsun, Fuadlığında 

qalsın, amma Ovçunun uca boy-buxununda, onun qiyafəsində, 

saçları da bax beləcə gur, gözləri də belə gömgöy, qaşları da 

belə çatma, kirpiklərn belə uzun, yanında da Rumiyyə olsun və 

Rumiyyə  də  məhz onu — Fuadın "mən"iylə Ovçunun 

simasının qəribə, mümkünsüz vəhdəti olan bir varlığı — 

sevsin. Bu ani bir hiss idi, Rumiyyə Fuadı görüb gülümsündü, 

Fuad da gülümsündü, salamlaşdılar, amma nə Fuad, nə də onlar 

ayaq saxladı, ötüşüb keçdilər və  qəfilcən Fuad bir duyğudan



 478 

ürəyinə dammış  və sanki qəti qərar  şəklini almış bir daxili 

hökmdən diksindi. Elə bil kimsə, qaibdən gələn bir səs onun 

qulağına pıçıldadı ki, bütün bunlara baxmayaraq, yəni 

Ovçunun Rumiyyəylə bir-birinə bu qədər yaraşmalarına 

baxmayaraq, onların indiki məsud bilməzliklərinə, bir sözlə, 

heç nəyə, heç nəyə baxmayaraq, Rumiyyə məhz sənin, Fuadın 

arvadı olacaq və  sən, Fuad heç də Ovçunun zahiri cildinə 

girmədən, öz boyunda-biçimində, bu qızı Ovçunun əlindən 

alacaqsan. Haçan? Necə? Nə yolla? Hansı anlaşılmaz məntiqə 

görə? Bilmirdi. Amma hökmən Rumiyyəni alacağına  əmin 

oldu. Elə qəti bildi ki, bunu, sanki bu artıq həyata keçmiş bir iş 

idi və hətta, qəribədir, bir an Ovçuya yazığı da gəldi. 

Vaxt sübut etdi ki, bu inamı — həqiqət imiş. Bəzən Fuad 

fikirləşirdi ki, vaxt çox əcaib bir məfhumdur. Biz nahaq elə 

düşünürük ki, vaxt axır, durmadan hey axır; Keçmiş keçib, 

gələcək gələcək. Yox, vaxt donub qalmış, hərəkətsiz, sabit bir 

məfhumdur. Vaxt dəyişmir, bu bizik dəyişən, biz insanlarıq, 

özümüzük keçmişdən  İndiyə,  İndidən gələcəyə adlayan. 

Keçmiş isə  həmişə var və öz yerində durub qalıb. Həmçinin 

gələcək — o da var, o da bütün hadisələriylə, vaqiələriylə, 

dolaylarıyla hazır, bitkin bir şəkildə mövcuddur və bizi 

gözləyir, bizim gəlib ona yetməyimizi gözləyir. Deməli, o vaxt, 

Fuad Ovçuyla Rumiyyəni küçədə görəndə bu ikisinin gələcək 

ayrılığı, Fuadla Rumiyyənin nigahları, Bilqeyisin ölümü, 

Pərvizin, Ceyhunun doğulması — hər  şey, hər  şey artıq 

mövcud idi, haradasa dayanıb onları gözləyirdi, gözləyirdi ki, 

müəyyən aylar, illər məsafəsi keçiləndən sonra bütün bu 

hadisələr indiləşsinlər... 

...Və bu gözlənilməz gələcək o gecəyarı bir an içində vəyh 

kimi qəfildən Fuada açılmışdı — ayrı heç kəsin xəbəri yoxdu 

bu gələcəkdən — nə Bilqeyis xanımın, nə Ovçunun, nə 

Rumiyyənin... heç kəsin... Bircə Fuaddan başqa. Bəlkə bir də 

Şövqüdən başqa... 

 



 479 

Səkkizinci fəsil 

 

Rumiyyənin ad gününü bilirdi. Şövqünün divardan asdığı iri 



təqvimdə üç gün qırmızı flamasterlə dairələnmişdi — özünün, 

Bilqeyisin və Rumiyyənin ad günləri. Rumiyyənin institutdakı 

dərs cədvəlini də bilirdi. Həmin gün saat 11-də gedəcəkdi 

dərsə. Fuad bazara gedib çox iri bir dəstə bağlatdırdı — qırmızı 

qladioluslar.  İndi də bunu yadına salanda qulağının dibinəcən 

qızarır — pulu Asyadan almışdı; əlbəttə, başqa bir bəhanəylə. 

Onun yarısında  Şövqügilin evlərinin yanındakı avtomatdan 

zəng elədi, telefona Rumiyyə özü çıxdı. 

—Rumiyyə xanım, sizi ürəkdən təbrik edirəm! 

—Sağ olun, kimdir ki?  

—Fuaddır. 

—Aa, Fuad... 

Fuad: 

—Çox xahiş edirəm iki dəqiqədən sonra qapını açıb liftin 



qabağına gələsiz. 

—Liftin qabağına? — Rumiyyə təəccübləndi. — Niyə? 

—Çox rica edirəm, — deyə Fuad təkrar etdi. — İki 

dəqiqədən sonra. 

Dəstəyi asdı binaya girdi. Diqqətlə dinləməyə başladı. 

Üçüncü mərtəbədə açılan qapı səsini eşidəndə gül karzinkasını 

liftin içinə qoydu, özü çıxdı  və çöldən  əlini uzadıb üçüncü 

mərtəbənin düyməsini basdı. Liftin qapısı bağlandı, lift yuxarı 

hərəkətə başladı. Fuad bilirdi ki, lift üçüncü mərtəbəyə çatacaq, 

qapısı açılacaq və Rumiyyə boş adamsız liftin içində ona 

təqdim olunan qladioluslar dəstəsini görəcəkdi. 

Əlbəttə, Fuad qalxıb gülləri özü də  təqdim edə bilərdi, 

amma bu gün nə isə qeyri-adi bir hərəkət eləmək istəyirdi və 

bu qeyri-adi hərəkəti ilə Rumiyyənin yaddaşında iz salmalıydı. 

Yuxarıdan səs gəldi: 

—Fuad, Fuad!.. — Rumiyyə onu çağırırdı. 

Fuad hay vermədi, binadan çıxıb yola düzəldi.  İnstitutda 



Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   138   139   140   141   142   143   144   145   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə